Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-32/2024 16.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X1 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 Ağalarovnanın vəkili-nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağalarovnaya qarşı mirasın faktiki qəbulu tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(078)-977/2023 nömrəli qətnaməsindən Cavabdeh2 Ağalarovnanın vəkilinümayəndəsi Nümayəndə1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək 07 aprel 2016-cı il tarixdə vəfat etmiş Fərzəliyeva Məleykə M.Məhəmməd qızından miras qalmış Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 5 ev 17 ünvanında yerləşən miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 5 ev 17 və ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(078)-977/2023 nömrəli qərardadı ilə İddiaçı iddia tələbini dəqiqləşdirilməsinə dair ərizəsi nəzərə alınaraq iddia tələbinə 07 aprel 2016-cı il tarixdə vəfat etmiş Fərzəliyeva Məleykə M.Məhəmməd qızından miras qalmış Naxçıvan şəhəri Xətai məhəlləsi döngə 5 ev 17 və ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(078)-977/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 07 aprel 2016-cı il tarixdə vəfat etmiş Fərzəliyeva Məleykə M.Məhəmməd qızından miras qalmış ünvan 2 ünvanında yerləşən miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, İddiaçı tərəfindən X5 Filialına xx.xx.2023-cü il tarixdə 27477 nömrəli qəbzlə ödənilən 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağalarovnadan alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən n arazı qalan Cavabdeh2 Ağalarovnanın vəkilinümayəndəsi Nümayəndə1 və Cavabdeh1 apellyasiya şikayətləri ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin olunmasını, Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(078)-977/2023 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2 Ağalarovnanın vəkili-nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən qətnamə qəbul edilərkən Mülki Məcəllənin maddələrinin tələbləri pozulmuşdur. İşin hallarına diqqət yetirdikdə Cavabdeh2 Ağalarovnanın miras əmlakı qəbul etmək üçün buraxılmış müddətin məhkəmə qətnaməsi ilə bərpa olunduğunu görünür. Maddənin tələbinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaq onun şəksiz nümayiş etdirilməsi ilə şərtlənir və bir hissəsinə sahiblik etməyə faktiki başlama mirası tamamilə qəbul etmə anlamına gəlir. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh2 Ağalarovnanın miras əmlakı qəbul etmək üçün buraxılmış müddətin bərpa edilməsi, notariat orqanına mirasın qəbulu ilə bağlı nümayəndə vasitəsi ilə ərizə təqdim etməsi artıq İddiaçı mirası tamamilə qəbul etmə imkanından məhrum edir. ünvan 3 ünvanında yerləşən miras əmlakın İddiaçı tərəfindən istifadə edilməsi normada göstərilən “əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaq” ifadəsi ilə eyniləşdirilə bilməz. İddiaçı tərəfindən sözügedən əmlakın istifadə edilməsi mirasın qəbulu kimi qiymətləndirilirsə, bu digər əmlaklara da şamil olunmalıydı, yəni miras tamamilə qəbul edilməliydi. Bu isə mümkün deyildir. Ona görə ki, iddiaçının mirası qəbul etdiyini iddia etdiyi vaxt digər vərəsənin Cavabdeh2 Ağalarovnanın miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməsi ilə eyni vaxtda olmuşdur. Məhkəmə sözügedən qətnaməni qəbul edərək, iddia tələbini təmin etməklə Mülki Məcəllənin mirasda məcburi pay anlayışını nəzərə almamışdır. Normanın məzmunundan göründüyü kimi məcburi pay vəsiyyətnamənin məzmunundan asılı deyildir. ünvan 3 ünvanında yerləşən miras əmlakın İddiaçı vəsiyyət edilməsinə baxmayaraq həmin əmlaka digər vərəsələrin, eləcə də Cavabdeh2 Ağalarovnanın məcburi pay hüququ vardır. İddiaçı həmin əmlaka faktiki sahiblik hüququ tanınmaqla onun mirasin qəbul edilməsi faktına dair iddia tələbinin təmin edilməsi Cavabdeh2 Ağalarovnanın, eləcə də hazırda sağ olan Cavabd eh1 həmin əmlaka olan məcburi pay hüququnu imkansız etmişdir. İş materiallarına, iddia tələbinə diqqət yetirdikdə tələbin mirasın qəbul edilmə falktının müəyyən edilməsi olduğu aydın görünür. Qeyd olunan normanın tələbinə görə mirasın qəbul edilmə faktının müəyyən edilməsinə dair iş hüququ əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər kateqoriyasına aiddir. Lakin məhkəmə işə iddia icraatı formasında baxmaqla görünür ki, tələbi hüquqi əhəmiyyəti olan fakt kimi qiymətləndirməmişdir. Qeyd olunan normanın tələbi digər prizmadan baxıldıqda da pozulmuşdur. Belə ki, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2019–cu il tarixli 3 nömrəli qərarı Məhkəməyə Azərbaycan Respubli kası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Göründüyü kimi mirasın faktiki qəbulunun təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl notariat orqanına müraciət etməli, lazımı sübutlar təqdim etməli, imtina aldıqdan s onra məhkəməyə müraciət etməli idi. Lakin iş materiallarına nəzər saldıqdan məlum oluir ki, iddiaçı notariat orqanına müraciət etməmişdən öncə notariat orqanına müraciət etməsi və imtina alınmasına dair heç bir sübut əlavə edilməmişdir. Birbaşa müraciət edilməklə iddianın qəbul edilməsi yolverilməzdir. İddia tələbi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlıdır və maddənin tələbindən göründüyü kimi xüsusi icraat qaydasında baxılmalı idi. Lakin qətnamə prosessual pozuntu edilməklə, maddənin tələbi nəzərə alınmadan iddia icraatında baxılan işin nəticəsi olaraq qəbul edilmişdir. Qeyd olunan norma tələb edir ki, xüsusi icraat qaydasında işlər o halda iddia icraatında baxılır ki, hüquqa dair mübahisə olsun və bu səbəbdən işin baxılmamış saxlanması barədə qərardad mövcud olsun. Laki n iş materiallarında belə qərardad mövcud deyildir. Hakim burada da prosessual pozuntu edərək, işdə hüquqa dair mübahisə olduğunu və bu barədə qərardadın olmasını müəyyənləşdirmədən və özü də belə bir qərardad qəbul etmədən ümumi əsaslarla verilmiş iddianı icraata qəbul etmişdir. Məhkəmə mirasın qəbulu faktının müəyyən etməsi zamanı İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl notariat orqanına müraciət etməsi halını aydınlaşdırmamışdır. Qətnamə heç bir mötəbər sübuta əsaslanmayaraq, maddi və prosessual pozuntu aparılmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019–cu il tarixli 3 nömrəli qərarına əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ə rizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Lakin qətnamədə qeyd olunan hallar aydınlaşdırılmamışdır. Cavabdeh2 Ağalarovnaya miras əmlakın qəbul edilməsi üçün müddətin bərpa edilməsi, mirasın qəbulu üçün notariat orqanına müraciət etməsi halı nəzərə alınmamışdır. Yuxarıda qeyd olunanlara, əsasən birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193, 1243.1, 1243.2, 1243.3, Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsinin 305.1.1, 306.4, 307.2.9-cü maddələrinə istinad edilmişdir. Cavabdeh1 Cavabdeh2 Ağalarovnanın vəkili-nümayəndəsi Nümayəndə1 verdiyi apellyasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayəti verərək 1-ci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh2 Ağalarovnanın nümayəndəsi Nümayəndə2 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etmədiyindən kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh2 Ağalarovnanın vəkili- nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq iddiaçının qonşusu Cavanşirin adını evin koordinatını müəyyən etmək üçün soruşduğunu, mərhumənin iki vəsiyyətnamə verdiyini, birində evi iddiaçıya, digərini də Ağalara verdiyini, birinci instansiya məhkəməsinin verdiyi qərarda sanki bölgü etdiyini, iddiaçının miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktını tanıdığını, digərlərinə münasibətdə tanımadığını, iddiaçının evlərdən birinə sahiblik etdiyi halda, deməli, o birinə də sahiblik edəcəyinin anlaşıldığını, ikinci vəsiyyətnamə ilə bağlı müddətin bərpa olunduğunu, Ağaların adına olan vəsiyyətnamənin 23 iyun 2002-ci ildə, digərinin 29 dekabr 2015-ci ildə verildiyini, özünün iddiaçıya Svetlana x anımla razılaşması barədə dediyini, Rövşən müəllimin Svetlanaya 30 000 manat təklif etdiyini, Svetlananın evin atasının olduğunu, onsuz da xarici ölkə vətəndaşı olduğu üçü evi satacağını, bazar qiymətindən aşağı qiymətə verəcəyini, amma 30 000 manatın çox az olduğunu dediyini bildirərək Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(078)-977/2023 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında atası öləndən sonra mirasın anasına keçdiyini, anasının da həmin miras payını 3 uşağı arasında böldüyünü, özünün 3 yetim uşağının olduğunu, onun da mirasdan pay istədiyini, Rövşənin ona Ağalar qardaşının həyətindən 4 sot yarım özünə torpaq götür dediyini, buna razı olmadığını, qardaşının həyəti olduğundan a ta həyətindən pay istədiyini dediyini, Rövşənin torpağın satılması üçün müştəri də göndərdiyini, özünün torpağın ona məxsus olmadığından kiməsə sata bilməyəcəyini dediyini, anasının 2016-cı ilin fevral ayında rəhmətə getdiyini, anasının həmin torpaqdan torpaq payı vəsiyyət etdiyini, anasının sağ ikən yoldaşının həbsə olduğu vaxt özünün 5-6 il onlarda yaşadığını, anası öləndən sonra o evdə yaşamadığını, hal-hazırda qaynanasının evində yaşadığını, həmin evdə 1974-cü ildə ərə gedən gündən yaşadığını, notariusa mirası qəbul etmək üçün getmədiyini göstərərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı verdiyi izahatında apellyasiya şikayətini qəbul etmədiyini, 1960-cı il noyabrın 18-də Xətai məhəlləsində sözügedən evdə doğulub bu yaşına qədər də o evdə yaşadığını, ataanası öl əndə onları dəfn etdiyini, anasının 2016-cı ildə rəhmətə getdiyini, anası ölməmişdən əvvəl vəsiyyətnamə yazmağa getdiyini, ona həmin evin X3 adına olduğunun deyildiyini, belə olan halda həmin evi anasının başqasına verməsinə ixtiyarı çatmadığını, 2010-cu ildə Fərzəliyeva Məleykənin adına sənəd çıxarıldığını, hər iki ev anasının adına keçəndən sonra vəsiyyət verə bildiyini, 2010-cu ildə eyni adresdə döngə 5, ev 17, lakin biri A, digəri B olan iki evi anasının adına sənədləşdirdiyini, anasının 2015-ci ildə vəsiyyətnamə verdiyini, 2003-cü ildə verilən vəsiyyətnamənin ortaya çıxdığını, guya onun da anasının verdiyini, onda ya ona verilən vəsiyyətnamənin, ya da o birinin səhv olduğunu, anasının soyadının Fərzəliyeva olduğunu, lakin 2003-cü il tarixli vəsiyyətnamədə Əliyeva göstərildiyini, 1992- ci ildə torpaq şöbəsinin verdiyi arayışda da anasının soyadının Fərzəliyeva kimi göstərildiyini, bu vəsiyyətnamə əsasında evi qardaşı Ağaların tikdiyinin deyildiyini, halbuki 1973-cü ildə bəzi səbəblərə görə qardaşı Ağaların Naxçıvanı tərk edib getdiyini, qardaşının balasına, bacısına pay vermək lazım olduğuna razı olduğunu, lakin Svetlananın 150 000 manatdan danışdığını, onun Ukrayna vətəndaşı olduğunu, burada doğulub yaşamadığını, cəmi 3-4 dəfə Naxçıvana gəldiyini, onun atasının guya pul göndərərək Naxçıvanda ev tikdirdiyini dediyini, amma göndərmədiyini, qardaşının öz adına Naxçıvanda pul qoyduğunu, təxmini 3000 manat olduğunu, amma o pulu onların çəkə bilmədiklərini, həmin kitabçanın hazırda onda olduğunu, bacısı və qardaşının qızını razılıq əldə etmık üçün çağırdıqda onların “səni öld ürməyincə əl çəkməyəcəyik” dediklərini, ondan sonra 6 ay xəstə yatdığını, bacısının yoldaşının yaxşı insan olduğunu, o öləndən sonra bacısının özünün də işləmədiyini, 1985-ci ildə atasının iflic olduğunu, 1994cü ildə rəhmətə getdiyini, 12 il atasının işləmədiyini, bacının isə anasının müəllimə işlədiyini iddia etdiyini, anasının heç vaxt işləmədiyini, arayışda da anasının 1992-ci ildən heç bir yerdə işləmədiyinin qeyd edildiyini, özünün onlara baxdığını, ev atasının adına olaola anasının guya vəsiyyətnamə yazdığını, orada torpağın adresinin də, anasının soyadının da düz olmadığını, həmin evdə heç kimin qalmadığını, həmin evi təmir etdiyini, yoxsa baxımsızlıqdan uçub töküləcəyini, bacısına da baxdığını, öz uşaqlarına yedirtmədiyini onun uşaqlarına verdiyini, indi burada onun üzüə dirəndiyin i, onlara qarşı iddiasının olmadığını, Paşa sığortadan gəlib, evi sığortalamaq istədikllərindən ona vərəsəlik şəhadətnaməsinin verilməsinin istədiyini, sülh yolu ilə yola verməyə çalışdığını, ancaq alınmadığını, cavabdehlərin ona hər iki evin satılıb, aralarında bölünəcəyi barədə dediklərini, ondan sonra aralarının pozulduğunu, ona 3 otaqlı ev alacaqları şərti ilə oradan çıxacağını, neçə il əziyyət çəkib, ev tikdiyini, niyə onu kiməsə verməli olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsi, Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2023cü il tarixli, 2(078)-977/2023 nömrəli qətnaməsinin qüvvədə saxlanmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsinin 259.0.-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:...259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə. Həmin məcəllənin 261.0.ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Həmin məcəllənin 306.4.-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Cavabdeh2 Ağalarovnanın vəkili-nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 apellyasiya şikayətində göstərdikləri “iş materiallarına, iddia tələbinə diqqət yetirdikdə tələbin mirasın qəbul edilmə falktının müəyyən edilməsi olduğu aydın görünür. Qeyd olunan normanın tələbinə görə mirasın qəbul edilmə faktının müəyyən edilməsinə dair iş hüququ əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər kateqoriyasına aiddir. Lakin məhkəmə işə iddia icraatı formasında baxmaqla görünür ki, tələbi hüquqi əhəmiyyəti olan fakt kimi qiymətləndirməmişdir” dəlili kollegiya əsaslı hesab edərək aşağıdakıları bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də, MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsi tələb edir ki, xüsusi icraat qaydasında işlər o halda iddia icraatında baxılır ki, hüquqa dair mübahisə olsun və bu səbəbdən işin baxılmamış saxlanması barədə qərardad mövcud olsun. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa, MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Lakin iş materiallarında belə qərardad mövcud deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işdə hüquqa dair mübahisə olduğunu və bu barədə qərardadın olmasını müəyyənləşdirmədən və özü də belə bir qərardad qəbul etmədən ümumi əsaslarla verilmiş iddianı icraata qəbul etmişdir. Lakin istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn, miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəl lənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən etdiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir. Məhkəmə kollegiyası MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəli k şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s.) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia icraatı qaydasınd a hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxaraq həmin tələbin təmin olunması barədə qətnamə çıxarmışdır. Kollegiya hesab edir ki, yuxarıda göstərilən əsaslara görə qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməli olduğu üçün apellyasiya şikayətində göstərilən digər dəlillərə qiymət verilməsinə zərurət yoxdur. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh2 Ağalarovnanın vəkili-nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(078)-977/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki-Prosessual Məcəllənin 262.2.-ci maddəsinə əsasən icraata xitam verilməsi haqqında məhkəmə qərardadında... büdcədən dövlət rüsumunun qaytarıl ması məsələsi həll edilə bilər. Ona görə də iddia verilərkən İddiaçı tərəfindən Kapital Bank ASC-nin Naxçıvan filialı vasitəsilə 8 iyun 2023-cü il tarixdə 27477 nömrəli qəbzlə Naxçıvan Şəhər Məhkəməsinə ödənilmiş 100,00 (bir yüz) AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 261.0.1, 263, 264, 266, 402.2.4 məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh2 Ağalarovnanın vəkili-nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(078)-977/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Kapital Bank ASC-nin Naxçıvan filialı vasitəsilə 8 iyun 2023-cü il tarixdə 27477 nömrəli qəbzlə Naxçıvan Şəhər Məhkəməsinə ödənilmiş 100,00 (bir yüz) AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-32/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-32/2024
16.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver