Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-27/2023 11.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X4 (sədrlik edən və məruzəçi), Abbasov Fərman Məmməd oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənli Tural Əli oğlunun katibliyi, Cavabdehlər - Naxçıvan Muxtar Respublikası Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X5, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi X10 və Cavabdeh3 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan Muxtar Respublikası Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi və Cavabdeh3 qarşı “hərracın və onu n nəticəsinə dair protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1079/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar və İddiaçı1 vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, hər racın və onun nəticəsi barədə protokolun etibarsız sayılması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Tələblər onunla əsaslandırılmışdır ki, 1992-ci il sentyabrın 11-də İddiaçı1 Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən binanın 13-cü mənzilinin icarədarı olmuş X12 oğlu X8 ilə rəsmi nikaha daxil olub, X19 tərəfindən həmin mənzilə gəlin köçürülmüş və mənzilin qeydiyyatına alınaraq bir ailə üzvü kimi mənzildə yaşayıb, Hüseyn Hüseynov və digər ailə üzvləri ilə bərabər mənzildən istifadə elməklə birgə təsərrüfat aparmışlar. O, mübahisəli mənzilə gəlin köçürülən zaman həmin mənzildə Hüseyn Hüseynovun özü, həyat yoldaşı X14 və onun həyat yoldaş ı X8 yaşamışlar. xx xxxxxx 1994-cü ildə həmin mənzildə birgə nikahlarından qızı İddiaçı2 və xx xxxxxxxx 1995-ci ildə oğlu İddiaçı3 doğulmuşlar. 03 may 2005-ci ildə qayınanası X14 “işemik insult” xəstəliyindən dünyasını dəyişmiş, 2009-cu il noyabrın 19-da isə qayınatası Hüseyn Hüseynov vəfal etmişdir. Mübahisəli mənzil Hüseyn Hüseynovun sağlığında onun adına özəlləşdirilməmiş və mənzil üzərində onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Hüseyn Hüseynov ölüm anına qədər mübahisəli mənzilin yalnız icarədarı olmuşdur. Bu səbəbdən Hüseyn Hüseynov tərəfindən mübahisəli mənzilə dair vəsiyyətnamə qoyula və mənzil miras hesab edilə bilməzdi. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 146.2-ci maddəsində daşınmaz əmlak üzərində sərəncam vermək hüququ nun həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərizələr üzrə qeydiyyatı tarixindən əmələ gəldiyi təsbit edilmişdir. Mülki Məcəllənin 146.3-cü maddəsində isə qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bununla belə, Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, qeyd edilən hüquq normalarının tələbləri baxımından Hüseyn Hüseynov həmin mənzilə dair vəsiyyətnamə qoya və ya onun üzərində başqa cür sərəncam verə bilməzdi. X26 vəfatından təxminən 5 il sonra iddiaçılara məlum olmuşdur ki, Hüseyn Hüseynov hələ vəfat etməzdən əvvəl, 20 aprel 2009-cu il tarixdə həmin mənzilə dair Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunda 2V-55 nömrə ilə qeydə alınmış vəsiyyətnamə qoymuşdur. Hüseyn Hüseynov tərəfindən mübahisəli mənzilə dair 5 il əvvəl qoyulmuş vəsiyyətnamənin mövcudluğundan xəbər tutduqdan sonra hesab etmişlər ki, mənzil Fəxrəddinin mülkiyyətinə keçməlidir. Çünki Fəxrəddin mirası faktiki olaraq 5 il əvvəl qəbul edərək, iddiaçılarla bərabər mənzilə sahiblik, ondan istifadə etməklə, onu idarə etməyə başlamışdır. Bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Hüseyn Hüseynovun digər vərəsələri isə mirası onun qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər. Eyni zama nda 5 il ərzində onlar mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə də verməmişlər. Fəxrəddin isə mirası faktiki qəbul etmiş, lakin “insulindən asılı şəkərli diabet, İİ tip, çoxsaylı ağırlaşmalarla, sağ aşağı ətrafda budun 1/3-nin amputasiyası” xəstəliyi ilə əlaqədar uzun müddət stasionar müalicədə olduğundan, öz adına vərəsəlik şəhadətnaməsini şəxsən almaq və mənzili mülkiyyətinə keçirmək imkanı olmamışdır. Bu səbəbdən Fəxrəddin öz dayısı oğlu X6 etibarnamə verib xahiş etmişdir ki, mirasın rəsmi qəbulu üçün onun adından notariat kontoruna ərizə verib, onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alsın ki, bundan sonra o, öz adına çıxarış ala bilsin. Lakin bu ərəfədə, yəni Fəxrəddinin mirası faktiki olaraq qəbul etməsindən 5 il sonra cavabdeh Hüseynova X7 xəbərdar etməd ən və onun iştirakı olmadan mənzili qeyri-qanuni olaraq 5 il əvvəl vəfat etmiş Hüseyn Hüseynovun adına özəlləşdirib, xx.xx.2014-cü il tarixdə Hüseyn Hüseynovun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********2 qeydiyyat nömrəli çıxarış almışdır. Daha sonra Cavabdeh3 Azər Mustafayevlə əlbir olub, X13 verdiyi etibarnamədən istifadə edərək, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat X16 birlikdə mirası qəbul etmələri barədə kollektiv ərizə verib, bu yolla özünün və digər vərəsələrin adlarını Fəxrəddinlə bərabər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazdırmağa nail olmuşdur. Baxmayaraq ki, cavabdeh və digər vərəslər mirasın açıldığı gündən keçən 5 il ərzində mirası faktiki olaraq qəbul etməməklə, üzrlü səbəb olmadan mirasın qəbulu müddətini ötürmüşlər. Eyni zamanda bu müddət ərzində mirasın qəbulu ilə bağlı notariat kontoruna da müraciət etməmişlər. Bu səbəbdən cavabdeh və digər vərəsələr vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət edərkən nəzərə alınmalı idi ki, Fəxrəddin mirası 5 il əvvəl faktiki olaraq qəbul etmişdir. Cavabdehlər isə mirasın açıldığı vaxtdan keçən 5 il ərzində mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etmədiklərindən, eyni zamanda 5 il ərzində mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmədiklərindən notarius heç bir halda cavabdehərin adını Fəxrəddinlə birlikdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edə bilməzdi və cavabdehlərin mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüklərini əsas gətirib, onlara vəsiyyət üz rə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edərək, məhkəmədə iddia qaldırmaq hüquqlarını onlara izah etməklə kifayətlənməli idi. Lakin görünür cavabdehlər məhz notariusun məsləhəti ilə Azər Mustafayevlə əlbir olub öz adlarını qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazdırmağa nail olmuşlar. Mübahisəli mənzilin Hüseyn Hüseynovun adına məhz sonuncunun ölümündən sonra özəlləşdirilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Hüseyn Hüseynovun adına xx.xx.2014-cü il tarixdə verilməsi Babək Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(079)-164/2018 saylı qətnaməsi ilə də müəyyən edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının 5-ci səhifəsinin 8 -ci abzasında da qeyd edilmişdir ki, Hüseyn Hüseynov vəfat etdikdən sonra onun adına mülkiyyət hüququna dair çıxarış tərtib edilmişdir. Mülkiyyət hüququna dair çıxarışın Hüseyn Hüseynovun adına onun vəfatından sonra tərtib edilməsi Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2020ci il tarixli qərarının 4-cü səhifəsinin 2-ci abzasında da öz əksini tapmışdır. Bunlardan başqa, mübahisəli mənzil üzərində X11 mülkiyyət hüququnun dövlət qeydiyyatına onun ölümündən sonra alınması onunla da təsdiq olurunur ki, Naxçıvan şəhər 2 nömrəli Mənzil İstismar Kontoru tərəfindən hələ Hüseyn Hüseynovun sağlığında ona Naxçıvan şəhər XDM İK-nə təqdim etmək üçün verilmiş plan-sxemdə mənzilin ümumi sahəsi 52 kv. metr göstərilmişdir. X27 sağlığında mənzilin ümumi sahəsi 52 kv. metr olmuşdur. Çünki mənzildə tərəflərindən artırmalar edilmişdir. Hüseyn Hüseynovun ölümündən 5 il sonra isə onun adına xx.xx.2014-cü ildə verilmiş çıxarışda mənzilin sahəsi 68.32 kv. metr göstərilmişdir. Beləliklə, işin qeyd edilən halları ilə təsdiq olunur ki, Hüseyn Hüseynov sağlığında mübahisəli mənzilin icarədarı olmuş və yalnız ölümündən sonra onun adına özəlləşdirilərək mülkiyyət hüququna dair çıxarış verilmişdir. Cavabdeh3 mübahisəli mənzili qeyri-qanuni olaraq ölmüş şəxsin adına özəlləşdirdikdən sonra, digər vərəsələrlə bərabər adını qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazdıraraq Fəxrəddindən başqa, digər vərəsələrin miras paylarından onun xeyrinə imtina etmələrinə nail olub, mənzil üzərində 5/6 pay hüququ əldə etmiş və daha sonra paylı mülkiyyət haqqında öz adına çıxarış almışdır. Ca vabdeh3 mərhum həyat yoldaşı Fəxrəddin Hüseynovun da payını və ümumilikdə mübahisəli mənzili ələ keçirmək məqsədi ilə mənzilin paylı mülkiyyətçisi olan mərhum Fəxrəddin Hüseynovun razılığı olmadan açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölünməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(078)04/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən 13 saylı mənzilin paylı mülkiyyətçilərinin razılığı olmadan açıq hərracdan satılması və satışdan əldə olunacaq məbləğin 5/6 hissəsinin Cavabdeh3, 1/6 hissəsinin isə Fəxrəddin Hüseynovun prosessual hüquq varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(078)-04/2016 saylı qətnaməsi qəbul edilməzdən hələ 3 ay əvvəl Fəxrəddin Hüseynov vəfat etmiş və vəfatından əvvəl isə xəstəliyi ilə bağlı məhkəmənin iclaslarında iştirak edə bilməmişdir. Məhkəmənin istinad edilən qətnaməsində iddiaçıların Fəxrəddin Hüseynovun prosessual hüquq varisləri kimi tanınaraq məhkəmə iclasında iştiraka cəlb edilmələri göstərilsə də, bu hal yalnız məhkəmənin sənədlərində öz əksini tapmışdır. Həqiqətdə isə iş üzrə məhkəmə baxışında iddiaçıların iştirakları təmin edilməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə onlara bildiriş göndərilməmiş və məhkəmə iclasları iddiaçıların iştirakları olmadan keçirilərək həmin qanunsuz qətnamə qəbul edilmişdir. Qəbul edilmiş qətnamə iddiaçılara heç bir qaydada verilməmiş, qə tnaməni sonradan əldə edib ondan verdikləri şikayət isə müddətin ötürülməsi əsası ilə mümkün sayılmamış və bununla da məhkəmə qətnaməsindən şikayət vermək hüquqları məhdudlaşdırılaraq, məhkəmənin qətnaməsi icraya yönəldilmiş və formal hərrac keçirilməsi yolu ilə Cavabdeh3 hərracın qalibi olaraq mübahisəli mənzili almış, daha doğrusu əvvəlcədən qurulmuş plan əsasında ələ keçirərək mənzilin mülkiyyətçisinə çevrilmişdir. Qeyd edirlər ki, hərrac kobud qanun pozuntusu ilə keçirilməklə İddiaçı2 və İddiaçı3 hərracın keçirilməsi barədə bildiriş, ümumiyyətlə göndərilməmiş, onlar bu barədə heç bir qaydada xəbərdar edilməmişlər. İddiaçı1 isə bildiriş göndərilsə də, hərracda iştirak etməyə buraxılmamış və hərrac bağlı qapılar arxasında keçirilmişdir. Baxmayaraq ki, məhkəmənin qətnaməsi ilə mənzilin aç ıq hərracdan satılması qət edilmiş, lakin hərrac qapalı keçirilmiş və qeyd etdiyi kimi, İddiaçı1 hərracda iştirakına imkan verilməmişdir. Naxçıvan MR Auksion Mərkəzi hələ hərrac keçirilənədək iddiaçılara qarşı mənzil hüquqlarının pozulmasına gətirib çıxaran özbaşınalıqlara yol vermişdir. Belə ki, İddiaçı1 hələ xx.xx.2017-ci il tarixdə yazılı ərizə ilə Naxçıvan MR Auksion Mərkəzinə müraciət edib, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(078)-04/2016 saylı qətnaməsindən kassasiya şikayəti verməyi ilə bağlı şikayətə baxılıb nəticə verilənədək mənzilin satılmasını təxirə salmağı xahiş etmiş, lakin onun ərizəsi nəzərə alınmamış, ümumiyyətlə ona əhəmiyyət verilməyərək hərrac keçirilmiş və mənzilin kobud qanun pozuntuları ilə satılması həmin mənzil üzərində hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Hətta hərracın nəticəsinə dair protokolun əldə edilməsi üçün nümayəndəsi və vəkili Arif Ağayevin xx.xx.2017-ci il tarixdə Naxçıvan MR Auksion Mərkəzinə 2/191 saylı sorğu verməsinə baxmayaraq, protokolun onlara verilməsindən əsassız imtina edilmişdir. Baxmayaraq ki, onların hərracı və onun nəticəsinə dair protokolu mübahisələndirmək hüquqları vardır. Ən azından onlar protokolla tanış ola və onu mübahisələndirə bilərdilər ki, cavabdehin özbaşınalığı üzündən bu hüquqları məhdudlaşdırılmışdır. Sonradan da Naxçıvan MR Auksion Mərkəzinə etdikləri müraciətlərə məhəl qoyulmamış, onlara cavab verilməməklə hərracın nəticəsinə dair protokolun onlara təqdim edilməsindən qəti şəkildə imtina edilmişdir. Hətta Bakı şəhəri 6 saylı Vəkil Bürosunun Naxçıvan MR Auksion Mərkəzinə hərracı n nəticəsinə dair protokolun verilməsi ilə bağlı göndərdiyi xx.xx.2022-ci il tarixli, 167 nömrəli sorğuya da əhəmiyyət verilməmiş və hərracın nəticəsinə dair protokol onlara göndərilməmişdir. İddiaçı1 göndərilən bildirişdə isə mübahisəli mənzilin açıq hərraca çıxarıldığı göstərilsə də, qeyd etdiyi kimi hərrac bağlı qapılar arxasında, yəni qapalı keçirilərək hərracın keçirilməsində iştirakına imkan verilməmişdir. Kobud qanun pozuntusu ilə keçirilən hərrac barədə mübahisəli mənzildən istifadə hüquqları olan iddiaçılar İddiaçı2 və İddiaçı3, ümumiyyətlə xəbərdar edilməmişlər və hərrac onların iştirakı olmadan keçirilmişdir. Halbuki Mülki Məcəllənin 415.1-ci maddəsinə görə açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Göründüyü kimi açıq hərracın keçirilməsi qaydası kobu d şəkildə pozulmuşdur. Bunlarla yanaşı qeyd edir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən və iddiaçılara qətnamədən şikayət vermək imkanı yaradılmadan icraya yönəldilmişdir. Belə olan halda icra orqanı icraata başlaya bilməzdi və İcra haqqında Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin tələblərinə əsasən icra sənədi üzrə icraat dayandırılmalı idi. Bunlarla yanaşı qeyd edir ki, mərhum həyat yoldaşı Fəxrəddin Hüseynovun miras qoyan X11 həm qanun, həm də vəsiyyət üzrə vərəsəsi olması, onun Hüseyn Hüseynovdan miras qalmış mənzildən 1/6 pay hüququ əldə etməsi və həmin mənzilin açıq hərracda satışından ona miras payının dəyərinə mütənasib pul məbləği ayrılması, iddiaçıların mübahisəli mənzildən istifadə hüquqlarının kompensasiyası və ya mənzildən istifadə hüquqlarının itirilməsinin əs ası kimi qəbul edilə bilməz. Mübahisəli mənzildən istifadə hüquqları hələ 1992-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilərək 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideyinləri hesab olunur. İcarədar il ə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmçinin onu da qeyd etmək lazımdır ki, həmin Məcəllənin 123-cü maddəsində göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evin in mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Hazırda mənzil onların istifadə və sahibliyində olmaqla, onlar həmin mənzildə qeydiyyatdadırlar. Çünki onlar mənzildən istifadə hüquqlarını itirməmişlər və ona xitam verilməsinə əsaslar yoxdur. Lakin cavabdehin qanunsuz keçirilmiş “açıq hərrac” yolu ilə mübahisəli mənzilə mülkiyyət hüququ əldə etməsi iddiaçıların həmin mənzildən istifadə və yaşayış hüquqlarının pozulması ilə nəticələnmişdir. Odur ki, hərrac və onun nəticəsi barədə protokol etibarsız hesab edilməli və çıxarış ləğv edilməlidir. Hərrac və onun nəticəsi barədə protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsinə dair iddia tələblərinin əsası kimi istinad etdikləri hallar “açıq hərrac”ın onların iştirakları olmadan qapalı keçirilməsi, müraci ətlərinə baxmayaraq hərracın nəticəsinə dair protokolun mübahisələndirilməsi imkanından istifadə etmələrinə imkan verilməməsi iddia ərizəsinə əlavə edilmiş onların yazılı müraciətləri ilə, vəkil sorğusu və ona verilmiş cavabla, mənzildən istifadə hüquqlarının pozulması isə istinad etdikləri hüquq normaları, məhkəmə aktları və sair sənədlərlə kifayət qədər təsdiq edilmişdir. Bunlarla yanaşı qeyd edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Bu Məcəllənin 150.3-cü maddəsində isə göstərilir ki, iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. İstinad edilən prosessual normalara əsaslanaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, mübahisə predmeti olan hərracın keçirilməsi nəticəsinə dair protokolu əldə etmək üçün Naxçıvan MR Auksion Mərkəzinə dəfələrlə ərizə və vəkil sorğusu versələr də, protokol onlara təqdim edilməmişdir. Bu səbəbdən mübahisələndirilən protokolun iddia ərizəsinə əlavə edilməsi mümkün olmamışdır. Odur ki, məhkəmədən protokolun əldə edilməsi ilə bağlı Naxçıvan MR Auksion Mərkəzinə sorğu göndərməyi xahiş edirlər. Bundan başqa, Cavabdeh3 adına mübahisəli mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın da tərəflərindən əldə edilməsi mümkün olmamışdır. Bununla bağlı məhkəmədən Cavabdeh3 adına verilmiş çıxarışın da əldə edilməsi üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə sorğu verilməsini xahiş edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Naxçıvan Şəhər Məhkəməsinin (hakim Gülnar Səfərəliyeva) 2(078)-1079/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “İddiaçıların iddia ərizəsinə əlavə etdikləri sənədlərdən məlum olur ki, 2017-ci ilin 23 iyun tarixində İddiaçı1 adına Auksion Mərkəzindən bildiriş göndərilmişdir. Həmin bildirişin alınması cavabdeh təşkilat Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəz i tərəfindən məktuba əlavə edilən poçt xəbərnaməsi ilə təsdiq edilir. İddiaçı1 06 iyul 2017-ci il tarixdə Auksion Mərkəzinə hərracın təşkilinin təxirə salınması barədə məktub göndərməsi artıq hərracın keçirilməsindən məlumatının olduğunu təsdiq edir ki, həmin məktubu iddiaçılar iddia ərizəsinə əlavə etmişlər. Yəni 2017-ci ilin iyul ayında hərracın keşirilməsindən İddiaçı1 məlumatlı olmuş və hərracın nəticələri ilə bağlı 10 iyul 2017-ci il tarixdə onun vəkili Arif Ağayev tərəfindən Naxçıvan MR Auksion Mərkəzinə məktub göndərilmişdir. Məktubdan aydın olur ki, iddiaçı hərracda onun iştirakının təmin olunmadığını, həmin vaxt Auksion Mərkəzinə gəldiyini, protokolun ona təqdim edilmədiyini bildirmişdir. Bütün bunlar iddiaçıların hərracın keçirilməsindən məlumatlı olduqlarını bir daha təsdiq edir, eyni zamanda məhkəmə qeyd edir ki, həmin sübutlar məhz iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmişdir. Belə olan təqdirdə iddiaçılar 07 iyul 2017-ci il tarixdə hərracın keşirilməsindən məlumatlı olduqları halda qanunvericiliklə müəyyən edilmiş bir il müddətində bütün bunları mübahisələndirməmiş və son dörd il müddətində müxtəlif iddialarla məhkəməyə müraciət etmişlər. İş materiallarında olan məhkəmə aktlarından da aydın olur ki, bu illər ərzində iddiaçıların hazırkı iddia predmeti olan daşınmaz əmlakla bağlı müxtəlif növ iddialarına məhkəmələrdə baxılmışdır. Hərracın keçirilməsindən sonra keçən bir il müddətdə iddiaçıların hərəkətsizlikləri hərracın nəticələri üzrə protokolun etibarsızlığını tələb etmək hüquqlarının xitamına səbəb olmuş və müddət keçmişdir. Həmin müddət kəsici müd dət olduğundan məhkəmə cavabdeh tərəfin müddətin tətbiqi ilə bağlı ərizəsinin olub-olmamasından asılı olmayaraq araşdırmalıdır. Məhkəmə yuxarıda işin şərh olunmuş hallarına hüquqi qiymət verərək iddiaçıların hazırkı iddia ilə müraciət etmək üçün müddətin keçməsi və iddianın əsassız olduğundan rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 354.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar və İddiaçı1 vəkil-nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1079/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış və sonda göstərilmişdir ki, “birinci instansiya məhkəməsi iddialarının rədd edilməsi barədə 14 dekabr 2022-ci il tarixli, 2(078)-1079/2022 saylı qətnaməni maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qəbul etmişdir. Belə ki, Naxçıvan MR Auksion Mərkəzi İddiaçı2 və İddiaçı3 hərracın keçirilməsi barədə bildiriş göndərməməklə, İddiaçı1 Bayrtamqulu qızına hərracın keçirilməsi barədə bildiriş göndərsə də, hərracda iştirakına imkan verməməklə, eyni zamanda hərracın nəticəsinə dair tərtib olunmuş protokolun surətini iddiaçılara verməməklə, habelə kassasiya şikayətləri baxı lıb həll olunanadək hərracın keçirilməsini dayandırmalı olduğu halda, dayandırmamaqla hərracın keçirilməsi qaydalarını pozmuş, lakin birinci instansiya məhkəməsi mübahisənin həllinə Mülki Məcəllənin 415.1, 416.1 və 416.2-ci maddələrinin, habelə İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən Mülki Prosessual Məcəllənin 14.2 və 88-ci maddələrinin tələblərini də pozmuşdur. Belə ki, istinad edilən prosessual hüquq normasının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübut toplamamalı, tərəflərə sübutları təqdim etmək üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özl əri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Lakin birinci instansiya məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələb etdiyi qaydada araşdırmamış, onları həmin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun şəkildə qiymətləndirməmiş, eyni zamanda gətirdikləri dəlillərə isə ümumiyyətlə münasibət bildirməməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, iddiaçılar və İddiaçı1 vəkil-nümayəndəsi Vəkil heç bir məhkəmə iclasına gəlməmişlər. İddiaçılar xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrində “məhkəmə baxışının onların iştirakları olmadan keçirilməsini və şikayətlərinin əsaslı sayılaraq təmin olunmasını” xahiş etmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçıların və İddiaçı1 vəkil-nümayəndəsinin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında; Cavabdeh Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X15 birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş, təmsil etdiyi Mərkəzin məhkəməyə ünvanlanmış 141/1 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda (cild İİ, iş v. 95) göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətlərinin təmin olunmamasını və 2(078 )-1079/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi X20 apellyasiya şikayətlərini qəbul etmədiyini, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1079/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsininin qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdeh3 mübahisəli mənzilə mülkiyyət hüququnu qanuni əsaslarla əldə etdiyini bildirib, apellyasiya şikayətlərinin təmin olunmamaqla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1079/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsininin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və birinci instan siya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 139-1.1 və 139-1.1.2. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol əsas hesab olunur. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya dah a çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə m üəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə
393. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Apellyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyinə görə “apellyasiya instansiyası məhkəməsi birinci instansiy a məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda ape llyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Hazırki halda iddiaçılar və İddiaçı1 vəkil-nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçılara münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçılar və İddiaçı1 vəkil-nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Mə hkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, cavabdehlərin nümayəndələri və cavabdehin izahatları üzrə araşdıraraq bu qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin iddiaçılara münasibətdə ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Koll egiya hesab edir ki, “Naxçıvan MR Auksion Mərkəzinin İddiaçı2 və İddiaçı3 hərracın keçirilməsi barədə bildiriş göndərməməklə, İddiaçı1 Bayrtamqulu qızına hərracın keçirilməsi barədə bildiriş göndərsə də, hərracda iştirakına imkan verməməklə, eyni zamanda hərracın nəticəsinə dair tərtib olunmuş protokolun surətini iddiaçılara verməməklə, habelə kassasiya şikayətləri baxılıb həll olunanadək hərracın keçirilməsini dayandırmalı olduğu halda, dayandırmamaqla hərracın keçirilməsi qaydalarını pozması, lakin birinci instansiya məhkəməsinin mübahisənin həllinə Mülki Məcəllənin 415.1, 416.1 və 416.2-ci maddələrinin, habelə İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməməsi” iddiaçıların və İddiaçı1 vəkil-nümayəndəsinin subyektiv mülahizələr idir və həmin qənaətə gəlməklə hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması, yəni iddiaçıların hərracın keçirilməsindən beş il iki aydan çox vaxt ötdükdən sonra qaldırdıqları iddia üzrə tələblərinin təmin olunması barədə müvafiq aktın çıxarılması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə ünvan 2 ünvanında yerləşən 13 saylı mənzillə bağlıdır. Həmin mənzil qanuni qüvvədə olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-04/2016 nömrəli, 05 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən hərraca çıxarılmışdır. Qətnamə Cavabdeh3 X3, xx.xx.2016-cı ildə Fəxrəddin Hüseynovun ölümündən sonra onun prosessual hüquq varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan 13 say lı mənzilin paylı mülkiyyətçilərin razılığı olmadan açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi” tələblərinə dair mülki iş üzrə qəbul olunmuşdur. Qətnamənin məzmununa və nəticə hissəsinə görə qeyd olunan mənzilin paylı mülkiyyətçilərin razılığı olmadan satılması və satışdan əldə olunacaq məbləğin 5/6 hissəsinin Cavabdeh3, 1/6 hissəsinin isə X1 prosessual hüquq varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi, qeyd olunan mənzilin ilkin satış qiymətinin 71730 (yetmiş bir min yeddi yüz otuz) manat müəyyən olunması qət edilmişdir. Mübahisəli mənzil Naxçıvan MR Auksion Mərkəzi tərəfindən hərraca çıxarılmış və xx.xx.2017-ci ildə Cavabdeh3 həmin mənzili əldə etmişdir. Bu barədə həmin tarixdə əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi tərtib edilmişdir. Hərracın keçirilməsi nəticəsində tərtib olunan bu sənədlər əqd hesab olunur. Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 (bir) il ərzində əqdi mübahisə edə bilər. İddiaçılar tərəfindən isə əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş bir illik müddət ötürülmüşdür. Belə ki, həmin sənədlər xx.xx.2017-ci ildə tərtib olunmuş, iddia isə xx.xx.2022-ci ildə, yəni 5 il 2 aydan çox vaxt ötdükdən sonra məhkəməyə verilmişdir. Qeyd olunan maddədə müddətin başlanğıcı təyin edilərkən “bildiyi gün” ilə yanaşı “bilməli olduğu gün” ifadəsi təsbit olunmuşdur. Kütləvi in formasiya vasitəsində “Şərq qapısı” qəzetinin 119 (21.780) saylı, xx.xx.2017-ci il tarixli nömrəsində “Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən 7 iyul 2017-ci il tarixdə açıq hərraca çıxarılacaq əmlaklar haqqında məlumat” dərc edilmiş və “ünvan 3 ünvanında yerləşən 13 nömrəli mənzilin ilkin satış qiymətinin 71730 manat, ilkin satış qiymətinin 5 faizi həcmində hesablanmış behin məbləğinin 3586.50 manat” olması göstərilmişdir (cild İİ, iş v. 4-5). Ona görə də iddiaçılar hərracın keçirilməsi, satış protokolu və alqı-satqı müqaviləsinin mövcudluğunu qeyd olunan tarixlərdə bilməli idilər. Müddət bitdiyinə görə isə iddiaçılar hərracı və onun nəticəsinə dair protokolu mübahisələndirə bilməzlər. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilm iş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 4, mənzil 13, ümumi sahəsi 68.32 kv. metr olmaqla Cavabdeh3 xüsusi mülkiyyətidir. Bu daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə 12/14 nömrəli reyestr kitabının 2600 nömrəli vərəqində qeydiyyata alınmışdır”. (cild İİ, iş v. 33). İddiaçıların göstərilən “çıxarış”ın ləgv edilməsi tələbləri də təmin oluna bilməz, çünki mübahisə edilən daşınmaz əmlak (mənzil) üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış Naxçıvan MR Auksion Mərkəzi tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsas hesab olunmuşdur. Məhkəmə kollegiyası işin həlli ilə bağlı bu qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun aşağıda göstərilən qərarlarında formalaşdırdığı hüquqi mövqelərinə əsaslanır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd olunur ki, “MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın va xtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş, ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında şərh olunur ki, “Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzi ndə həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəz ərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur”. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında isə göstərilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun qərarı mübahisəyə dair hüquqi məsələlərlə bağlı məhkəmənin hüquqi mövqelərini də əks etdirir. Həmin mövqelər, bir qayda olaraq, Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır... Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusi ya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən anoloji hallara da şamil edilməlidir... Bununla bağlı məsələnin digər tərəfi ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi məhkəmə aktının Konstitusiyaya uyğun olub-olmaması faktını təsdiq etdikdə, bu hal nəinki baxılmış iş üzrə məhkəmələr üçün, habelə başqa işlərə baxan məhkəmələr üçün preyudisial əhəmiyyətə malikdir”. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilmiş “Naxçıvan MR Auksion Mərkəzinin kassasiya şikayətləri baxılıb həll olunanadək hərracın keçirilməsini dayandırmalı olduğu halda dayandırmamaqla, hərracın keçirilməsi qaydalarını pozması, birinci instansiya məhkəməsinin mübahisənin həllinə İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməməsi” dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş, hazırda qanuni qüvvədə olan 2(079)-164/2018, 17 may 2018-ci il tarixli qətnamənin surətindən məlum olur ki, “Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-04/2016 nömrəli, 05 oktyabr 2016-cı il tarixli qətnaməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)08/2017 nömrəli, 10 fevral 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6841/17 nömrəli, 05 oktyabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, 2(108)-08/2017 nömrəli, 10 fevr al 2017-ci il tarixli qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə cavabdeh X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizələri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2017-ci il tarixli qərardadı ilə təmin edilməmiş və sonuncu qərardad göstərilən qərarla dəyişdirilmədən saxlanmışdır”. (cild İ, iş v. 75-76). İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1-17.1.7-ci maddələrinə görə icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Qeyd olunanların əlaqəli təhlilindən aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-04/2016 nömrəli, 05 oktyabr 2016-cı il tarixli qətnaməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-08/2017 nömrəli, 10 fevral 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmış və icraya yönəldilmişdir. Naxçıvan Şəhər İcra Bölməsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin tarixdə 2(078)-04/2016 nömrəli, 05 oktyabr 2016-cı il tarixli qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraata başlanmışdır. (cild İ, iş v. 51). xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviənin surətindən isə məlum olur ki, ünvan 4 ünvanında yerləşən 13 saylı mənzil Naxçıvan MR Auksion Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə açıq hərraca çıxarılmış və Cavabdeh3 satılmışdır. Həmin mənzilin 1/6 hissəsinin dəyəri - 11 486.50 (on bir min dörd yüz səksən altı manat əlli qəpik) manat mərhum Fəxrəddin Hüseynovun prosessual hüquq varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi üçün icra məmurlarının xüsusi vəsaitlər hesabına ödənilmişdir. (cild İİ, iş v. 11). Məhz həmin müddətdə X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 2(108)08/2017 nömrəli, 10 fevral 2017-ci il tarixli qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişlər. Lakin 2(078)04/2016 nömrəli, 05 oktyabr 2016-cı il tarixli qətnamə üzrə verilmiş icra vərəqəsinin icra olunduğu, yəni hərracın keçirildiyi vaxt iddiaçıların kassasiya şikayəti faktiki olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Ko llegiyasının icraatına götürülməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hərracın keçirildiyi müddətdə icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmasına əsas olacaq, yəni iddiaçıların qeyd etdikləri İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsində göstərilən hal mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlir, maddi və prosessual hüquq normalarına (həmçinin apelyasiya şikayətində qeyd olunan Mülki Prosessual Məcəllənin 14.2 və 88-ci maddələrinin tələblərinə) birinci instansiya məhkəməsi tərəfindən riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində qəbul edilən qətnamənin əsaslılığı apellyasiya şikayətinə müvafiq olaraq yoxlanıldığından və iddiaçılar tərəfindən birinci instansiya məhkəməsinə iddianın əsaslılığına dair sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçıların cavabdehlərə qarşı “hərracın və onun nəticəsi barədə protokolun etibarsız sayılması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi” tələblərinə dair iddialarını rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Nəticə Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0-384.0.1, 392, 393, 405.0-405.0.1 və 406.1-ci maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və İddiaçı1 vəkil-nümayəndəsi Vəkil apellyasiya şikayətləri təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1079/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, İddiaçı1 vəkil-nümayəndəsi Vəkil apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla nəzərdə tutulan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay