Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-46/2023 26.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2(090)-28/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 19 dekabr 2022-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 3.229 (üç min iki yüz iyirmi doqquz) manat əsas, 300 (üç yüz) manat cərimə borcu və 899 manat əsas, 90 manat cərimə borcu olmaqla, ümum ilikdə 4.518 manat məbləğində borcun və 66 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 4.584 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2(090)-252/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi Şahbuz Rayon Məhkəməsinin icraatına qəbul edilməsi və kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. Şahbuz Rayon Məhkəməsinin (sədrlik edən: D.Y.Səfərov) 19 yanvar 2023-cü il tarixli, e-2(090)-28/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 11 yanvar 2019-cu il tarixli müqavilə üzrə 3.229 (üç min iki yüz iyirmi doqquz) manat əsas və 300 (üç yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 3.529 (üç min beş yüz iyirmi doqquz) manat, 19 may 2019-cu il tarixli müqavilə üzrə 899 (səkkiz yüz doxsan doqquz) manat əsas və 90 (doxsan) manat cərimə borcu olmaqla, ümumilikdə 989 (doqquz yüz səksən doqquz) manat, cəmi 4.518 (dörd min beş yüz on səkkiz) manat məbləğində borcun tutularaq İddiaçı (“ERA Electronics”-in) xeyrinə ödənilməsi, İddiaçı tərəfindən X2 vasitəsilə 16 dekabr 2022-ci il tarixdə ********** nömrəli mədaxil qəbz ilə ödənilmiş 66 (altmış altı) manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 15 fevral 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmə barədə ona heç bir məlumat verilməmiş, bu səbəbdən də o, məhkəmədə iştirak edə bilməmişdir. Cavabdeh məhkəmənin qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərək onlara hüquqi qiymət vermədiyini, ekspert rəyinin, yaxud İddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı olduğunu, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığını, bunun məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab olunduğunu, məhkəmə iclasında onun iştirak etməməsi ilə çəkişmə pirinsipinin pozulduğunu, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(090)-28/2022 nömrəli qətnaməsində Cavabdeh məhkəmə müdafiə hüququnun pozulduğunu və qətnamə çıxarılarkən çəkişmə prinsipinə əməl edilmədiyini, bununla da Cavabdeh hüquqlarının pozulduğunu, əsas və cərimə borcların düzgün hesablanmadığını, ona məhkəmə barədə heç bir bildiriş gəlmədiyini, onun üçün də məhkəmədə iştirak edə bilmədiyini qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini, e-2(090)-28/2022 nömrəli xx.xx.2023-ci il tarixdə çıxarılmiş qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apеllyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. İddiaçı və Cavabdeh məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə onlara qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı və Cavabdeh iştirakları olmadan işə apellyasiya qaydasında baxılması nı mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: İş materiallarına əlavə edilmiş 11 yanvar 2019-cu il tarixli, 14433 nömrəli alqı-satqı və öhdəlik müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh arasında əşyanın nisyə alqısatqısına dair müqavilə imzalanmışdır. Müqavilənin predmeti adlanan 1-ci maddəsinə əsasən satıcı müqavilə əsasında məişət əşyalarını və texniki avadanlıqları alıcıya satır və alıcı öz növbəsində alınan malın dəyərini razılaşdırılmış şərtlər ilə və razılaşdırılmış müddətə satıcıya ödəyir. Müqavilənin 3.3-3.4-cü maddələrinə görə alıcı malı aldıqdan sonra ödənişləri müqaviləyə əsasən aylıq ödəniş cədvəlində qeyd olunan tarixdən gec olmayaraq ödəməlidir. Alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən hər gün üçün öhdəlik qalıq məbləğinin 1%-i dəyərində əlavə cərimə hesablana bilər. Müqavilənin 5-ci maddəsinə əsasən müştəri aylıq ödəniş cədvəli üzrə 11 yanvar 2019-cu il tarixdən başlayaraq 24 ay ərzində İddiaçı 15 dekabr 2020-ci il tarixədək hər ay 263 (iki yüz altmış üç) manat və sonuncu ay isə, yəni 2021-ci il yanvar ayının 15-dək 266 (iki yüz altmış altı) manat ödəməyi öhdəsinə götürüb. Müqavilənin 7.1-ci maddəsinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və müqaviləyə dair öhdəliklərin yerinə yetirilməsinin bitirilməsi tarixinədək etibarlıdır. İş materiallarına əlavə edilmiş 19 may 2019-cu il tarixli, 16416 nömrəli m əişət texnikası krediti müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh arasında əşyanın nisyə alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 5-ci maddəsinə əsasən müştəri aylıq ödəniş cədvəli üzrə 19 may 2019cu il tarixdən başlayaraq 18 ay ərzində İddiaçı 19 oktyabr 2020-ci il tarixədək hər ay 100 (bir yüz) manat və sonuncu ay isə, yəni 2020-ci il noyabr ayının 19-dək 99 (doxsan doqquz) manat ödəməyi öhdəsinə götürüb. Müqavilənin 7.1-ci maddəsinə əsasən hazırki müqavilə imzalandığı andan qüvvəyə minir. İş materiallarına əlavə olunmuş 23 noyabr 2022-ci il tarixli maliyyə arayışlarından məlum olur ki, borclu Cavabdeh 11 yanvar 2019-cu il tarixli, 14433 nömrəli müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə 6315 manat dəyərində mal almış və həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-c i il tarixdə 260 manat olmaqla, ümumilikdə 3.086 manat ödəniş etmişdir. Hal-hazırda borclunun həmin müqavilə üzrə 3229 manat əsas borc və 300 manat cərimə borcu olmaqla ümumilikdə 3529 manat borcu qalmışdır. Həmçinin Cavabdeh 19 may 2019-cu il tarixli, 16416 nömrəli müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə 1799 manat dəyərində mal almışdır. Borclu həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 100 manat olmaqla, ümumilikdə 900 manat ödəniş etmişdir. Halhazırda borclunun həmin müqavilə üzrə 899 manat əsas borc və 90 manat cərimə borcu olmaqla ümumilikdə 989 manat borcu qalmışdır. Cavabdeh İddiaçı aldığı əşya üzrə əsas borcu və müqavilələr ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələrin öhdəlik lərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, kollegiya yuxarıda qeyd olunan işin hallarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrindən irəli gələn öhdəliklər yerinə yetirilməyərək 11 yanvar 2019-cu il tarixli, 14433 nömrəli müqavilə üzrə 3529 manat, 19 may 2019-cu il tarixli, 16416 nömrəli müqavilə üzrə 989 manat olmaqla, ümumilikdə satıcı İddiaçı ödənilməli olan 4518 manat pul öhdəlikləri həmin müavilələrdə nəzərdə tutulmuş müddət bitsə də Cavabdeh tərəfindən bugünə kimi icra edilməmişdir. Kollegiya ilk növbədə Cavabdeh apellyasiya şikayətində mübahisələndirilən, iş materiallarında olan (səh. 41) Şahbuz Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsinin nömrəsi səhvən e-2(090)-28/2022 kimi göst ərilsə də e-2(090)-28/2023 kimi qəbul edir. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi məhkəmə barədə ona heç bir məlumatın verilməməsi, ona məhkəmə barədə heç bir bildirişin gəlməməsi, bu səbəbdən də onun məhkəmədə iştirak edə bilməməsi, onun iştirak etməməsi ilə çəkişmə prinsipinin pozulması, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(090)-28/2022 nömrəli qətnaməsində məhkəmənin onun müdafiə hüququnu pozması və qətnamə çıxarılarkən çəkişmə prinsipinə əməl edilməməsi, bununla da onun hüquqlarının pozulması dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, e-2(090)-252/2022 nömrəli ünvan 1 ünvanlanmış məktubundan görünür ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin “19” dekabr 2022-ci il tarixli, e-2(090)-252/2022 nömrəli məhkəmə bildirişi, ona əlavə olunmuş “16” dekabr 2022-ci il tarixli, iddia ərizəsi məktubla iş materiallarında olan Cavabdeh ünvanı kimi ünvan 2qanı tərəfindən məktub geri qaytarılmış və qaytarılma səbəbi kimi ünvan sahibinin həmin ünvandan köçdüyü göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Ona görə də həmin sənədlər Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olan Cavabdeh çatdırılması üçün Badamlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Cavabdehin məhkəmədə iştirak edə bilməməsi dəlilinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan i ddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Hazırki iddianın qiyməti 4518 manat olduğundan həmin iddiaya sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan cavabdeh məhkəmə baxışı iclasına izahatı dinlənilmək üçün çağırılmamış və məhkəmə bu barədə tərəflərə göndərdiyi bildirişdə bunu ətraflı izah etmişdir. Lakin cavabdeh işə birinci instansiya məhkəməsində baxılması zamanı iddianın əksini sübut edəcək, konkret və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdehin məhkəmənin qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərək onlara hüquqi qiymət vermədiyini göstərsə də konkret olaraq hansı sübutlara hüquqi qiymət verilməməsini göstərməmişdir. Kollegiya işin araşdırılması zamanı ekspert rəyinə ehtiyac olmadığını, İddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərin kifayət qədər mötəbər sübutlar olaraq qəbul edilməsinin vacibliyini qeyd edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsinin müddəalarının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunduğunu qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tut ulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilmə lidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və bunun məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab olunması dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində cavabdeh məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hansı halların aydınlaşdırılmadığını qeyd etməmişdir. Bu yalnız cavabdehin subyektiv xarakterli mülahizəsidir, məhkəmə tərəfindən tərəflərin subyektiv mülahizələri sübut kimi qiymətləndirilə bilməz. Məhkəməyə faktı təsdiq edəcək obyektiv sübutlar təqdim edilməlidir. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi əsas və cərimə borcların düzgün hesablanmaması dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan 11 yanvar 2019-cu il tarixli, 14433 nömrəli alqı-satqı və öhdəlik müqaviləsi və 19 may 2019-cu il tarixli, 16416 nömrəli müqavilələrə dair 23 noyabr 2022-ci il tarixli maliyyə arayışlarından məlum olur ki, borclu Cavabdeh 11 yanvar 2019-cu il tarixli, 14433 nömrəli müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə 6.315 manat dəyərində mal almış və həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 260 manat olmaqla, ümumilikdə 3.086 manat ödəniş etmişdir. Hal-hazırda borclunun həmin müqavilə üzrə 3.229 manat əsas borc və 300 manat cərimə borcu olmaqla ümumilikdə 3.529 manat borcu qalmışdır. Həmçinin Cavabdeh 19 may 2019-cu il tarixli, 1 6416 nömrəli müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə 1.799 manat dəyərində mal almışdır. Borclu həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2021ci il tarixdə 100 manat olmaqla, ümumilikdə 900 manat ödəniş etmişdir. Hal-hazırda borclunun həmin müqavilə üzrə 899 manat əsas borc və 90 manat cərimə borcu olmaqla ümumilikdə 989 manat borcu qalmışdır. Borclunun hər iki müqavilə üzrə ümumilikdə 4518 (dörd min beş yüz on səkkiz) manat borcu qalmışdır. Bu halda cavabdeh qanunla üzərinə qoyulmuş sübutetmə vəzifəsini icra edə bilməmiş və sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin apellyasiya şikayətində qeyd edilən dəlilləri əsassızdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nət icəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında göstərilir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu c ür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Həmçinin həmin qərarda göstərilir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesd ə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya qeyd edir ki, Cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, Şahbuz Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2(090)-28/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şik ayəti təmin edilməməli, Şahbuz Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2(090)-28/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan....az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikay əti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2(090)-28/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2(090)-28/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-46/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-46/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver