Məhkəmə qərarları › İş №2(108)-56/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-56/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-56/2023 17.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun və ödənilmiş dövlət rüsumunun alınması tələbinə dair iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Kəngərli Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(111)-98/2023 saylı qərardadından İddiaçı nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra İddiaçı MMC) 27 fevral 2023-cü il tarixdə (kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında) Kəngərli Rayon Məhkəməsinə müraciət edər ək Cavabdeh xx.xx.2019-cu il tarixli, HAK473425 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 950 manat əsas, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu və 32 manat ödənilmiş dövlət rüsumu cəmi 1182 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(111)-98/2023 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 qeyd edilən qərardadla razılaşmayaraq şikayət vermişdir. Kəngərli Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(111)-98/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun və ödənilmiş dövlət rüsumunun alınması tələbinə dair iddia ərizəsinin geri qaytarılması haqqında Kəngərli Rayon Məhkəməsinin 27 fevral 202 3-cü il tarixli, 2(111)-98/2023 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. İddiaçı nümayəndəsi X2 şikayətini Kəngərli Rayon Məhkəməsinin 27 fevral 2023- cü il tarixli 2(111)-98/2023 saylı qərardadının qanunsuz və əsassız olduğunu, qəraradadın qəbul edilmə əsasları kimi, onun məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasına əməl etməməsinin göstərildiyini, onun bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasan müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məl umatı iddia ərizəsində göstərilməli olduğunu, qanunvericiliyin göstərilən tələbinə əsasən müqavilədə nəzərdə tutulduğu halda pretenziya qaydasına əməl edilməsinin məcburi olduğunu, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilədə pretenziya qaydasına riayət edilməsinin nəzərdə tutulmadığını, iddiaçının cavabdehlə pretenziya qaydasında müraciət etmək vəzifəsi daşımadığını, qeyd olunan qərardadın ləğv olunmasına kifayət qədər əsaslar olduğunu göstərərək Kəngərli Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(111)-98/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddə lərində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi verilən qərardaddan şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. İddiaçınə, Cavabdeh şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün izahat və sübutların bildirişdə göstərilən tarixədək təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübut və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə o lan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya İddiaçı nümayəndəsi X1 şikayətində göstərdiyi dəlilləri mülki işin materialları ilə əlaqəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir. Kollegiya şikayətdə qeyd olunan hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilədə pretenziya qaydasına riayət edilməsinin nəzərdə tutulmaması və iddiaçının cavabdehə pretenziya qaydasında müraciət etmək vəzifəsi daşımaması dəlillərinə münasibətdə qeyd edir ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməlidir. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borclu Cavabdeh yaranmış borcunu ödəməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdarlıq məktubu və ya bildiriş göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədiyi təqdirdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya iddiaçının qeyd etdiyi birinci instansiya məhkəməsinin əsaslandığı iddia ərizəsinin məhkəməyə ümumi qaydada verilməsini, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizənin həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilməsini əsassız saydığı dəlillərə münasibətdə qeyd edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat zamanı ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilməli olduğu halda İddiaçı hüquqi şəxs kimi elektron kabinetə malik olsa da məhkəməsinə müraciət edən zaman ərizənin “Elektron məh kəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Kоllеgiyа yuxarıda qeyd olunanları nəzərə аlаrаq bеlə hesab edir ki, birinci instаnsiyа məhkəməsi qanunvericiliyin tələblərinə düzgün əməl еtməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya İddiaçı nümayəndəsi X1 şikayətdə qeyd etdiyi dəlillərə məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Kəngərli Rayon Məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun və ödənilmiş dövlət rüsumunun alınması tələbinə dair iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Kəngərli Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(111)-98/2023 saylı qərardadından İddiaçı nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Kəngərli Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(111)-98/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 284-3.5, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı al qı-satqı müqaviləsi üzrə borcun və ödənilmiş dövlət rüsumunun alınması tələbinə dair iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Kəngərli Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(111)-98/2023 saylı qərardadından İddiaçı nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(111)-98/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar