Məhkəmə qərarları › İş №2(108)-30/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-30/2022

28.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-30/2022 28.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və aparılmış qeydiyyatın ləğvi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il t arixli, 2(110)-380/2021 nömrəli qətnaməsindən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı Şərur Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 20 dekabr 1996-cı il tarixdə Şərur rayon Dövlət notariat kontoru (hal-hazırda Şərur rayon 2 saylı notariat ofisi) tərəfindən rəsmiləşdirilmiş Şərur şəhəri, Şah İsmayıl küçəsi (hazırda Heydər Əliyev prospekti), 37 saylı evin 48 saylı mənzilinin bağışlaması haqqında müqavilədə (reyestrdə 3M107 nömrə ilə qeyd edilmişdir) olan imza hədiyyə alan qismində qeyd olunmuş X4 məxsus olmadığına g örə həmin müqavilənin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X3 adına aparılmış qeydiyyatın ləğv edilməsi və buna dair müvafiq qeydlərin aparılmasının Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(110)-380/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı “müqavilənin etibarsız hesa b edilməsi və aparılmış qeydiyyatın ləğvi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(110)-380/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, onun Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı iddiasının təmin edilməsini, 20 dekabr 1996-cı il tarixdə Şərur rayon Dövlət Notariat Kontoru (hal-hazırda Şərur rayon 2 saylı notariat ofisi) tərəfindən rəsmiləşdirilmiş Şərur şəhəri, Şah İs mayıl küçəsi (hazırda Heydər Əliyev prospekti), 37 saylı evin 48 saylı mənzilinin bağışlaması haqqında müqavilədə (reyestrdə 3M107 nömrə ilə qeyd edilmişdir) olan imza hədiyyə alan qismində qeyd olunmuş X4 məxsus olmadığına görə həmin müqavilənin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X3 adına aparılmış qeydiyyatın ləğv edilməsini və buna dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasının Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə həvalə edilməsini xahiş etmişlər. İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini onun la əsaslandırmışlar ki, 20 dekabr 1996-cı il tarixdə Şərur rayon Dövlət notariat kontoru tərəfindən iddiaçıya mülkiyyət hüququ əsasında məxsus Şərur şəhəri, Heydər Əliyev prospekti (o vaxt Şah İsmayıl küçəsi, bundan əvvəl isə Sovet küçəsi) 37 saylı evin 48 saylı mənzilinin (bundan sonra mətndə – Mənzil) bağışlaması haqqında müqavilə (bundan sonra – Müqavilə) rəşmiləşdirilmişdir (reyestrdə 3M107 nömrə ilə qeyd edilmişdir). Müqavilədə hədiyyə alan qismində iddiaçının X1 qeyd olunmuşdur. Həmin gün (20 dekabr 1996-cı il) iddiaçı və bacısı birlikdə Şərur rayon Dövlət notariat kontorunda olmayıblar. Əvvəl iddiaçı tərəfindən Müqavilənin rəsmiləşdirilməsi ilə bağlı hazırlıq işləri həyata keçirilmiş (sənədləri təqdim etməsi və s.), sonra iddiaçı notariat kontorundan çıxıb getmişdir. Bacısı isə nota riat kontoruna gəlməli və müqaviləni imzalamalı idi. İddiaçı notariat kontoruna qayıtdıqda artıq müqavilədə “Vəliyeva” sözünün qarşısında imza var idi, bundan sonra iddiaçı müqaviləni imzalamışdır. Yalnız 2019-cu ildə onların bacısı X8 tərəfindən mənzillə bağlı iddia verildikdən sonra ona məlum olmuşdur ki, müqavilədə olan imza X1na məxsus deyildir. Müqavilə bacısı İddiaçıa tərəfindən imzalanmadığından Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun deyildir. X1 5 iyul 2019-cu ildə vəfat etmişdir. Onun qanun üzrə yeganə vərəsəsi əri Cavabdeh1dur. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası (15 sentyabr 2021-ci il tarixli, 245 nömrəli rəy) ilə müəyyən edilmişdir ki, müqavilənin müvafiq hissəsində olan imza İddiaçıa tərəfindən icra olunmamışdır. Müqavilə İddiaçıa tərəfin dən imzalanmadığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən etibarsızdır. Müqavilənin hüquqi qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsi tam qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi iddiaçının dəlillərini nəzərə almamış, onlara hüquqi qiymət verməmişdir. İddia müddəti iddiaçı tərəfindən ötürülmədiyinə görə iddianın rədd edilməsi üçün əsas yoxdur. İş materiallarından görünür ki, mənzil bacısı İddiaçıanın adına yalnız 05 sentyabr 2019-cu il tarixdə (ölümündən sonra) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halbuki, 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 230-cu və 245-ci maddələrinə görə daşınmaz əmlakla bağlı müqavilə 1 ay müddətində müvafiq dövlət orqanında qeydə alınmalıdır, qeydə alın dığı andan bağlanmış hesab edilir. Beləliklə qeyd olunan hüquq normaları da pozulmuşdur. Müqavilə 1 ay müddətində müvafiq dövlət orqanında qeydə alınmamışdır və buna görə də bağlanmış sayılmır. İddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdır. Rayon məhkəməsi onları müdafiə etməmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82-ci maddəsinin 1-ci hissəsini əsassız olaraq tətbiq etmişdir. Belə ki, hazırki iş üzrə iddiaçının iddiası qaldırılana qədər iddia müddəti keçməmişdir. Cavabdeh S. Eyvazov bacısı S. Vəliyevanın iddiası üzrə qəbul olunmuş 3 məhkəmə aktının surətlərini birinci instansiya məhkəməsinə təqdim etmişdir (X6 Şərur Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(110)-106/2022 saylı q ətnaməsi; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(108)-135/2020 saylı qətnaməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(103)-1704/2021 saylı Qərarı). Məhz bu səbəbdən iddiaçı tərəfindən həmin aktların surətlərinin təkrarən birinci instansiya məhkəməsinə təqdim olunması mənasız idi. Lakin məhkəmə iclasının protokolu və müvafiq olaraq iş materialları ilə tanış olduqdan sonra məlum olmuşdur ki, hakim həmin məhkəmə aktlarının surətlərini işə əlavə etməmişdir, onları təqdim etməsi protokolda öz əksini tapmamışdır. Protokoldan verdiyi qeydlər hakim tərəfindən mahiyyəti üzrə əsassız olaraq baxılmamışdır. Bu səbəbdən qeyd olunan məhkəmə aktlarının surətlərini hazırki şikayətə əlavə edir. Apellyasiya şikayətində 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinin 3-cü hissəsinin birinci cümləsinə, 44-cü maddəsinin 1-ci hissəsinə, 77-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Nikolayeviç kollegiyaya ərizə göndərərək müəyyən səbəblərə görə məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətini müdafiə etdiyini, onun tam təmin edilməsini xahiş etdiyini qeyd etmişdir. Həmçinin cavabdeh təşkilat Şərur rayon 2 saylı notariat ofisinin nümayəndəsi də kollegiyaya ərizə göndərərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyini qeyd etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə baxışı iclası zamanı iş üzrə İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(110)380/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, onun Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı iddiasının təmin edilməsini, 20 dekabr 1996-cı il tarixdə Şərur rayon Dövlət Notariat Kontoru (hal-hazırda Şərur rayon 2 saylı notariat ofisi) tərəfindən rəsmiləşdirilmiş Şərur şəhəri, Şah İsmayıl küçəsi (hazırda Heydər Əliyev prospekti) 37 saylı evin 48 saylı mənzilinin bağışlaması haqqında müqavilədə (reyestrdə 3M107 nömrə ilə qeyd edilmişdir) olan imza hədiyyə alan qismində qeyd olunmuş X4 məxsus olmadığına görə həmin müqavilənin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X3 adına aparılmış qeydiyyatın ləğv edilməsini və buna dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasını Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə həvalə edilməsini xahiş etdi. Məhkəmə baxışı iclası zamanı iş üzrə Cavabdeh1 və onun vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməklə Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(110)-380/2021 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin nümayəndəsi X5 iş üzrə qanuni qərar çıxarılmasını xahiş etdi. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlay ıb, apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq аşаğıdаkı nəticəyə gəlir: Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn R еspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya apellyasiya şikayətinin 20 dekabr 1996-cı il tarixdə Şərur rayon Dövlət notariat kontoru tərəfindən iddiaçıya mülkiyyət hüququ əsasında məxsus Şərur şəhəri, Heydər Əliyev prospekti (o vaxt Şah İsmayıl küçəsi, bundan əvvəl isə Sovet küçəsi) 37 saylı evin 48 saylı mənzilinin (bundan sonra mətndə – Mənzil) bağışlaması haqqında müqavilə (bundan sonra – Müqavilə) rəşmiləşdirilməsi (reyestrdə 3M107 nömrə ilə qeyd edilmiş), müqavilədə hədiyyə alan qismində iddiaçının X1 qeyd olunması, həmin gün (20 dekabr 1996-cı il) iddiaçı və bacısının birlikdə Şərur rayon Dövlət notariat kontorunda olmaması, əv vəl iddiaçı tərəfindən Müqavilənin rəsmiləşdirilməsi ilə bağlı hazırlıq işləri həyata keçirilməsi (sənədləri təqdim etməsi və s.), sonra iddiaçının notariat kontorundan çıxıb getməsi, bacısının isə notariat kontoruna gələrək müqaviləni imzalamalı olması, iddiaçı notariat kontoruna qayıtdıqda artıq müqavilədə “Vəliyeva” sözünün qarşısında imza olması, bundan sonra iddiaçının müqaviləni imzalaması, yalnız 2019-cu ildə onların bacısı X8 tərəfindən mənzillə bağlı iddia verildikdən sonra, müqavilədə olan imzanın X1na məxsus olmamasının ona məlum olması, müqavilə bacısı İddiaçıa tərəfindən imzalanmadığından Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olmaması, X1nın 5 iyul 2019-cu ildə vəfat etməsi, onun qanun üzrə yeganə vərəsəsinin əri Cavabdeh1 olması, iş üzrə keçirilmiş məhk əmə-xətşünaslıq ekspertizasının 15 sentyabr 2021-ci il tarixli, 245 nömrəli rəyi ilə müqavilənin müvafiq hissəsində olan imzanın İddiaçıa tərəfindən icra olunmamasının müəyyən edilməsi, müqavilənin İddiaçıa tərəfindən imzalanmadığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən etibarsız olub hüquqi qüvvəsi olmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin tam qanunsuz və əsassız olması, iddiaçının dəlillərini nəzərə almaması, onlara hüquqi qiymət verməməsi, iddia müddətinin iddiaçı tərəfindən ötürülmədiyinə görə iddiann rədd edilməsi üçün əsas olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillərin iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozması, birinci instansiya məhkəməsinin hazırki iş üz rə 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82-ci maddəsinin 1-ci hissəsini əsassız olaraq tətbiq etməsi, hazırki iş üzrə iddiaçının iddiası qaldırılana qədər iddia müddətinin keçməməsi barədə dəlillərinə ümumilikdə qiymət verərək əsassız hesab edir. Belə ki, mülki iş materiallarından aydın olur ki, 20 dekabr 1996-cı il tarixli, 3M107 № li bağışlama müqaviləsi ilə Şərur şəhəri Ş.İsmayıl 37/48-də yaşayan İddiaçı Şərur şəhəri Şah İsmayıl 37/48-də yerləşən iki otaqlı yaşayış mənzilini X1na bağışlamış, X7 05.07.2019-cu il tarixdə beyinə qansızmadan vəfat etmişdir. İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı “mü qavilənin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli, 245 nömrəli ekspert rəyi ilə ekspertizaya göndərilmiş 20 dekabr 1996-cı il tarixli, 3M107 № li müqavilənin aşağısında “imzalar” qrafasında 2-ci sırada “Vəliyeva“ soyadı qarşısındakı imza X7 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə o lan prosessual hüquq normalarına uyğun çıxarılmalı olduğu tələbinə əsaslanaraq mübahisənin həlli ilə bağlı bağışlama müqaviləsinin bağlandığı tarixdə qüvvədə olmuş Azərbaycan SSR-in 1964-cü ildə qəbul olunmuş Mülki Məcəlləsinin 73, 230, 245-ci maddələrinə istinad edərək 15 sentyabr 2021-ci il tarixli, 245 nömrəli ekspert rəyi ilə ekspertizaya göndərilmiş 20 dekabr 1996-cı il tarixli, 3M107 № li müqavilənin aşağısında “imzalar” qrafasında 2-ci sırada “Vəliyeva“ soyadı qarşısındakı imza X7 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmasının müəyyən olunmasına baxmayaraq iddiaçının iddia müddətini buraxdığından hazırki vəziyyətdə məhkəmənin iddia tələbinin əsaslı olub-olmamasına münasibət bildirməsini mümkün hesab etməmişdir. İddiaçı mübahisəli mənzilin bacısına bağışlamasına dair müqa vilədəki imzanın bacısına məxsus olmamasını yalnız 2019-cu ildə bildiyini nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-in 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən Azərbaycan Respublikası MM-in 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir, 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlar ını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onlar ı öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli L.İ.Binnətovanın şikayəti üzrə Qərarında göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rə dd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsi ilə bağlı məsuliyyə t hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yaranabiləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozul muş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Kollegiya apellyasiya şikayətinin cavabdeh S. Eyvazovun S. Vəliyevanın iddiası üzrə qəbul olunmuş 3 məhkəmə aktının (X6 Şərur Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(110)-106/2022 saylı qətnaməsi; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(108)-135/2020 saylı qətnaməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(103)-1704/2021 saylı Qərarı) surətlərini birinci instansiya məhkəməsinə təqdim etməsinə görə iddiaçı tərəfindən həmin aktların surətlərinin təkrarən birinci instansiya məhkəməsinə təqdim olunmasının mənasız olması, məhkəmə iclasının protokolu və müvafiq olaraq iş materialları ilə tanış olduqdan sonra hakimin həmin məhkəmə aktlarının surətlərini işə əlavə etməməsinin ona məlum olması, protokoldan verdiyi qeydlə rə hakim tərəfindən mahiyyəti üzrə əsassız olaraq baxılmaması barədə dəlilini müzakirə edərək əsassız hesab etməklə göstərir ki, həmin qeydlər qanunla nəzərdə tutulmuş protokolun imzalandığı andan 3 gün müddətində deyil, bir aydan sonra verildiyindən rədd edilmişdir. Belə ki,17 noyabr 2021-ci il tarixli protokolla tanış olmaq barədə ərizə məhkəməyə 20 dekabr 2021-ci ildə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Kollegiya iddia tələbinin qalan, yəni “həmin müqavilə əsasında Naxçıvan Muxtar Respu blikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X3 adına aparılmış qeydiyyatın ləğv edilməsi və buna dair müvafiq qeydlərin aparılmasının Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə həvalə edilməsi barədə” hissəsinə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi səhvən həmin hissənin də iddia müddəti tətbiq edilməklə rədd edilməsi nəticəsinə gəlmişdir. Halbuki, iddianın bu hissəsinin həlli iddianın birinci hissəsinin nəticəsindən asılı olduğundan və birinci hissə rədd edildiyindən iddia tələbi bu hissədə də rədd edilməli idi. Lakin birinci instansiya məhkəməsinin bu hissədə səhvə yol verməsi onun tərəfindən yanlış qərar çıxarı lmasına səbəb olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya apellyasiya şikayətinin mənzilin iddiaçının bacısı İddiaçıanın adına yalnız 05 sentyabr 2019-cu il tarixdə (ölümündən sonra) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, halbuki, 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 230-cu və 245-ci maddələrinə görə daşınmaz əmlakla bağlı müqavilənin 1 ay müddətində müvafiq dövlət orqanında qeydə alınaraq qeydə alındığı andan bağlanmış hesab edilməsi, qeyd olunan hüquq normalarının da pozulması, müqavilənin 1 ay müddətində müvafiq dövlət orqanında qeydə alınmadığından bağlanmış sayılmaması dəlilinə həmin dəlildə göstərilənlər iddia tələbinin əsasını təşkil etmədiyindən münasibət bildirmir. Beləliklə kollegiya apellyasiya şikayətində göstərilmiş dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edib bu dəlilləri Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(110)-380/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı iddiasının təmin edilməsi, 20 dekabr 1996-cı il tarixdə Şərur rayon Dövlət notariat kontoru (hal-hazırda Şərur rayon 2 saylı notariat ofisi) tərəfindən rəsmil əşdirilmiş Şərur şəhəri, Şah İsmayıl küçəsi (hazırda Heydər Əliyev prospekti) 37 saylı evin 48 saylı mənzilinin bağışlaması haqqında müqavilədə (reyestrdə 3M107 nömrə ilə qeyd edilmişdir) olan imza hədiyyə alan qismində qeyd olunmuş X4 məxsus olmadığına görə həmin müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X3 adına aparılmış qeydiyyatın ləğv edilməsini və buna dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasını Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi üçün əsas hesab etmir və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. Həmin prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Həmin normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları məhkəmədə sübut etməyə borcludur. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən də kollegiya belə nəticəyə gəlir ki, Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(110)-380/2021 nömrəli qətnaməsindən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 Nikolayeviç tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(110)-380/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402.1, 403, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutub kollegiya qət etdi: İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və aparılmış qeydiyyatın ləğvi” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(110)-380/2021 nömrəli qətnaməsindən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 Nikolayeviç tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(110)-380/2021 nömrəli qətnaməsi apellyasiya şikayəti vermiş şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılsın. Q ətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar