Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-30/2024 05.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh1nə qarşı “notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbi barədə mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 2(110)-789/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xüsusi notariusu Cavabdeh2 hərəkətlərinin qanun suz hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi haqqında 16 noyabr 2022-ci il tarixli qərarın ləğv edilməsi və ona vərəsəlik hüququ haqqnda şəhadətnamə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılaraq iddiaçı göstərmişdir ki, atam X8 ilə anam X9 1951-ci ildə nikaha daxil olmadan evlənərək bir yerdə yaşamışlar. 1953-cü ildə qardaşım X15, 1955-ci ildə bacım X16 doğulmuş, anamla atam xx.xx.1957-ci ildə nikaha daxil olduqdan sonra 1958-ci ildə qardaşım X12, 1961-ci ildə özüm, 1964-cü ildə qardaşım X21 doğulmuşdur. Atam xx.xx.2017-ci il tarixdə, anam isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Onların ölümündən sonra Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0,369 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,194 5 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 fərdi yaşayış evləri miras qalmışdır. Atamın ölümündən sonra həmin miras əmlaklarını anam qəbul etmişdir. Anamın vəfatından sonra 2022-ci ilin iyun ayında mən Cavabdeh1nə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişəm. Notarius tərəfindən qanunsuz olaraq məndən əlavə sənədlər tələb edilmiş, mən isə notariusun tələb etdiyi həmin sənədlərin əldə edilməsinə çalışmışam. Hər dəfəsində notarius məndən yeni sənədlər tələb etmiş, sonuncu dəfə isə mən Şərur rayon Nikah evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah akt qeydi üzrə çıxarışı, xx.xx.2022-ci il tarixli AZ-1 № 871595 nömrəli və xx.xx.2022ci il tarixli AZ-İ № 586282 nömrəli ölüm akt qeydi üzrə çıxarışları notariusa təqdim e tmişəm. Lakin notarius qanunsuz olaraq mənim guya ki, vərəsliyin qəbulu üçün 3 aylıq müddəti buraxaraq müraciət etdiyimi əsas gətirib, xx.xx.2022-ci il tarixli qərarla mənə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir... Notarius qanunun tələblərini icra etmək əvəzinə, süründürməçiliyə yol verərək, məndən əsassız sənədlər toplamağı tələb etmiş, bununla da mənim 3 aylıq müddəti buraxmağıma səbəb olmağa çalışmışdır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Qanunvericlikdə göstərilən həmin 3 aylıq müddət vərəsənin vərəsliyə çağrılması barədə müddəti özündə ehtiva edir. Həmin çağrış isə notarius tərəfindən olunmalıdır. Notariusun məni vərəsəliyə çağrılması barədə hər hans ı sübutu yoxdur. Əksinə mən, özüm şəxsən notariusa müraciət etmişəm və onun tərəfindən qanunverilciyin müddəaları kobud şəkildə pozulmaqla, mən vərəslik hüququmdan məhrum olmuşam. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvə ldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üç ün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Yuxarıda da qeyd etdiyim kimi mən ən geci 28 iyun 2022-ci il tarixdə bütün sənədləri notarisua təqdim etmişəm. Notariusun qanunsuz şəkildə göstərdiyi kimi xx.xx.2022-ci il tarixində müraciət etsəydim belə, Konstitusiya Məhkəməsinin qərarında göstərdiyi kimi mən vərəsəliyin notarial qəbulu üçün tələb olunan 6 aylıq müddəti ötürməmişəm. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1243.2 və 1246-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248. 1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) 14 oktyabr 2022-ci il tarixli qərarına və Notariat haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Notariat haqqında Qanun) 36-cı maddəsinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şərur Rayon Məhkəməsinin (hakim Seymur Qarayev) 2(110)-789/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1nə qarşı “notarius hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi və iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət olunmuşdur. Birinci instansiya m əhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, vərəsələr arasında mübahisə olduğundan və iddiaçı notariat hərəkətlərini aparmaq üçün zəruri olan sənədləri təqdim etmədiyindən Cavabdeh1 notariusu notariat hərəkətlərini aparmaqdan imtina etmişdir. Belə ki, iş materialında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)- 148/2023 saylı qətnaməsindən görünür ki, vərəsələr arasında mübahisə olduğundan iddiaçı bacı və qardaşlarına qarşı məhkəmədə iddia qaldıraraq anasından miras qalmış əmlakları faktiki qəbul etməsini xahiş etsə də, anasından miras qalmış əmlakları faktiki qəbul etməsi ilə bağlı hər hansı hərəkət etmədiyindən, eyni zamanda mirası qəbul etməsi üçün müəyyən olunmuş 3 aylıq müddəti buraxdığından iddiası rədd edilmişdir. Eyni zamanda iddiaçı Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)148/2023 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(108)-71/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-148/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır... Göründüyü kimi, Cavabdeh1 notariusunun notariat hərəkətlərini aparması üçün iddiaçıdan zəruri olan sənədləri tələb etməsi qanunauyğun olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində notariusun qanunsuz olaraq onun vərəsəliyin qəbulu üçün 3 aylıq müddəti buraxaraq müraciət etdiyini əsas gətirib xx.xx.2022-ci il tarixli qərarla ona vərəsəlik hüququ haqqında şəhadətnamə vermə kdən imtina etdiyini qeyd etsə də, iş materialında olan Cavabdeh1 notariusunun notariat hərəkətlərini aparmaqdan imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli 21 nömrəli qərarında notarius tərəfindən bu hala istinad olunmamışdır... Beləliklə də, məhkəmə təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, Cavabdeh1 notariusu tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X4 miras qalmış Şərur rayonu, Məmmədsabir kəndində yerləşən kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələrinə dair vərəsəliyin açılmasından qanunvericiliyin tələblərinə uyğun olaraq imtina edildiyindən, iddiaçının cavabdehə qarşı “notariusun hərəkətlərinin qanu nsuz hesab edilməsi” tələbi əsassız olduğundan rədd edilməlidir... İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Notariat haqqında Qanunun 2-ci və 40-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 98, 102 və 107-ci hissələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 2.1, 4.1, 14.2, 77.1, 119.1, 217.4 və 305.1.8-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarlarına istinad etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti verərək 2(110)-789/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, “İşə baxan Şərur Rayon Məhkəməsi qanunsuz, əsassız və ədalətsiz məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki,...eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində notar iusun qanunsuz olaraq onun vərəsəliyin qəbulu üçün 3 aylıq müddəti buraxaraq müraciət etdiyini əsas gətirib xx.xx.2022-ci il tarixli qərarla ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etdiyini qeyd etsə də, iş materialında olan Cavabdeh1 notariusunun notariat hərəkətlərini aparmaqdan imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli 21 nömrəli qərarında notarius tərəfindən bu hala istinad olunmamışdır. Bununla bağlı bildirirəm ki, məhkəmənin həmin əsaslandırması tamamilə qanunsuz və əsassızdır. Belə ki, mən cavabdehlər X15, X16, X12 və X17 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət etmişdim və Şərur rayon məhkəməsi iddia tələbimi rədd edərkən qərarını onunla əsaslandırmışdı ki, X13 xx.xx.2022-ci il tarixdə ölm üşdür. Onun vərəsələri X15, X16, X12, İddiaçı, X18r. X14 öldükdən 4 ay sonra iddiaçı xx.xx.2022-ci il tarixdə mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. Digər vərəsələr mirasın qəbul edilməsi ilə bağlı müraciət etməmişlər. Cavabdeh1 xx.xx.2022-ci il tarixli qərarı ilə X4 qalan mirasa İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Mehman Allahverdiyev (sədrliyi və məruzəsi ilə), Əli Allahverdiyev və Vera Kuimova) 2(108)-71/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmış, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, yəni iddia tələbinin rədd olunması ilə razılaşmış, gəlinmiş nəticəni qanuni və əsas lı hesab etmiş və qərarında göstərmişdir ki, mübahisənin mübahisəli halları ilə bağlı apelyasiya icraatı zamanı tədqiq olunan iş materiallarından və işdə iştirak edən şəxslərin izahatından mərhum X5 ölümündən sonra ona münasibətdə miras qalmış Şərur rayon Məmmədsabir kəndində yerləşən 0.04 ha təsərrüfat təyinatlı torpaq sahəsi (JN- 132) və 0.19 ha həyətyanı torpaq sahəsinin (JN-085A) hər hansı əsasla onun həyat yoldaşı mərhum X13 tərəfindən qəbul olunması, eyni zamanda həmin şəxslər tərəfindən adıçəkilən miras əmlaklara dair vəsiyyətnamənin qoyulması halı müəyyən olunmamışdır. İş üzrə İddiaçı istər iddia ərizəsində, istərsə də verdiyi apelyasiya şikayətində mərhum X4 miras qalmış adıçəkilən əmlakları qəbul etdiyini iddia etsə də, məhkəməyə təqdim etdiyi Cavabdeh1nə verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Mülki Məcəllənin 1246cı maddəsi ilə müəyyən olunmuş müddəti buraxmış və belə olan halda da haqlı olaraq Cavabdeh1 xx.xx.2022-ci il tarixli qərarı ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Belə ki, göstərilən maddənin tələbinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. İş üzrə İddiaçı apelyasiya baxışı zamanı verdiyi izahatında mülki qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən olunmuş 3 aylıq müddətin buraxılmasının ondan asılı olmayan üzrlü səbəblərdən olduğunu bildirsə də, kollegiya mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı məsələyə münasibət bildirilməsinin hazırki baxılan tələb çərçivəsində mümkünsüzlüyünü apelyatorun diqqətinə çatdırmağı zəruri hesab edir. Halbuki, xx.xx.2022-ci il tarixdə mərhumlara aid sənədlər və mənim şəxsiyyət vəsiqəmin əslini təkidlə məndən aldı və mənə dedi ki, sənədlər 3 gün ofisdə qalmalı və sistemə oturmalıdır. 3 gün içində mən ona şəxsiyyət vəsiqəmin əslinin verilməsini tələb etdim. xx.xx.2023-cü il tarixində isə şəxsiyyət vəsiqəmin əslini və imtina etdiyi sənədləri alıb məhkəməyə müraciət etdim. Həmin qətnamədən verdiyim kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki kollegiyası xx.xx.2023-cü il tarixli, 2(102)-3740/2023 sayılı qərarla kassasiya şikayətimi qismən təmin etmiş, Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 24 may 2023-cü il tarixli 2(108)-71/2023 nömrəli qətnaməsini ləğv etmiş və iş üzrə icraata xitam vermişdir. Yuxarıdakı qərarlardan göründüyü kimi, Cavabdeh1 notar iusu vərəsələr arasında mübahisəyə görə deyil, guya ki, mənim 3 aylıq ərizə vermək barədə müddəti buraxdığımı əsas gətirib imtina etmişdir. Əvvəlki məhkəmə iclasılarına gəlməyən, gəldikdən sonra isə tamamilə yalan izahat verən Cavabdeh1 xüsusi notariusu Cavabdeh2 verdiyi izahatda da, guya mənim sənədləri vaxtında təqdim etmədiyim göstərilmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 xüsusi notariusu Cavabdeh2 izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh1nə bir neçə dəfə müraciət etmiş, anasından qalan miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini bildirmiş, ondan mərhum anasının ölüm haqqında şəhadətnaməsini, miras əmlakın nədən ibarət olmasına dair həmin əmlakın sənədlərini, vərəsələr haqqında arayış tələb etmiş, hər dəfə notariat kontoruna gələndə tələb etdiyi zəruri sənədləri təqdim etməmiş, sonuncu dəfə 01 avqust 2022-ci ildə müraciət etmiş, şəhadətnamə istədiyini, yenə sənədləri təqdim etmədiyini, qardaşları ilə arasında mübahisə olduğunu bildirmiş, həmin sənədləri təqdim edə bilmədiyini görüb ona müddəti buraxmamaq üçün ərizə verməsini, sənədləri təqdim etdikdən sonra vərəsəlik açılmasını təklif etmiş, 01 avqust 2022-ci ildə yazılı müraciətini qeydiyyata almış, noyabr ayında şəhadətnamə verilməsi üçün zəruri sənədləri yenə də təqdim etmədiyindən, həmçinin qardaşları ilə aralarında mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, həmçinin elektron notariat sistemində torpağa dair köhnə sənədlər, doğum aktları barədə məlumat olmadığına görə, notariat kontoru tərəfindən sorğu verilərək həmin sənədlərin əldə edilməsi mümkün olmamış, yalnız dövlət reyestrindən çıxarışı olan əmlaklarla bağlı məlumatın əldə etməyin mümkün olduğunu, vətəndaşların sənədləri köhnə olduğu halda həmin sənədlərin əldə edilməsinin mümkün olmadığını, iddiaçını və onun qardaşlarını tanımadığını, iddiaçıya qarşı şəxsi qərəzinin olmadığını qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müddətin buraxılması məsələsinə gəldikdə isə bildirirəm ki, mən miras əmlakın qəbulu barədə ilk dəfə notariusa 2022-ci ilin iyunun əvvəlində müraciət etmişəm. Notarius tərəfindən qanunsuz olaraq məndən əlavə sənədlər tələb edilmiş, mən notariusun tələb etdiyi həmin sənədlərin əldə edilməsinə çalışmışam. Belə ki, iş materialların da olan Şərur rayon Nikah evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah akt qeydi üzrə çıxarışdan, xx.xx.2022-ci il tarixli AZ-İ № 871595 nömrəli və xx.xx.2022-ci il tarixli AZ-İ № 586282 nömrəli ölüm akt qeydi üzrə çıxarışlardan göründüyü kimi mən həmin sənədləri ən geci xx.xx.2022-ci il tarixində əldə etmişəm, lakin iyunun 28-dən əvvəl də dəfələrlə onun yanında olmuşam, bu zaman da 3 aylıq müddət keçməmiş, həmin sənədləri notariusa təqdim etmişəm. Lakin notarius qanunsuz sənədlər tələb etməyə davam etmişdir. Əslində isə mənim notariusa müraciətim xx.xx.2022-ci il tarixində deyil, ondan daha əvvəl olmuşdur. Həmin tarixdə mən şəhadətnaməni artıq almağa getmişdim, amma mənə şəhadətnaməni deyil, vaxtını uzatdığı ərizəni verdi. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum qə rarından da göründüyü kimi, mənim mərhum anamın vəfatından sonra, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququm, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması mənim Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsində istinad edilən müddət, Konstitusiya Məhkəmənin qərarından da göründüyü kimi kəsici müddət kimi qəbul edilə bilməz. Ümumilikdə, qanunvericilik mirasın notarial qəbulunun 6 ay ərzində həyata keçirilməsini nəzərdə tutmuşdur. İşin hallarından və iş üzrə olan sənədlərdən də göründüyü kimi müddət buraxılmamış notariusa müraciət etmişəm. Lakin notarisun cinayətkar əm əlləri nəticəsində bugünkü gündə mən məhkəmələrdə süründürüməçiliklə üzləşirəm. İmtina məktubunda deyir ki, sənədləri yox idi. Onda sual ortaya çıxır bəs sənədlərim yox idisə və mən zamandında təqdim etməmişdimsə, onda imtina ərizəsini hansı sənədlə vermişdi? Şərur Rayon Məhkəməsində işə baxılan zaman Cavabdeh1 xüsusi notariusu Cavabdeh2 məhkəmə iclasında iştirak edən zaman özü yalanlarını və qanunsuzluqlarını etiraf etmişdi. Belə ki, o, hakimin sualına cavab verib bildirdi ki, 3 aylıq müddəti 1 ay uzatdım ki, bəlkə vərəsələrdən biri rəhmətə gedər( mənim ölməyimi nəzərdə tutur) mən də (notarius) 6 ay - 1 ilin içərisində şəhadətnamə verərəm. Həmçinin hakim sual verdi ki, İddiaçı xx.xx.2022-ci ildən qabaq notariusa müraciət edibmi? O isə cavabında dedi ki, 28-dən qabaq 5-6 dəfə müraciət edib. Onda hakim sual verdi ki, bəs iyunun 28-də müraciət edəndə ərizəni niyə vermədiniz? O isə cavab verdi ki, özüm bilərkədən 1 ay müddət uzatdım ki, vərəsələrdən bir nəfər rəhmətə gedər (məni nəzərdə tutur) mən şəhadətnaməni verərəm. Mən məhkəmənin sədrinə ərizə yazıb həmin iclasın audio-video yazısına baxmaq istədim, mənə həmin yazını diskdə yox, flaşkartda təqdim etdilər və mən flaşkarta baxan zaman gördüm ki, həmin ifadələr silinib. Mən “Asan xidmət”in notariat ofisinə müraciət etdim və mənə bildirdilər ki, Cavabdeh2 imtina ərizəsini ümumiyyətlə saxtakarlıq edib sistemə yükləməyib. Ümumiyyətlə isə mən iyun ayının əvvəlindən 1 nömrəli notariusun ofisinə getmişəm və həmin gedişim notariusun dediyi kimi 5-6 dəfə yox, daha çox olub, hər dəfəsində mənə qarşı süründürməçilik edərək başqa-başqa sənədlər istəyib. Beləliklə, hesab edirəm ki, Şərur Rayon Məhkəməsinin 2(110)-789/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Mülki-Prosessual Məcəllənin 385-ci maddəsində nəzərdə tutulan aşağıdakı əsaslara görə ləğv edilməlidir: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilmədiyi üçün (MPM-in 385.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq); məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən (MPM-in 385.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq); birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən (MPM-in 385.1.3cü maddəsinin tələblərinə uyğun olaraq). Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlard a formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu qətnamədə əsaslandırmalı, sübutları əlaqələndirməli və araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Hazırki iş üzrə keçirilən məhkəmə iclasları, qəbul edilən qanunsuz və əsasız qərar, həmçinin audi-video yazıda cavabdehin etirafının silinməsi faktı birbaşa Məhkəmə-Hüquq Şurası tərfindən araşdırılmalıdır və buna müvafiq müraciətlər tərəfimdən ediləcəkdir. Yuxarıda qeyd etdiyim faktlar Cavabdeh1 xüsusi notarius u Cavabdeh2 vəzifə səlahiyyətlərindən cınayətkarcasına istifadə etdiyini təsdiqləyən faktlardır və onun cinayətkar əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilməklə prokurorluğa məlumat verilməlidir. O və onunla əlbir hərəkət edən şəxslərin əməlləri barədə dövlətimizin başçısı cənab İlham Əliyevə və aidyyatı qurumlara məlumat vermək və məsələni içtimailəşdirmək hüququmdan da istifadə edəcəyimi nəzərinizə çatdırıram. İddiaçı maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 1246-cı və Notariat haqqında Qanunun 36-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına, prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki-Prosessual Məcəllənin 9, 88, 176.5-1, 265.4, 272.4-1, 273, 385.1-385.1.3-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.4.2019-cu il tarixli Fərmanının 5.4.3cü bəndinə istinad etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi Məhkəmə baxışı iclasında; İddiaçı iddia ərizəsi və apelyasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. O, anasının qırxı çıxandan sonra may ayını ötürüb, iyun ayının əvvəlindənortalarına kimi notariusa gedib-gəlmiş, lakin n otariusa yazılı qaydada müraciət etməmişdir. İyun ayının 28-də “3 ay müddət bitirdi” deyə nikah evindən valideynlərinin ölüm və nikah kağızlarını, özünün şəxsiyyət vəsiqəsini, kənd sovetindən və yaşayış yerindən arayışları da götürüb notariusa müraciət etmişdir. Notarius Cavabdeh2 demişdir ki, “vərəsəlik şəhadətnaməsini verə bilmərəm, çünki torpaq sənədi yoxdur”. Torpaq sənədi ilə bağlı dəfələrlə Daşınmaz Əmlakın işçisi Vəfadarla danışmış, Vəfadar da ona demişdir ki, “sənədləri maşında gətirən zaman həmin, atanın adına olan torpaq sənədi düşüb itmişdir”. Notarius isə həmin torpaq sənədinin notariat sistemində çıxmadığını bildirmişdir. Sonra notarius onu yubatdığına görə o vərəsəliklə bağlı məhkəməyə müraciət etmişdir. İndi də gec deyil, notarius onun şəhadətnaməsini versin, onun başına n otarius bu oyunu gətirmişdir. Ancaq o, ədliyyə nazirliyinə notariusun qanunsuz hərəkətləri ilə bağlı müraciət etməmişdir. O bütün sənədləri notariusa versə də, notarius qanunsuz hərəkət edərək vərəsəliyin açılmasından imtina etmiş və ona vərəsəlik şəhadətnaməsi verməmişdir. Ona görə də apelyasiya şikayətinin təmin olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi Cavabdeh2 29 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında izahatında göstərdi ki, apelyasiya şikayətini qəbul etmir. İddiaçı notariusa birinci dəfə iyul ayının əvvəlləri gəlmiş, sonra onlara dəfələrlə müraciət etmiş və dəfələrlə telefon vasitəsilə onlarla əlaqə saxlamışdır. O hər dəfəsində iddiaçıya ölüm və doğum haqqında şəhadətnamənin, vərəsələr haqqında arayışın və sair sənədlərin gətirilməsini şifahi izah etmişdir. Əmlak barədə iddiaçının əlində heç bir hüquq müəyyənedici sənəd olmamışdır. Vərəsəliyin açılmasından müddətlə bağlı imtina edilməmişdir. İddiaçı sadəcə ona demişdir ki, “qardaşımla mübahisəmiz var deyə sənədlərimiz ondadır”. Notariat haqqında Qanunun 40-cı maddəsinə əsasən notariat hərəkətlərini aparmaq üçün zəruri olan sənədlər verilmədiyindən həmin işdən imtina olunmuşdur. Lakin onun iddiaçı ilə heç bir qərəzliyi yoxdur. O, iddiaçıya bildirmişdir ki, onlar daşınmaz əmlakın sənədlərini elektron sistemdə görə bilmirlər, həmin sənədləri daşınmaz əmlakdan alıb gətirsin. İddiaçı da həmin sənədi tapıb gətirə bilmədiyinə görə imtina verilmişdir. Təqdim olunan torpaqla bağlı arayış şəklində verilmiş sənədi isə elektron sistem sənədin əsli kimi qəbul etmir. Sonuncu məhkəmə iclası ilə bağlı işə baxılma nın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanlanmış məlumatda “05 aprel 2024-cü il tarixdə Bakı şəhərində keçiriləcək seminara ezam olunduğunu, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və müvafiq qərar verilməsini xahiş etmişdir”. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. İş materiallarından məlum olur ki: X8 və Mahmudova (nikahdan sonra Quliyeva) Kübra Xanlar qızı 01 aprel 1957-ci il tarixdə nika h bağlamışlar (iş v. 10). X8 18 yanvar 2017-ci il, X13 isə 28 mart 2022-ci il tarixlərdə ölmüşlər (iş v. 8-9). Kübra Quliyevanın ölümündən sonra onun qanun üzrə vərəsələri (uşaqları) - X15, X16, X10, İddiaçı və X21 qalmışlar. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 1214 nömrəli, 27 iyul 2023-cü il tarixli arayışa görə mərhum X5 adına Naxçıvan MR Daşınma Əmlakın dövlət reyestrində olan məlumata əsasən Şərur rayonu, Məmmədsabir kəndində 2 nəfər ailə üzvü ilə birlikdə 1945 kv.m həyətyanı torpaq sahəsi, 0.0369 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır (iş v. 5). İddiaçının notariat ofisinə ünvanlanmış 01 avqust 2022-ci il tarixli ərizəsində göstərilmişdir ki, “xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 öl ümündən sonra, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakı qəbul edirəm” (iş v. 40) Cavabdeh1 xx.xx.2022-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərarında göstərilmişdir ki, “xx.xx.2022-ci il tarixdə İddiaçı rayon 1 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Müraciətdə bildirilir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş, anası X4 Şərur rayon Məmmədsabir kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və həyətyanı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Vərəsəlik dairəsini müəyyən edərkən aşkar oldu ki, vərəsələr arasında mübahisə var və notariat hərəkətin i aparmaq üçün zəruri olan sənədlər təqdim edilməmişdir. Mübahisənin həlli məhkəmənin səlahiyyətində olduğundan İddiaçı ərizəsində göstərdiyi şəhadətnamənin verilməsindən imtina edilməlidir... Notariat haqqında Azərbaycan Respublikası Qanununun 40-cı maddəsini rəhbər tutaraq qərar verdim: Şərur rayonu, Muğancıq Mehrab kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X4 miras qalmış Şərur rayon Məmmədsabir kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və həyətyanı torpaq sahəsinə dair vərəsəliyin açılmasından imtina edilsin”. Apelyasiya baxışında verilmiş 01.03 2024-cü il tarixli sorğuya Naxçıvan MR Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-33-1/2-507/2024 nömrəli cavab məktubundan məlum olur ki, notariuslar notariat hərəkətlərinin aparılması zamanı 2019-cu il tarixdən etibarən verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları “Elektron notariat” informasiya sistemində görə bilirlər. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bəra bər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz ol duqda isə tam yoxlayır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0-384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə
393. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiym əti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405.0-405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2 021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarları. Notariat haqqında Qanun; Maddə 17. 3-cü bənd. Dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir (notariat hərəkətinin aparır). Maddə
26. Xüsusi notarius bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır. Maddə
36. Notariusların və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərin notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün lazım olan məlumat və sənəd ləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək, elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə etmək, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin, eləcə də dövlət torpaq kadastrı və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş fiziki şəxslərin sadələşdirilmiş verginin tutulması üçün yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə zona məlumatlarını real vaxt rejimində əldə etmək hüququ vardır... Notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün tələb olunan sənəd və (və ya) məlumatın X7 Sistemi vasitəsilə əldə olunması mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb ed ilmir. Belə sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Müvafiq məlumat və sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin göstərdiyi müddətdə təqdim edilməlidir. Bu müddət bir aydan artıq ola bilməz. Maddə 40, 6-cı bənd. Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda... notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Maddə
57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqın da şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə
59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təqsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”
95. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyriyaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir.
102. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras q oyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır.
107. Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. 110.... Əgər vərəsənin miras əmlakın tərkibi barədə məlumatı vardırsa, notarius ona təklif edir ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün bu fəsildə nəzərdə tutulan sənədlər təqdim edilənədək, mirasın qəbulu barədə ərizə versin. Apelyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apelyasiya instansiyas ı məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin p redmeti bölünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Hazırkı halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri, iddiaçının və cavabdehin nümayəndəsinin izahatları üzrə əlaqəli şəkildə araşdıraraq bu qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə mərhum X6 (miras qoyanın) öldüyü məqamadək onun malik olduğu iddia edilən miras əmlak üzrə İddiaçı (qanun üzrə vərəsəyə) cavabdeh tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunması ilə əlaqəda r Cavabdeh1 xüsusu notariusu Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Kollegiya nəzərə alır ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı “notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbində vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi haqqında 16 noyabr 2022-ci il tarixli qərarın qəbul olunmasını və ona vərəsəlik hüququ haqqnda şəhadətnamə verilməməsini qeyriqanuni hesab edir. Yəni iddia ərizəsinin “xahiş edirəm” hissəsindəki sonuncu iki tələb birinci tələbin tərkibinə daxildir. Məlumdur ki, vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakı və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin qanunda nəzərdə tutulan qaydada başqa şəxsə (şəxslərə) keçməsi başa düşülür. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qa nun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik odur ki, bu növ vərəsəlik zamanı ölən şəxsin hüquq və vəzifələrinin keçdiyi şəxslərin dairəsi qanunun özü ilə müəyyənləşdirilir. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras əmlaka mülkiyyət hüququ əldə etmək üçün vərəsəliyə çağırılmış şəxslərin təkcə mirası qəbul etmək aktı kifayət etmir. Bunun üçün həm də mirasın əldə olunmasını hüquqi cəhətdən rəsmiləşdirmək lazımdır. Vərəsəlik hüququnun rəsmiləşdirilməsi dedikdə, vərəsənin miras əmlaka və ya onun bir hissəsinə olan hüququnu təsdiqləyən elə bir sənədin alınması başa düşülür ki, bu sənəd həmin əmlakın əldə o lunmasını hüquqi cəhətdən ifadə edir. Həmin sənədə mülki qanunvericilikdə vərəsəlik şəhadətnaməsi deyilir. Vərəsəlik şəhadətnaməsi mirasın açıldığı yerdəki notariat orqanı tərəfindən verilən elə bir rəsmi sənəddir ki, bu sənəd mirasın əldə olunması faktını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəb ul etməməsini ifadə etmir. Kollegiya mübahisə (iddiaçıya vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunması üzrə xüsusi notarius Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi) ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə... miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). İddiaçı da mərhum anasından miras qalmış əmlakı qəbul etməsi barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh1nə müraciət etmişdir. Lakin miras əmlakın tərkibinə dair qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etmədiyindən və vərəsələr arasında mübahisə olması müəyyən edildiyindən notarius tərəfindən vərəsəliyin açılmasından imtina olunmaqla iddiaçıya vərəsəlik şəhadətnaməsi verilməmişdir. İddiaçı iddia ərizəsində və apelyasiya şikayətində “Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0,369 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,1945 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 fərdi yaşayış evinin miras qaldığını” göstərsə də, həmin daşınmaz əmlaklara mərhum Kübra Quliyevanın mülkiyyət hüququnu təsdiq edən sənədləri notariusa təqdim etməmişdir. Qeyd olunan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 1214 nömrəli, 27 iyul 2023-cü il tarixli arayış isə forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş müılkiyyət hüququna dair sənəd kimi qəbul oluna bilməz. Cavabdehin nümayəndəsinin göstərdiyinə görə isə “Elektron notariat” informasiya sistemində müvafiq not ariat əməliyyatının aparılması üçün müvafiq sənədin əsli təqdim olunmalıdır ki, tələb olunan bütün rekvizitlər orada qeyd edilsin, əks təqdirdə əməliyyatın aparılması mümkün deyil. İddiaçının da apelyasiya şikayətində istinad etdiyi Notariat haqqında Qanunun 36cı maddəsinə görə, notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün tələb olunan sənəd və (və ya) məlumatın X7 Sistemi vasitəsilə əldə olunması mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Müvafiq məlumat və sənədlər notariu sun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin göstərdiyi müddətdə təqdim edilməlidir. Bu müddət bir aydan artıq ola bilməz. Cavabdehin nümayəndəsi izahatında müvafiq notariat hərəkətinin aparılması üçün mərhum Kübra Quliyevadan miras qalmış əmlakla bağlı tələb olunan sənəd və məlumatın X7 Sistemi vasitəsilə əldə olunmasının mümkün olmadığını göstərmiş, həmin dəlil Naxçıvan MR Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-33-1/2-507/2024 nömrəli məktubu ilə də təsdiq olunaraq həmin məktubda göstərilmişdir ki, notariuslar notariat hərəkətlərinin aparılması zamanı 2019-cu il tarixdən etibarən verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları “Elektron notariat” informasiya sistemində görə bilirlər. İddiaçının isə qeyd olunan sənədl ərin təqdim edilməsi üçün sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunmasına dair notariat ofisinə müraciət etməsi (razılıq verməsi) iş materialları ilə müəyyən olunmur. Belə olduğu təqdirdə isə həmin sənədlər məhz iddiaçının özü tərəfindən notariat ofisinə təqdim edilməli olmasının sübuta ehtiyacı yoxdur. İddiaçı apelyasiya şikayətində və məhkəmə baxışı zamanı “ən geci 28 iyun 2022ci il tarixdə bütün sənədləri notariusa təqdim etdiyini” göstərsə də, aşkar şəkildə özünün də ifadə etməsindən məlum olmuşdur ki, onun miras əmlakın tərkibinə aid sənədləri işə apelyasiya qaydasında baxıldığı müddətdə belə əldə etməsi mümkün olmamışdır. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Vərəsələr arasında miras əmlakla bağlı mübahisənin olması isə iddiaçının özünün etirafı və iş materiallarına əlavə edilmiş 2(110)-148/2023 nömrəli, 02 mart 2023-cü il tarixli və 2(108)-71/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnamələrlə (iş v. 43-45, 47-57) sübuta yetirilir, hansı ki, sonuncu qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3740/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərarı ilə ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən qəbul olunmuş 16 noyabr 2022-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərar Notariat haqqında Qanunun 40-cı maddəsinin 6-cı bəndinin və 59-cu maddəsinin, Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təqsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95, 102, 107 və 110-cu hissələrinin tələblərinə müvafiq olaraq qanunidir. Ona görə də həmin vaxt notarius iddiaçıya qanun üzrə vərəsəlik şəhadətnaməsi verməməkdə haqlı olmuşdur, yəni xx.xx.2022-ci il tarixli qərarı qəbul edərkən notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün hər hansı əsas müəyyən olunmur. Kollegiya apelyasiya şikayətinin Mülki Məcəllənin 1246-cı maddəsi (mirasın qəbul edildiyi müddət) və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr tarixli qərarı ilə bağlı də lilləri ilə əlaqədar bildirir ki, notarius “notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətə istinad etməmişdir. Ən əsası isə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyan ın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz... Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir... Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir... Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu Notariat haqqında Azərbaycan Respublikası Qanununu n 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır”. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun tə minatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin”. Konstitusiya Məhkəməsi Plenumunun qərarı isə qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz. İş materialları ilə müəyyən olunur ki, iddiaçı nəinki mərhum anası X4 miras qalmış əmlakı qəbul etməkdən imtina etmiş, əksinə israrla həmin miras əmlakın qəbulu üzrə davamlı hərəkətlər etmiş, məhkəmədə bununla bağlı iddialar qaldırmışdır və hazırda da miras əmlakdan ona çatası payı tələb edir. İddiaçının haz ırkı iş üzrə mübahisəsi Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarının “hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi” tələbinin bilavasitə təsiri altına düşdüyündən iddiaçı miras əmlakın tərkibinə aid müvafiq sənədləri mirasın açıldığı yer üzrə notariat orqanına təqdim etməklə mirasın qəbul edilməsi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin tələb edilməsi və miras əmlakla bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarını realizə edə bilər. Məhkəmə kollegiyası tərəfindən apelyasiya şikayətinin digər dəlilləri apelyatorun subyektiv mülahizələri kimi dəyərləndirilir. Həmçinin kollegiya nəzərə alır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Mülki-Prosessual Məcəllənin 305.1.8-ci maddəsi 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qa nunu ilə ləğv edilmiş və bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Eləcə də birinci instansiya məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli 10 aprel 2015-ci il tarixli qərarının 6.1.8-ci bəndinin qüvvədən düşmüş redaksiyasına istinad olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən adıçəkilən qərarında qeyd olunan bənd aşağıdakı redaksiyada verilmişdir: “Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi za manı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidi yyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin”. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının cavabdehlər X15 və qeyrilərinə qarşı “miras əmlakın faktiki qəbul edilməsi” tələb inə dair Şərur Rayon Məhkəməsinin 2(110)-148/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-71/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almamış qətnamələrinə əsaslanmaqda haqlı olmamışdır. Kollegiya göstərilənlərlə bağlı belə hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (Mülki-Prosessual Məcəllənin 385.2-ci maddəsi). Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində qəbul edilən qətnamənin əsaslılığı apelyasiya şikayətinə müvafiq olaraq yoxlanılmış və İddiaçı tərəfindən qətnamənin əsassızlığına dair heç bir sübut təqdim edilməmişdir, ona görə də ape lyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmiş və iddiaçının cavabdehə qarşı “notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası bir daha vurğulayır və izah edir ki, Mülki Məcəllənin 1246-cı maddəsi (mirasın qəbul edildiyi müddət) Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən qüvvədən düşmüş hesab edildiyindən və həmin Qərar məhkəmənin icraatında olan hazırkı mübahisəyə şamil olunduğundan İddiaçı 28 mart 2022-ci il tarixdə ölmüş, mərhum anası X4 miras qalmış əmlakdan ona çatası payı qəbul etmək hüququ vardır və qeyd olunan Qərarın tələblərinə görə bu hüququn həyata keçirilməsi və qanuni mənafeyinin qorunması, vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün notarius tərəfindən ona köməklik göstərilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0-384.0.1, 392, 393, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 2(110)-789/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi i lə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla nəzərdə tutulan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.