Məhkəmə qərarları › İş №2(108)-32/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-32/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-32/2025 14.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, X11 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi ilə, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehlər Cavabdeh1 və NMR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X13” publik hüquqi şəxsin iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, NMR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X13” X32rşı “keçirilmiş hərrac üzrə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatın bərpası” tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1 263/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X13” publik hüquqi şəxsinə qarşı keçirilmiş hərrac üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki qeydiyyatın bərpası tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 “X21 kompleksi” MMC əmlak kompleksi və "xxxx" MMC-yə məxsus ümumi dəyəri 356.150 (üç yüz əlli altı mi n yüz əlli) manat dəyərində nəqliyyat vasitələri barədə auksion mərkəzi tərəfindən 09 iyun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək, verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatların bərpası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 19 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizədə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 “X21 kompleksi” MMC əmlak kompleksi və "xxxx" MMC-yə məxsus ümumi dəyəri 356.150 (üç yüz əlli altı min yüz əlli) manat dəyərində nəqliyyat vasitələri barədə auksion mərkəzi tərəfindən 09 i yun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək, verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatların bərpası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, tələbində texniki səhvlik baş verdiyini, bunu nəzərə alaraq Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 “X21 kompleksi” MMC əmlak kompleksi və "xxxx" MMC-yə məxsus ümumi dəyəri 356.150 (üç yüz əlli altı min yüz əlli) manat dəyərində nəqliyyat vasitələri barədə auksion mərkəzi tərəfindən 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək, 09 iyun 2020-ci il ta rixli müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatların bərpası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən İddiaçı ərizəsi təmin edilərək, iddia tələbində texniki səhvlik nəzərə alınmaqla Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 „X21 kompleksi“ MMC əmlak kompleksi və „Dizayn Nəqliyyat“ MMC-yə məxsus ümumi dəyəri 356.150 (üç yüz əlli altı min yüz əlli) manat dəyərində nəqliyyat vasitələri barədə auksion mərkəzi tərəfindən 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək, 09 iyun 2020-ci il tarixli müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatların bərpası həddində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(078)-1263/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1na və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X13” publik hüquqi şəxsinə qarşı 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və 09 iyun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatın bərpası tələbinə dair iddiasının rədd edilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddi açının özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçının vəkili-nümayəndəsi Vəkil2 28 dekabr 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078) -1263/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətində, İddiaçı cavabdehlər Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X13” publik hüquqi şəxsinə qarşı keçirilmiş hərrac üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki qeydiyyatın bərpası tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, 19 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizədə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 “X21 kompleksi” MMC əmlak kompleksi və "xxxx" MMC-yə məxsus ümumi dəyəri 356.150 (üç yüz əlli altı min yüz əlli) manat dəyərində nəqliyyat vasitələri barədə auksion mərkəzi tərəfindən 09 iyun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək, verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatların bərpası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, tələbində texniki səhvlik baş verdiyini bildirmiş, bunu nəzərə alaraq Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 “X21 kompleksi” MMC əmlak kompleksi və "xxxx" MMC-yə məxsus ümumi dəyəri 356.150 (üç yüz əlli altı min yüz əlli) manat dəyərində nəqliyyat vasitələri barədə auksion mərkəzi tərəfindən 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək, 09 iyun 2020-ci il tarixli müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatların bərpası barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərək gəldiyi nəticəni onunla əs aslandırmışdır ki, iddiaçı iddia ərizəsində Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 kmliyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 “X21 kompleksi” MMC əmlak kompleksi və "xxxx" MMC-yə məxsus ümumi dəyəri 356.150 (üç yüz əlli altı min yüz əlli) manat dəyərində nəqliyyat vasitələri barədə auksion mərkəzi tərəfindən 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini istədiyini qeyd etmişdir. Həmçinin iddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatlarında 2020-ci ilin əvvəlində heç bir qanuni əsas olmadan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbov, keçmiş baş naziri və keçmiş iqtisadiyyat nazir inin ona təzyiq və təkid edərək özünün hakimiyyətindən sui-istifadə edərək özünün heç bir razılığı olmadan direktor olduğu “X21 kompleksi” MMC-nin X18 verilməsini tələb etdiklərini, ona heç bir ödəniş olunmadan, onun ağır vəziyyətə düşməyinə səbəb olan formal olaraq ona özləri tərəfindən hazırlanmış auksiona çıxarılması ərizəsinə təzyiq altında qol çəkdirməklə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində açıq hərraca çıxarılaraq ona heç bir dəyəri ödənilmədən hərracın yekunu üzrə alqı-satqı haqqında müqavilə bağlandığını qeyd etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı 15 fevral 2020-ci il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin direktoru X22 müraciət edərək “X19 Şirkətlərinin İttifaqı” yaranmış öhdəliklərini yerinə yetirə bilmədiyinə görə, məktuba əlavə edilmiş əmlakların və nəqliyyat vasitələrinin satılmasına müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qeyd edir ki, iddiaçı 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı əsaslar aşkarlanmamışdır. Məhkəmə belə hesab edir ki, İddiaçı tərəfindən 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddət buraxılmışdır. Bu müddət keçdiyi üçün iddiaçı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbini irəli sürmək hüququnu itirmişdir. İddiaçı 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il kəsici müddəti buraxdığı üçün iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 337, 346, 354, 389-cu maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 81-ci maddələri ilə əsaslandırmışdır. Apellyator daha sonra qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və oby ektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə üzrə 30 dekabr 2008-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il və N.Manafovun şikayəti üzrə 13 iyul 2009-cu il tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında xüsusi ilə bildirmişdir ki, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlə rə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hans ı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafi q hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pə rdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamət lərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə o lunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğ un olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Bir sıra ölkələrin qanunvericiliyində də yalan əqdlərlə bağlı münasibətləri tənzimləyən eyni məzmunlu normalar nəzərdə tutulmuşdur. Belə ki, Almaniya Federativ Respublikasının Mülki Qanunnaməsinin saxta əqdlər adlanan 117-ci paraqrafına əsasən, əgər şəxsə yönəlmiş iradə ifadəsi onun özünün razılığı ilə görüntü üçün edilmişdirsə bu müqavilə əhəmiyyətsizdir. Əgər saxta müqavilə digər həqiqi müqaviləni pərdələmək üçün bağlanmışdırsa, pərdələnən əqdə aid qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normal ara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olubolmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibə tləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyəti ilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunver ici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın pred meti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Maddə 560.1. Mülki hüquqlar hüq uqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddiaçının əqdin etibarsızlığı ilə arzuladığı nəticə ondan ibarətdir ki, tərəflər arasında bağlanmış əqd mübahisəlidir, çünki qanunverciyilin tələblərinə uyğun hərrac keçirilməmişdir.. İddiaçı bunu mübahisələndirir. Ümumən mülki hüquq icraatında mübahisə üzrə 4 suala cavab verilməlidir: Kim? Kimdən? Nəyi? Nəyin əsasında tələb edə bilər? Ümumiyyətlə, hansısa əqdin əhəmiyyətsiz olması qanunda birbaşa göstərilməli deyil. Məsələn, Mülki Məcəllənin 420-ci maddəsi müqavilənin standart şərtlərinin etibarsızlığına həsr olunub. Orada söhbət mahiyyət eti barilə məhz əhəmiyyətsiz əqdlərdən gedir. Həmin müqavilə niyə əhəmiyyətsizdir? Harada yazılıb bu? Ona görə əhəmiyyətsizdir ki, qanunvericiliyin imperativ normalarına ziddir. Əks halda, imperativ normalar nəyə lazımdır ki? Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. İddiaçı bu pərdələnmiş əqdin etibarsız hesab edilərək, əvvəlki vəziyyətin bərpasını arzu edir. Çünki əmlakın dəyərindən qat-qat ucuz qiymətə satılması, əvvəlki Naxçıvan MR hakmiyyətinə sərf etmişdir. Hesab edirik ki, İddiaçın ın üstünlük hüququ vardır, bu hüquq elə onun məhkəmədə əqdi mübahisələndirməsi üçün də subyektiv hüquq verir. Üstünlük hüququ, üstünlük hüququ və ya ilk satın alma seçimi hər hansı digər şəxsə və ya quruma təklif edilməzdən əvvəl yeni yaranan müəyyən əmlakı əldə etmək üçün müqavilə hüququdur. Latın dilindəki emo, emere, emi, emptum, almaq və ya almaq, üstəgəl ayrılmaz ön sözdən, əvvəldən gəlir. Mövcud əmlakı hər hansı digər şəxsdən üstün tutaraq əldə etmək hüququ adətən ilk imtina hüququ adlanır. İlk imtina hüququ (ROFR və ya RFR) sahibinə üçüncü şəxslə həmin əməliyyatı bağlamaq hüququna malik olmamışdan əvvəl müəyyən edilmiş şərtlərə uyğun olaraq bir şeyin sahibi ilə iş əməliyyatı etmək imkanı verən müqavilə hüququdur. Birinci imtina hüququ ən azı üç tərəfə malik olmalıdır: sahibi, üçüncü tərəf və ya alıcı və opsion sahibi. Ümumiyyətlə, sahibi alıcıya təklif etməzdən əvvəl opsion sahibinə eyni təklifi verməlidir. İlk imtina hüququ konseptual olaraq çağırış opsionuna bənzəyir. Məhkəməyə müraciət etmək hüququ, ilk növbədə, iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar birbirindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciətin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirm əyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin M əcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı). İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövc ud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, mülki prosesdə məhkəmələr tə rəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır. Məhkəmənin 2(078)1263/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində qeyd edir ki, məhkəmə belə qeyd edir ki, iddiaçı 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün sübutları m əhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı əsaslar aşkarlanmamışdır. Əsaslar: İşdə olan sənədlər ilə müəyyən edilir ki, keçirilmiş hərrac üzrə əmlakların satışında gələn vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. Bu məbləğ alqı-satqı müqaviləsinin tərəfinə ödənilməmişdir. Məhkəmə bu halı araşdırmamışdır. İddiaçı 15 fevral 2020-ci il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin direktoru X22 müraciət edərək “X19 Şirkətlərinin İttifaqı” yaranmış öhdəliklərini yerinə yetirə bilmədiyinə görə, məktuba əlavə edilmiş əmlakların və nəqliyyat vasitələrinin satılmasına müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Qətnamədən görünür ki, məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası İ qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X13” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 izahatında hərracın tam qanuni formada keçirildiyini, istənilən Azərbaycan Respublikasının vətəndaşlarının, fiziki və hüquqi şəxslərin iştirak etmək hüququ olduğunu, Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 olan “X21 kompleksi” MMC-nin və nəqliyyat vasitələrinin qanuni şəkildə hərracda satıldığını, Şərq Qapısı qəzetində elan verildiyini, iddiaçının özünün ərizə ilə mərkəzə müraciət etdiyini, özünün sifarişi ilə hərracın təşkil edildiyini, X23madıqlarını, araşdırma səlahiyyətlərinin də olmadığını, əldə olunan vəsaitin Maliyyə Nazirliyinin hesabına köçürüldüy ünü, çünki özlərinin hesabı olmadığını, oradan da X4 köçürüldüyünü, şəxsin ərizəsində borcunun ödənilməsi üçün həmin hesaba köçürülməsini qeyd etmədiyini, ancaq borcu olduğu üçün həmin hesaba köçürüldüyünü, X5 qiymətlə bağlı heç bir iş görmədiyini, daxil olan şifarişə 10 vərəq qoşma əlavə edildiyini, həmin qoşmada da “X21 kompleksi” MMC-nin dəyərinin 930000 manat göstərildiyini, özlərinin pulu şəxsi hesaba köçürmək səlahiyyətləri olmadığı üçün Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü, verilmiş məlumata əsasən də həmin pulun da iddiaçının borclarına ödənildiyini bildirmişdir. Cavabdehin də etiraf etdiyi kimi hərrac MMC-in tələblərinə ziddi həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarında göstərilir ki, hazırkı iş üzrə məhkəmələr mübahisəli mənzilin alqı-satqı müqaviləsinin yalan əqd olub-olmamasının müəyyən edilməsi üçün araşdırma aparmamış, satıcı X.Mirzəliyevin mübahisəli müqavilənin bağlanmasından sonra 4 ilə yaxın müddət ərzində əvəzsiz olaraq həmin mənzildə yaşaması, alıcının müqavilədən yalnız beş ay müddət keçdikdən sonra mənzilə mülkiyyət hüququnu rəsmiləşdirməsi, müqavilə üzrə mənzilin dəyərinin həmin dövr üçün mənzilin likvid dəyərindən xeyli aşağı göstərilməsi kimi işin əhəmiyyətli hallarını, iddiaçının cavabdehlə aralarında borc müqaviləsinin bağlanması, mənzilin alğı-s atqı müqaviləsinin isə görünüş məqsədli olması, əslində məhz borc öhdəliyinin icrasının təminatı olaraq bağlanmasına dair ifadələrini nəzərə almadan, yalnız forma tələblərinə riayət olunduğuna əsaslanmaqla müqavilənin etibarlı olduğu qənaətinə gəlmişlər. Lakin mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqavi ləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Məhkəmənin qiymət vermədiyi, işdə olan ən önəmli dəlil ondan ibarətdir ki, hərrac “İpoteka Haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən baş tutmadığı üçün təkrar hərrac keçirib 15 % ucuz qiymətə satışa çıxarmışdır. Bu mülkiyyətin toxunulmazlığı və qorunması prinsiplərinə ziddir. Hərrac təşkilatı bu hərracı “İpoteka Haqqında” Qanunun və “İcra haqqında” Qanunun tələblərinə görə yox, Mülki Məcəllənin tələblərinə uyğun keçirilməli idi. Cavabdeh “İpoteka Haqqında” Qanunun tələblərinə uyğun hərrac keçirdiyi üçün bu hərracın n əticələri etibarsızdır. Məhkəmə “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipini rəhbər tutub, mübahisənin qanuni əsasını düzgün müəyyən edib, tətbiq etsə bu əqdi təkcə bu əsasla etibarsız hesab etməli idi. Lakin məhkəmə 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün sübutların məhkəməyə təqdim edilmədiyini qeyd edib, kobud prosessual pozuntu edərək bu hala qiymət verməmişdir. Məhkəmə araşdırması zamanı da müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı əsaslar aşkarlanmamışdır deyə qeyd edən məhkəmə bu əsası da nəzərə almamışdır. Obyektiv həqiqət də onu göstərir ki, işdə olan sübutlar ilə müəyyən edilir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyindən M ülki Məcəllənin 416.1-ci maddəsinə əsasən etibarsız hesab edilməli idi. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə almayan məhkəmənin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apеllyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. İddiaçı məhkəmə baxışı iclasında apellyasiya şikayətini müdafiə edərək izahatında, bu hadisələrin 2020-ci ildə baş verdiyini, ona hədə qorxu gəlindiyi üçün məhkəməyə müraciət edə bilmədiyini, satılanın yalnız bir mülk deyil, 145 ədəd maşın, fabrik və zavodlar olduğunu, bəzi mülklərin isə qeyri-qanuni əlindən alındığını, bunların hamısınn sübut olduğunu, əyani sübut kimi hədə-qorxu gəlinən zaman səs yazmağın və s. ona uyğun hərəkət olmadığını, İqtisadiyyat Nazirliyinə müraciət etdiklərini, sonda artıq qalan pullarını hesablayıb Ali Məclisdə olan hesaba ödədiklərini və ona vermədiklərini, Auksion mərkəzinə öz ərizəsi ilə müraciət etdiyini, birinci instansiya məhkəməsində iddianın təmin edilmədiyini, ona görə də hakimiyyətdən şikayəti bir kənara qoyduqlarını, tələbinin nəqliyyat vasitələrinin, beton zavodun geri qaytarılması olduğunu, həmin əmlaklar satılsa da pulunun ona verilmədiyini, əmlakların dəyərinin qaytarılması ilə bağlı məhkəməyə müraciətindən əlavə heç yerə müraciət etmədiyini, hazırda tələb etdiyi əmlakın dəyərinin 3 milyon 720 manat olduğunu, beton zavodun dəyərini yox, obyektin özünü tələb etdiyini, hərracın nəticələri etibarsız hesab edildikdə əmlakların özünə qayıdacağını, texnikaların qiymətləndirilməsinin düzgün aparılmadığını, 150000-200000 manat dəyərində olan texnikanı 30000 manat dəyərində qiymətləndirdiklərini, qarşı tərəflə gələcəkdə razılığa gəlməyin mümkün olmadığını, Auksion Mərkəzi ilə aralarında hər hansı müqavilə bağlanmadığını,birinci instansiya məhkəməsinə ona edilən zorakılıqla bağlı hər hansı sübut təqdim etmədiklərini, vəkilin zəif çıxış etdiyini, birinci instansiya məhkəməsinin cavab dehə “iddiaçı öz ərizəsi əsasında müraciət edibsə, vəsaiti niyə Maliyyə Nazirliyinin hesabına köçürmüsən?” deyə sual verdiyini, daha sonra da işin yekunlaşdığını, satılmış əmlakın dəyəri Maliyyə Nazirliyinə köçürüldüyü üçün nazirliyə qarşı hər hansı iddia qaldırmadığını, Baş prokurorun otağında, İqtisadiyyat nazirliyində, Səbuhi Məmmədovun (Baş nazir) otağında olarkən ona səsini çıxarma, səsini çıxarsan içəridəsən” deyə hədə gəldiklərini, bunu nə ilə sübut edə biləcəyini? Vasif Talıbov hakimiyyətdən getdikdən sonra məhkəməyə yox, Müdafiə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə müraciət etdiyini, hakimiyyət dəyişilsə də, nəinki məhkəməyə müraciət etmək, Naxçıvana gəlməyə belə qorxduğunu, iddiasını ona zorakılıq edilməklə, hakimiyyətdən sui-istifadə etməklə əsaslandırdığını, indi isə hərrac üç ün ərizə verdiyini qəbul edərək hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb etdiyini bildirmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil2 məhkəmə baxışı iclasında apellyasiya şikayətini müdafiə edərək izahatında, tələbin hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı olduğunu, həmin tələbdə şəxsin öz mövqeyini əsaslandırdığı halları məhkəmənin iki əsasla əsassızdır hesab etdiyini, birinci sübutların təqdim edilməməsi və əsasların müəyyən edilməməsi olduğunu, ikinci isə bir illik kəskin müddətin ötürüldüyünü, qətnamənin ümumi məzmununun bundan ibarət olduğunu, birinci halla bağlı işdə kifayət qədər hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı sübutlar olduğunu, məhkəmənin qanunu bilir prinsipinə əsasən onu araşdırmalı olduğunu, iddiaçının hərracın nəticələr ini mübahisələndirdiyini, onun hansı halı mübahisələndirməsindən asılı olmayaraq Mülki Məcəllənin normasından asılı olmayaraq hərracın nəticələri ilə bağlı işin hərətərəfli və obyektiv araşdırılması üçün addımlar atılmalı olduğunu, məhkəmənin Mülki Məcəllənin müvafiq normasını pozmaqla bağlanmış əqdin etibarsız olduğunu araşdırmalı olduğunu, bu şərtləri Mülki Məcəllənin 414, 415, 416-cı maddələri hərracın keçirilməsi qaydalarını müəyyən etdiyini, hərrac təşkilatı tərəfindən hərrac keçirilərkən bu halın pozulduğunu, çünki hərrac təşkilatının hərracı keçirərkən İpoteka haqqında qanunun tələblərinə uyğun olaraq hərrac keçirdiyini, cavabdehin öz etirazında bütün əmlaklarla bağlı hərracın bir dəfə baş tutmadığını qeyd etdiyini, daha sonra İpoteka haqqında qanunun tələblərinə uyğun olaraq 15 fai z aşağı qiymətə satıldığını, bununla bağlı Azərbaycan Respublikasının Ali Məhkəmənin icra çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən 02 saylı, 24 noyabr 2021-ci il tarixli qərardadın mövcud olduğunu, həmin qərardadda hərracın keçirilməsi ilə bağlı məhkəmənin mövqeyinin qeyd olunduğunu, işlə bağlı qısaca Ali Məhkəmənin bu qərardadda hüququn ümumi prinsiplərinə əsasən statusları yüklülük baxımından eyni olan əmlaklarla bağlı münasibətlərdə qanunvericiliyin ayrı-ayrı qaydalar tətbiq etdiyini xüsusilə vurğuladığını qeyd etmək istədiyini, bunların ilk növbədə İpoteka haqqında qanunun xüsusi müddəaları, Vergi Məcəlləsi, Qiymətli kağızlarla bağlı normalar, MM-nin 414, 415, 416-cı hərracla bağlı normal ar olduğunu, onların mübahisəsinə uyğun olan müddəaların MM-nin 415-ci maddəsi olduğunu, Ali Məhkəmənin öz qərarında bu məsələni təhlil edərkən “Məhkəmə tərkibi mübahisəli hüquqi məsələyə münasibətdə qeyd edir ki, qanunverici kreditorların yönəltmə hüquqlarının mahiyyətini nəzərə alaraq icra sənədi üzrə borclunun əmlakına yönəltmə ilə bağlı İpoteka haqqında qanunun tələbləri ayrı olduğu və bunlar bir-birindən ayrı şəkildə tənzimləndiyi üçün hərrac təşkilatı tərəfindən eyni normalar kimi tətbiq edilə bilməz” deyə hesab etdiyini, Qərardadın 25-ci bəndində “Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə qanunun analogiyas ının tətbiq edildiyinin” göstərildiyini, hansı ki, qərarın 26-cı bəndində, əmlakın şəxsin ərizəsi əsasında icra qaydasında hərraca çıxarılan zaman İpoteka haqqında qanunun tələblərinin (42,43-cü maddələrini) tətbiqinin düzgün olmadığının qeyd edildiyini, bu yolla keçirilmiş hərracları Ali Məhkəmənin etibarsız hesab etdiyini, burada Mülki Məcəllənin tələblərini pozmaqla bağlanılmış əqdin etibarsız olmasına istinad edildiyini, hərrac keçirilən zaman yekunda protokol tərtib edildiyini və alqısatqı müqaviləsinin bağlanıldığını, bu alqı-satqı müqaviləsinin kökündə dayanan məsələnin hərracın yekunlarına dair protokol olduğunu, MM-nin 415-ci maddəsinə əsasən protokol tərtib olunduğu üçün alqı-satqı müqaviləsinin bağlanıldığını, əgər bu hərrac MMnin 415-ci maddəsinə uyğun olaraq keçirilməyibsə, İp oteka haqqında qanuna uyğun olaraq keçirilibsə deməli bu hərracın etibarsız hərrac olduğunu, Tağıyeva Kamilanın şikayəti üzrə işə baxan zaman Ali Məhkəmənin “vətəndaş əmlakını ipoteka ilə yüklü etməyibsə öhdəliyin təminat üsulu kimi həmin əmlak hərraca çıxarılmırsa İpoteka haqqında qanunun tələbləri bu mübahisələrdə analogiya kimi tətbiq edilə bilməz” xüsusilə vurğuladığını, bu məsələnin xüsusi vurğulanmalı olan məsələ olduğu üçün təkrarən qeyd etdiyini, çünki özlərinin bu əsasla hərracın etibarsız olduğunu hesab etdiklərini, İddiaçı birinci instansiya məhkəməsində iddia tələbinin qanuni əsaslarını başqa formada göstərə biləcəyini, bunun yenə də məhkəmənin işə baxmasına mane olan hal olmadığını, qanunvericilik baxımından mümkün olduğunu hesab etdiklərini,Konstitusiya Məhkəməsinin MPM-nin 5 3-cü maddəsinin şərhi ilə bağlı Plenum qərarında “mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hər hansı hüquqi əsaslandırmanı irəli sürməsindən asılı olmayaraq tətbiqedici hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir” deyə bir mövqe mövcud olduğunu, bu yanaşmanın əsasında “jura novit curia” - “Məhkəmə qanunu bilir” prinsipinin dayandığını, özlərinin də bu prinsipdən yanaşaraq, apellyasiya şikayətlərinin əsasında duran məsələnin cavabdehin birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazında bu əmlakların ilk dəfə hərraca çıxarılan zaman satılmaması, ondan sonra daha aşağı qiymətə satılmasını dəfələrlə vurğuladığının olduğunu, hərracın təşkilatının ixtisaslaşmış təşkilat olduğuna görə hərracın bu yolla keçirilməsinin qanunvericiliyin tələblərini pozduğunu bilməli olduğunu, ilk növbədə elə qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən hərracın etibarsız hesab edilməli olduğunu, digər tərəfdən mövqelərinin birinci dəfə hərrac baş tutmamışdırsa təkrar hərrac keçirilməməli olmasından ibarət olduğunu, bunun həm də ilk imtina hüququna zidd olduğunu, qanunvericilikdə ilk imtina hüququnun satınalmada üstünlük hüququ kimi bir hüquq olduğunu, birgə, ümumi paylı mülkiyyətdə şəxsin ilk imtina hüququ olduğunu gördüklərini, digər tərəfdən beynəlxalq qanunvericiliyə, Avropa Məhkəməsinin bir sıra qərarlarına baxdıqda orada iddiaçının(ərizəçinin) üstünlük hüququnu gördüklərini, ilk imtina hüququnun ilk dəfə 1976cı il Britaniya məhkəmələrində formalaşdığını və hüquqa gəlmiş mövqe olduğunu, bu hüquqa əsasən məhkəmədə əqdi mühabisələndirməsi üçün iddiaçıya verilən üst ünlük hüququdur ki, burada ilk satınalma seçimi hər hansı digər şəxsə və ya quruma təklif edilməzdən əvvəl şəxsin özünə qaytarılması ilə bağlı olduğunu, əmlak şəxsin öz ərizəsi əsasında hərraca çıxarıldığından, öhdəliyin təminat üsulu olmadığından hərrac ilk dəfə baş tutmayanda dayandırılmalı olduğunu və şəxsin özünə qaytarılmalı olduğunu, şəxsin özünün istədiyi halda təkrar hərracın keçirilməsi üçün təkrar müraciət edə biləcəyini, hərracın şəxsin öz əmlakı ilə bağlı sahiblik, istifadə, sərəncam hüquqlarını realizə etmə üsullarından biri olduğunu, şəxsin öz əmlakını başqa formada, başqa şəxsə də sata biləcəyini, çünki həmin hüquqi şəxsin təsisçisi olduğunu, sadəcə olaraq həmin dövrdə iddiaçının bildirdiyi de-fakto hallara görə şəxsin öz ərizəsi ilə əmlakı hərraca çıxardığını və X20 tərəfin dən alındığını, müqaviləyə münasibətdə hərracın etibarsızlığı ilə bağlı hərracın baş tutduğunu, alqı-satqı müqaviləsinin imzalandığını, hərracı keçirən hərrac təşkilatının olduğunu, müqavilənin tərəflərinin İddiaçı və X1, lakin pulun Maliyyə Nazirliyinin hesabına köçürüldüyünü bildirmək istədiyini, MM-nin 567-ci maddəsinə əsasən satıcının satmağı öhdəsinə götürdüyünü, alıcının aldığını və pulu ödəməyi öhdəsinə götürdüyünü, iddiaçının öz üzərinə düşən satmaq öhdəliyini yerinə yetirdiyini, lakin cavabdehin öhdəliyini yerinə yetirmədiyini, cavabdehin pul məbləğini ödədiyini, lakin Maliyyə Nazirliyinin hesabına ödədiyini bildirdiyini, alqı-satqı müqaviləsinin tərəfi olmayan başqa qurumun hesabına pul köçürülməsinin absurd olduğunu, bu halların MM-nin tələbləri baxımından, müqavilənin standar t şərtləri baxımından pozuntular olduğunu, bu halların iddiaçının mülkiyyət hüquqlarını kifayət qədər ağırlaşdıran hallar olduğunu, bu ağırlaşdırmalar nəticəsində iddiaçının əmlakından məhrum olduğunu hesab etdiklərini və məsələnin məhkəməyə qədər gəldiyini, MM tələblərinə riayət edilmədiyindən, MM 414, 415, 416-cı maddələrinin tələblərini rəhbər tutmaqla keçirilməli olan hərrac düzgün keçirilmədiyindən, hazırki işdə İpoteka haqqında qanunun tələblərinə əsasən keçirilən hərracı məhkəmə legitim hesab etdiyindən hərracın etibarsız sayılmalı olduğunu hesab etiklərini, mövqelərinin Ali Məhkəmənin qərarları ilə də dəstəkləndiyini, İpoteka haqqında qanunun maddələrinin analogiya üzrə tətbiqinin yolverilməz olduğunu, belə keçirilən hərracın məhkəmə tərəfindən etibarsız sayılmalı olduğunu, məhkəmə 1 illik kəskin müddət tətbiq etdiyini, qətnamənin əsasında müddət məsələsinin durduğunu, digər tərəfdən isə sübutların təqdim edilmədiyi və əsassız olduğunun qeyd olunduğunu, işdəki sübutları məhkəmənin MPM-nin 88-ci maddəsinə əsasən tam, hərtərəfli, obyektiv araşdırmalı, yekunda həmin sübutlara bir-bir qiymət verməli olduğunu, məhkəmənin sübutların əsassız olmasının səbəbi və hansı sübutların təqdim edilməli olduğunu göstərmədiyini, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən bütün sənədlərə, iddiaçının verdiyi sorğular əsasında birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən kifayət qədər sübutların təqdim olunduğunun məlum olduğunu, mübahisəyə 1 illik kəskin müddətin tətbiqi ilə bağlı Mirzəliyevin işi üzrə Konstitusiya Məhkəməsinin qərarına baxıldıqda şəxslərin arasında a lqı-satqı münasibətərinin yarandığını və bu münasibətlər zəminində müqavilənin etibarsız hesab edilməsi ilə bağlı şəxsin Binəqədi rayon məhkəməsinə müraciət etdiyini, Binəqədi rayon məhkəməsi və Bakı Apellyasiya məhkəməsinin kəskin müddəti tətbiq etməklə iddianı rədd etdiklərini, Ali Məhkəmənin də qərarı qüvvədə saxladığını, Konstitusiya Məhkəməsinin işə baxarkən MM 157.2 və 157.5 əsaslanmaqla, şəxs öz əşyası üzərində mülkiyyət hüquqları, sahibliklə bağlı, fərdi müəyyən əşya hüququ ilə bağlı qarşı tərəfə qarşı hər hansı iddia irəli sürürsə bu hallarda iş üzrə kəskin müddətin tətbiqindən söhbət getmədiyini hesab etdiyini, bununla bağlı həmin qərarda geniş şəkildə qeyd edildiyini, yekunda Ali Məhkəmənin qərarının qüvvədən salınaraq, işin araşdırılması üçün qaytarıldığını, Azərbaycan Respubli kası ərazisində Konstitusiya Məhkəməsinin mövqeyinin hamı üçün məcburi olduğunu hesab etdiklərini, Mülki Məcəllənin 354.2-ci maddəsinə istinad etməklə 1 illik müddətin tətbiqi ilə bağlı məhkəmənin mövqeyinin əsassız olduğunu, icraatda özünün də iştirak etdiyi işin olduğunu, həmin işdə şəxsin 2015ci ildə bağlanmış müqavilənin etibarsızlığını mübahisələndirdiyini, o işə baxarkən məhkəmənin iddianı rədd etdiyini və kəskin müddətin tətbiq edilməməli olduğunu hesab etdiyini, digər tərəfdən əgər bu müddət kəskin müddət deyildirsə, cavabdehin ərizəsinə münasibətdə iddia müddətinin də tətbiq edilə bilməyəcəyini hesab etdiklərini, ona görə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin tətbiq edilmədiyini, apellyasiya şikayətinin çox geniş olduğunu, orada hər bir halı kifayət qədər əsaslandırdıqlarını, sadəcə olaraq apellyasiya şikayətində qeyd olunanların xülasəsini məhkəmənin diqqətinə çatdırmaq istədiklərini, bu hallarla birinci instansiya məhkəməsinin işin hallarını tam, hərtərəfli, obyektiv araşdırmadığını və yekunda düzgün olmayan nəticəyə gəldiyini hesab etrdiklərini, əgər hərracın nəticələri ilə bağlı düzgün normalara istinad edilsə və Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini, digər qərarlarında formalaşdırdığı mövqeyi nəzərə alsa (bu mövqenin nəzərə alınması “Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən zəruridir) və Konstitusiya Məhkəməsinin bir s ıra qərarlarında göstərilən mövqeyi nəzərə alsa iddianı təmin etməli olduğunu, hərracın keçirildiyi 2020-ci ildə NMR rəhbərliyinin yaratdığı mühitlə bağlı olaraq iddiaçının məhkəməyə müraciət etmədiyini, iddiaçının həmin dövrdə məhkəməyə müraciət etsə məhkəmədə heç bir perspektiv görməyəcəyini hesab etdiyini, bu sualı iddiaçının faktlarla əsaslandıra biləcəyini,iddiaçının bağlanmış müqavilədən xəbərsiz olduğunu heç vaxt demədiklərini, çünki əmlakın elə iddiaçının öz ərizəsi əsasında hərraca çıxarıldığını, yekunda alqı-satqının həyata keçirildiyini, həmin dövrki hakimiyyət nümayəndələri və digər təzyiqlərə görə iddiaçının məhkəməyə müraciət etdiyini, bu işdə müddətin tətbiq edilməməli olduğunu hesab etdiyini, Konstitusiya Məhkəməsinin Plenumunun 17 sentyabr 2021-ci il tarixli X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında konkret bu tipli mübahisələrdə nə kəsici, nə də iddia müddəti tətbiq olunmadığının qeyd edildiyini, hər hansı müddət tətbiq edilmirsə, bu mübahisə ilə bağlı məhkəməyə müraciət edilməsi hər hansı müddətlə məhdudlaşdırılmırsa, onda iddiaçının hər hansı formada məhkəməyə müraciət etməsi, onun hüquqlarının pozulmasının aradan qaldırılmasına mane olan hal olmadığını hesab etdiklərini, Mülki Məcəllənin 384-cü maddəsinin iddiaçı barəsində tətbiq olunmasını, əqd etibarsız hesab olunacağı təqdirdə qanunsuz sahiblikdən azad olunmasına nail olması iə əsaslandırdığını, qanunsuz sahiblik dedikdə, burada qanunsuzluğu hərracın Mülki Məcəllənin tələblərinə uyğun keçirilməməsində gördüyünü, hərracda satılan əmlakın dəyərinin bugünə qədər iddiaçıya verilmədiyini, hərracda satılan əmlakın dəyərinin ödənilməsinə münasibətdə hər hansı iddia irəli sürmədiklərini, alqı-satqı etibarsız hesab ediləcəyi təqdirdə Mülki Məcəllənin tələbləri baxımından əqd etibarsız sayıldığı halda hər şeyin əvvəlki vəziyyətinə qayıdacağını, bu halda əmlakın da iddiaçıya qayıdacağını, X9 ödədiyi məbləğin də onun balansına qaytarılacağını, əmlakın satışı ilə bağlı Maliyyə Nazirliyinin hesabına ödənilmiş pula münasibətdə tələb irəli sürməməklərini hərrac keçirildikdən sonra pulun Maliyyə Nazirliyinə köçürülmüş olması ilə bağlı nümunə göstərməklə açıqlaya biləcəyini, nəyə görə iddiaçının Maliyyə Nazirliyinə qarşı iddia qaldırmalı olduğunu, pulun onun hesabına keçirildiyini, bu qədər fərqli iddialar qaldırmaq əvəzinə hər şey əvvəlki vəziyyətinə qayıtsın deyə əqdin etibarsız hesab edilməsini tələb etdiklərini, bu halda da heç bir hüquq pozuntusundan söhbət getməyəcəyini, Mülki Məcəllənin 337-ci maddəsinə əsasən onun tələblərini pozmaqla bağlanılmış əqdin etibarsız hesab olunduğunu, Mülki Məcəllənin tələblərinin isə 414, 415, 416-cı maddələrə münasibətdə pozulduğunu, cavabdehin əmlakı 15 % aşağı qiymətə satmalarına etiraz etmədiyini, Ali Məhkəmənin qərarlarında belə bu halda “İpoteka haqqında” qanunun müddəalarının tətbiq edilə bilməyəcəyi kimi mövqe olduğunu, əgər tətbiq edilmişdirsə bunun Mülki Məcəllənin tələblərinin pozulması demək olduğunu, qanunvericiliyə əsasən şəxs əmlakın hərracda satıl ması üçün ərizə ilə müraciət edirsə, hərrac baş tutmursa, sənədlərin ikinci hərraca qalmadığını, artıq ikinci dəfə təkrar hərrac keçirilmədiyini, hərrac etibarsız sayılsa iddiaçının hərracın keçirilməsi üçün verdiyi ərizənin də əhəmiyyəti qalmayacağını, əvvəlki vəziyyətə qayıtmaq dedikdə isə hərrac üçün ərizə verilən vaxta yox əmlaka sahib olduğu vaxta qayıdacaqlarını, hərracın yalnız İpoteka haqqında Qanunun 42, 43-cü maddələrinə əsasən təkrar keçirilə biləcəyini, digər hallarda hərracın təkrar keçirilməsi anlayışının olmadığını, iddia ərizəsində qeyd edilən hakimiyyətdən sui-istifadə və zorakılıqla bağlı hər hansı sübutun olmadığını, hərrac keçirilən vaxt iddiaçı oraya getmədiyi üçün aşağı qiymətə satılmasına da etiraz etmədiyini, əmlakın dəyəri aşağı salınmaqla satılmasından xəbərinin o lmadığını, cavabdehə qarşı müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün iddia qaldırmadığını, şəxs iddia qaldırmaqla hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edirsə işin hallarından faktiki dəlillərindən asılı olmayaraq məhkəmənin burada əqdin etibarsızlığı ilə bağlı məsələyə baxdığını, məhkəmənin onun sadaladığı halları pozduğu üçün əsassız qətnamə qəbul etdiyini, iddia tələbini rədd etdiyini, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmadığı üçün hüquq normalarını tətbiq etmədiyini, yekunda səhv nəticəyə gəldiyini bildirərək, apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 1 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, izahatında X9 istifadəsində Dizayn holdinqə məxsus olmuş 8 avtomobil texnikasının, Babək rayon, Babək qəsəbəsində yerləşən Beton məmulatları kompleksinin X20 tərəfindən 2020-ci ildə Auksion Mərkəzində keçirilmiş auksion nəticəsində əvəzi ödənilərək əldə olunduğunu və hər birinin hərracda satış haqqında yekun protokol və müqavilələrə əsasən alındığını, hər birinin qiymətinin göstərildiyini və bununla bağlı qəbzlərin iş materiallarına da əlavə olunduğunu, müvafiq məbləğin NaxçıvanBank MR MN-nin Auksion Mərkəzinin hesabına köçürüldüyünü, X9 Dizayn holdinqlə bağlı hər hansı alqı-satqı və digər münasibəti olmadığını, bütün hüquqi məsələlərin Auksion Mərkəzi ilə həll olunduğunu və alınmış əmlakların əvəzinin ödənildiyini, X9 istifa dəsində olan nəqliyyat vasitələri və digər Beton məmulatları kompleksinin tam qanuni istifadəsində olduğunu və hər hansı qanunsuz əməllə əldə olunmadığını hesab etdiyini, X9 cavabdehliyinin düzgün müəyyən olunmadığını, alqı-satqı müqaviləsi bağlanarkən digər tərəfin Auksion Mərkəzi olduğunu, X9 adından isə nümayəndəsinin iştirak etdiyini, əmlaklar alınarkən onların Dizayn holdinqə məxsus olduğunun məlum olduğunu, çünki müqavilədə alıcı haqqında və hüquqi əsası haqqında da məlumat göstərildiyini, Dizayn holdinqin məktubu ilə tanış olmağa ehtiyyac olmadığını, məktubun onlara heç bir aidiyyətinin olmadığını, əmlakın auksiona çıxdığını, məktubla və ya şifahi müraciət əsasında çıxarılmasının heç bir əhəmiyyəti olmadığını, həm hərracla bağlı qəzetdə elan verilərkən, həm də müqavilə bağlanarkən ə mlakın Dizayn holdinqə məxsus olduğunun təkcə onlara yox hamıya aydın olduğunu, alınmış əmlakların dəyərinin ödənilməsi üçün bank hesabı məlumatlarını Auksion Mərkəzindən əldə etdiklərini, İddiaçı pul ödəmədiklərini, alınan əmlakların qarşılığında ödənilmiş məbləğin Mərkəzi Bankda NMR Maliyyə Nazirliyinin Auksion Mərkəzinin hesab nömrəsinə ödənildiyini, bugün həm alınmış nəqliyyat vasitələrinin, həm də Beton məmulatları kompleksinin X9 təyinatı üzrə istifadə olunduğunu, hazırda Beton məmulatları kompleksində istehsal olunan vasitələrin NMR müdafiəsinin gücləndirilməsində istifadə olunduğunu, hərrac keçirildiyi dövrdə X10 işlədiyini, birinci dəfə keçirilən hərracda iştirak etmədiklərini, ikinci hərracda qoyulmuş məbləğlərlə qəzetdə elan edilmiş məbləğlərin bildiyinə görə eyni oluğunu, İddia çı qarşı hər hansı təzyiqin olması halının ona məlum olmadığını, iş materiallarında olan qəbzlərin surətinin onlarda da olduğunu, onları məhkəməyə Auksion Mərkəzinin təqdim etdiyini bildirmişdir. Cavabdeh NMR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X13” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək izahatında, əvvəl Auksion Mərkəzi kimi öz əsasnamələri əsasında müstəqil fəaliyyət göstərdiklərini, 2020-ci ildə daxil olmuş sifariş əsasında həm nəqliyyat vasitələri, həm də 16 əmlakla bağlı qiymət qoyularaq hərracın keçirilməsinin sifariş olunduğunu, hərrac keçirilərək nəqliyyat vasitələrinin ilkin qiymətlə, Beton məmulatları kompleksinin 15 faiz güzəştli qiymətlə ikinci hərracda satıldığını, ödənişlərlə bağlı həm in vaxt üçün Maliyyə Nazirliyini hesabı olduğunu, ora ödəniş olunduğunu deyə biləcəyini, həmin hesabdan bölünmə aparılıb müvafiq hesablara ödənildiyini, idarənin həm rəhbəri, həm də mühasibi dəyişildiyindən bəzi köçürmələrin hara edildiyini tapa bildiklərini, iddiaçının müraciətində “Dizayn holdinqin X3 yaranmış öhdəliklərini yerinə yetirə bilmədiyinə görə məktuba əlavə edilmiş əmlakların və nəqliyyat vasitələrinin satılmasına müvafiq köməklik göstərilsin” deyə qeyd olunduğunu, məktuba qoşmanın 10 vərəq olduğunu, qoşmada satılacaq 16 əmlak, 147 nəqliyyat vasitəsinin nəzərdə tutulduğunu, protokollarda sifarişçi-satıcının X19 Şirkəti, hərracın satıcısının isə NMR Auksion Mərkəzi kimi qeyd olunduğunu, keçirilən hərracın nəticəsində protokol tərtib olunduğunu və alqısatqı müqaviləsinin bağland ığını, köhnə əsasnaməyə uyğun olaraq hərracın yekununa əsasən əmlakın satışını həyata keçirdiklərini, hərracın nəticəsində satılmış əmlakların məbləğinin Dizayn holdinqin hesabına köçürüldüyünü, qəbzlərin surətlərini əldə edib məhkəməyə təqdim etdiklərini, həmin sənədlərin də solğun olduğunu bildirmişdir. İş materiallarında olan: Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 04 dekabr 2014-cü il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 olan əmlak kompleksi kimi müəssisə “X21 kompleksi” MMC-nin adına Daşınmaz əmlakın dövlət reyestrində 7 /1 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli, 1245/2024 nömrəli məktubdan görünür ki, “X21 Kompleksi” MMC-yə məxsus olan, Babək rayonu ərazisində yerləşən əmlak kompleksi kimi müəssisə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin 09 iyun 2020-ci il tarixli Əmlakın açıq hərracda satışı haqqında yekun protokolu, 09 iyun 2020-ci il tarixli hərracın yekunu üzrə alqı-satqı haqqında müqaviləsi əsasında X18 satılmış və qeyd olunan sənədlər əsasında əmlak xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X15 adına qeydiyyata alınmışdır. 09 iyun 2020-ci il tarixli Əmlakın açıq hərracda satışı haqqında yekun protokoldan və 09 iyun 202 0-ci il tarixli hərracın yekunu üzrə alqı-satqı haqqında müqavilədən görünür ki, "X19 Şirkətlərinin İttifaqı”nın 15 fevral 2020- ci il tarixli, 03 nömrəli məktubu əsasında Babək rayon, Babək qəsəbəsində yerləşən beton məmulatları kompleksi 790.500 (yeddi yüz doxsan min beş yüz) manat məbləğində alıcı Naxçıvan Muxtar Respublikası X9 xx.xx.2020-ci il tarixli, 721 nömrəli etibarnaməsi əsasında nümayəndə X37 tərəfindən alınmışdır. 11 mart 2020-ci il tarixli Əmlakın açıq hərracda satışı haqqında yekun protokoldan və 11 mart 2020-ci il tarixli hərracın yekunu üzrə alqı-satqı haqqında müqavilədən görünür ki, "X19 Şirkətlərinin İttifaqı”nın 15 fevral 2020- ci il tarixli, 03 nömrəli məktubu əsasında **AE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşın 60.000 (altmış mi n) manat, 2012-ci il buraxılışlı, 85-AE117 dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşın 60.000 (altmış min) manat, 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşın 60.000 (altmış min) manat, 2011-ci il buraxılışlı, 85-AD599 dövlət qeydiyyat nişanlı, “DAEWOO SKY 450 S” markalı qaldırıcı qurğu 30.000 (otuz min) manat, 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Avtokran kamaz 13 manipulyator” markalı avtokran 40.000 (qırx min) manat və 2011-ci il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Avtokran kamaz 50t” markalı avtokran 90.000 (doxsan min) manat məbləğində alıcı Naxçıvan Muxtar Respublikası X9 xx.xx.2020-ci il tarixli, 721 nömrəli etibarnaməsi əsasında nümayəndə X37 tərəfindən alınmışdır. 16 aprel 2020-ci il tarixli Əmlakın açıq hərracda satışı haqqında yekun protokoldan və 16 aprel 2020-ci il tarixli hərracın yekunu üzrə alqı-satqı haqqında müqavilədən görünür ki, "X19 Şirkətlərinin İttifaqı”nın 15 fevral 2020-ci il tarixli, 03 nömrəli məktubu əsasında 2012ci il buraxılışlı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı, “D-30 model 4500SM” markalı yükləyici 8500 (səkkiz min beş yüz) manat və 2012-ci il buraxılışlı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı, “D-30 model 3300SM” markalı yükləyici 7650 (yeddi min altı yüz əlli) manat məbləğində alıcı Naxçıvan Muxtar Respublikası X9 xx.xx.2020-ci il tarixli, 721 nömrəli etibarnaməsi əsasında nümayəndə X37 tərəfindən alınmışdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər i Dövlət Xidməti tərəfindən verilmiş 18 iyul 2024-cü il tarixli məktubdan görünür ki, “X26 Kompleksi” MMC-yə məxsus olan Babək rayonu ərazisində yerləşən əmlak kompleksi kimi müəssisə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin 09 iyun 2020-ci il tarixli Əmlakın açıq hərracda satışı haqqında yekun protokolu, 09 iyun 2020-ci il tarixli hərracın yekunu üzrə alqı-satqı haqqında müqaviləsi əsasında X18 satılmış və qeyd olunan sənədlər əsasında əmlak xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X15 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişindən görünür ki, “X26 Kompleksi” MMC xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmiş dir. 12 iyun 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Dizayn Holdinq” X6 fəaliyyətini dayandıraraq ləğv edildiyindən “Dizayn Holdinq” X6”- möhür və ştamp; "xxxx" MMC-möhür və ştamp; “X27” MMC-möhür və ştamp; "xxxx" MMC-möhür və ştamp; “X21 Kompleksi” MMC-möhür və ştamp; "xxxx" MMC-möhür və ştamp; "xxxx" MMC- möhür və ştamp təsdiqlənmişdir; Həmkarlar İttifaqı Komitəsi – möhür və Memarlıq və Layihə Şöbəsi möhür “Dizayn Holdinq” X2 rəhbəri İddiaçı götürülərək Naxçıvan Muxtar Respublikası Vergilər Xidmətinin Kommersiya, publik və hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsinin müdiri X16 təhvil verilmişdir. 02 iyul 2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2011-ci il tarixdə Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən ********** nömrəli şəhadətnamə ilə Dövlət qeydiyyatına alınmış “X26İ KOMPLEKSİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin 10 iyun 2020-ci il tarixli müraciətinə əsasən cəmiyyət ləğv olunduğundan ona məxsus olan «1» ədəd dairəvi möhür və «1» ədəd künc ştampı məhv edilmişdir. 24 iyun 2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, Naxçıvan MR Dövlət Vergi Xidməti xx.xx.2020 tarixli **********137219 saylı qərarına əsasən Naxçıvan MR Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin auditi şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X24 tərəfindən "X26İ KOMPLEKSİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ləğv prosesindədir) (VÖEN **********) üzrə əlavə dəyər vergisi aprel 2018 iyun 2020, əmlak vergisi 2018-ci il - 2020-ci il, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2018-ci il - 2020-ci il, mənfəət vergisi 2018-ci il - 202 0-ci il, tədiyyə və dövrlərdə Vergi məcəlləsinin 38.3.8 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və vergi yoxlamasının nəticəsində 239.97 manat əlavə hesablanma və 119.99 manat maliyyə sanksiyası aşkar edilmişdir. 25 iyun 2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, "X21 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti (Ləğv prosesindədir) (VÖEN **********) mənfəət vergisində 239.97 manat əlavə hesablanma və 119.99 manat maliyyə sanksiyası aşkar edildiyi üçün vergi məsuliyyətinə cəlb ed ilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27 iyul 2018-ci il tarixli, 113 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, 24 iyul 2018-ci il tarixinə Babək qəsəbəsi, Araz çay qovşağının 3 km yerləşən əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 1 720 000 (bir milyon yeddi yüz iyirmi min) manat təşkil edir. 15 fevral 2020-ci il tarixli ərizədən görünür ki, “X19 Şirkətlərinin İttifaqı”nın direktoru Sadiqov X8 Muxtar Respublikasının Auksion Mərkəzinin direktoru X22 ərizə ilə müraciət edərək “X19 Şirkətlərinin İttifaqı yaranmış öhdəliklərini yerinə yetirə bilmədiyinə görə, məktuba əlavə edilmiş əmlakların və nəqliyyat vasitələrinin satılmasına müvafiq köməklik göstərilməsini xahiş e tmişdir. X28 Komandanının birinci müavini qərargah rəisi, general-mayor X17 tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 721 nömrəli etibarnamədən görünür ki, 2020-ci il ərzində Naxçıvan Auksion mərkəzində keçiriləcək bütün hərraclarda X28 adından nümayəndə qismində iştirak etməyi polkovnik X31 etibar edilmişdir. 19 mart 2020-ci il tarixli, 34 nömrəli qəbzdən görünür ki, X37 tərəfindən Babək rayon, Babək qəsəbəsində yerləşən beton məmulatları kompleksin satışından gələn 790.500 (yeddi yüz doxsan min beş yüz) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. 27 fevral 2020-ci il tarixli, 55 nömrəli qəbzdən görünür ki, X37 tərəfindən 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşının satışından gələn 60.000 (al tmış min) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. 27 fevral 2020-ci il tarixli, 57 nömrəli qəbzdən görünür ki, X37 tərəfindən 2011-ci il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “DAEWOO SKY 450 S” markalı qaldırıcı qurğunun satışından gələn 30.000 (otuz min) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. 27 fevral 2020-ci il tarixli, 59 nömrəli qəbzdən görünür ki, X37 tərəfindən 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Avtokran kamaz 13 manipulyator” markalı avtokranın satışından gələn 40.000 (qırx min) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. 27 fevral 2020-ci il tarixli, 58 nömrəli və 28 fevral 2020-ci il tarixli, 58 nömrəli qəbzlərdən görünür ki, X37 tərəfindən 2011-ci il buraxılışlı, **-AD -*** dövlət qeydiyyat nişanlı, “Avtokran kamaz 50t” markalı avtokranın satışından gələn ümumilikdə 90.000 (doxsan min) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. 53 nömrəli qəbzdən görünür ki, X37 tərəfindən **-AE-*** dövlət qeydiyyat nişanlı,’’Mercedes 3340 K” markalı özüboşaldan avtomaşının satışından gələn 60.000 (altmış min) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. 54 nömrəli qəbzdən görünür ki, X37 tərəfindən 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşının satışından gələn 60.000 (altmış min) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. 11 nömrəli qəbzdən görünür ki, X37 tərəfindən 2012-ci il buraxılışlı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı, “D-30 model 45 00SM” markalı yükləyicinin satışından gələn 8500 (səkkiz min beş yüz) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. 15 aprel 2020-ci il tarixli, 12 nömrəli qəbzdən görünür ki, X37 tərəfindən 2012-ci il buraxılışlı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı, “D-30 model 3300SM” markalı yükləyicinin satışından gələn 7650 (yeddi min altı yüz əlli) manat məbləğində vəsait Auksion mərkəzinin hesabına ödənilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliklərində publik hüquqi şəxslərin yaradılması barədə 09 fevral 2024-cü il tarixli, 229-Vİ FR nömrəli Naxçıvan Muxtar Respublikası X36 fərmanının 1 və 1.1-ci bəndlərindən görünür ki, Naxçıvan Muxtar Respublika sı Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin İİ hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Naxçıvan Muxtar Respublikası Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “X13” publik hüquqi şəxsinin yaradılması qərara alınmışdır. 22 yanvar 2025-ci il tarixli müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizədən İddiaçı vəkil-nümayəndəsi Vəkil2 mülki işə mahiyyəti üzrə baxılıb qurtarana kimi 2012-ci il buraxılışlı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı, „D-30 model, 3300SM“ markalı yükləyici 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı,’’Mercedes 3340 K” markalı özübo şaldan avtomaşın, 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı,’’Mercedes 3340 K” markalı özüboşaldan avtomaşın, 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşın, 2011-ci il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı, ’’DAEWOO SKY 450 S” markalı qaldırıcı qurğu, 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Avtokran kamaz 13 manipulyator” markalı avtokran 2011-ci il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Avtokran kamaz 50t” markalı avtokran, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04 dekabr 2014-cü il tarixli ******* reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 olan əmlak kompleksi olan müəssisənin özgəninkiləşdirilməsinin və istifadəsinin digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdiyi müəyyən olunmuşdur. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-32/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil2 cavabdehlər Cavabdeh1 və “X13” X32rşı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməmişdir. İddiaçının vəkil-nümayəndəsi Vəkil2 məhkəməyə ünvanladığı 25 fevral 2025-ci il tarixli 2(108)-32/2025/10 saylı vəsatətdə qanunvericiliyin tələbinin pozulması ilə keçirilmiş hərrac etibarsızdır müddəasının tələblərindən irəli gələn halların araşdırılması üçün X9 nümayəndəsi X30 şahid qismində ifad ə verməsi üçün məhkəməyə dəvət edilməsini xahiş etdiyi müəyyən olunmuşdur. 25 fevral 2025-ci il tarixli 2(108)-32/2025/12 saylı vəsatətdə iddiaçının vəkilnümayəndəsi 2012-ci il buraxılışlı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı, “D-30 model 4500SM” markalı yükləyici; 2012-ci il buraxılışlı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı, “D-30 model, 3300SM” markalı yükləyici; 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı,’’Mercedes 3340 K” markalı özüboşaldan avtomaşın; 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı,’’Mercedes 3340 K” markalı özüboşaldan avtomaşın; 2012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 3340 K” markalı özüboşaldan avtomaşın; 2011-ci il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı, ’’DAEWOO SKY 450 S” markalı qaldırıcı qurğu; 2 012-ci il buraxılışlı, **-AE-*** dövlət qeydiyyat nişanlı, “Avtokran kamaz 13 manipulyator” markalı avtokran; 2011-ci il buraxılışlı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Avtokran kamaz 50t” markalı avtokranın hazırda hansı şəxsin (hüquqi və ya fiziki) adına rəsmiləşdirilməsi barədə məlumatın, rəsmiləşdirilmişdirsə texniki pasportlarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi barədə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin İmtahan və Qeydiyyat Şöbəsinə, Naxçıvan MR DİN X42 İdarəsinə və Naxçıvan MR X14 sorğu verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkil-nümayəndəsi Vəkil2 25 fevral 2025-ci il tarixli 2(108)-32/2025/13 vəsatətindən işin hərtərəfli, qərəzsiz, obyektiv araşdırılması üçün “X21 kompleksi” MMC əmlak kompleksinin hansı tarixdə Cavabdeh1 balansına verilməsi v ə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın hansı tarixdə verilməsi ilə bağlı təsdiq edici sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə, Cavabdeh1na məhkəmə sorğusunun verilməsini xahiş etdiyi müəyyən olunur. 11 mart 2025-ci il tarixli sorğu məktubuna NMR Daxili İşlər Nazirliyinin X43 İdarəsinin 03 aprel 2025-ci il tarixli cavab məktubundan 2012-ci il buraxılışlı, „Mercedes 3340K“ markalı, **AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 2012-ci il buraxılışlı, „Mercedes 3340K“ markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 2012-ci il buraxılışlı, „Mercedes 3340K“ markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 2011-ci il buraxılışlı, „Daewoo SKY 450S” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 2012-ci il buraxılışlı, Kamaz” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Kamaz” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin, eləcədə 2012-ci il buraxılışlı, “D-30 model 4500SM” markalı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı yükləyici və 2012-ci il buraxılışlı, “D-30 model 3300SM” markalı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı yükləyicinin Naxçıvan Muxtar Respublikası X14 verildiyi, həmçinin „Mercedes 3340K“ markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, „Mercedes 3340K“ markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, „Mercedes 3340K“ markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Daewoo SKY 450S” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Kamaz” markalı, **-AE-*** dö vlət qeydiyyat nişanlı avtomobilin, “Kamaz” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac protokolu əsasında xx.xx.2020-ci il tarixdə X29 Məsuliyyətli Cəmiyyətin Balansından qeydiyyatdan çıxarıldığı, D-30 model 4500SM” markalı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı yükləyici və “D30 model 3300SM” markalı, 1**-FX-*** dövlət qeydiyyat nişanlı yükləyici isə texnika olduğundan onlar barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X43 İdarəsinin mərkəzi informasiya sistemində hər hansı bir məlumat olmadığı müəyyən olunmuşdur. X9 03 aprel 2025-ci il tarixli sorğuya cavab məktubundan, 11 mart 2025-ci il tarixli 2(108)-32/2025 nömrəli sorğuda qeyd olunan texnikaların Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin “Hərracın yekunu üzrə alqı-satqı müqavilələrinə” və Na xçıvan MR X43 İdarəsinin qeydiyyat sənədlərinə əsasən X15 tabeliyində olmuş hərbi hissələrin adına rəsmiləşdirildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci madəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin maddənin məzmunundan göründüyü kimi bu maddə ümumi xarakter daşımaqla həmin maddəyə istinad edilməklə əqd mübahisələndirilərkən Mülki Məcəllə ilə əqdin etibarsızlığı üçün əsas ola bilən və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan ha llar dəqiq göstərilməlidir. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhk əmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, a pellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslılığını və qаnuniliyini, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq tam yoxlayır. Kollegiya İddiaçı vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1263/2024 nömrəli, 19 noyabr 2024- cü il tarixli qətnaməsinin ləğvinə dair gətirdiyi dəlillərə məzmu halında qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1 və 389.2-ci maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin maddənin məzmunundan göründüyü kimi bu maddə ümumi xarakter daşımaqla həmin madd əyə istinad edilməklə əqd mübahisələndirilərkən Mülki Məcəllə ilə əqdin etibarsızlığı üçün əsas ola bilən və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan hallar dəqiq göstərilməlidir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığını n ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız he sab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respubli kasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsi ilə h akimiyyətdən sui-istifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadın a (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İddiaçı iddia ərizəsində Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 kmliyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 “X21 kompleksi” MMC əmlak kompleksi və "xxxx" MMC-yə məxsus ümumi dəyəri 356.150 (üç yüz əlli altı min yüz əlli) manat dəyərində nəqliyyat vasitələri barədə auksion mərkəzi tərəfindən 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı mü qavilələrinin etibarsız hesab edilməsini, verilmiş çıxarışın ləğv edilməsini və əvvəlki qeydiyyatların bərpasını istədiyini qeyd etmişdir. İddiaçı iddianın əsasları kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04 dekabr 2014-cü il tarixli ******* reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 olan əmlak kompleksi olan müəssisə “X21 kompleksi” MMC-nin xüsusi mülkiyyətinə verilmişdir. Həmin tarixdən direktor təyin olunmuşdur. “X21 kompleksi” 6 il müddətində fasiləsiz fəaliyyət göstərmiş qanuni şəkildə bütün ödənişləri həyata keçirmiş, lakin 2020-ci ilin əvvəlində heç bir qanuni əsas olmadan Naxçıvan Muxtar Respublikasının A li Məclisinin keçmiş sədri Vasif Talıbov, keçmiş baş naziri və keçmiş iqtisadiyyat nazirinin ona təzyiq və təkid edərək, özünün hakimiyyətindən sui-istifadə edərək özünün heç bir razılığı olmadan direktor olduğu “X21 kompleksi” MMC-nin X18 verilməsini tələb etdiklərini, ona heç bir ödəniş olunmadan, onun ağır vəziyyətə düşməyinə səbəb olan formal olaraq ona özləri tərəfindən hazırlanmış auksiona çıxarılması ərizəsinə təzyiq altında qol çəkdirməklə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində açıq hərraca çıxarılaraq ona heç bir dəyəri ödənilmədən hərracın yekunu üzrə alqı-satqı haqqında müqavilə bağlatdırdıqlarını, həmin vaxt qanunsuz müdaxilələr nəticəsində onun bütün əmlaklarının əlindən alınmağa başlandığını, həmin əmlaklardan birinin də “ X21 kompleksi” MMC olduğunu, həmin vaxt nəin ki “X21 kompleksi” MMC-yə məxsus olan bütün əmlakların ona təziqlər göstərilməklə zorla əlindən alındığını, həmçinin "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələrində həmin vaxt əlindən zorla alındığını, əvəzində ona heç bir ödəniş edilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut et məlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı iddia ərizəsində qeyd etdiklərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iş materiallarında İddiaçı onun barəsində edilən zorakılıq və hədə-qorxu ilə bağlı hər hansı səlahiyyətli və ya hüquq-mühafizə orqanına müraciət etməsi öz təsdiqini tapmamış, 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı əsaslar aşkarlanmamışdır. İddiaçının göstərdikləri iş materiallarına əlavə edilmiş iddiaçınn Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzinin direktoru X22 müraciət edərək “X19 Şirkətlərinin İttifaqı” yaranmış öhdəliklərini yerinə yetirə bilmədiyinə görə, məktuba əlavə edilmiş əmlakların və nəqliyyat vasitələrinin satılmasına müvafiq köməklik göstərilməsini xahiş etməsi barədə 15 fevral 2020-ci il tarixli ərizə ilə tam təkzib olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyinəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər d axilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Kollegiya birinci instansiya məhkəməsinin İddiaçı tərəfindən 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılm ış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddət buraxılması, müddət keçdiyi üçün iddiaçının alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbini irəli sürmək hüququnu itirməsi, İddiaçı 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il kəsici müddəti buraxdığı üçün iddia tələbinın həmin hissədə rədd edilməsi, iddiaçının digər tələbi olan 09 iyun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatların bərpasına münasibətdə iddiaçının iddia tələbinin 09 iyun 2020-ci il tari xdə bağlanılmış hərracın yekunu üzrə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə rədd edilməli olduğundan, həmçinin işin məhkəmə araşdırması zamanı 09 iyun 2020-ci il tarixdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatların bərpası üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbinin həmin hissədə də rədd edilməsi ilə bağlı gəldiyi nəticəni düzgün hesab edir. Kollegiya İddiaçı vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1263/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsinə dair göstərdiyi dəlillərə münasibətdə aşağıdakıları bildirir. İddiaçı məhkəmədə qaldırdığı iddiada 2020-ci ilin əvvəlində heç bir qanuni əsas olmadan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbov, keçmiş baş naziri və keçmiş iqtisadiyyat nazirinin ona təzyiq və təkid edərək, özünün hakimiyyətindən sui-istifadə edərək özünün heç bir razılığı olmadan direktor olduğu “X21 kompleksi” MMC-nin X18 verilməsini tələb etdiklərini, ona heç bir ödəniş olunmadan, onun ağır vəziyyətə düşməyinə səbəb olan formal olaraq ona özləri tərəfindən hazırlanmış auksiona çıxarılması ərizəsinə təzyiq altında qol çəkdirməklə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində açıq hərraca çıxarılaraq ona heç bir dəyəri ödənilmədən hərracın yekunu üzrə alqı-satqı haqqında müqavilə bağlatdırdıqlarını, həmin vaxt qanunsuz müdaxilələr nəticəsində onun bütün əmlaklarının əli ndən alınmağa başlandığını, həmin əmlaklardan birinin də “ X21 kompleksi” MMC olduğunu, həmin vaxt nəinki “X21 kompleksi” MMC-yə məxsus olan bütün əmlakların ona təziqlər göstərilməklə zorla əlindən alındığını həmçinin "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələrində həmin vaxt əlindən zorla alındığını, əvəzində ona heç bir ödəniş edilmədiyindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 04 dekabr 2014-cü il tarixli ******* reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən MMC-nin xüsusi mülkiyyətinə verilmiş Babək rayonu, Babək qəsəbəsi, Araz çay qovşağının 3 km-liyində yerləşən 3,5025 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 1239,7 m2 “X21 kompleksi” MMC əmlak kompleksi və "xxxx" MMC-yə məxsus ümumi dəyəri 356.150 (üç yüz əlli altı min yüz əlli) manat dəyərində nəqliyyat vasitələri barədə auksion mərkəzi tərəfindən 09 iyun 2020-ci il, 11 mart 2020-ci il və 16 aprel 2020-ci il tarixlərdə bağlanılmış hərracın yekunu üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini, verilmiş çıxarışın ləğv edilməsini və əvvəlki qeydiyyatların bərpasını xahiş etmişdir. Lakin iddiaçı tərəf verdiyi apellyasiya şikayətində iddianın əsasını dəyişərək mübahisə predmeti olan müqavilənin etibarsızlığı iradə ifadəsinin zədələnməsi ilə deyil, hərracın mülki məcəllə ilə müəyyən edilmiş tələblərə uyğun şəkildə həyata keçirilmədiyini qeyd etmişdi. Apellyasiya şikayətinə baxılması zamanı kollegiya tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair”) formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq apellyasiya şikayəti verən tərəfə iddia tələbi üzrə göstərdiyi əsaslar üzrə sübut etməli olduğu halların dairəsi müzakirə edilsə də, apellyator iddianın əsasını dəyişdirilməsi ilə bağlı sübutları kolleyaya təqdim etməkdə israrlı olaraq, məhkəmənin hüquqi bilməməsi prinsipindən çıxış etmişdi. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsində iddia tələbi irəli sürmüş şəxslər MPM-in 372.3-cü maddəsinə istinad edərək iddianın faktiki əsasını dəyişdirə bilməzlər. İddianın faktiki əsasının, yəni iddia tələbinin əsaslandırılması üçün istinad olunan hüquqi faktların dəyişdirilməsi iddianın yeni əsaslarla irəli sürülməsi kimi qiymətləndirilməklə, yalnız bir inci instansiya məhkəməsində mümkündür (MPM-in 53-cü maddəsi). Yəni birinci instansiya məhkəməsində hazırki mübahisə üzrə məhkəmə araşdırılması müqavilənin etibarsızlığı ilə bağlı iradə ifadəsinin zədələnməsinin halları olduğu halda apellyasiya icraatında onun araşdırılması müqavilənin qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılmamasını təşkil edə bilməz. Çünki, hər əsasın sübut edilməsi yükü, sübut edilməli olan faktların dairəsi müxtəlif olmaqla yanakı, ona tətbiq edələcək kəsici müddətin vaxtına da təsir edir. Kollegiya Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair “ 20.05.11-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, Azərbaycan Respublikası apellyasiya məhkəmələrində icraat natamam apellyasiya icraatı sayılır. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, İddiaçı vəkil-nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixl i qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq kollegiya Qət etdi: İddiaçı vəkili-nümayəndəsi Vəkil2 tərəfindən ve rilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1263/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı cavabdehlər Cavabdeh1, NMR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində “X13” X32rşı “keçirilmiş hərrac üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əvvəlki qeydiyyatın bərpası” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar