Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-48/2023 18.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(110)-26/2023 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29100 (iyirmi doqquz min yüz) manat pul vəsaitinin, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 179 (bir yüz yetmiş doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(110)-26/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şərur rayon Siyaqut kəndində qeydiyyatda olan Cavabdeh 18551 (on səkkiz min beş yüz əlli bir) manat məbləğində pulun və 178 (bir yüz yetmiş səkkiz) manat dövlət rüsumunun 113 manatı olmaqla, ümumilikdə 18664 (on səkkiz min altı yüz altmış dörd) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 65 (altmış beş) manatının iddiaçıya aid edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(110)-26/2023 nömrəli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən bir neçə kobud səhvə yol verilmişdir ki, bu da son nəticədə əsassız və qanunsuz qətnamə çıxarılmasına səbəb olmuşdur. Yol verilən səhvlərdən ilki qiymətləndirilmə ilə bağlıdır. Belə ki, Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evinin 2018-ci ildəki qiyməti 29100 (iyirmi doqqu z min bir yüz) manat olaraq dəyərləndirilsə də, bu sözügedən əmlakın hazırkı qiyməti ilə bağlı doğru qərara gəlinməsi üçün kifayət etməməklə bərabər həqiqəti özündə əks etdirmir. İlk növbədə məhkəmə tərəfindən onun likvid dəyərinin doğru müəyyən olunması üçün zəruri addımlar atılmalı, məhkəmə tərəfindən ona baxış keçirilərək və ya qanunla məhkəmə üçün nəzərdə tutulmuş digər imkanlardan istifadə edilərək əmlakın bu gün üçün real dəyərinin müəyyən olunması mümkün olduğu halda fərqli bazar şərtlərinin mövcud olduğu dövrə uyğun olaraq müəyyənləşdirilmiş qiymətlərdən istifadə edilməsi kobud səhv olmaqla qeyd olunan əmlakın likvid dəyərinin 5000 (beş min) manatı aşmadığını nəzərə alsaq asanlıqla belə bir nəticəyə gəlmək mümkündür ki, gəlinən nəticə cavabdehin hüquqlarının pozulmasına səbəb olmuş dur. Digər bir məqam isə ondan ibarətdir ki, iddiaçı üzərinə götürdüyü öhdəlik üçün daşıdığı riski bilməli olduğu halda o buna əks mövqedən çıxış edərək üzərinə düşən öhdəlik üçün daşıdığı məsuliyyətə görə ona dəymiş ziyanın əvəzini cavabdehdən tələb edir. Bu hal kifayət qədər absurd olmaqla birlikdə iş materiallarında olan iddiaçı tərəfindən bildirilmiş iradə ifadələri ilə ziddiyyət təşkil edir. Belə ki, İddiaçı tərəfindən Sədərək rayon Dövlət Notariat Kontoruna verilmiş xx.xx.2011-ci il tarixli ərizələrdən görünür ki, ona məxsus olan Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evinin "xxxx" ASC-nin Şərur rayon fil ialına ipoteka (girov) qoyulmasına razıdır. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur rayon filialına verilmiş xx.xx.2011-ci il tarixli öhdəlikdən görünür ki, o 29 mart 2011-ci il tarixli, 02 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 29 mart 2011-ci il tarixli, 02 nömrəli İpoteka müqaviləsi ilə "xxxx" ASC-nin Şərur rayon filialına ipoteka onun mülkiyyətində olmuş Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evini kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən vaxtında icra edilməməsi səbəbindən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariusun icra qeydini aldıqdan sonra heç bir tələb irəli sürmədən ailə üzvləri ilə birlikdə 10 (gün) müddətində banka təhvil verəcək. Göründüyü kimi həm məhkəmə tərəfindən onun üçün qanunla müəyyən olunmuş prosessual imkanlardan istifadə edilməməsi nəticəsinə onun üzərinə düşən işin hərtərəfli və tam araşdırlması vəzifəsinin icra olunmaması, həm də iddiaçı tərəfindən üzərinə düşən öhdəliklərin yanlış başa düşülməsi və ya dərk edilməməsi nəticəsində cavabdehin qanunla qorunan hüquq və mənafelərinin pozulmasına gətirib çıxaran qətnamə qəbul olunmuşdur. Apellyator sonda Şərur Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(110)26/2023 nömrəli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətinin hüquqi əsası kimi Azər baycan Respublikası Mülki Məcəlləsinin 385 və 386-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77, 88 və 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına istinad edilmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazı mi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməs ini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan: - iddia ərizəsinə əlavə olunmuş və İ ddiaçı, X8, X10 və X1 tərəfindən Sədərək rayon Dövlət Notariat Kontoruna verilmiş xx.xx.2011-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı məxsus olan Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evini "xxxx" ASC-nin Şərur rayon filialına ipoteka (girov) qoyulmasına razıdırlar. Kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən vaxtında icra edilməməsi səbəbindən Bankın tələbi ilə notariusun icra qeydinə əsasən ipoteka predmetinə tutma yönəldiyi halda heç bir iddia irəli sürmədən həmin qeyri-yaşayış sahəsindən çıxmağı öhdələrinə götürmüşlər; - iddia ərizəsinə əlavə olunmuş və İddiaçı, X8, X10, X1 tərəfindən "xxxx" ASC-nin Şərur rayon filialına verilmiş xx.xx.2011-ci il tarixli öhdəliklərdən görünür ki, onlar 29 mart 2011-ci il tarixli, 02 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 29 mart 2011-ci il tarixli, 02 nömrəli İpoteka müqaviləsi ilə "xxxx" ASC-nin Şərur rayon filialına ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olmuş Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evini kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən vaxtında icra edilməməsi səbəbindən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariusun icra qeydini aldıqdan sonra heç bir tələb irəli sürmədən ailə üzvləri ilə birlikdə 10 (gün) müddətində banka təhvil verəcəklər; - iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2(087)-03/2014 saylı mülki iş üzrə 13 fevral 2014-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh "xxxx" ASC Şərur rayon filialına olan 202000.0 (iki yüz iki min) manat əsas və 21866.72 (iyirmi bir min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat faiz borcu olmaqla, cəmi 223866.72 (iki yüz iyirmi üç min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləğində kredit borcunun bu borcun tam ödənildiyi günədək hesablanacaq faizlərin və 30.0 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC Şərur rayon filialının xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş xx.xx.2011-ci il tarixli, MH seriyalı **** *** saylı çıxarışa əsasən mülkiyyət hüququ İddiaçı məxsus olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracda satılaraq kredit borcunun ödənilməsi, zəruri məbləğlər tutulduqdan sonra qalan məbləğin Cavabdeh verilməsi qət edilmişdir; - iddia ərizəsinə əlavə olunmuş və xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evi 2910 0 (iyirmi doqquz min bir yüz) manat qiymətləndirilmişdir. - iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin 18 aprel 2018-ci il tarixli, 16/4 nömrəli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildirişdən görünür ki, Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evi 29100 (iyirmi doqquz min bir yüz) manat qiymətləndirilərək "xxxx" ASC-nin Şərur rayon filialına təklif olunmuşdur; - iddia ərizəsinə əlavə olunmuş və xx.xx.2018-ci il tarixli banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə protokoldan görünür ki, Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evinin dəyərinə, yəni 29100 (iyirmi doqquz min bir yüz) manat təkrar hərracdan sonra 25 % azaldılaraq 18551 manata "xxxx" ASC-nin Şərur rayon filialına satılmışdır; - iddia ərizəsinə əlavə olunmuş və ******* saylı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin Şərur rayon filialının adına daşınmaz əmlakın dövlət reyestrində 21/2 nömrəli reyestr kitabının 301 nömrəli vərəqində qeydiyyata alınmışdır; - iddia ərizəsinə əlavə olunmuş və Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-38/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməklə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha tor paq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər İddiaçı, X8, X6, X11, X10 və onun yetkinlik yaşına çatmayan oğlu X12 məcburi qaydada çıxarılaraq həmin fərdi yaşayış evinin tamamilə boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər İddiaçı, X3, X2, X7, X4 yetkinlik yaşına çatmayan oğlu X12 istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir; - iddia ərizəsinə əlavə olunmuş və Şərur rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-38/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/202 2 nömrəli qətnaməsi apellyasiya şikayəti vermiş şəxs, cavabdeh İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüqu q münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında gös tərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Prenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" ASC Şərur rayon filialı ilə Cavabdeh arasında 08 aprel 2014-cü il tarixli 02979 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 202000.00 (iki yüz iki min) manat məbləğində kredit verilmiş, bu kreditin təminatı olaraq müxtəlif şəxslərə məxsus daşınmaz əmlaklar, o cümlədən xx.xx.2011-ci il tarixli MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ İddiaçı məxsus olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti olaraq banka girov qoyulmuşdur. Lakin Cavabdeh banka olan borcunu ödəmədiyi üçün Naxçıvan Muxtar Respublikasının İnzibatiİqtisadi Məhkəməsinin 2(087)-03/2014 nömrəli mülki iş üzrə 13 fevral 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh "xxxx" ASC Şərur rayon filialına olan 202000.0 (iki yüz iki min) manat əsas və 21866.72 (iyirmi bir min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat faiz borcu olmaqla, cəmi 223866.72 (iki yüz iyirmi üç min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləğində kredit borcunun, bu borcun tam ödənildiyi günədək hesablanacaq faizlərin və 30.0 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC Şərur rayon filialının xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutma ipoteka yüklü edilmiş həmin daşınmaz əmlaklara, həmçinin xx.xx.2011-ci il tarixli MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ İddiaçı məxsus olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracda satılaraq kredit borcunun ödənilməsi, zəruri məbləğlər tutulduqdan sonra qalan məbləğin Cavabdeh verilməsi qət edilmişdir. İş materialına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin 18 aprel 2018-ci il tarixli, 16/4 nömrəli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildirişdən görünür ki, həmin əmlak 29100 manat məbləğində qiymətləndirilərək "xxxx" ASC Şərur rayon filialına təklif edilmiş, xx.xx.2018-ci il tarixli banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə protokoldan görünür ki, həmin fərdi yaşayış evinin dəyərinə, yəni 29100 (iyirmi doqquz min bir yüz) manat təkrar hərracdan sonra 25 % azaldılaraq 18551 manata "xxxx" ASC-nin Şərur rayon filialına satılmış, həmin əmlak Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində "xxxx" ASC- nin Şərur rayon filialının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, ******* saylı Çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)-38/2022 saylı qətnaməsi ilə İddiaçı, X3, X2, X7, X4 və onun yetkinlik yaşına çatmayan oğlu X12 məcburi qaydada çıxarılaraq həmin fərdi yaşayış evinin tamamilə boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər İddiaçı, X3, X2, X7, X4 yetkinlik yaşına çatmayan oğlu X12 istifadə hüquqlarının itirilmiş hesab ediləsi qət olunmuş, həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti isə təmin edilməmişdir. Ona görə də birinci instansiya mə hkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin bank qarşısında öhdəliyini lazımınca icra etmədiyini və bunun nəticəsində iddiaçıya maddi ziyan vurduğu nəzərə alınaraq iddia qismən təmin olunmalı, kreditlərin təminatı olaraq girov (ipoteka) qoyulmuş mülkiyyət hüququ İddiaçı məxsus olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə protokoluna əsasən "xxxx" ASC Şərur rayon filialına satılmış 18100 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “...birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən bir neçə kobud səhvə yol verildiyini, bunun da nəticə də əsassız və qanunsuz qətnamə çıxarılmasına səbəb olduğunu, yol verilən səhvlərdən ilkinin qiymətləndirilmə ilə bağlı olduğunu, belə ki, Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evinin 2018-ci ildəki qiyməti 2 9100 (iyirmi doqquz min bir yüz) manat olaraq dəyərləndirilsə də, bu sözügedən əmlakın hazırkı qiyməti ilə bağlı doğru qərara gəlinməsi üçün kifayət etməməklə bərabər həqiqəti özündə əks etdirmədiyini, ilk növbədə məhkəmə tərəfindən onun likvid dəyərinin doğru müəyyən olunması üçün zəruri addımlar atılmalı olduğunu, məhkəmə tərəfindən ona baxış keçirilərək və ya qanunla məhkəmə üçün nəzərdə tutulmuş digər imkanlardan istifadə edilərək əmlakın bu gün üçün real dəyərinin müəyyən olunması mümkün olduğu halda fərqli bazar şərtlərinin mövcud olduğu dövrə uyğun olaraq müəyyənləşdirilmiş qiymətlərdən istifadə edilməsinin kobud səhv olmaqla qeyd olunan əmlakın likvid dəyərinin 5000 (beş min) manatı aşmadığını nəzərə alaraq gəlinən nəticənin cavabdehin hüquqlarının pozulmasına səbəb olduğunu” göstə rmiş və Şərur Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(110)-26/2023 nömrəli qətnaməsinin tam ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən bu dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya şikayətinə baxılması ilə əlaqədar tədqiq olunmuş iş materiallarından da göründüyü kimi, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2(087)-03/2014 nömrəli, 13 fevral 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh "xxxx" ASC Şərur rayon filialına olan 202000.0 (iki yüz iki min) manat əsas və 21866.72 (iyirmi bir min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat faiz borcu olmaqla, cəmi 223866.72 (iki yüz iyirmi üç min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləğində kredit borcunun təminatı olan ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ İddiaçı məxsus olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılaraq kredit borcunun ödənilməsi müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2(087)-03/2014 nömrəli, 13 fevral 2014-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin 18 aprel 2018-ci il tarixli, 16/4 nömrəli ipoteka predmetinin alqı-satqısı üçün müqavi lə bağlanması barədə bildirişinə əsasən həmin əmlak ilkin auksiyon zamanı 29100 manat məbləğində qiymətləndirilmiş, həmin əmlakın qiymətləndirilməsi və auksiyonun keçirilməsi barədə tərəflər rəsmi qaydada məlumatlandırılmış, lakin iş materiallarından da göründüyü kimi, İddiaçı məxsus olan həmin əmlakın qiymətləndirilməsi ilə bağlı tərəflərin hər hansı bir etirazı və ya müəyyən edilmiş ilkin satış qiymətinə münasibətdə mübahisələri olmamışdır. xx.xx.2018-ci il tarixli banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə protokoldan görünür ki, həmin fərdi yaşayış evinin dəyəri, yəni 29100 (iyirmi doqquz min bir yüz) manat təkrar hərracdan sonra 25 % azaldılaraq 18551 manata "xxxx" ASC-nin Şərur rayon filialına satılmış, bundan sonra həmin əmlak Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində "xxxx" ASC-nin Şərur rayon filialının adına qeydiyyata alınmışdır. İddiaçı məxsus olan əmlakin ilkin satış qiymətinin 29100 manat qiymətləndirilməsi və təkrar hərracdan sonra 25 % azaldılaraq 18551 manata "xxxx" ASC-nin Şərur rayon filialına satılması isə iş üzrə Cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmiş, belə olan halda da sonrakı mərhələdə Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)-38/2022 saylı qətnaməsi ilə "xxxx" ASC-nin mülkiyyətində olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sa həsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər İddiaçı, X3, X2, X7, X4 və onun yetkinlik yaşına çatmayan oğlu X12 məcburi qaydada çıxarılaraq həmin fərdi yaşayış evinin tamamilə boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, həmçinin adıçəkilən şəxslərin istifadə hüquqları itirilmiş hesab edilməsi təmin edilmişdir. Kollegiya iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən İddiaçı məxsus əmlakın likvid dəyərinin doğru müəyyən olunması üçün zəruri addımlar atılmalı olması, məhkəmə tərəfindən ona baxış keçirilərək və ya qanunla məhkəmə üçün nəzərdə tutulmuş digər imkanlardan istifadə edilərək əmlakın bu gün üçün real dəyərinin müəyyən olunması ilə bağlı göstərdiyi dəlillərini əsassız sayaraq qeyd edir ki, hazırki baxılan iddia tələbi çərçivəsində birinci instansiya məhkəməsinin mübahisəli əmlakla bağlı göstərilən hərəkətləri həyata keçirməsi iddia tələbindən kənara çıxma ilə nəticələnmiş olardı. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, mülkiyyət hüququ İddiaçı məxsus olan mübahisəli əmlakın ilkin satış qiymətinin müəyyən olunması və hərracın keçirilməsi ilə bağlı nəticələr başqa bir iddia tələbini predmeti olmaqla iş üzrə Cavabdeh tərəfindən mübahisələndirilməmiş və haqlı olaraq hazırki vəziyyətdə birinci instansiya məhkəməsi işə qaldırılmış tələb çərçivəsində baxmışdır. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci i nstansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə digər əsas kimi “...iddiaçının üzərinə götürdüyü öhdəlik üçün daşıdığı riski bilməli olduğu halda onun buna əks mövqedən çıxış edərək üzərinə düşən öhdəlik üçün daşıdığı məsuliyyətə görə ona dəymiş ziyanın əvəzini cavabdehdən tələb etdiyini, bu halın kifayət qədər absurd olmaqla birlikdə iş materiallarında olan iddiaçı tərəfindən bildirilmiş iradə ifadələri ilə ziddiyyət təşkil etdiyini, belə ki, İddiaçı tərəfindən Sədərək rayon Dövlət Notariat Kontoruna verilmiş xx.xx.2011-ci il tarixli ərizələrdən göründüyü kimi ona məxsus olan Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən i barət fərdi yaşayış evinin "xxxx" ASC-nin Şərur rayon filialına ipoteka (girov) qoyulmasına razı olduğunu, İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur rayon filialına verilmiş xx.xx.2011-ci il tarixli öhdəlikdən göründüyü kimi onun 29 mart 2011-ci il tarixli, 02 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 29 mart 2011-ci il tarixli, 02 nömrəli İpoteka müqaviləsi ilə "xxxx" ASC-nin Şərur rayon filialına mülkiyyətində olmuş Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evini kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən vaxtında icra edilməməsi səbəbindən ipoteka predmetinə tutmanın yönəldilm əsi üçün notariusun icra qeydini aldıqdan sonra heç bir tələb irəli sürmədən ailə üzvləri ilə birlikdə 10 (gün) müddətində banka təhvil verəcəyini göstərdiyini, həm məhkəmə tərəfindən onun üçün qanunla müəyyən olunmuş prosessual imkanlardan istifadə edilməməsi nəticəsinə onun üzərinə düşən işin hərtərəfli və tam araşdırlması vəzifəsinin icra olunmamasını, həm də iddiaçı tərəfindən üzərinə düşən öhdəliklərin yanlış başa düşülməsi və ya dərk edilməməsi nəticəsində cavabdehin qanunla qorunan hüquq və mənafelərinin pozulmasına gətirib çıxaran qətnamə qəbul olunduğu” göstərmişdir ki, kollegiya həmin dəlillərə münasibətdə qeyd edir ki, göstərilən bu dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəl ləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1114.1-ci mаddəsinə əsаsən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəx sə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədq iqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(110)-26/2023 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(110)-26/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, 398.0, 398.0.1, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(110)-26/2023 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(110)-26/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-48/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-48/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver