Məhkəmə qərarları › İş №2(108)-53/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-53/2024

18.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-53/2024 18.03.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X3 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı3 və cavabdeh Borclu iştirakları, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Borclu, Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın faktiki qəbul faktının və payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(078)-1383/2023 nömrəli qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı3 nümayəndəsi Nümayəndə, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi və İddiaçı3 vək ili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10 miras qalmış Naxçıvan şəhəri Bulqan kəndi 1-ci küçə, döngə 2-də yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 96.32 kv.m olan 26 nömrəli fərdi yaşayış evinin miras olaraq iddiaçılar tərəfindən qəbul edilməsi faktının tanınmaqla paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(078)-1383/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Borclu, Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın faktiki qəbul faktının və payların müəyyən olunması tələbinə dair iddianın təmin edilməsi, X1 qalan Naxçıvan şəhəri Bulqan kəndi 1-ci küçə, döngə 2-də yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsi və üzərin də yerləşən ümumi sahəsi 96.32 kv.m olan 26 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakın iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, X1 qalan Naxçıvan şəhəri Bulqan kəndi 1-ci küçə, döngə 2-də yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 96.32 kv.m olan 26 nömrəli fərdi yaşayış evində İddiaçı1, İddiaçı2 və İddiaçı3 payının hər birinə ¼ hissə olmasının müəyyən olunması, İddiaçı1 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 25622 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Borclu, Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh Borclu apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Res publikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(078)1383/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh Borclu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır, ona görə ki, mərhum atası X17 13 yanvar 2003-cü il tarixində Naxçıvan şəhərində vəfat etmişdir. Mərhum atası X14 13 yanvar 2003-cü il tarixində ölümündən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. Mərhum atası X14 ölümündən sonra ünvan 1 ünvanında yerləşən 0,0524 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 96.32 kv.m olan 26 nömrəli fərdi yaşayış evində atası öldükdən sonra bir müddət həmin evdə yaşamış, uzun illər gedib-gəlmişdir. Həmin həyətyanı torpaq sahəsində ümumi sahəsi hər biri ayrı-ayrılıqda 4/4 və 4/6 olan 2 otaqlı mənzil tikmiş və həmin mənzildə yaşamışdır. Atası ölüm ayağında olarkən o, ailəsi ilə birgə həmin mənzildə yaşamış və atası həmin 2 otaqlı mənzildə də rəhmətə getmişdir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 atası öldükdən sonra həmin evdə yaşamağa davam etsələr də, həmin evin bütün xərclərini o çəkmişdir. Atasının yas mərasimini də o təşkil etmişdir. Çünki qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. O, isə qeyriformal şəkildə miras əmlakı qəbul etmişdir. Qeyd olunan hər bir hal şahidlərin hər birinin ifadələrində öz əksini tapır. Həmçinin bildirir ki, ümumiyyətlə iddiaçılar tərəfindən məhkəm ə qarşısında irəli sürülmüş tələb düzgün əsaslandırılmamışdır. Bir daha hörmətli kollegiyanın nəzərinə çatdırır ki, o və ailəsi mərhum atası X14 adına qeydiyyatda olan ünvan 1 ünvanında yerləşən əmlakı mərhum atası X14 vəfatından əvvəl də bütün xərclərini çəkib sonra isə həmin ünvanda bir müddət yaşamışdır. O, atasının vərəsələrindən biri olaraq miras əmlakdan ona çatan payın istəyir və hesab edir ki, bu qanuni haldır. Hesab edir ki, məhkəmə yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir. Beləliklə də, Naxçıvan Şəhər Məhkəməsi işə baxarkən bir sıra qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(078)-1383/2023 nömrəli qətnaməsini n ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə cavabdeh Əliyev X8 Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(078)-1383/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə İddiaçı3 Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(078)-1383/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclas larının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə kollegiyaya hər hansı məlumat verməmiş, lakin iş üzrə İddiaçı2 kollegiyanın ünvanına teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etira zlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya ş ikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmaqla iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir: Belə ki, apellyasiya baxışı zamanı tədqiq olunmuş iş materiallarında olan Babək rayon Cavidabad kənd XDS İK tərəfindən verilmiş nikah akt qeydindən çıxarışdan məlum olmuşdur ki, X17 ilə Axundova (Əliyeva) Xanım Cəlal qızı arasında xx.xx.1988ci il tarixdə nikah bağlamış, bu barədə nikah kitabının 18-ci səhifəsində qeyd aparılmışdır. Mülki işin materiallarına olan doğum akt qeydindən çıxarışlardan, eyni zamanda doğum haqqında şəhadətnamələrin surətindən aydın olur ki, X17 ilə X6 birgə nikahlarından övladları xx.xx.1957-ci il tarixdə X15, xx.xx.1962-ci il tarixdə Borclu, xx.xx.1972-ci il tarixdə Cavabdeh2 və xx.xx.1978-ci il tarixdə Cavabdeh1, həmçinin X17 ilə İddiaçı1 birgə nikahlarından isə xx.xx.1989-cu il tarixdə X11 və xx.xx.1995-ci il tarixdə İddiaçı2 doğulmuşdur. Yəni X2 iki nikahı əsasında altı övladı dünyaya gəlmişdir. Lakin Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan məlum olmuşdur ki, X15 xx.xx.2018-ci il tarixdə işemik insult diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda xx.xx.2018-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabının 249-cu səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər 1 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 539 nömrəli arayışa əsasən xx.xx.1957-ci ildə anadan olmuş X12 ailə vəziyyətinin yoxl anılması məqsədilə xx.xx.1975-ci ildən xx.xx.2018-ci ilədək aparılmış yoxlama məlumatlarında nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri, Bulqan kəndi 1-ci küçə, döngə 2-də yerləşən ümumi sahəsi 96.32 kv.m olan 26 nömrəli fərdi yaşayış evi və 0.2096 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsi X14 adına, torpaq sahəsinin hər birinə ¼ hissə olmaqla İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/34 nömrəli reyestr kitabının 6712 nömrəli vərəqində qeydiyyata alınmışdır. Babək rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2003-cü il ta rixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X5 qaraciyər çatışmazlığı diaqnozu ilə xx.xx.2003-cü ildə Babək rayon Bulqan kəndində vəfat etmiş, bu haqda ölüm kitabının 10-cu səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1374 nömrəli arayışla müəyyən olunur ki, X14 vərəsələri aşağıdakı şəxslər olmuşdur:

1. Axundova (Əliyeva) Xanım Cəlal qızı-həyat yoldaşı-1956;

2. İddiaçı2-qızı-1995;

3. İddiaçı3-qızı-1989;

4. Borclu-oğlu-1962;

5. Cavabdeh1-oğlu-1978;

6. Cavabdeh2 -oğlu-1972;

7. X15 -oğlu -vəfat edib. Eyni zamanda Naxçıvan şəhər Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1382 nömrəli arayışdan aydın olmu şdur ki, mərhum X12 vərəsələri aşağıdakılar olmuşdur:

1. X17-atası-vəfat edib;

2. X13-anası-vəfat edib;

3. İddiaçı2-bacısı-1995;

4. İddiaçı3-bacısı-1989;

5. Borclu-qardaşı-1962;

6. Cavabdeh1-qardaşı-1978;

7. Cavabdeh2 -qardaşı-1972. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.2023-cü il tarixli məktubuna xx.xx.2023-cü il tarixdə verilmiş 445/2023 nömrəli cavab məktubundan məlum olur ki, onlara müraciətləri ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Beləliklə, mülki işin faktiki halları yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş hallardan ibarətdir. İş üzrə cavabdeh Borclu verdiyi apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əs as kimi, “...mərhum atası X14 13 yanvar 2003-cü il tarixində Naxçıvan şəhərində vəfat etdiyini, onun ölümündən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin miras qaldığını, atasının ölümündən sonra ünvan 1 ünvanında yerləşən 0,0524 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 96.32 kv.m olan 26 nömrəli fərdi yaşayış evində bir müddət yaşadığını və uzun illər gedib-gəldiyini, həmin həyətyanı torpaq sahəsində ümumi sahəsi hər biri ayrı-ayrılıqda 4/4 və 4/6 olan 2 otaqlı mənzil tikdiyini və həmin mənzildə yaşadığını, atası ölüm ayağında olarkən ailəsi ilə birgə həmin mənzildə yaşadığını və atasının həmin 2 otaqlı mənzildə də rəhmətə getdiyini, İddiaçı1, İddiaçı2 və İddiaçı3 atası öldükdən sonra həmin evdə yaşamağa davam etsələr də, həmin evin bütün xərclərini özünün çəkdiyini, atasının yas mərasimini də özünün təşkil etdiyini, qanunvericiliyin mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etdiyini, onun isə qeyri-formal şəkildə miras əmlakı qəbul etdiyini, ümumiyyətlə iddiaçılar tərəfindən məhkəmə qarşısında irəli sürülmüş tələbin düzgün əsaslandırılmadığını, atasının vərəsələrindən biri olaraq miras əmlakdan ona çatan payı istədiyini və bunu qanuni hal hesab etdiyini” bildirmiş və məhz göstərilən əsaslara görə sonda Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(078)-1383/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı araşdıraraq bi rinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. -1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş e lan edilməsi ilə açılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir- birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qan uni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata k eçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Mülki Məcəllənin 1256-cı mad dəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263- cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır. Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgə r vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvaf iq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş h üquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1 -ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin qərarla mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə münasibətlərinə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında ifadə etdiyi mövqeyə uyğun olmayan maddi hüquq normaları tətbiq edilmiş və beləliklə də bu düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi iddiaçıların miras əmlakı faktiki idarə etmə üsulu ilə qəbul etməsi nəticəsinə gəlmişdir. Məhkə mə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır ona görə ki, iddiaçıların vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul edib-etməməsinə görə onun vərəsəlik hüququnun tanınması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. İşin faktiki hallarından və tədqiq olunmuş yuxarıda qeyd olunan iş materiallardan məlum olmuşdur ki, X17 xx.xx.2003-cü ildə Babək rayon Bulqan kəndində vəfat etmiş, ondan Naxçıvan şəhəri Bulqan kəndi 1 -ci küçə, döngə 2-də yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 96.32 kv.m olan 26 nömrəli fərdi yaşayış evindən ibarət əmlak miras qalmışdır. X2 qanun üzrə vərəsələri həyat yoldaşı Əliyeva (Axundova) Xanım Cəlal qızı, qızları İddiaçı2, İddiaçı3, oğulları Borclu, Cavabdeh1, Cavabdeh2 və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X15 olmuşdur. İşin araşdırılmış hallarından eyni zamanda o da məlum olmuşdur ki, X2 qanun üzrə adları yuxarıda qeyd olunan həyatda olan vərəsələri Mülki Məcəllənin 1256-cı maddəsi ilə müəyyən olunmuş üç ay ərzində mirasın qəbulundan imtina etməmişdirlər. Bu da onu deməyə əsas verir ki, mərhum Qadir Əliyevin həyatda olan bütün vərəsələri miras qoyana məxsus olan əmlakın həcminə görə ondan 1/6 hissədə pay əldə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası qeyd olunan prosessual normadan çıxış edərək belə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq gələcəkdə lüzumsuz məhkəmə çəkişmələrinin və süründürməçilik hallarının qarşısının alınması, eyni zamanda hüquqi müəyyənlik prinsipi nəzərə alınaraq X2 qanun üzrə vərəsələri iddiaçılar həyat yoldaşı İddiaçı1, qızları İddiaçı2, İddiaçı3 olmaqla yanaşı, oğulları-iş üzrə cavabdehlər Borclu, Cavabdeh1 və Cavabdeh2 olmaqla miras əmlakdan hər birinə 1/6 h issədə pay hüquqları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 385.1-385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, bütün yuxarıda sadalanan xüsusatları nəzərə alaraq kollegiya bel ə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Borclu, Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın faktiki qəbul faktının və payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023cü il tarixli, 2(078)-1383/2023 nömrəli qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(078)-1383/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, X1 qalan Naxçıvan şəhəri Bulqan kəndi 1-ci küçə, döngə 2-də yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 96.32 kv.m olan 26 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakda İddiaçı1, İddiaçı2, İddiaçı 3 həmçinin Borclu, Cavabdeh1 və Cavabdeh2 vərəsə olaraq hər birinə 1/6 hissə olmaqla payları müəyyən edilməli, iddia tələbi qalmış hissədə rədd olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.2, 392, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Borclu, Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın faktiki qəbul faktının və payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(078)1383/2023 nömrəli qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(078)-1383/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. X1 qalan Naxçıvan şəhəri Bulqan kəndi 1-ci küçə, döngə 2-də yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 96.32 kv.m olan 26 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakda İddiaçı1, İddiaçı2, İddiaçı3, Borclu, Cavabdeh1 və Cavabdeh2 vərəsə olaraq hər birinə 1/6 hissə olmaqla payları müəyyən edilsin. İddia tələbi qalmış hissədə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar