Məhkəmə qərarları › İş №2(108)-23/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-23/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-23/2024 15.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” X2rşı müqavilədən irəli gələn öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, e-2(078)-733/2023 nömrəli qərardadından iddiaçının vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında iddia icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” X2rşı müqavilədən irəli g ələn öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 27267 (iyirmi yeddi min iki yüz altmış yeddi) manat məbləğin və məhkəmə xərclərinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən: Gülsüm Əliyeva) 06 noyabr 2023-cü il tarixli, e-2(078)-733/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” X2rşı müqavilədən irəli gələn öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” X6 ləğvedicisi təyin edilənədək məhkəmə baxışına hazırlığın icraatının dayandırılması qərara alınmışdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil 10 dekabr 2023-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(078)-733/2023 nömrəli qərardadının ləğv edilməsini və işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(078)-733/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” X2rşı müqavilədən irəli gələn öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(078)-733/2023 nömrəli qərardadından verdiyi şikayətinin əsaslı hesab edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” X2rşı müqavilədən irəli gələn öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 27267 (iyirmi yeddi min iki yüz altmış yeddi) manat məbləğin və məhkəmə xərclərinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 22 avqust 2023-cü il tarixdə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti Publik Hüquqi şəxsi ilə yanaşı "xxxx" ASC-nin də cavabde h kimi tanınmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2023cü il tarixli, 2(078)-733/2023 nömrəli qərardadı ilə cavabdehin işə cəlb edilməsinə dair ərizəsi təmin edilmiş və "xxxx" ASC cavabdeh qismində mülki işə cəlb edilmişdir. 22 avqust 2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 27267 (iyirmi yeddi min iki yüz altmış yeddi) manat məbləğin və 27267 (iyirmi yeddi min iki yüz altmış yeddi) manat məbləğində pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən 5000 (beş min) manat faiz və məhkəmə xərclərinin İddiaçı ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti Publik Hüquqi şəxsi və "xxxx" ASC üzərinə qoyulm ası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(078)-733/2023 nömrəli qərardadı ilə ərizəsi təmin edilmiş və iddia tələbinə iddiaçı tərəfindən "xxxx" ASCyə ödənilmiş 27267 (iyirmi yeddi min iki yüz altmış yeddi) manat məbləğin və 27267 (iyirmi yeddi min iki yüz altmış yeddi) manat məbləğində pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmağa görə 5000 (beş min) manat faizin və məhkəmə xərclərinin İddiaçı ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti Publik Hüquqi şəxsi və "xxxx" ASC-nin üzərinə qoyulması həddində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-733/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının D övlət Sığorta Xidməti” X2rşı müqavilədən irəli gələn öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” X6 ləğvedicisi təyin edilənədək məhkəmə baxışına hazırlığın icraatı dayandırılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-733/2023 nömrəli qərardadı aşağıda göstərdiyi hallara əsasən ləğv edilməli və işə baxılması davam etdirilməlidir. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Məhkəmə Qərardadında qeyd edilmişdir ki iş materiallarında olan 03 may 2023-cü il tarixli, 301-06/S nömrəli sərəncamdan görünür ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti X4 ləğv edilməsi qərara alınmışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh hüquqi şəxs ləğv olunduğuna görə cavabdehin ləğvedicisi təyin olunanadək iş üzrə məhkəmə baxışına hazırlığın icraatı dayandırılmalıdır. Bildirirəm ki, cavabdeh ləğv edilməmiş, hazırda ləğv prosesindədir. Məhkəmədə isə onun ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edə bilər. Mülki iş məhkəmə tərəfindən “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” X6 ləğvedicisi təyin edilənədək dayandırılmışdır. Bildirirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254 və 25 5-ci maddələrində həmin hala görə dayandırma nəzərdə tutulmamışdır. Bundan başqa məhkəmə tərəfindən işin baxılması müddətləri pozulmuşdir. İş 4 ay ərzində baxılıb yekunlaşmalı olduğu halda 6 ay 4 gün sonra iş dayandırılmışdır. İşin əsassız uzadılması, dayandırılması və qərarın elektron məhkəmə sisteminə gec yüklənməsi iddiaçının hüquqlarını kobud pozmuşdur. Bu müddət ərzində iş yekunlaşmalı idi. İşin əsassız uzadılması, dayandırılması və qərarın elektron məhkəmə sisteminə gec yüklənməsi cavabdehə sərf edir. Çünki cavabdeh ləğv etmə prosesindədir. Əgər iş baxılıb yekunlaşana qədər cavabdeh ləğv olunsa məhkəmə işə xitam verəcək. İddiaçı isə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olacaq. Bu isə iddiaçının hüquqlarının kobud şəkildə pozulması deməkdir. Naxçıvan MR Ali Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə müvafiq araşdrılmaların aparılması və tərəflərin çağırılaraq izahatlarının alınması zərurəti yarandığından şikayətə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı, iddiaçının vəkil-nümayəndəsi Vəkil, cavabdeh təşkilat Naxçıvan MR Dövlət Sığorta Xidməti X4 nümayəndəsinə, cavabdeh təşkilat "xxxx" ASC-nin nümayəndəsinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Kollegiya mülki iş materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinc i instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, e-2(078)-733/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan 03 may 2023-cü il tarixli, 301-06/S nömrəli sərəncamdan görünür ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti X4 ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəll əsinin 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Naxçıvan MR Ali Məhkəməsi tərəfindən Naxçıvan MR İqtisadiyyat Nazirliyinə göndərilmiş 23 yanvar 2024-cü il tarixli sorğu məktubuna cavab olaraq qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası X7 03 may 2023-cü il tarixli, 301-06/S nömrəli və həmin Sərəncama dəyişiklik edilməsi barədə 10 iyul 2023-cü il tarixli, 331-06/S nömrəli Sərəncamlarının icrasından irəli gələn məsələləri təmin etmək məqsədilə Naxçıvan MR İqtisadiyyat Naz irliyinin 01 avqust 2023-cü il tarixli 499 nömrəli əmri və bu əmrə dəyişiklik edilməsi haqqında 07 avqust 2023-cü il tarixli 502 nömrəli əmri ilə müvafiq komissiya yaradılmış, "Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti" X4 aktiv və öhdəlikləri 23 avqust 2023-cü il tarixində ləğv etmə komissiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-cü il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2024-cü il tarixli fərmanına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti lə ğv edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli, 1751 nömrəli Fərmanı ləğv edilmişdir. İş üzrə cavabdeh hüquqi şəxs ləğv olunduğuna görə cavabdehin ləğvedicisi təyin olunanadək iş üzrə icraatı dayandırılması qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.1 və 254.1.2-ci maddələrinin tələbinə əsasən tərəf fəaliyyət qabiliyyətini itirərsə məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənləri nəzərə almaqla kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi “İddiaçı cavabdeh “Naxçıvan Muxtar Res publikasının Dövlət Sığorta Xidməti” X2rşı müqavilədən irəli gələn öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” X6 ləğvedicisi təyin edilənədək məhkəmə baxışına hazırlığın icraatının dayandırılmasına dair qərardad qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Buna görə də şikayət təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, e2(078)-733/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənləri və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 263, 264, 398, 402-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l ı r: Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, e-2(078)-733/2023 nömrəli qərardadından iddiaçının vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin olunmasın. Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, e-2(078)-733/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar