Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-29/2025 18.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1, eyni zamanda digər Cavabdeh4 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, Culfa Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(089)-309/2024 nömrəli qətnaməsindən cavabdeh, eyni zamanda digər Cavabdeh4 nümayəndəsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Culfa Rayon Məhkəməsinin (sədrlik edən hakim M.F.Məmmədov) 26 noyabr 2024cü il tarixli, 2(089)-309/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, 29 iyul 2007-ci il tarixdə ölmüş X7 qalmış miras əmlakı, Culfa şəhəri, X14 küçəsi ev ünvanında yerləşən 8 nömrəli mənzili qəbul etdiyindən miras əmlakda payın tam hissədə müəyyən edilməsi qət edilmişdir. İşin halları: İş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mirasın qəbulu faktının və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 iyul 2007-ci il tarixdə ölmüş X7 miras qalmış Culfa şəhəri, X14 küçəsi, ev 1, mənzil 8 ünvanında yerləşən mənzilin ½ hissəsindən mirasın onun tərəfindən faktiki sahiblik və idarə etməklə qəbul edilməsi faktının müəyyən edilməsini və həmin hissədə bütün mirasa onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(089)-3 09/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə cavabdeh, eyni zamanda digər cavabdehlər - Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(089)-309/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş cavabdeh, eyni zamanda digər cavabdehlər - Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Naxçıvan Muxtar Respublikas ı Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2025-ci il tarixli, 2(108)-29/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti Cavabdeh2 münasibətdə nümayəndəsi Cavabdeh1 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavabdeh, eyni zamanda digər Cavabdeh4 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum X9 2007-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra adına olan Culfa şəhəri, X14 küçəsi ev 1 ünvanında yerləşən 8 nömrəli mənzil ona olan hissədə miras qalmışdır. X2 2011-ci il tarixdə vəfat etmişdir. Vərəsə olaraq adına olan əmlakda X5 da payı vardır. Onun vəfatından sonra isə onun payı onlara yəni, ona və övladlarına (vərəsələrinə) çatmalıdır. Onlar X2nun vərəsəsi olaraq Culfa şəhəri, X14 küçəsi ev 1 ünvanında yerləşən 8 nömrəli mənz ildən onlara çatan paylarının müəyyən olunmasını istəyirlər və hesab edirlər ki, bu qanuni haldır. Məhkəmə yuxarıda qeyd etdikləri halı (sübutu) tam, hərətərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir. Beləliklə də Culfa Rayon Məhkəməsi işə baxarkən bir sıra qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Miras qoyanın vərəsələri qismində onların da miras əmlakda payları müəyyən olunmalı idi. Lakin, nəticə etibarı ilə iş üzrə materiallar məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadan heç bir hüquqi əsası olmayan ədalətsiz bir qətnamə çıxarılmışdır. Göstərilənlərə əsasən məhkəmənin qətnaməsinin qismən ləğv edilməsini və paylarının müəyyən olunmasını xahiş etmişdir. Cavabdeh, eyni zamanda digər Cavabdeh4 nümayəndəsi Cavabdeh1 kollegiyadakı izahatında Culfa Rayon Məhkəməsinin işə düzgün baxmadığını, ona ünvanlanmış suallara cavab verməyi üçün şərait yaratmadığını, bu səbəbdən də Culfa Rayon Məhkəməsinin qərarına etiraz etdiyini, məhkəmənin işi tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qərar qəbul etdiyini, mərhum əri ilə 1989-cu ildə ailə qurduğunu, ailə qurandan sonra gəlin kimi miras əmlak olan evə köçdüyünü, həmin mənzildən qaynı ailə qurduğundan 1992-ci ildə çıxdığını və əri ilə ayrı evə köçdüyünü, qayınatasının 2007-ci ildə rəhmətə gedəndən sonra ərinin mirasın qəbulu üçün notariat orqanına müraciət etmədiyini və miras əmlaka faktiki sahibliyi həyata keçirmədiyini, ümumiyyətlə qayınatası öləndən sonra həmin evdə yaşamadıqlarını, son 4 ildə, yəni ərinin 2011-ci ildə ölənə qədər mərhum atasından qalmı ş miras-əmlakdan pay hüququ əldə etmək barədə tələbinin olmadığını, qayınatasından miras qalmış evdə hazırda qayınanası və balaca qaynının öz ailəsi ilə birlikdə yaşadığını, miras əmlakda onların da pay hüquqlarının olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmasını və Culfa Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(089)-309/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməklə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Kollegiyada apellyasiya şikayətinə baxılması ilə əlaqədar cavabdeh, eyni zamanda digər Cavabdeh4 nümayəndəsi Cavabdeh1 izahatı dinlənildikdən sonra Cavabdeh1 özünün və nümayəndəsi olduğu Cavabdeh4 adından kollegiyaya ərizə təqdim edərək Culfa Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(089)-309/2024 nömrəli qətnaməsindən verd ikləri apellyasiya şikayətindən imtina etdiklərini və apellyasiya şikayətinə münasibətdə apelyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar cavabdeh, eyni zamanda digər Cavabdeh4 nümayəndəsi Cavabdeh1 ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, a pellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci, 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də, cavabdeh, eyni zamanda digər Cavabdeh4 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq, apellyasiya icraatına xitam verildiyindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərkən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə, büdcə səviyyə kodu 142214, GPP qəbz nömrəsi **********, terminal nömrəsi K0500015, qəbz nömrəsi 18160 ilə nağd ödədiyi 50 (əlli) manat məbləğind ə dövlət rüsumu Cavabdeh1, Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilərkən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə, büdcə səviyyə kodu 142214, GPP qəbz nömrəsi **********, terminal nömrəsi K0500015, qəbz nömrəsi 5388 ilə nağd ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh4 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərkən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə, büdcə səviyyə kodu 142214, GPP qəbz nömrəsi **********, terminal nömrəsi K0500015, qəbz nömrəsi 27316 ilə nağd ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh2 qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mirasın qəbulu faktının və payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh, eyni zamanda digər Cavabdeh4 nümayəndəsi Cavabdeh1 Culfa Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(089)-309/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina qəbul еdilsin və apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilsin. Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərkən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə, büdcə səviyyə kodu 142214, GPP qəbz nömrəsi **********, terminal nömrəsi K0500015, qəbz nömrəsi 18160 ilə nağd ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh1, Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilərkən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə, büdcə səviyyə k odu 142214, GPP qəbz nömrəsi **********, terminal nömrəsi K0500015, qəbz nömrəsi 5388 ilə nağd ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh4 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərkən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə, büdcə səviyyə kodu 142214, GPP qəbz nömrəsi **********, terminal nömrəsi K0500015, qəbz nömrəsi 27316 ilə nağd ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh2 qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-29/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-29/2025
18.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver