Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-39/2022 04.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə Naxçıvan Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(078)-209/2021 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyən etdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.X.Səfərəliyeva) 26 noyabr 2021-ci il tarixli, 2(078)-209/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq, yəni zəbt edib orada apardığı tikintinin məcburi olaraq sökülüb aparılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı 12 yanvar 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq yəni zəbt edib orada apardığı tikintinin məcburi olaraq sökülüb aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26 yanvar 2021-ci ildə işin məhkəmədə baxılmağa hazırlanmasına dair qərardad qəbul edilməklə mülki işin məhkəmədə baxılması 22 fevral 2021-ci il tarixinə təyin edilmişdir. Cavabdeh 30 yanvar 2021-ci il tarixində öldüyündən məhkəmənin 05 mart 2021-ci il tarixli, 2(078)-209/2021 nömrəli qərardadı ilə iş üzrə icraat Cavabdeh hüquqi varisləri müəyyən edilənə qədər dayandırılmışdır. Məhkəmənin 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnərək Cavabdeh vərəsələri - anası X7, arvadı X8 və qızı X9 məhkəmə prosesinə dəvət edilmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(078)-209/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(078)-209/2021 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki iş İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinə əsasən baxılması üçün Nax çıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qardaşı Zalxanın vəfatından bir müddət öncə ona məxsus olan həyətyanı torpaq sahəsində iddiaçının razılığı olmadan tikililər tikməyə başlamışdır. Həmin andan həmin tikililərin qanunsuz olduğunu, ona məxsus torpaq üzərində aparılmasını onlara deyərək dərhal sökülməsini qardaşına və onun ailəsinə bildirmişdir. Buna baxmayaraq onlar tikintini dayandırmayaraq inşaya davam etmişlər. Qardaşının vəfatından sonra isə onun oğlu Vüqar və ailəsi iddiaçını eşitməyərək qanunsuz hərəkətlərini davam etdirərək ona məxsus 55 kv.metr torpaq sahəsi üzərində tikililər tikməyə davam ediblər. Onların iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması üçün dəfələrlə polisə, icra nümayəndəliyinə, daşınmaz əmlaka müraciət etmişdir. Nəticə etibarı ilə dövlət qurumları ona bildiriblər ki, mübahisəyə məhkəmə baxmalıdır. X6 və onun ailə üzvlərinin iddiaçıya məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmələri nəticəsində onun Azərbaycan Respublikasının milli qanunvericiliyi və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulur. Cavabdeh və onun ailəsi tərəfindən son iki il ərzində inşa edilmiş tikili qanuni olaraq ona məxsus olan torpaq sahəsi üzərində inşa olunmuş və həmin tikili onun özünə aid torpaq sahəsindən istifadə edərək küçəyə çıxışına imkan vermir. Hazırda yaşadığı evdən öz torpaq sahəsindən keçməklə küçəyə çıxışı mümkün deyildir. Küçədən evinə nəinki özünün gediş-gəlişi, hətta heç bir əşyanın gətirilməsi, habelə avtomobilin gəlməsi qeyri-mümkündür. Onun yola (küçəyə) çıxmağı yalnız qonşuluğunda yaşayan bacısıgilin həyətindən keçməklə dar bir cığırla mümkündür. Mülkiyyətindən ana yolla birbaşa çıxışı olan yolunun mövcud olmasına baxmayaraq qardaşı və onun ailəsinin mülkiyyətində olan torpağı qanunsuz zəbt etməklə üzərində qanunsuz tikili qurması nəticəsində öz mülkiyyətindən istifadə edərək küçəyə çıxmaq imkanına son qoyulmuşdur. Bu gün qanunsuz şəkildə zəbt edilərək tikilmiş tikilini qarşı tərəf söksə onun dədə-babadan qoyulan dəmir qapı vasitəsi ilə yola çıxışı təmin olunar. Zəbt olunan 55 kv. metrlik ərazinin qardaşı Zalxan və onun ailə üzvlərinə verilməsi ilə bağlı iddiaçının heç bir razılığı olmamışdır. Bunu təsdiq edən heç bir sübut iş materialında yo xdur. Məhkəmə qətnaməsində göstərilir ki, cavabdehin həyat yoldaşı X8 izahatında qeyd edir ki, mübahisəli torpaq sahəsini iddiaçı, onlara pul ilə satmamış, qardaşı oğluna pay vermişdir. Belə olan halda sual yaranır. O nə üçün vəziyyətini çətinləşdirən, ağırlaşdıran şəkildə heç bir maddi qarşılıq olmadan özünə aid 55 kv. metr torpaq sahəsini qardaşı oğluna verib özünün gediş-gəliş yolunu bağlasın? Bu fikir kökündən yanlışdır. Əgər həmin ərazini qardaşı övladlarına versəydi bu gün ortada rəsmi sənədlər mövcud olardı. Mübahisəli ərazinin qardaşına və onun ailəsinə özü üçün əlverişsiz, ağırlaşdıran şəkildə onlara verməyi, eyni zamanda bunun rəsmi şəkildə öz təsdiqini tapmaması bir daha onu sübut edir ki, qardaşı və övladları onun iradəsinə zidd şəkildə iddiaçının mülkiyyətində olan torpaq sahə sini iddiaçının narazılıqlarına məhəl qoymadan zəbt etmişdilər və nəticə etibarı ilə onların hüquqa zidd bu əməlləri iddiaçını pis vəziyyətə salmışdır. Dedikləri kimi razılığı olsaydı gedib notariusda mübahisəli ərazinin onlara verilməsi ilə bağlı bağışlama müqaviləsi bağlayardı. Məhkəmə baxışı iclasında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 da göstərmişdir ki, hazırda mübahisəli tikilinin inşa edildiyi sahənin 53 kv. metr hissəsi iddiaçıya məxsus olan torpaq sahəsinin üzərinə düşür. Mütəxəssisin fikrindən də aydın şəkildə görsənir ki, qardaşı və onun ailə üzvləri tərəfindən inşa edilmiş tikilinin 53 kv. metr hissəsi birmənalı şəkildə iddiaçıya məxsus olan torpaq sahəsi üzərində tikilibdir. Bütün bunlara yekun qiymət verən birinci instansiya məhkəməsi sonda iddia tələbi üzrə Cavabdeh hər hansı miras əmlakı olmadığından və onun vərəsələri anası X7, həyat yoldaşı X8 və qızı X9 Cavabdeh münasibətdə məsuliyyət daşımadıqlarından iddianı rədd etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi qənaət əsassızdır və məqsədyönlüdür. Belə ki, məhkəmə cavabdehin 30 yanvar 2021-ci il tarixində vəfatından sonra iş üzrə icraatı dayandırmış və hüquqi varisin müəyyən olunması barədə 05.03.2021-ci il tarixli, 2(078)209/2021 nömrəli qərardad qəbul etmişdir. Bundan sonra məhkəmə məhkəmə gedişatını süni şəkildə uzadaraq inşası iddiaçı məhkəmədə iddia qaldırdığı zaman yeni başlanmış tikilinin tikilib başa çatdırılmasına şərait yaratmışdır. İddia qaldırdıqdan sonra məhkəmə qarşı tərəfə zaman qazandırmadan mübahisəli əraziyə baxış keçirdib qanunsuz tikili nin tikintisinin qarşısını alsa idi, bu gün həmin tikili başa çatmayacaqdır. Lakin bütün bunlara baxmayaraq məhkəmə qarşı tərəfə zaman qazandıraraq onlara işlərini tamamlamağa imkan yaratmışdır. Nəhayət 14 oktyabr 2021-ci il tarixdə icraat təzələnərək cavabdehin hüquqi varisləri olan adları yuxarıda göstərilən şəxsləri nədənsə hüquqi varis qismində yox, vərəsə kimi məhkəmə prosesinə cəlb etmişdir. Məhkəmənin bu hərəkətləri anlaşılan deyildir və hüquqi əsası yoxdur. İddia tələbindən də aydın şəkildə görsənir ki, cavabdeh və onun ailəsi iddiaçıya məxsus əmlakı qanunsuz olaraq zəbt ediblər. Belə olan halda məhkəmənin Cavabdeh qanuni varisini iş üzrə cavabdeh qismində cəlb edərək qanunsuz əməllərinə son qoyaraq, pozulmuş hüquqlarını bərpa edən qanuni qərar qəbul etməsi mümkün idi. Qeyd olunan halları nəzərə almadan iddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edir. Məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin cavabdehin xeyrinə özgəninkiləşdirilməsi barədə tərəflər arasında forma etibarı ilə yazılı və notariat qaydada təsdiqlənməsi tələb olunan müqavilə bağlanılmamış, torpaq sahəsi üzərində cavabdehin və onun varislərinin hər hansı hüququ dövlət reyestrində qeydə alınmamışdır. Qətnamədə göstərilir ki, cavabdehin qanuni vərəsəsi qeyd edir ki, həmin torpaq sahəsi iddiaçının özü tərəfindən onların xeyrinə imtina edilmiş, başqa sözlə desək, könüllü olaraq onları n istifadə və sahibliyinə verilmişdir. İş materialında cavabdehin qanuni vərəsəsinin bu fikrini təsdiq edən heç bir sübut mövcud deyildir. Beləliklə də nəticə etibarı ilə də iş üzrə materiallar məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadan heç bir hüquqi əsası olmayan ədalətsiz qətnamə çıxarmışdır. Torpaq sahəsinə aid texniki pasportda görsəndiyi kimi, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 hazırda mübahisəli tikilinin inşa edildiyi sahənin 53 kv. metr hissəsinin iddiaçıya məxsus olan torpaq sahəsinin üzərinə düşməsini bildirir. Mütəxəssisin fikrindən aydın şəkildə görsənir ki, qardaşı və onun ailə üzvləri tərəfindən inşa edilmiş tikilinin 53 kv. metr hissəsi birmənalı şəkildə iddiaçıya məxsus olan torpaq sahəsi üzərində tikilm işdir. Məhkəmə cavabdehin 30 yanvar 2021-ci il tarixində vəfatından sonra iş üzrə icraatı dayandırmış və hüquqi varisin müəyyən olunması barədə 05.03.2021-ci il tarixli, 2(078)-209/2021 nömrəli qərardad qəbul etmişdir. 14 oktyabr 2021-ci il tarixdə icraat təzələnərək cavabdehin hüquqi varisləri olan adları yuxarıda göstərilən şəxslərin hansı səbəbdən hüquqi varis qismində yox, vərəsə kimi məhkəmə prosesinə cəlb edilməsi, iş üzrə məhkəmə araşdırmasını aparması, lakin yekunda iddia tələbi üzrə Cavabdeh hər hansı miras əmlakı olmadığından və onun vərəsələri anası X7, həyat yoldaşı X8 və qızı X9 Cavabdeh münasibətdə məsuliyyət daşımadıqlarından iddianı rədd etməsi aydınlaşdırılmamışdır. Məhkəmənin Cavabdeh qanuni varisini iş üzrə cavabdeh qismində cəlb edərək onların qanunsuz əməllərinə son qo yaraq, pozulmuş hüquqlarını bərpa edən qanuni qərar qəbul etməsi mümkün olduğu halda nə üçün bu cür qərar qəbul etməsi izah olunmazdır və məhkəmənin bütün bunlara düzgün hüquqi qiymət verməməsinin nəticəsidir. Hesab edir ki, məhkəmə: 1. cavabdehin 30 yanvar 2021-ci il tarixində vəfatından sonra iş üzrə icraatı dayandırması və hüquqi varisin müəyyən olunması barədə 05.03.2021-ci il tarixli, 2(078)-209/2021 nömrəli qərardad qəbul etməsi, lakin 14 oktyabr 2021-ci il tarixdə icraat təzələnərək cavabdehin hüquqi varisləri olan adları yuxarıda göstərilən şəxslərdən hər hansı birini hüquqi varis qismində məhkəmə prosesinə cəlb etməyərək iş üzrə məhkəmə araşdırmasını aparmasının əsasını sübut etmədən qətnamə qəbul etməsi; 2. iddia tələbi üzrə Cavabdeh hər hansı miras əmlakı olmadığından və onun və rəsələri anası X7, həyat yoldaşı X8 və qızı X9 Cavabdeh münasibətdə məsuliyyət daşımadıqlarından iddianı rədd etməsi barədə qətnaməsi iş üçün əhəmiyyətli olan halların sübut olunmamasının təsdiqidir. Göstərilənlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(078)-209/2021 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı apellyasiya şikayətində göstərdiyi eyni məzmunlu izahatında apellyasiya şikayətinin təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmaqla iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmaqla iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə ə sasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya apellyasiya şikayətinin dəlillərini işin materialları ilə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, İddiaçı 12 yanvar 2021-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək qardaşı Zalxan rəhmətə getməmişdən əvvəl iddiaçıya məxsus həyətyanı torpaq sahəsində 2 otaqlı ev tikməyə başladığını, buna onun heç bir razılığının olmadığını, qardaşının oğlu Vüqarın tikintini davam etdirərək orada 2 otaqlı ev, bir mətbəx binası, hamam və tualet inşa etdiyini, dəfələrlə Vüqardan tikintini dayandırmağı tələb etsə də, Vüqarın onun tələbinə əməl etməyərək tikintini başa çatdırdığını, hazırda onun və ail ə üzvlərinin yaşadığı evdən küçəyə və ya küçədən yaşadıqları evə hər hansı bir əmlak, əşya aparıb gətirmələrinin qeyri-mümkün olduğunu, Vüqarın bu hərəkəti ilə onun mülkiyyət hüququnu, yəni onun mülkiyyətinə aid sahiblik və istifadə hüququnu kobud şəkildə pozduğunu göstərərək Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq, yəni zəbt edib orada apardığı tikintinin məcburi olaraq sökülüb aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin kollegiyada araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı həmçinin 15 noyabr 2021-ci il tarixli iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehdən ona vurulan zərərlə bağlı müraciət etmək məcburiyyətində qaldığını, torpaq sahəsinin qanunsuz olaraq zəbt edildiyinə görə hər il orta hesabla 1000 manat z ərər çəkdiyini, torpaq sahəsinin hər ili 1000 manatdan olmaq şərtilə vurulmuş zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılması barədə ərizə təmin olunmuş, iddia tələbinə “Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq, yəni zəbt edib orada apardığı tikilinin məcburi olaraq sökülüb aparılması və torpaq sahəsinin hər ili 1000 manatdan olmaq şərti ilə vurulmuş zərərin ödənilməsi tələbi” çərçivəsində baxılması qərara alınmışdir. İş materiallarına əlavə olunmuş 09 fevral 2021-ci il tarixli, AZ-İ seriyalı 801450 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh 31 yanvar 2021-ci il tarixdə kəskin və ya yarım kəskin qaraciyər çatmamazlığından vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İşin araşdırılmış hallarından görünür ki, məhkəmə tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizənin təmin olunmasına dair qeyd olunan qərardad qəbul edilərkən iddiaçının Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilməməsi, ərizə verilməmişdən əvvəl cavabdehin ölməsi hallarının mövcudluğu nəzərə alınmamış, Cavabdeh şəxs kimi tanımaqla mülki işə sonuncuya münasibətdə İddiaçı mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq, yəni zəbt edib orada apardığı tikilinin məcburi olaraq sökülüb aparılması və torpaq sahəsinin hər ili 1000 mana tdan olmaq şərti ilə vurulmuş zərərin ödənilməsi tələbi çərçivəsində baxılmalı olması nəticəsinə gəlmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi X2, X3 və X4 cavabdeh kimi tanınmamalarına, iddiaçının sonunculara münasibətdə iddia tələbinin olmamasına və onların tərəf kimi işə cəlb edilmələrinə razı olmamasına lazımi hüquqi qiymət verməmişdir (bax iş.v.96). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, kollegiya hesab edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərə fi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İşin yuxarıda şərh olunan halından da göründüyü kimi, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə cavabdeh kimi göstərilmiş şəxs isə tərəf kimi qəbul edilə bilməz. Çünki cavabdeh kimi göstərilmiş şəxs iddiaçı tərəfindən torpaq sahəsinin hər ili 1000 manatdan olmaq şərti ilə vurulmuş zərərin ödənilməsi tələbinə dair ərizə verilməmişdən əvvəl vəfat etdiyinə görə həmin tələbə münasibətdə işdə tərəf statusunu əldə etməmişdir. Həmçinin cavabdeh kimi göstərilmiş şəxsin iddia verilməsindən xeyli əvvəl ölməsinin iddiaçıya məlum olması da işin mübahisəsiz halı kimi müəyyən edilib. İşin kollegiyada araşdırılmış halları, iddia ərizəsi (iş v. 1-2) və iddiaçının birinci instansiya məhkəməsindəki izahatı (iş.v 96-100) ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi ona məxsus torpaq sahəsində inşa olunmuş tikili iddiaçının qardaşı mərhum Zalxan Quliyev tərəfindən tikilməyə başlanılmış və həmin torpaq sahəsində 2 otaqdan ibarət yaşayış evi, mətbəx, hamam-tualetdən ibarət yardımçı tikililərin inşası Cavabdeh tərəfindən başa çatdırılmışdır. İşin kollegiyada araşdırılmış hallarından da göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq mübahisə edilən hüquq münasibətində hüquq varisliyinə yol verilib verilməməsi məsələsini həll etməmiş, iş üzrə cavabdeh kimi tanınmış Cavabdeh anası X7, X8 və qızı X5 vərəsə kimi məhkəməyə dəvət etmişdir ki, bu da hazırkı iş üzrə qanuni və ə saslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar qeyd etmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar). Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutul an hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. İşin araşdırılmış halları və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 05 oktyabr 2021-ci il tarixli 04/594 nömrəli məktubundan da göründüyü kimi dövlət reyestrində Cavabdeh adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. İş materiallarında olan Naxçıvan şəhər 1 saylı Notariat ofisinin 169 nömrəli, 21 sentyabr 2021-ci il tarixli və Naxçıvan şəhər 3 saylı Notariat ofisinin 99 nömrəli, 24 sentyabr 2021-ci il tarixli məktublarından aydın olur ki, 30 yanvar 2021-ci il tarixdə vəfat etmiş Cavabdeh barəsində vərəsəlik işi açılmamışdır. Kollegiya göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan torpaq sahəsində qanun suz olaraq, yəni zəbt edib orada apardığı tikintinin məcburi olaraq sökülüb aparılması və vurulmuş ziyanın ödənilməsi tələbi üzrə hazırkı mübahisə edilən hüquq münasibətində hüquq varisliyinə yol verilmir. Kollegiya eyni zamanda qeyd edir ki, iş üzrə cavabdeh kimi tanınmış Cavabdeh iddiaçının mübahisələndirdiyi torpaq sahəsində tikinti işlərini aparmasına və vurulmuş ziyanın ödənilməsi tələbinə münasibətdə onun ailə üzvləri iş üzrə tərəf kimi tanınmamışlar və Cavabdeh hərəkətlərinə münasibətdə hazırkı iş üzrə mübahisə edilən hüquq münasibətində iddia tələbinin yönəldiyi cavabdeh və eyni zamanda hüquq varisi hesab olunmurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq mün asibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə mü əyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq oluna n faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin şərh olunmuş hallarına hüquqi qiymət verərək belə hesab edir ki, işə baxan məhkəmə tərəfindən qanunun yuxarıda sadalanan normalarının tələblərinə düzgün əməl olunmamışdır. Qeyd olunanlara əsasən Naxçıvan Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(078)-209/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Kollegiya izah edir ki, İddiaçı qanunvericiliyə müvafiq olaraq mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia qaldırmaq hüququ istisna olunmur. İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. G östərilənləri və Azərbaycan Respublikası MPM-in 261.0.7, 382.1, 384.0.5, 385.1.1, 387.1, 402.2.4, 403.1, 405.0.2 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qərar verdi: İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(078)-209/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq, yəni zəbt edib orada apardığı tikintinin məcburi olaraq sökülüb aparılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-39/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-39/2022
04.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver