Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-55/2023 10.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(078)-491/2023 nömrəli qərardadından ərizəçi İddiaçı vəkili-nümayəndəsi Vəkil Məmmədhüseyn oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(078)-491/2023 nömrəli qərardadı ilə ərizəçi İddiaçı Maraqlı şəxs qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, ərizəçi İddiaçı tərəfindən Hökumət ödəniş portalı v asitəsilə 01 mart 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. Məhkəmənin qərardadından narazı qalan ərizəçi İddiaçı vəkili-nümayəndəsi Vəkil Məmmədhüseyn oğlu 13 mart 2023-cü ildə şikayət ilə məhkəməyə müraciət edərək 06 mart 2023-cü il tarixli qərardadın ləğv edilərək iddia ərizəsinin qəbul edilməsini xahiş etmişdir. 15 mart 2023-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsində şikayətə baxılaraq şikayət əsaslı hesab edilməmiş və Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Ərizəçi İddiaçı vəkili-nümayəndəsi Vəkil Məmmədhüseyn oğlu şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin əs aslandırması olaraq göstərilən “İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Belə ki, ərizəçi İddiaçı iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir”. İş materiallarında sübut əhəmiyyətinə malik olan hakimin icraatında olan müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəyə əlavə edilmiş və şikayətə əlavə edilən № e-2(078)-978/2022 saylı və xx.xx.2022-ci il tarixli Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən olunur. Məhkəmənin növbəti əsaslandırması İddiaçı vəkil və nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə göndərdiyi iddia ərizəsində kağız daşıyıcıda olan iddia ərizəsində göstərilmiş maraqlı şəxslərin hamısını qeyd etməmiş, elektron qaydada hazırlanan iddia ərizəsində maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etsə də, maraqlı şəxsin yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) tam göstərməmişdir. Maraqlı şəxsin ünvanı qrafasında "Naxçıvan şəhəri, Qoçüstü məhəlləsi" yazılmışdır. Baxmayaraq ki, Maraqlı şəxs şəxsiyyət vəsiqəsi və iddia ərizəsinin pdf formatında digər maraqlı şəxslər barədə məlumat elektron kabinetdə yerləşdirilmişdir. Məhkəmənin növbəti əsaslandırması “Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, mirasın onun tərəfindən faktiki qəbul edilməsi ilə əlaqədar onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat orqanına müraciət etməmiş və mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barədə qanunla müəyyən edilmiş qaydaya əməl etməmişdir”. İş materiallarında sübut əhəmiyyətinə malik olan hakimin icraatında olan müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizəyə əlavə edilmiş və şikayətə əlavə edilən № e-2(078)-978/2022 saylı və xx.xx.2022-ci il tarixli Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən olunur. Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan aydın olur ki, vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından bu hüququn bərpa sı məhkəmənin səlahiyyətində olduğundan vərəsəliyin açılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia ərizəsində sübutların hazırlıq iclasında təqdim edilməsi də əlavə qeyd olaraq göstərilmişdir. Göstərilənlərə əsasən 06 mart 2023-cü il tarixli qərardadın ləğv edilərək iddia ərizəsinin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respub likası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materiallarından aydın olur ki, ərizəçi İddiaçı Maraqlı şəxs qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mərhum nənəsi X1 miras qalan ünvan 2 ünvanında yerləşən əmlakın ərizəçi İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsin ə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, 152.1.6-ci maddəsinə görə isə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət et mək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutla rın siyahısı, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Kollegiya şikayətdə göstərilmiş iddia ərizəsində göstərdiyi halların şikayətə əlavə edilən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-978/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində müəyyən olunması ilə əlaqədar dəlilinə münasibətdə qeyd edir ki, iddia ərizəsində göstərilməli olan hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində müəyyən edilmişdir. Həmin maddənin tələblərinə əməl edilməməsi Məcəllənin 152-ci maddəsində göstərildiyi kimi iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Ərizəçi şikayətində Naxçıvan Şəhər Məhkəm əsinin 2(078)-978/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini sübut kimi göstərsə də, həmin qətnaməni sübut kimi iddia ərizəsinə əlavə etməmişdir. Kollegiya şikayətdə göstərilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-978/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın sübut kimi göstərilməsi ilə əlaqədar dəlilinə münasibətdə qeyd edir ki, ərizəçinin məhkəmənin qətnaməsinə istinad etməklə göstərdiyi iş vərəqə 33-də olan qətnamədəki “vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından bu hüququn bərpası məhkəmənin səlahiyyətində olduğundan vərəsəliyin açılmasından imtina edilmişdir” ifadəsi hazırkı iş üzrə ərizəçi İddiaçı notariat kontoruna müraciət etməsini deyil, onun əmisi həmin i ş üzrə ərizəçi X2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsini nəzərdə tutur ki, məhz bu səbəbdən də işə baxan məhkəmə göstərilən qətnamə ilə Yasin Tağıyevin ərizəsini təmin etməklə onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən olunmasını qət etmişdir. Ərizəçi İddiaçı həmin işə baxılarkən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində birinci instansiya məhkəməsindəki izahatında göstərmişdir ki, atasının həmin həyətdə ayrı tikilisi var. Sonra o həyətdə hasar çəkib bir mətbəx və tövlə tikmişdir. Əmisi Yasin həmin torpağı ona vermişdir və bu tikilidən onun xəbəri var. Sonra tikilini yarımçıq saxlayıb həmin həyətdən çıxmışdır. Yəni ərizəçi və onun vəkili-nümayəndəsinin şikayətlərində istinad etdikləri qeyd olunan həmin məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş işin faktiki hallarından da göründüyü kimi ərizəçi İddiaçı mirasın qəbul edilməsi ilə əlaqədar notariat kontoruna müraciət etməsi həmin işə baxılarkən müəyyən olunmamışdır. Kollegiya eyni zamanda qeyd edir ki, ərizəçi İddiaçı nənəsindən qalmış ünvan 2 ünvanında yerləşən miras əmlakı təmsiletmə hüququ qaydasında qəbul etməsi ilə əlaqədar notariat orqanına müraciət etməsi və ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair hər hansı sübutunu təqdim etməmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən ərizəçi İddiaçı vəkilinümayəndəsinin şikayətdə göstərilmiş dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə hesab edir ki, ərizəçinin vəkili-nümayəndəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kollegiya işin araşdırılmış hallarına əsasən belə hesab edir ki, ərizəçi İddiaçı vəkilinümayəndəsinin verdiyi şikayətində göstərdiyi dəlilləri Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(078)-491/2023 nömrəli qərardadının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçi İddiaçı vəkili-nümayəndəsi Vəkil Məmmədhüseyn oğlunun verdiyi şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(078)491/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Ərizəçi İddiaçı vəkili-nümayəndəsi Vəkil Məmmədhüseyn oğlunun verdiyi şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(078)-491/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-55/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-55/2023
10.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver