Məhkəmə qərarları › İş №2(108)-3/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-3/2021

03.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-3/2021 03.12.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə,İddiaçı və qeyrilərinin Cavabdeh qarşı Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən mərhum X3 adına verilmiş və haliyyədə təsərrüfatbaşına kitabda İddiaçı adına qeydə alınmış 137 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə” əsasən 0.19 hektar torpaq sahəsinin üzərində tikilmiş A (1952-ci ildə tikilmiş Cavabdeh yaşadığı) tikilisinə qanunsuz çəkilmiş hasarın sökülməsi və Cavabdeh həmin evdən çıxarılmaqla, onların həmin tikiliyə istifadə hüquqularına o lan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli 2(110)-259/2018 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyən e t d i: Şərur Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli 2(110)-259/2018 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim H.N.Zülfüqarov) İddiaçı və qeyrilərinin Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən mərhum X3 adına verilmiş və haliyyədə təsərrüfatbaşına kitabda İddiaçı adına qeydə alınmış 137 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə” əsasən 0.19 hektar torpaq sahəsinin üzərində tikilmiş A (1952-ci ildə tikilmiş Cavabdeh yaşadığı) tikilisinə qanunsuz çəkilmiş hasarın sökülməsi və Cavabdeh həmin evdən çıxarılmaqla, onların həmin tikiliyə i stifadə hüquqlarına olan maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməklə Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən mərhum X3 adına verilmiş və haliyyədə təsərrüfatbaşına kitabda İddiaçı adına qeydə alınmış 137 A nömrəli torpaq şəhadətnaməsinə əsasən 0.19 hektar torpaq sahəsinin üzərində tikilmiş A (1952-ci ildə tikilmiş Cavabdeh yaşadığı) tikilisinə qanunsuz çəkilmiş hasarın (çəpərin) sökülməsi Cavabdeh azyaşlı qızı ilə birlikdə həmin evdən çıxarılmaqla iddiaçıların həmin tikiliyə istifadə hüquqlarına olan maneələrin aradan qaldırılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Şərur Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli 2(110)-259/2018 nömrəli qətnaməsinin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş e tmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh 02 avqust 2018-ci il tarixdə apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə ilə kollegiyaya müraciət edərək Şərur Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(110)-259/2018 nömrəli qətnaməsinin ləğv olunmasını və işə mahiyyəti üzrə yenidən baxılaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə iddiaçılar X6, X7, X5, X4 rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iddiaçılar iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq iddiaçılar X6, X7, X5, X1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh 03 dekabr 2021-ci il tarixli ərizə ilə kollegiyaya müraciət edərək, ərizədə İddiaçı və qeyrilərinin Cavabdeh qarşı Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən mərhum X3 adına verilmiş və haliyyədə təsərrüfatbaşına kitabda İddiaçı adına qeydə alınmış 137 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə” əsasən 0.19 hektar torpaq sahəsinin üzərində tikilmiş A (1952-ci ildə tikilmiş Cavabdeh yaşadığı) tikilisinə qanunsuz çəkilmiş hasarın sökülməsi və Cavabdeh həmin evdən çıxarılmaqla, onların həmin tikiliyə istifadə hüquqularına olan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli 2(110)-259/2018 nömrəli qətnaməsin dən apellyasiya şikayəti verdiyini, verdiyi apellyasiya şikayətindən imtina etdiyini qeyd edib, ərizəsinin nəzərə alınaraq apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh həmçinin ərizədə şikayətindən 05.10.2021-ci il tarixdə Naxçıvan MR İnzibati Məhkəməsində bağlanılmış barışıq sazişi olduğu üçün imtina etdiyini bildirmişdir. Apellyasiya baxışı zamanı İddiaçı Cavabdeh apellyasiya şikayətindən imtina еtməsi ilə bağlı ərizəsinin nəzərə alınaraq apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar Cavabdeh ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 369.3- cü maddələrində nəzərd ə tutulmuş əsaslar mövcud deyil. Ona görə də, Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəхs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasın da baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq, apellyasiya icraatına xitam verildiyindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 5 (beş) manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.6-cı maddəsinə əsasən apellyasiya icraatına xitam verilən zaman apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsa sən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İddiaçı və qeyrilərinin Cavabdeh qarşı Kəngər li rayonu, Qıvraq qəsəbəsində yerləşən mərhum X3 adına verilmiş və haliyyədə təsərrüfatbaşına kitabda İddiaçı adına qeydə alınmış 137 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə” əsasən 0.19 hektar torpaq sahəsinin üzərində tikilmiş A (1952-ci ildə tikilmiş Cavabdeh yaşadığı) tikilisinə qanunsuz çəkilmiş hasarın sökülməsi və Cavabdeh həmin evdən çıxarılmaqla, onların həmin tikiliyə istifadə hüquqularına olan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli 2(110)-259/2018 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən Cavabdeh imtinası qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata cavabdehə münasibətdə хitam verilsin. "xxxx" ASC-nin Kəngərli filialında TT**********4345 nömrəli, 07.06.2018-ci il tarixli qəbzlə ******************** nömrəli hesaba ödənilmiş 5 (beş) manat məbləğində dövlət rüsumu Cavabdeh geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar