Məhkəmə qərarları › İş №2(108)-31/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-31/2024

30.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-31/2024 30.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsi ilə iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh-iddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ilkin iddia qismən təmin edilərək mərhum X2 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq Seyidova (Şirzadova) Aybəniz Cəlal qızı tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən olunması, mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbinin rədd olunması, cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı idd ianın təmin edilərək mərhum X2 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq X2 ölümündən sonra həmin əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən olunması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı-cavabdeh İddiaçı3 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya münasibətdə tamamilə rədd edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir. İddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətinin mümkünlüyü ilə əlaqədar kollegiyadakı izahatlarında qanuni qərar qəbul edilməsini xahiş etdilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Belə ki, işin araşdırılmış hallarından aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti iddiaçı-cavabdeh İddiaçı3 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilərək həmin apellyasiya şikayəti yalnız iddiaçıcavabdeh İddiaçı3 tərəfindən elektron qaydada imzalanmışdır. Həmçinin həmin apellyasiya şika yətinə əlavə edilmiş 08 dekabr 2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu iddiaçı-cavabdeh İddiaçı1 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə görə şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsində göstərilir ki, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Mülki işin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, məhkəmənin qeyd olunan qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iş üzrə iddiaçı-cavabdeh İddiaçı3 tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə adları qeyd olunan İddiaçı2 və İddiaçı1 isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verməmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı3 tərəfindən apellyasiya şikayəti elektron qaydada imzalanaraq verilsə də, həmin apellyasiya şikayətinə şikayəti verən şəxs tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş 50 AZN məbləğində dövlət rüsumu hazırkı iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verməyən İddiaçı1 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və 363.1.2- ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində ap ellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normalarının tələblərinə əməl edilməsi vəziyyətini yoxlamadan işi prosessual əsaslar olmadan baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərmişdir. Azərbaycan Respublikası MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verə rək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə iddiaçı-cavabdehlərə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 358.0.3, 365, 366.2, 366.4, 400, 402.2.1, 404 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh-iddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122 /2023 nömrəli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar