Məhkəmə qərarları › İş №2(108)-44/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-44/2025

11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-44/2025 11.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, Ərizəçi hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə çıxarılmış Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(089)-76/2025 nömrəli qərardadından ərizəçinin vəkili-nümayəndəsi tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Ərizəçi “16” yanvar 2025-ci ildə ərizə ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək doğum haqqında şəhadətnamənin və şəxsiyyətini təsdiq e dən sənədin ona məxsus olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-3). Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(089)-76/2025 nömrəli qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş və birinci instansiya məhkəməsi bu nəticəyə gəlməsini Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.1 və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması, ərizəçinin Culfa Rayon Polis şöbəsinə müraciət etməli olması ilə əsaslandırmışdı (iş vərəqə 16-18). Ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə 28 yanvar 2025-ci ildə şikayətlə Culfa Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin 16 yanvar 2025-ci il tarixli, 2(089)76/2025 nömrəli qərardadının ləğv edilməsini və ərizənin icraata qəbul edilməsi barədə qərardad qəb ul edilməsini xahiş etmişdi (iş vərəqə 23-24). O, şikayətini əsaslandıraraq qeyd etmişdi ki, Ərizəçi 12 avqust 2003-cü il tarixdə Rusiya Federasiyasının Novosibirsk vilayətinin Novosibirsk şəhərində anadan olub. Ərizəçinin valideynləri 11 iyul 2000-ci il tarixdə nikaha daxil olmuş, atası X3 və anası X1r. 04 dekabr 2003-cü il tarixdə Novosibirsk vilayəti administrasiyasının VVAQ işləri üzrə idarəsinin Novosibirsk şəhəri Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə ərizəçinin ad, soyad və ata adı Ərizəçioviç olaraq qeyd edilmişdir. Ərizəçiyə Naxçıvan MR Culfa RPŞ QVŞV qrupu tərəfindən verilmiş şəxsiyyəti təsdiq edən sənəddə isə ərizəçinin ad, soyad, ata adı Ərizəçi kimi qeydə alınmışdır. Ona məxsus təhsillə bağlı sənədlərdə də soyadı, adı, atasının adı Ərizəçi olaraq qeyd edilmişdir. Ərizəçinin atası X3 vəfat etmişdir. Ona məxsus əmlakla bağlı hazırda Rusiya Federasiyasında məhkəmənin icraatında vərəsəliklə bağlı mülki iş vardır. Lakin şəxsiyyəti təsdiq edən sənədlə doğum haqqında şəhadətnamə eynilik təşkil etmədiyi üçün, yəni Ərizəçi və Ərizəçioviçin eyni şəxs olub-olmaması müəyyən olunmadığından sözügedən mülki işin icraatı dayandırılmışdır. Şəxsiyyəti təsdiq edən sənəddə düzəlişin edilməsi isə ərizəçiyə yeni maneələr yaratması ilə nəticələnəcəkdir. Culfa Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(089)-76/2025 nömrəli qərardadı ilə ərizəçinin vəkili-nümayəndəsinin şikayətinin təmin edilməməsi, onun müraciətinin işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdı r (iş vərəqə 30-32). Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına 07 fevral 2025-ci il tarixdə daxil olmuşdur. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası ilk olaraq işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müv afiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür. Şikayətin hüquqi həllinə gəldikdə isə kollegiya onu iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələblə ri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(089)-76/2025 nömrəli qərardadından ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə verdiyi şikayəti və ona baxılması ilə bağlı araşdırılmış sübutları nəzərdən keçirən kollegiya bildirir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir. Azərbaycan Respub likası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən prosessual normanın tələbindən də görünür ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, yəni bu hüququn məhdudiyyətə məruz qalması istisna edilmir. Həmin hüquqa olan məhdudiyyətlərdən ən başlıcası isə şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə müraciət etməsidir. Ərizəçi müraciəti xüsusi icraat qaydasında olduğundan kollegiya onun ərizəsini, ona əlavə olunmuş sənədləri, həmçinin verilmiş şikayəti prosessual qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirib qeyd e dir ki, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair ərizələrə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 305 və 307-ci maddələrinə əsasən xüsusi icraat qaydasında baxılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydası isə qeyd edilən Məcəllənin 307-311-ci maddələri ilə tənzimlənir ki, yalnız aşağıdakı şərtlərin hamısı birlikdə mövcud olduqda hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizələr icraata qəbul edilməlidir: - məhkəmə tərəfindən müəyyən edilməsi istənilən bu fakt fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə əsas verməli; - bununla bağlı hüquq haqqında mübahisə olmamalı; - ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli; - qanunvericilikdə bu hüquqi faktın müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamalıdır. Ərizəçi müəyyən edilməsini istədiyi hüquqi əhəmiyyətli fakt hüquq müəyyənedici sənədlərin ona məxsus olması ilə bağlı olduğundan kollegiya qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını n məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: -birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); -ikincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; -üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qeyd edilən prosessual hüquq normalarını Ərizəçi ərizəsi ilə qarşılıqlı şəkildə təhlil edərək kollegiya bildirir ki: -ərizəyə əlavə edilmiş və Novosibir sk vilayəti administrasiyasının VVAQ işləri üzrə idarəsinin Novosibirsk şəhəri, Oktyabr rayonu, VVAQ şöbəsi tərəfindən verilmiş 04 dekabr 2003-cü il tarixli, İ-ET seriyalı, 650634 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə və təsdiq edilmiş surətindən Ərizəçioviçin 12 avqust 2003-cü ildə Rusiya Federasiyası, Novosibirsk vilayəti, Novosibirsk şəhərində anadan olması, atasının X3, anasının isə X2 olması (iş vərəqə 11-12); -"Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından, həmçinin ərizəyə əlavə edilmiş Culfa Rayon Polis Şöbəsinin QVŞV qrupu tərəfindən verilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən (iş vərəqə 4) ərizəçinin soyadının İmanov, adının Rifat, ata adının isə Hüseyn olması, 12 avqust 2003-cü ildə Rusiya Federasiyasında doğulması müəyyən edilir. Ərizəçinin müraciəti doğum haqqında şəhadətnamənin və şəxsiyyətini təsdiq edən sənədin ona məxsus olması təşkil etdiyindən, kollegiya onun nəzərinə çatdırır ki, vətəndaşlıq vəziyyəti aktları vətəndaşın hüquqi statusunu xarakterizə edən, qanunla müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının vəzifəli şəxsləri tərəfindən tərtib edilən yazılı rəsmi sənəddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məh dudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Vətəndaşlıq vəziyyəti aktlarına həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi aid edilmişdi. Kollegiya ərizəçinin nəzərinə çatdırır ki, doğum haqqında şəhadətnamə şəxsin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı ilkin sənəd sayılmaqla (məlumatlar əsasında eyniləşdirmə) özündə müvafiq şəxsi xüsusiləşdirmək üçün ona verilən adı, soyadı, ata adı, həmçinin onun doğum yeri və gününü əks etdirməklə yanaşı, onun mənşəyini müəyyən edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1ci maddəsinə görə isə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Qanunvericilikdə şəxsiyyət vəsiqəsinə rəsmi və məhdud anlayış verilsə də, kollegiya bildirir ki, həmin sənədin əhəmiyyəti müvafiq şəxsi fərdiləşdirmək, onu cəmiyyətin digər üzvlərindən ayırmaq, seçmək, fərqləndirmək, fin kod müəyyən etməklə xüsusiləşdirib, ona təkrarolunmazlıq verməklə, fərdin şəxsiyyətinin tanınmasına xidmət etməyə yönəlib. Yəni qısaca şəxsiyyət vəsiqəsi fərdi sənəd olmaqla, onun sahibinin kimliyini müəyyən etmək üçün verilən rəsmi sənəddir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxs iyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.2 və 2.2.2-ci bəndlərindən görünür ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi zamanı tələb edilən sənədlərdən biri məhz vətəndaşın doğum haqqında şəhadətnaməsidir. Qanunvericiliyin həmin sənədi tələb etməkdə məqsədi sözü gedən sənəddə şəxsin soyadı, adı, atasının adı, doğum tarixi və doğum yeri kimi əhəmiyyətli məlumatların öz əksini tapmasıdır. Həmin məlumatlara müvafiq olaraq ona şəxsiyyət vəsiqəsi verilir və doğum haqqında şəhadətnamədə qeyd edilən həmin məlumatlar dəyişiklik edilmədən şəxsiyyət vəsiqəsində öz əksini tapır. Bu “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.12-ci maddəsinin tələbindən irəli gəlir. Belə ki, həmin norma ya əsasən şəxsiyyət vəsiqəsinin üzərində vəsiqə sahibinin soyadı, adı, atasının adı, cinsi, vətəndaşlığı, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin vəsiqə sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli və 15 yaşı tamam olmuş vətəndaşın şəxsi imzası yerləşdirilir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, Azərbaycan Respublikası vətəndaşı olan hər hansı bir fərdin müəyyənləşdirilməsi üçün ilkin sənəd onun doğum haqqında şəhadətnaməsi və sonradan həmin sənəddə olan məlumatlar əsasında verilən şəxsiyyət vəsiqəsidir. Bunlar arasında ən əsas fərq isə qanunvericiliklə müəyyən edilmiş müəyyən yaşdan sonra şəxsiyyət vəsiqəsinin özündə şəxsiyyəti müəy yən etmək üçün həm məlumat, həm də görüntü üzrə eyniləşdirməni ehtiva etməsidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında olan mövqedən görünür ki, şəxsə aid olması tələb olunan hüquq müəyyənedici sənəddəki ad, ata adı və ya soyad onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə eynilik təşkil etməlidir. Bu baxımdan qanunvericilik hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olma faktının müəyyən edilməsinə dair tələblərə baxarkən, şəxsiyyət vəsiqəsi, eləcə də həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanlar ı tərəfindən verilən şəhadətnamələri həmin sənədlər (iddia tələbi hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən olunmasını təşkil edən sənədlər) sırasına aid etmir. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin bu sənədlərin siyahısında olmamasının səbəbi isə həmin sənəddə olan səhvlərin onu verən orqanlar tərəfindən aradan qaldırılmasını qanunvericiliyin istisna etməməsidir. Belə ki, Azərbaycan Respublikasının “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununun 4-cü maddəsinin 2-ci abzasında şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv oldu ğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsinin dəyişdirilməli olması imperativ qaydada müəyyən edilmişdi. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Göründüyü kimi istər doğum haqqında şəhadətnamə, istərsə də şəxsiyyəti təsdiq edən sənəddə olan səhv və ya yalnışlıqların düzəldilməsi, həmin sənədlərdə dəyişikliklərin edilməsi ilə bağlı tələblər, hüquqi əhəmiyyətli faktın - hüquq müəyyənedici sənədin şəx sə məxsus olmasının müəyyən olunması kimi xüsusi icraat qaydasında məhkəmə araşdırmasının predmeti ola bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.1-ci bəndində göstərilir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərənc amı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Qeyd edilənlər onu deməyə əsas verir ki, Ərizəçi hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunması ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə tərəfindən Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(089)-76/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməməli; - Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(089)-76/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məc əllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haq qında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə tərəfindən Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(089)-76/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməsin. Culfa Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(089)-76/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev. Vera Kuimova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar