Məhkəmə qərarları › İş №2(108)-27/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-27/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-27/2024 08.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, Quliyev Vüqar Kərim oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(078)-1065/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 307.14 kv.m və 109.17 kv.m yardımçı sahəli, 5 otaqlı fərdi yaşayış mənzili barədə bağlanmış, Cavabdeh2ndə 23 aprel 2021-ci il tarixdə təsdiq olunmuş və 4Ə-223 nömrəli reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(078)-1065/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(078)-1065/2023 nömrəli qətnaməsini ləğv e dərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır, ona görə ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 307.14 kv.m və 109.17 kv.m yardımçı sahəli, 5 otaqlı fərdi yaşayış mənzilini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 23 aprel 2021-ci il tarixdə Cavabdeh1 məcburiyyət qarşısında qalaraq satdığını, məcburiyyətin oğlu Nümayəndə cavabdehdən faizlə borclanmasının olduğunu, mənzili dəyərindən ikiqat aşağı qiymətə satdığını, həmin dövrdə borc müqaviləsi notarial qaydada sənədləşdirilmədiyi üçün aralarında razılığa əsasən onun mənzili oğlunun borcunu Cavabdeh1 qaytaranadək alqı-satqı yolu ilə sənədləşdirdiklərini, oğlu Xəyalın cavabdehə olan borcunu t amamilə qaytardığını, Xəyalın borcu ödədiyi üçün alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli olduğunu, həmin dövrdə evinə 110000120000 manat qiymət qoyulduğunu, hazırda evin pulunu artıqlaması ilə qaytardıqlarını, ayda 3000 manat sələmə pul ödəməklə evin pulunu ödədiklərini, 57000 manatdan başqa pul görmədiyini, Xəyal ona evi girov qoyub pul götürmək istədiyini bildirdikdə razı olduğunu, Xəyalın hər şeyin sənədləşməsinin etdiyini, özünün notariusa gedib imza etdiyini, pulun mal almaq üçün lazım olduğunu, Bakı şəhərindən aparat gətirəcəklərini, bu səbəbdən evi qoyub pul götürmək lazım olduğunu, Xəyalın Əmrahla danışdığını, özünün Əmrahla danışmadığını, onlara 60000 manat pul lazım olduğunu, bu səbəbdən alqı- satqıda məbləğin 57000 manat yazıldığını, bu gün evin dəyərinin 150000 mana t olduğunu, həmin evi heç kimin o qiymətə satmadığını, Əmrahın sexə gəlib hərdən Xəyaldan 3000 manat, 5000 manat, 8000 manat sələm pulu aldığını, Əmraha, ümumilikdə, 150000 manat pul ödədiklərini, Əmrahın olanları dandığından məhkəməyə səs yazısının təqdim olunduğunu, işə qanuna uyğun qiymət verilməli olduğunu, özünün uzun müddət sürücü işlədiyini, bir evinin olmadığını, 7 nəfər ailə üzvünün olduğunu, evi oğlunun iş qurması üçün verdiyini, evin pulunu ödədiklərini, cavabdehin bunu inkar etdiyini, Əmrahla aralarında bağlanan alqı-satqı müqaviləsinin həqiqi olmadığını, qeyd olunan halları nəzərə almadan əsassız iddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab etdiyini, məhkəmənin qeyd olunan halla rı (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəldiyini hesab etdiklərini göstərərək, Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(078)-1065/2023 nömrəli qətnaməsini ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddənin İ və İV hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 324.1-ci, 327, 337.1, 339, 339.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1ci, 14.2, 76.1, 76.3, 88-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokol”un 1-ci maddəsinə istinad etmişdir. Apеllyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. İddiaçı apellyasiya şikayətini müda fiə edərək məhkəmə baxışı iclasında verdiyi izhatında apellyasiya şikayətində qeyd etdiklərini təsdiq etdiyini, oğlu Xəyalın ona aparat gətirmək üçün pula ehtiyacı olduğunu, buna görə də evin girov qoyulmasını dediyini, götürdüyü pulu artıqlaması ilə qaytardığını, cavabdehə hər ay 3000 manat verdiyini, cavabdehlə pulu ödəyəndən sonra evin bir də ona qayıdacağı barədə razılaşdıqlarını, müqavilədə bu şərtin göstərilmədiyini, bu söhbətin maklerin yanında olduğunu, 60 000 manat razılaşdıqlarını, evin alqı-satqı müqaviləsi ilə satıldığını, oğlunun ona evi aparat gətirəcəyinə görə girov qoyulması barədə dediyini, özünün evi satmaq istəmədiyini, evə görə 57 000 manat pul verildiyini, evi girov kimi verdiklərini, banka kredit borcları olduğu üçün evi banka girov qoya bilmədiklərini, cavabdehə dəfə lərlə verdiyi pulları dəftərdə qeyd edilməsini dediyini, lakin cavabdehin bunu etmədiyini, evinin 5 otaqlı, 2 mərtəbəli olduğunu, cavabdehlə aralarında sövdələşmənin də, müqavilənin bağlanmasının da 2021-ci ildə olduğunu, cavabdehlə oğlunun danışdığını, onun və yoldaşının gedib evin satılması üçün sənədə qol çəkdıklərini, oğlunun ona pulu qaytaranda alqı-satqı müqaviləsinin də ləğv olunacağının dediyini, cavabdeh ona həmin evdə gözünün olmadığını, pulu qaytardıqda, evinin təzədən ona verəcəyini dediyini bildirərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək məhkəmə baxışı iclasında verdiyi izahatında evi satmaq niyyətində olduqlarını, maklerin evi 110 000-120 000 manata qiymətləndirdiyini, təcili olsa 100 000 manata verə biləcəklərini dediyini, axşam Nəsiminin zəng edərək bir nəfərin qızına ev almaq istədiyini dediyini, danışığa gedəndə həmin şəxsə 60 000 manat pula ehtiyac olduğu üçün evi satdığını dediyini, evin satılmasını özünün danışdığını, atasının müqaviləyə qol çəkdiyini, həmin pulla həm avadanlıq götürəcəyini, həm də iqtisadi inkişaf nazirliyinin balansında olan obyektin tikinti və təmiri üçün pul lazım olduğunu dediyini, cavabdehin bankdan pul götürdüyünü, 60 000 manat pulu nə vaxta qaytaracağını soruşduğunu, onun uzağı 4-5 aya qaytaracağını dediyini, atasının ona “evi sataq, faizə qoysan, həmin pul qədər də üstünə gələcək” dediyini, evi 2013-cü ildə 130 000 manat verib tikdirdiyini, səhəri gün alqı-satqıya getdiklərini, 57 000 manat pul ödənildiyini, 60 000 manat pulun niyə verilmədiyini soruşduqda 3 000 manatın qabaqcadan faiz kimi tutulduğunun deyildiyini, ondan sonra hər ay 2 000 manat verdiklərini, sentyabr ayında iqtisadi inkişaf nazirliyindən özəlləşdirmə ilə bağlı gəldiklərini, iqtisadi inkişaf nazirliyinin obyektin özəlləşdirilməsi ilə bağlı ondan 80 000 manat istədiyini, cavabdehin ona iş görəcəyi üçün obyektin yarısının lazım olduğunu dediyini, razılaşdıqlarını, obyektin də Əmrahın adına sənədləşdirildiyini, obyektin Əmrahla onun arasında yarı bölündüyünü, obyektin həmin vaxtı qiymətinin 500 000 olduğunu, cavabdehin pulu əldən verdiyini, bunun qarşılığında evini qaytardığını, ortada 20 000 manat borcunun qalmasını onu da obyektin üstünə yazacağını dediyini, sonra Məzahir müəllimin yanına getdiyini, notariusun ona evi təzədən geri qaytarmaq üçün 5 000 manat vergi ödəmək lazım olduğunun dediyini, cavabdehin ona dost-qardaş olduqlarını, pulu olanda evi yenidən ala biləcəyini dediyini, ondan sonra bir yerdə işləməyə başladıqlarını, Əmrahın ona ayda 2000 manat onun, 3000 manat isə özünün kirayə verəcəyini dediyini, özünün sonra 80 000 manat borc götürdüyünü, 20 000 manatla birlikdə 100 000 borcu olduğunu, 2022-ci ilin dekabrına kimi faiz pulunu ödədiyini, hər ay 8 000 manat faiz verdiyini, 2022-ci ildə iqtisadi inkişaf nazirliyinin onlara pul ayırmadığını, buna görə də obyektin yarısını da Əmraha satmaq istədiyini, özünün Əmraha olan borcunu verib, qalanı ilə də gedib işlər görmək istədiyini dediyini, onda Əmrahın obyektin tamamının onun olduğunu dediyini, bundan sonra mübahisələrin başladığını, həm in müddət dövlət təhlükəsizlik xidmətinə, prokurorluğa şikayət etdiyini, hər ikisində araşdırma getdiyini, Əmrahın onlara “evimdən çıxın” dediyini, Əmrahın onun bacısının yoldaşına borcu faizlə verdiyini, indi isə pul verib ev aldığını, “obyektin pulu 2 milyondur, amma onu 100 000 manat verib aldığını” dediyini, 60 000 manat pulu obyektin yarısını vermək şərti ilə qaytardığını, 2021-ci ilin sentyabr ayında evin bütün pulunu ödədiyini, lakin bununla bağlı heç bir sənəd almadığını, iddianı cavabdehdən öncə qaldırdıqlarını, sadəcə vəkil sənədləri yanlış tərtib etdiyinə görə işin geri qaytarıldığını bildirərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə baxışı iclasında verdiyi iza hatında uşağına ev almaq istədiyini, bu barədə maklerə dediyini, maklerin ona satıcının avadanlıq gətirmək üçün təcili 90 000 manatlıq evi 85 000 manata satdığını dediyini, özünün 80 000 manatdan artıq pul verməyə imkanı olmadığını dediyini, evi faktiki olaraq 80 000 manata aldığını, 23 000 manatı pul təcili lazım olduğu üçün əldən verdiyini, notariusa gedərək evin alqı-satqı müqaviləsi bağladıqlarını, qalan məbləğin banka depozitə qoyulduğunu, müqavilədə evin qiymətinin 57 000 manat qeyd olunduğunu, müqaviləyə iddiaçının imza etdiyini, Xəyalın banklara 300 000 manat borcu olduğunu, evi satıb, bankların pulunu ödədiyini, sonra da pulu qaytardığını dediyini, Xəyalın evə 10 ay kirayə pulu ödədiyini, hazırda evin qiymətinin 100 000 manatı keçmədiyini, 307 kv.m evin bərbad gündə olduğunu, 5 00 0 manat məhkəmə pulunun və 100 000 manat ona verildikdə evi qaytaracağını, 25 000 manat yerinin kirayəsindən ona borcu olduğunu, onun kiminsə malında gözü olmadığını, Xəyalın ondan haqqını sonuna kimi aldığını, dövlətin yeri olan obyektə görə Xəyala 100 000 manat pul verdiyini, ondan sonra oranı iqtisadi inkişaf nazirliyində özəlləşdirdiyini, Xəyalın o pulu yox etdiyini, işçisinin pulunu belə verə bilmədiyini, obyektin xalçaçılığın yanında yerləşdiyini, halhazırda işləmədiyini, iflas olunduğunu, Xəyalın işçisinin ona pul vermədiyini, həmin obyektin təmirinə, özəlləşdirməsinə 550 000 manat xərc çəkdiyini, iddiaçının evin pulunu qaytarmadığını, 2022-ci ilin dekabr ayına kimi 10 ay kirayə pulu verdiyini, yoldaşnın xəstə olduğunu deyərək evdən çıxmadığını, möhlət istədiyini, Xəyal müəllimin or adan çıxmamaq üçün məhkəməyə 51 manat köçürərək, 5 ay zaman qazandığını, Naxçıvanda ev almaq istəyən biri onun gününə düşsə, heç vaxt ev almaq istəməyəcəyini, pulu əziyyətlə sürücü işləyə-işləyə qazandığını, iddiaçının atası, qardaşı deyil ki, iddiaçının ona güvənib adına evi keçirdiyini, obyektə görə 100 000 manat pul verdiyini, Xəyalın ondan aldığı pulu borclarına verdiyini, avadanlıq almadığını, ona ayda 8 000 manat deyil, 2500 manat kirayə pulu verdiklərini, Xəyal ilə özünün evin alqı-satqı müqaviləsinin borca əsasən bağlanması barədə söhbətlərin olmadığını, iddiaçı ilə aralarında mənzili oğlunun borcunu ona qaytaranadək alqı-satqı yolu ilə sənədləşdirdikləri barədə aralarında heç bir razılaşmanın olmadığını bildirərək qətnamənin qüvvədə saxlanmasını, apellyasiya şikayətinin təmin edil məməsinə qair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh təşkilat Cavabdeh2 nümayəndəsi X5 məhkəmə baxışı iclasında izahat verərək sənədləşmənin qanuni aparıldığını, əvvəlcə notariat kontoruna maklerin, iddiaçının nümayəndəsinin və cavabdehin gəldiklərini, evin alqı-satqı müqaviləsini bağlamaq istədiklərini dediklərini, onlara izah verdiyini, ev iddiaçının adına olduğundan, iddiaçının həyat yoldaşı ilə gələrək müqaviləyə imza etdiyini, iddiaçının imza edərkən evi nə səbəbə satdığı barədə heç nə demədiyini cavabdehin pulu iddiaçının isə evi verdiyini, alqı-satqı müqaviləsi bağladıqlarını, onun deyilən məsələlərdən xəbərinin olmadığını, vaxtını dəqiq xatırlamadığını, amma sonradan iddiaçının nümayəndəsinin onun yanına gələrək evi öz adına keçirtmək istədiyini dediyini, özünün evin 5 000 manat rüsumu olduğunu izah etdiyini, müqavilə bağlanan zaman iddiaçı və onun yoldaşının sonradan gəlib qol çəkdiklərini, müqaviləyə etiraz etmədiklərini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. İddia ərizəsinə əlavə edilmiş İddiaçı ilə Cavabdeh1 arasında Cavabdeh2ndə bağlanmış 23 aprel 2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən Naxçıvan şəhəri, H.Aslanov küçəsi, döngə 4, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 307.14 kv.m, yaşayış sahəsi 109.17 kv.m, yardımçı sahəsi 197.97 kv.m olan 5 otaqlı fərdi yaşayış evin İddiaçı tərəfindən Cavabdeh1 57000 (əlli yeddi min) manata satılması aydın olur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmla kın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 307.1 kv.m, torpaq sahəsinin ölçüsü 0.0232 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 18/25 nömrəli reyestr kitabının 4845 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********88-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022). Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 04/265 nömrəli, 14 aprel 2023-cü il tarixli məktuba əsasən, İddiaçı adına ünvan 3 ünvanında 186.9 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 125 m2 olan fərdi yaşayış evinə dair 22 noyabr 1964-cü il tarixli, 1185 inventar nömrəli texniki pasport hazırlanmışdır. İddiaçı həmin fərdi yaşa yış evini Naxçıvan şəhər Dövlət Notariat Kontorunun 12 noyabr 2004-cü il tarixli, 4-Ə-844 nömrəli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. ünvan 2 ünvanında, 232 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 307.10 m2 olan fərdi yaşayış evi Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 14 may 2012-ci il tarixdə Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunun 16 noyabr 2004-cü il tarixli, 4/Ə-854 nömrəli müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı həmin fərdi yaşayış evini Cavabdeh2 23 aprel 2022-ci il tarixli, 4Ə-223 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-679/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qətnaməsinin surətinə əsasən, iddiaçı Cavabdeh1 mülkiyyətində o lan Naxçıvan şəhəri, H.Aslanov küçəsi, döngə 4, ev 20 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh İddiaçı məcburi qaydada çıxarılması qət edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 2-1(122)-207/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarının surətinə əsasən, İddiaçı, Nümayəndə, X6, X3, X8 və X4 Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh1 birinci instansiya məhkəməsinə verdiyi iddia müddətinin tətbiqi barədə ərizədə Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələbinə əsasən mübahisələndirilən əqdlər üzrə maraqlı şəxs əqdin etibarsız sayilmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bildiyini q eyd edərək, İddiaçı cavabdehlər Cavabdeh1 və 2 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini iddia müddəti ötürüldüyündən rədd edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Kollegiya tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslılığını və qаnuniliyini, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq tam yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 307.14 kv.m və 109.17 kv.m yardımçı sahəli, 5 otaqlı fərdi yaşayış mənzili barədə bağlanmış, Cavabdeh2ndə 23 aprel 2021-ci il tarixdə təsdiq olunmuş və 4Ə-223 nömrəli reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul olunmuşdur. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərə məcmu halında qiymət verərək aşağıdakıları bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci madəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdi rilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin maddənin məzmunundan göründüyü kimi bu maddə ümumi xarakter daşımaqla həmin maddəyə istinad edilməklə əqd mübahisələndirilərkən Mülki Məcəllə ilə əqdin etibarsızlığı üçün əsas ola bilən və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan hallar dəqiq göstərilməlidir. Həmin məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb- sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İddiaçı apellyasiya şikayətində “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 307.14 kv.m və 109.17 kv.m yardımçı sahəli, 5 otaqlı fərdi yaşayış mənzilini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 23 aprel 2021-ci il tarixdə Cavabdeh1 məcburiyyət qarşısında qalaraq satdığını, məcburiyyətin oğlu Nümayəndə cavabdehdən faizlə borclanmasının oldu ğunu, mənzili dəyərindən ikiqat aşağı qiymətə satdığını, həmin dövrdə borc müqaviləsi notarial qaydada sənədləşdirilmədiyi üçün aralarında razılığa əsasən onun mənzili oğlunun borcunu Cavabdeh1 qaytaranadək alqı-satqı yolu ilə sənədləşdirdiklərini” göstərmələri iş materialları və istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya şikayətinin baxılması zamanı dindirilmiş Cavabdeh2 nümayəndəsi X2, Cavabdeh1 verdikləri izahatları ilə təkzib olunmuşdur. Belə ki, Cavabdeh2 nümayəndəsi X5 izahatında əvvəlcə notariat kontoruna maklerin, iddiaçının nümayəndəsinin və cavabdehin gəldiklərini, evin alqı-satqı müqaviləsini bağlamaq istədiklərini, ev iddiaçının adına olduğundan iddiaçının həyat yoldaşı ilə gələrək müqaviləyə imza etdiyini, iddiaçının imza edərkən evi nə səbəbə satdığı barə də heç nə demədiyini, cavabdehin pul iddiaçının isə evi verdiyini, alqı-satqı müqaviləsi bağladıqlarını, onun deyilən məsələlərdən xəbərinin olmadığını göstərmişdir. Cavabdeh1 məhkəmə baxışı iclasında verdiyi izahatında uşağına ev almaq istədiyini, evi faktiki olaraq 80 000 manata aldığını, 23 000 manatı pul təcili lazım olduğu üçün əldən verdiyini, notariusa gedərək evin alqı-satqı müqaviləsi bağladıqlarını, müqavilədə evin qiymətinin 57 000 manat qeyd olunduğunu, müqaviləyə iddiaçının imza etdiyini, Xəyal ilə özünün evin alqı-satqı müqaviləsinin borca əsasən bağlanması barədə söhbətlərin olmadığını, iddiaçı ilə aralarında mənzili oğlunun borcunu ona qaytaranadək alqı-satqı yolu ilə sənədləşdirdikləri barədə aralarında heç bir razılaşmanın olmadığını göstərmişdir. İddiaçı tərəf müqaviləni n etibarsızlığının əsası kimi apellyasiya şikayətində bildirdiyi şərtlə müqavilənin bağlanması, faizə pul götürməsi, pulu qaytarması hallarının doğruluğunu təsdiq edən sübutları kollegiyaya təqdim edə bilməmişdir. İddiaçı apellyasiya şikayətində “Cavabdeh1 evi məcburiyyət qarşısında qalaraq satdığı, məcburiyyətin oğlu Nümayəndə cavabdehdən faizlə borclanmasının olduğu, ayda 3000 manat sələmə pul ödəməklə evin pulunu ödədikləri, Əmrahın sexə gəlib hərdən Xəyaldan 3000 manat, 5000 manat, 8000 manat sələmə pulu aldığı, Əmraha ümumilikdə 150 000 manat pul ödədikləri” halları təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Belə ki, iddiaçı və onun nümayəndəsi istər birinci instansiya məkəməsində, istərsə də kollegiyada verdikləri izahatlarda cavabdehdən borc alındığını, borcu sənədləşdirmək məq sədi ilə evin alqı-satqı müqaviləsini rəsmiləşdirildiyini, ayda 3000 manat sələmə pul ödəməklə evin pulunu ödədiklərini, Əmrahın sexə gəlib hərdən Xəyaldan 3000 manat, 5000 manat, 8000 manat sələmə pulu aldığını, borcla bağlı cavabdehlə aralarında bağlanmış müqavilənin olmadığını, pulu ödəyərkən cavabdehdən yazılı qəbz almadıqlarını, bu səbəbdən də bu halları təsiq edən sübutları təqdim edə bilmədiklərini göstərmişlər. Kollegiya iddiaçının apellyasiya şikatətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339, 339.4-cü maddələrinə istinad edilməsi ilə bağlı aşağıdakıları bildirir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığ a gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsəd i ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı oğlu Xəyala mal və dəzgah almaq üçün pul lazım olduğundan evi satışa çıxarmış, qanuni şəkildə notariat orqanında alqı-satqı müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh1 tərəfindən ödənilən pulu bank vasitəsi ilə almışdır. Bu hallar cavabdehlərin izahatları ilə təsdiq olunur. İddiaçı Cavabdeh1 evi məcburiyyət qarşısında qalaraq satdığına, məcburiyyətin oğlu Nümayəndə cavabdehdən faizlə borclanmasının olduğuna dair sübutlar təqdim edə bilməmiş, cavabdehin iddiaçının iradə ifadəsi olmadan zorla evi mülkiyyətinə keçirməsinə dair Cavabdeh2ndə alqı-satqı m üqaviləsi imzalatdığını sübut edəcək faktlar işə baxılarkən aşkar edilməmişdir. Kollegiya hesab edir ki, İddiaçı Cavabdeh1 evi məcburiyyət qarşısında qalaraq satması, məcburiyyətin oğlu Nümayəndə cavabdehdən faizlə borclanmasının olması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.4-cü maddəsində göstərilən məcburetmə (zorakılıq və ya hədələmə) anlayışı ilə eynilik təşkil etmir. Beləliklə, kollegiya iddiaçı tərəfin qətnamənin ləğv edilməsinə dair apellyasiya şikayətində göstərdiyi dəlillərə qiymət verərək həmin dəlillərin qətnamənin ləğv edilməsi üçün əsaslı hesab etməyərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(078)-1065/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmaqla iddiaçı tərəfin vermiş olduğu apelyasiya şikayəti təmin olunmam alıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmə dən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(078)-1065/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(078)-1065/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərba ycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar