Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-5/2022 14.02.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlunun (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Genadiyevna və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2, cavabdeh və digər cavabdeh X5 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, iddiaçı Ərizəçi cavabdehlər Cavabdeh1 və qeyrilərindən “Miras əmlakın qəbul olunması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(079)236/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ərizəçi və kili və nümayəndəsi Vəkil1 14 may 2019-cu il tarixli iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, X2 mülkiyyətində olan Naxçıvan MR Babək rayonu, Yarımca kəndində yerləşən ümumi sahəsi 245.47 kv.m fərdi yaşayış evi və 02829 ha. həyətyanı torpaq sahəsinin, o cümlədən mərhum X10 ilə birlikdə paylı mülkiyyətlərinə verilmiş 0.73 ha kənd təsərrüfatı təyinatlı (çöl torpaq sahəsinin) miras əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Babək Rayon Məhkəməsinin (sədrlik edən D.Y.Səfərov) 24 iyun 2019-cu il tarixli, 2(079)-236/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, X1 miras qalmış Babək rayonu, Yarımca kəndində yerləşən ümumi sahəsi 245.47 kv.m fərdi yaşayış evi və 02829 ha. həyətyanı torpaq sahəsini n, o cümlədən mərhum X10 ilə X4 birlikdə paylı mülkiyyətlərinə verilmiş 0.73 ha. kənd təsərrüfatı təyinatlı (çöl torpaq sahəsi) torpaqdan ibarət mirasın Ərizəçi tərəfindən qəbulu faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 15 iyul 2019-cu il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(079)-236/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işə birtərəfli, digər tərəfin maraqlarına uyğun baxıb əsassız bir qətnamə qəbul etmişdir. Belə ki, atalarının ölümündən sonra o, (Cavabdeh1) digər qardaş və bacıları mirası qəbul etmişlər. Bacısı Solmazın və Ətlasın ifadəsində də mirasın qəbulu öz əksini tapır, yalnız məhkəmə cavabdehin (Cavabdeh1) ifadəsini təhrif edərək qətnaməni alandan sonra özünə aid olan ifadəni oxuyanda mərhum atası və anasından qalan miras əmlakı qəbul etdiyinin, miras əmlakdan heç nə istəmədiyinin qeyd olunduğunu görmüşdür. Mərhum valideynlərindən qalan bağ-bağçaya cavabdeh (Cavabdeh1) və qardaşı Cavabdeh3 qulluq etmiş, hər həftə bağın bütünlüklə ağaclarını sulayıb quruyan budaqlarını kəsmişdir. Mərhum atası ilə eyni həyətdə olduğundan ata evind ə yaşayanla onların heç bir fərqi olmayıb, cavabdehlər atalarından qalan mirası qəbul etməklə həmin torpaqdan özlərinə evə getmək üçün yol salmışlar və həmin hissəyə böyük darvaza qapısı qoymuşdurlar. Hələ atasının salığında yəni 1983-cü il tarixdən həmin torpaqdan istifadə edirdilər. Valideynlərində qalmış mirası qəbul edir və onlara çatan payın verilməsini istəyirlər. İddiaçı Ərizəçi xəlvət gedib daşınmaz əmlaka müraciət edib, daşınmaz əmlak gəlib atasından qalmış mirası sənədləşdirəndə cavabdehlərin istifadə etdiyi yol da atasından qalmış mirasın üzərinə işlənmiş, hal hazırda onların yolu həmin ata mirasından keçdiyindən və miras bütünlüklə iddiaçıya verildiyindən onların evlərinə gedən yol bağlanıb və öz evlərinə gedə bilmirlər. Əgər həmin torpaq sahəsi atasından qalmış mirasdırsa de mək həmin mirası o, və digər vərəsələr də qəbul etmiş olur, qanunda mirasın qismən qəbuluna yol verilmir. Atasından qalmış həmin mirası qəbul etməklə mirası onlar da qəbul etmişdirlər. Qətnamənin dördüncü səhifənin dördüncü abzasında qeyd olunur ki, notarius qaydasında təsdiq olunmuş 05 may 2011-ci il tarixli ərizələrə əsasən X12, X14, Cavabdeh3 və Cavabdeh1 mərhum ataları və analarına məxsus olan torpağın və yaşayış evinin qardaşları Ərizəçi adına salınmasına etirazlarının olmadıqlarını bildirmişlər. Məhkəmə baxışı zamanı cavabdeh (Cavabdeh1) və digər vərəsələr olaraq bildirdilər ki, onlar notariat qaydasında hər-hansı sənədə qol çəkməmişlər. Etirazlarını bildirərək qeyd etmişlər ki, əgər həmin sənədlər onların tərəfindən imza olunubsa buna xəttşünas ekspert təyin olunsun və həmin imzalar ın kimə məxsus olduğu müəyyən olunsun. Həmin məhkəmə prosesində hakim (Daşqın Səfərov) ərizələri kənara qoyub nəzərə almayacağını onlara bildirmiş, həmin ərizələrdə çəkilən imzaların kimə aid olunmasına ekspert təyin etmədən həmin ərizələri əsas götürməklə guya onların valideyinlərinin mirasından imtina etdiklərini qanuni və əsaslı olaraq göstərmişdir. Məhkəmə gedişində şifahi olaraq vəsatət versələr də, həmin imzalara dair ekspert təyin olunması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasından onların ilkin xahişlərinin nəzərə alınıb notarius qaydasında təsdiq olunmuş 05 may 2011-ci il tarixli ərizələrdə X12, X14, Cavabdeh3 və Cavabdeh1 imzalarının kimə aid olması barədə ekspert təyin olunmasını xahiş edirlər. Sonda cavabdehlər yuxarıda qeyd olunanları, Azərbaycan Respublikası Konstitusiyasın ın 26, 29-cu və Azərbaycan Respublikası MPM-nin 380, 384.0.2, 385, 386, və 388-ci maddələrini rəhbər tutaraq Babək Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli 2(079)-236/2019 nömrəli qətnaməsinin qismən ləğv edilib, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdirlər. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işin apellyasiya qaydasında baxışı zamanı iş üzrə cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 17 sentyabr 2019-cu il tarixli ərizə ilə kollegiyaya müraciət edərək Naxçıvan Şəhər Məhkəməsində Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “Çıxarışın və onun əsasında aparılmış qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldırdıqlarını, iddianın icraata qəbul edildiyini və həmin işin hazırlı q iclasının 19 sentyabr 2019-cu il tarixə saat 1000-a təyin olunduğunu, hazırda apellyasiya qaydasında baxılan bu mülki işin nəticəsinin Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan mülki işlə birbaşa əlaqəsi olduğunu, məhz bu səbəbdən də həmin tələbə baxılıb nəticə verilənədək (müvafiq yekun məhkəmə qərarı qüvvəyə minənədək) hazırki mülki işin icraatının dayandırılmasını xahiş etmişdirlər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(108)-171/2019 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 vəsatətləri təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “Çıxarışın və onun əsasında aparılmış qeydin etibarsız h esab edilməsi” tələbinə dair mülki iş üzrə qəbul olunacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək iddiaçı Ərizəçi cavabdehlər Cavabdeh1 və qeyrilərindən “Miras əmlakın qəbul olunması faktının müəyyən edilməsi” tələbinə dair 2(108)-171/2019 nömrəli mülki iş üzrə apellyasiya baxışında icraatın dayandırılması qərara alınmışdır. Kollegiya tərəfindən 20 dekabr 2019-cu il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə ünvanlanan sorğuya cavab olaraq Naxçıvan Şəhər Məhkəməsindən kollegiyaya daxil olan məktubda iddiaçı Cavabdeh1 Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “Çıxarışın və onun əsasında aparılmış qeydin etibarsız hesab edilməsi” tələbinə dair 2(078)-992/2019 nömrəli mülki işin Naxçıvan Şəhər Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qərardadı ilə baxılmamı ş saxlanılması müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2019-cu il tarixli, 2(108)-171/2019 nömrəli qərardadı ilə iddiaçı Ərizəçi cavabdehlər Cavabdeh1 və qeyrilərindən “Miras əmlakın qəbul olunması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Mülki işin kollegiyada baxışı zamanı iş üzrə cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 ərizə ilə kollegiyaya müraciət edərək Naxçıvan Şəhər Məhkəməsində Ərizəçi və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək rayon İdarəsinə qarşı “Babək rayon Aqrar İslahat Komissiyasının 1988-ci il 25 avqust tarixli qərarının qismən ləğv edilməsi, həmin qərar əsasında verilmiş JN-224 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair ş əhadətnamənin qismən etibarsız hesab olunması, Cavabdeh1 özünə məxsus olan torpaq sahəsinə və tikiliyə zəruri yolun müəyyən olunması” tələbinə dair iddia qaldırdığını, həmin iddia tələbinin hazırda apellyasiya qaydasında baxılan 2(108)17/2020 nömrəli mülki işlə birbaşa əlaqəli olduğundan qeyd olunan iddia tələbi üzrə Naxçıvan Şəhər Məhkəməsinin müvafiq qərarı qanuni qüvvəyə minənədək mülki işin icraatının dayandırılmasını xahiş etmişdirlər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2020-ci il tarixli, 2(108)-17/2020 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 vəsatətləri təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 Ərizəçi və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək rayo n İdarəsinə qarşı “Babək rayon Aqrar İslahat Komissiyasının 1988-ci il 25 avqust tarixli qərarının qismən ləğv edilməsi, həmin qərar əsasında verilmiş JN-224 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən etibarsız hesab olunması, Cavabdeh1 özünə məxsus olan torpaq sahəsinə və tikiliyə zəruri yolun müəyyən olunması” tələbinə dair mülki iş üzrə qəbul olunacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək iddiaçı Ərizəçi cavabdehlər Cavabdeh1 və qeyrilərindən “Miras əmlakın qəbul olunması faktının müəyyən edilməsi” tələbinə dair 2(108)-17/2020 nömrəli mülki iş üzrə apellyasiya baxışında icraatın dayandırılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının sorğusu əsasında kollegiyaya təqdim olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 22 fe vral 2021-ci il tarixli məktubundan və ona əlavə olunmuş “İş üzrə icraata xitam verilməsi haqqında” qərardaddan aydın olmuşdur ki, “İddiaçı Cavabdeh1 Ərizəçi və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək rayon İdarəsinə qarşı Babək rayon Aqrar İslahat Komissiyasının 1988-ci il 25 avqust tarixli qərarının qismən ləğv edilməsi, həmin qərar əsasında verilmiş JN-224 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən etibarsız hesab olunması, Cavabdeh1 özünə məxsus olan torpaq sahəsinə və tikiliyə zəruri yolun müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş və müvafiq qərar qanuni qüvvəsini almışdır. Kollegiya Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli məktubunu və ona əlavə olunmuş “İş üzrə icraata xitam ve rilməsi haqqında” qərardadı, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257 və 258.1-ci maddələrini rəhbər tutaraq Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2021-ci il tarixli, 2(108)09/2021 nömrəli qərardadı ilə iddiaçı Ərizəçi cavabdehlər Cavabdeh1 və qeyrilərindən “Miras əmlakın qəbul olunması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(079)-236/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat təzələmişdir. Mülki işin kollegiyada baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək “Babək rayonu, Yarımca kəndində yerləşən, X8 və X6 ayrılmış 0.28 hektar torpaq sahəsinə münasibətdə Babək rayon Aqrar İslahat Komissiyasının 1988-ci il 25 avqust tarixli qərarının və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın gediş-gəliş yolu olan torpaq sahəsinə münasibətdə qismən ləğv edilməsi tələbi” barədə iddia qaldırmışdır. Mülki işin apellyasiya baxışında cavabdeh Mahmudov X11 Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(122)-11/2021 nömrəli qərarının surətini kollegiyaya təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(108)-09/2021 nömrəli qərardadı ilə Cavab deh1 tərəfindən təqdim olunmuş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(122)11/2021 nömrəli qərarı nəzərə alınaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələbinə uyğun olaraq mülki iş üzrə icraat “Cavabdeh1 cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Babək rayonu, Yarımca kəndində yerləşən, X8 və X6 ayrılmış 0.28 hektar torpaq sahəsinə münasibətdə Babək rayon Aqrar İslahat Komissiyasının 1988-ci il 25 avqust tarixli qərarının və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın gediş-gəliş yolu olan torpaq sahəsinə münasibətdə qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Nax çıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(122)-11/2021 nömrəli qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanladığı 21 yanvar 2022-ci il tarixli “Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(122)-11/2021 nömrəli qərarından verilmiş şikayətə X21 Məhkəməsinin İnzibati kollegiyasında baxıldığından “İddiaçı Cavabdeh1 cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24 yanvar 2006-cı il tarixli, JN-164B, KOD 103 12018 nömrəli şəhadətnamə ilə Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş saxlanılması üçün sizə geri qaytarılır” məzmunlu məktubundan aydın olmuşdur ki, 2-1(122)-11/2021 nömrəli inzibati iş üzrə qəbul edilmiş 10 dekabr 2021-ci il tarixli, 2-1(108)-26/2021 nömrəli yekun məhkəmə aktı 18 yanvar 2022-ci il tarixdə qanuni qüvvəsini almış və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmışdır. Hazırki mülki iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hal aradan qalxdığından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2(108)-05/2022 nömrəli qərardadı ilə apellyasiya baxışında icraat təzələnmişdir. Məhkəmə baxışı iclasında cavabdeh və digər cavabdeh X5 nümayəndəsi Cavabdeh1 şikаyətini müdаfiə еdərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, onların iddiaçıya münasibətdə miras əmlakı qəbulu faktının müəyyən olunmasına heç bir etirazları yoxdur. Sadəcə birinci instansiya məhkəməsi işə baxarkən iddiaçı ilə bərabər onların da mirası qəbul etmələri ilə bağlı dedikləri faktları nəzərə almamış, valideynlərindən onlara mirasdan çatan payı müəyyən edərək verməmişdir. Buna görə də ilk növbədə kollegiyadan onlara çatan payın da verilməsini tələb edirlər. Bundan başqa onların adından notarial qaydada yazıldığı iddia olunan ərizələrdən xəbərləri olmadığı halda məhkəmə həmin ərizələrdəki imzalarla bağlı araşdırma aparmamışdır. Cavabdeh1 qeyd etmişdir ki, əslində onların miras əmlakla bağlı hər hansı tələbləri olmayıb və iddiaçı tərəfindən saxta sənədlərlə uzun illərdir onların istifadəsində olan yol miras kütləsinə daxil edilərək guya atasının torpaq sahəsi kimi göstərilmiş və beləliklə həmin yol iddiaçı tərəfindən mübahisə qurtarmamış bağlanmışdır. Bu səbəbdən də onlar yolun açılmasını və miras kütləsindən çıxarılaraq əvvəlki qaydada yol kimi saxlanılmasını təmin etmək məqsədilə apellyasiya şikayəti vermişdirlər. Artıq həmin məsələyə başqa bir iddia tələbi çərçivəsində baxılaraq müvafiq qərar qəbul olunmuş və qərar qanuni qüvvəsini almışdır. Həmin qərarla iddia etdikləri gediş-gəliş yolu miras kütləsindən çıxarılmış və tələbləri təmin olunmuşdur. Sonda Cavabdeh1 qeyd etdiklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməklə Babək Rayon Məhkəməsinin 24 iyun 2019 -cu il tarixli 2(079)-236/2019 nömrəli qətnaməsinin qismən ləğv edilib, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyada xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh2 şikаyətini müdаfiə еdərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və qardaşı digər Cavabdeh1 fikirləri ilə razılaşdığını bildirərək apellyasiya şikayətinin təmin olunması, Babək Rayon Məhkəməsinin 24 iyun 2019cu il tarixli 2(079)-236/2019 nömrəli qətnaməsinin qismən ləğv edilərək, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyada xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatında apellyasiya şikayətini qəbul etmədiklərini və apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək qanuni qərar çıxarılmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı Ərizəçi, cavabdehlər X12, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçı Ərizəçi, cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci m addəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitisiua Məh kəməsinin 20 may 2011-ci il tarixli Qərarına əsasən müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır” “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsəl ələrinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadında da müəyyən olunmuşdur ki, “Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.” Kollegiya iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə tədqiq olunmuş materialları və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyаsiya şikayətinin dəlillərini müzakirə edərək, aşağıdakı nəticəyə gəlir. Belə ki, cavabdehlər Cavabdeh1, X13 və X12 apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin qismən ləğvinə ilin əsas kimi ”... atalarının ölümündən sonra iddiaçıdan başqa digər qardaş və bacıların miras ı qəbul etdiyini, bacısı Solmazın və Ətlasın ifadəsində də mirasın qəbulunun öz əksini tapdığını, yalnız məhkəmənin cavabdehin (Cavabdeh1) ifadəsini təhrif edərək qətnaməni alandan sonra özünə aid olan ifadəni oxuyanda mərhum atası və anasından qalan miras əmlakdan heç nə istəmədiyinin qeyd edildiyini gördüyünü, mərhum valideyinlərindən qalan bağbağçaya cavabdeh (Cavabdeh1) və qardaşı Cavabdeh3 qulluq etdiyini, hər həftə bağın bütünlüklə ağaclarını sulayıb quruyan budaqlarını kəsdiyini” göstərmişdirlər ki, kollegiya bu dəlilləri əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində ond a yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Maddənin məzmunundan da göründüyü kimi, qeyd edilən norma ilə işdə iştirak edən şəxslərin protokolun imzalandığı gündən 3 gün ərzində onunla tanış olmaq və yol verilmiş yalnışlıqların düzəldilməsi ilə bağlı qeydlər vermək hüquqları təsbit olunmuşdur. İş üzrə cavabdehlər Cavabdeh1, X13 və X12 apellyasiya şikayətində birinci instansiya məhkəməsində işə baxılarkən verdilkəri ifadələrin məhkəmə tərəfindən təhrif olunduğunu iddia etsələr də, iş materiallarından görünür ki, onlar mülki prosessual qanunvericiliyin onlara verdiyi yuxarıda qeyd olunan hüquqlardan istifadə etməmiş və protokola dair hər hansı qeydlər verməmişdirlər. Belə olan halda isə apellyatorların şikayətlərində qeyd etd ikləri bu dəlil kollegiya tərəfindən əsaslı sayıla və qətnamənin qismən ləğvinə əsas ola bilməz. Cavabdehlər Cavabdeh1, X13 və X5 şikayətlərində qeyd etdikləri “...miras əmlakın onlar tərəfindən də qəbul edilməsi və birinci instansiya məhkəməsində işə baxılarkən onlara çatası payın məhkəmə tərəfindən müəyyən olunmaması, hazırda mirasdan onlara çatan payın da verilməsini tələb etdikləri” ilə bağlı dəlillərinə gəlincə kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi iş üzrə iddiaçı Ərizəçi məhkəmədə iddia qaldırarkən yalnız özünə münasibətdə mərhum atası X2 mülkiyyətində olan Naxçıvan MR Babək rayonu, Yarımca kəndində yerləşən ümumi sahəsi 245.47 kv.m fərdi yaşayış evi və 02829 ha. həyətyanı torpaq sahəsinin, o cümlədən mərhum X10 ilə birlikdə paylı mülkiyyətlərinə verilmiş 0.73 ha kənd təsərrüfatı təyinatlı ( çöl torpaq sahəsinin) miras əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və Babək Rayon Məhkəməsi tərəfindən də iddia tələbinə həmin çərçivədə baxılaraq qətnamə qəbul olunmuşdur. İş matariallarından aydın olur ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlər tərəfindən ilkin iddia tələbinə münasibətdə cavabdehlərin hazırda mübahisələndirdikləri tələblə əlaqəli qarşılıqlı iddia verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 372.4cü maddəsinin tələbinə əsasən isə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Kollegiya cavabdehlərin apellyasi ya şikayətlərində qeyd etdikləri “...miras əmlakın onlar tərəfindən də qəbul edilməsi və birinci instansiya məhkəməsində işə baxılarkən onlara çatası payın məhkəmə tərəfindən müəyyən olunmaması, hazırda mirasdan onlara çatan payın da verilməsini tələb etdikləri” ilə bağlı dəlillərini yeni iddia tələbi kimi qiymətləndirir və yuxarıda istinad olunan maddənin tələbləri baxımından bir daha qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Lakin kollegiya qeyd edir ki, “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsəlləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd olunmuşdur ki, “...Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir...” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi bir vərəsə barəsində mirasın qəbulu faktının məhkəmələr tərəfindən müəyyən edilməsi, hələ digər vərəsələri bu hüquqdan məhrum etmir. Bu səbəbdən də apellyatorlara izah olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iddiaçı Ərizəçi özünə münasibətdə mirasın qəbulu ilə bağlı faktın müəyyən edilməsinə dair tələbinin olması digər vərəsələri bu hüquqdan məhrum etmir və onlar da eyni tələblə bağlı məhkəməyə müraciət hüquqlarından istifadə edə bilərlər. Kollegiya iş üzrə cavabdehlər Cavabdeh1, X13 və X5 apellyasiya şikayətinin digər dəlili kimi göstərdikləri “Qətnamənin dördüncü səhifənin dördüncü abzasında notarius qaydasında təsdiq olunmuş 05 may 2011-ci il tarixli ərizələrə əsasən X5, X9, Cavabdeh3 və Cavabdeh1 mərhum ataları və analarına məxsus olan torpağın və yaşayış evinin qardaşları Ərizəçi adına salınmasına etirazlarının olmadıqlarının qeyd olunması, məhkəmə baxışı zamanı digər vərəsələr olaraq notariat qaydasında hər-hansı sənədə qol çəkmədiklərini bildirdikləri, etirazlarında əgər həmin sənədlərə onlar tərəfindən imza olunubsa buna xəttşünas ekspert təyin olunması və həmin imzaların kimə məxsus olduğunun müəyyən olunmasını istədikləri, həmin məhkəmə prosesində hakimin ərizələri kənara qoyub nəzərə almayacağını onlara bildirməsi, həmin ərizələrdə çəkilən imzaların kimə aid olunmasına ekspert təyin etmədən ərizələ ri əsas götürməklə guya onların valideynlərinin mirasından imtina etdiklərini qanuni və əsaslı olaraq göstərməsi, məhkəmə gedişində şifahi olaraq vəsatət versələr də, həmin imzalara dair ekspert təyin olunmaması, məhkəmə kollegiyasından onların ilkin xahişlərinin nəzərə alınıb notarius qaydasında təsdiq olunmuş 05 may 2011-ci il tarixli ərizələrdə X12, X14, Cavabdeh3 və Cavabdeh1 imzalarının kimə aid olması barədə ekspert təyin olunması” ilə bağlı dəlillərini müzakirə edərək bu dəlillərin də əsassız olması qənaətinə gəlir. Belə ki, apellyasiya şikayətində qeyd olunan bu dəlillər araşdırılarkən iş materiallarında olan birinci instansiya məhkəməsinin 10 iyun 2019-cu il tarixli iclas protokolundan məlum olmuşdur ki, iş üzrə cavabdehlər Cavabdeh1, X13 və X12 həmin iclasda iştirak etmiş və verd ikləri izahatlarda hazırda mübahisələndirdikləri notarial qaydada təsdiq olunaraq iddia ərizəsinə əlavə olunmuş 05 may 2011-ci il tarixli ərizələrlə eyni məzmunlu ifadə verməklə mərhum valideynlərindən miras qalmış əmlakdan pay istəmədiklərini bildirmişdirlər. Həmçinin Babək Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(079)-236/2019 nömrəli qətnaməsinin məzmunundan da görünür ki, iddia təmin olunarkən cavabdehlərin şikayətdə qeyd etdikləri kimi sübut qismində yalnız həmin ərizələr deyil, məhkəmə tərəfindən iddiaçı tərəfdən təqdim olunmuş digər mötəbər sübutlar da nəzərə alınmışdır. Bundan başqa iş materiallarına əsasən məlum olur ki, mərhum X8 13 yanvar 2005-ci il tarixdə, mərhum X10 isə 19 iyun 2005-ci il tarixdə vəfat etdikləri halda, cavabdehlərin mübahisələndirdiyi həmin ərizələr m irasın açıldığı gündən uzun zaman sonra, yəni 05 may 2011-ci il tarixdə tərtib olunmuş, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyasında isə işə baxılarkən apellyatorlar tərəfindən mirasın onlar tərəfindən bu müddət ərizdə qəbul olunub-olunmadığına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələbinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliklə mirası qəbul etmək üçün müəyyən olunmuş müddəti buraxmış şəxsin (şəxslərin) mirası qəbul etmədən ondan imtina ilə bağlı verdikləri əri zələrin hər hansı hüquqi qüvvəsi qalmır. Buna görə də kollegiya apellyatorların 05 may 2011-ci il tarixli ərizələrlə bağlı ekspertiza təyin olunmasına dair dəlillərini əsassız sayır və hesab edir ki, hazırki baxılan mülki iş üzrə xəttşünaslıq ekspertizasının təyin olunmasına hər hansı zərurət yoxdur. İş üzrə cavabdehlər Cavabdeh1, X7 və X5 apellyasiya şikayətinin digər dəlili kimi göstərdikləri “...atalarından qalan mirası qəbul etməklə həmin torpaqdan özlərinə evə getmək üçün yol salmaları və həmin hissəyə böyük darvaza qapısı qoymaları, hələ atalarının salığında, yəni 1983-cü il tarixdən həmin torpaqdan istifadə etmələri, iddiaçı Ərizəçi xəlvət gedib daşınmaz əmlaka müraciət edərək atasından qalmış mirası sənədləşdirəndə cavabdehlərin istifadə etdiyi yolun da atasından qalmış mirasın üzə rinə işlətməsi, hal hazırda onların yolunun həmin ata mirasından keçdiyindən və miras bütünlüklə iddiaçıya verildiyindən onların evlərinə gedən yolun bağlanması və öz evlərinə gedə bilməmələri” ilə bağlı dəlillərini müzakirə edərək bu dəlillərin əsaslı olması qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayəti həmin hissədə əsaslı olduğundan qismən təmin olunmaqla Babək Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(079)-236/2019 nömrəli qətnaməsi həmin hissədə dəyişdirilməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, mülki işin kollegiyada baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək “Babək rayonu, Yarımca kəndind ə yerləşən, X8 və X6 ayrılmış 0.28 hektar torpaq sahəsinə münasibətdə Babək rayon Aqrar İslahat Komissiyasının 1988-ci il 25 avqust tarixli qərarının və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın gediş-gəliş yolu olan torpaq sahəsinə münasibətdə qismən ləğv edilməsi tələbi” barədə iddia qaldırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(108)-09/2021 nömrəli qərardadı ilə iş üzrə icraat “Cavabdeh1 cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Babək rayonu, Yarımca kəndində yerləşən, X8 və X6 ayrılmış 0.28 hektar torpaq sahəsinə münasibətdə Babək rayon Aqrar İslahat Komissiyasının 1988-ci il 25 avqust tarixli qərarının və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın gediş-gəliş yolu olan torpaq sahəsinə münasibətdə qismən ləğv edilməsi” tələbinə dair iş üzrə yekun qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanladığı 21 yanvar 2022-ci il tarixli məktubundan aydın olmuşdur ki, 2-1(122)-11/2021 nömrəli inzibati iş üzrə qəbul edilmiş 10 dekabr 2021-ci il tarixli, 2-1(108)-26/2021 nömrəli yekun məhkəmə aktı 18 yanvar 2022-ci il tarixdə qanuni qüvvəsini almış və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmışdır. Kollegiyaya təqdim olunmuş Naxç ıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2-1(108)-26/2021 nömrəli qərarının surətindən aydın olmuşdur ki, Naxçıvan MR İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(122)11/2021 nömrəli qərarının nəticə hissəsində 24.01.2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24.01.2006-cı il tarixli JN 164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun sözləri göstərilən hissədə dəyişdirilmiş, həmin hissədə yeni qərar çıxarılmış, qərara əsasən Naxç ıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə 24.01.2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında 0.28 hektar həyətyanı sahənin X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın həmin həyətyanı torpaq sahəsinin əsas giriş hissəsindən eni 3.60 metr, uzunluğu 47.20 metr olmaqla ümumi sahəsi 164.75 kvadratmetr olan, Babək rayon Yarımca kəndinin yerquruluşu planında göstərilmiş ölçüdə 24.01.2006-cı il tarixli, JN 164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnam əsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, Babək Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(079)236/2019 nömrəli qətnaməsi ilə iddia təmin olunarkən cavabdehlərin iddia etdiyi ümumi sahəsi 164.75 kvadratmetr olan gediş-gəliş yolu mərhum X1 miras qalmış 0.2829 ha. həyətyanı torpaq sahəsinə aid edilsə də, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2-1(108)-26/2021 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə 24.01.2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında 0.28 hektar həyətyanı sahənin X2 adına daşınmaz əmlakın dövlə t reyestrində aparılmış qeydiyyatın həmin həyətyanı torpaq sahəsindən ümumi sahəsi 164.75 kvadratmetr olan, Babək rayon Yarımca kəndinin yerquruluşu planında göstərilmiş ölçüdə 24.01.2006-cı il tarixli, JN 164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Beləliklə də kollegiya yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə hesab edir ki, iddiaçı Ərizəçi cavabdehlər Cavabdeh1 və qeyrilərindən “Miras əmlakın qəbul olunması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(079)-236/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, i ddia qismən təmin edilməli, Babək Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(079)-236/2019 nömrəli qətnaməsi X1 miras qalmış Babək rayonu, Yarımca kəndində yerləşən 0.2829 ha həyətyanı torpaq sahəsinə münasibətdə dəyişdirillməli, qətnamədə torpaq sahəsinin ölçüsü 0.2664.25 ha. kimi müəyyən olunmalı, apellyasiya şikayəti qalmış hissədə təmin edilməməlidir. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslan dırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 402-404, 405.0.1 və 406-cı maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı Ərizəçi cavabdehlər Cavabdeh1 və qeyrilərindən “Miras əmlakın qəbul olunması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(079)-236/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(079)-236/2019 nömrəli qətnaməsi iddianın təmin olunması və X1 miras qalmış Babək rayonu, Yarımca kəndində yerləşən 0.2829 ha. həyətyanı torpaq sahəsinə münasibətdə dəyişdirilsin. İddia qismən təmin olunsun. Qətnamənin “X1 miras qalmı ş Babək rayonu, Yarımca kəndində yerləşən 0.2829 ha həyətyanı torpaq sahəsi” hissəsi dəyişdirilərək həyətyanı torpaq sahəsinin ölçüsü 0.2664.25 ha. kimi müəyyən olunsun. Apellyasiya şikayəti qalmış hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-5/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-5/2022
14.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver