Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-56/2024 03.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), X3 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi, Cavabdeh2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, e-2(078)-1213/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, e-2(078)-1213/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh2 və Cavabdeh1 sığorta ödənişinin əvəzi olaraq 7250 (yeddi min iki yüz əlli) manat zərər məbləği və 92.50 (doxsan iki manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7342.50 (yeddi min üç yüz qırx iki manat əlli qəpik) manat məbləğində pulun tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq ümumilikdə 7250 (yeddi min iki yüz əlli) manat zərər məbləğinin və 92.50 (doxsan iki manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, e-2(078)-1213/2023 nöm rəli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh2 24 yanvar 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, e-2(078)-1213/2023 nömrəli qətnaməsini ləğv edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, e-2(078)-1213/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmişdir. Mülki iş Cavabdeh2 apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İş üzrə Cavabde h2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxilmiş, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsinə əsasən iddiaçı təşkilat "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 14 dekabr 2019-cu il tarixdə saat 19:50 radələrində Abşeron rayonu, Masazır-Novxanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi “Saz NP37” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə X8 məxsus “Kia Forte” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğunu və nəticədə X8 maddi ziyan dəydiyini, X2, X9 və X10 yüngül bədən xəsarəti aldığını, “Saz NP37” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçı tərəfindən 09 yanvar 2019-cu il tarixdən 09 yanvar 2020-ci il tarixə qədər PXA ********** saylı icbarı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası ilə sığortalandığını, 08 yanvar 2020-ci il tarixli qüsur aktına əsasən “Kia Forte” Markalı, 90BB409 dövlət qeydiyyat nişanlı avtomobilə 8255 manat məbləğində ziyan dəymiş olduğunu və iddiaçı tərəfindən 5000 manat məbləğində sığorta ödənişinin X5 hesabına ödənildiyini, 12 fevral 2020-ci il tarixli ödəniş sənədinə əsasən iddiaçı tərəfindən 750 manat sığorta ödənişinin X2 hesabına, 18 fevral 2020-ci il tarixli ödəniş sənədinə əsasən 750 manat sığorta ödənişi X9 hesabına, 04 mart 2020-ci il tarixli ödəniş sənədinə əsasən 750 manat sığorta ödənişi X10 hesabına ödənildiyi qeyd edilməklə ondan cəmi subroqasiya qaydasında 7250 manat vurulmuş zərərin məbləği və 92.50 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilməsi qət olunmuşdur. Bildirir ki, həmin vaxt yol-nəqliyyat hadisəsi baş verərkən X14 və onun yanında əyləşən adını xatırlamadığı bildiyinə görə sürücünün anası olan bir nəfər qadını görüb. Avtomobildə gördüyü şəxslərdən başqa kimsə olmayıb. Hadisə nəticəsində isə yaxın məsafədən onların da heç bir xəsarət almadığını şəxsən özü və buna sübut olaraq onun yanında olan və zərərin müştərək qaydada ödənilməsi tələb olunan şəxs Cavabdeh1 görmüşdür. Digər zərərçəkənlər isə adları qeyd olunan 2 nəfər qadını ümumiyyətlə tanımır və bir daha qeyd edir ki, hadisə nəticəsində sürücü və onun yanında əyləşən anasından başqa avtomobildə heç bir əlavə şəxslər yox idi. Ziyanın isə yalnız “Saz NP37” markalı, **CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi kimi X5 avtomobilinə dəydiyini deyə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20təcrübə və Tədris Birliyi hadisə nəticəsində orada olmayan şəxslərin sağlamlığına dəymiş ziyanla əlaqədar rəy verib, guya adı çəkilən şəxslərin sağlamlığına həmin hadisə nəticəsində ziyan vurulduğu qeyd olunur. Sığorta təşkilatı olan iddiaçı "xxxx" ASC-in ondan subroqasiya qaydasında 7250 manat sığorta ödənişinin tələb etməsinə etiraz edir. Bununla bağlı birinci instansiya məhkəməsində iştirak edib ifadə versəydi məhkəmə tərəfindən buna məhəl qoyulmazdı. İddia tələbinin t əmin edilməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Hesab edir ki, məhkəmə iddiaçı "xxxx" ASC-in ona qarşı 7250 (yeddi min iki yüz əlli) manat sığorta ödənişinin subroqasiya qaydasında alınaraq iddiaçının xeyrinə ödənilməsini tam sübuta yetirməmişdir. Göstərilənlərin nəzərə alınaraq Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, e-2(078)-1213/2023 nömrəli qətnaməsini ləğv edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izaha tında Naxçıvan Şəhər Məhkəməsində işə baxılarkən onun məhkəmədən iddiaçının iştirakının təmin olunmasını tələb etdiyini, həmin vaxtı ona iddiaçının ərizə göndərərək iştirakı olmadan işə baxılmasını xahiş etdiyinin bildirildiyini, iddiaçının ondan 7250 manat sığorta ödənişini tələb etməsinə etiraz etdiyini, iddiaçının bununla bağlı birinci instansiya məhkəməsində iştirak edib izahat versəydi əgər məhkəmə tərəfindən onun ziyanına qərar çıxarılmayacağını düşündüyünü, onun məhkəmənin iddia tələbinin təmin edilməsi barədə qətnaməsini qanunsuz və ədalətsiz saydığını, hadisə olan zaman onun avtobusu idarə etdiyini, avtobusun hazırda adını xatırlamadığı bir şirkətə məxsus olduğunu, onun isə həmin şirkətin işçisi olmadığını, yaxın tanışı Cavabdeh1 xəstə olması səbəbindən onun xahişi ilə avtobusu təyin olunmuş maşrut xətti ilə 1 dəfə idarə etdikdən sonra qaraja apardığını, onun avtobusu heç bir etibarnamə almadan, sürücülük vəsiqəsinin olmasına baxmayaraq avtobus idarə etmək üçün “D” kateqoriyası olmadan idarə etdiyindən inzibati xəta törətdiyini, nəticədə qarşısında dönmə tələbini yerinə yetirmək üçün dayanmış avtomaşına xəsarət yetirdiyini etiraf etdiyini, hadisədən sonra avtomobilinə ziyan dəymiş şəxsin qardaşı və ya atası olduğunu bilmədiyi bir şəxsin ona zəng edərək avtomobilin 20000 manat olduğunu, avtomobilə dəymiş ziyanın 5000 manat olan hissəsini sığorta şirkətinin qarşıladığını, qalan ziyanın isə onun tərəfindən qarşılanmalı olduğunu bildirdiyini, onun isə avtomobilin təmiri üçün dəymiş ziyanın ödənilməsi üçün maddi imkanının olmadığını bildirdiyini, yol-nəqliyyat hadisəs ini onun törətdiyini, ancaq bu hadisəyə görə ona inzibati xəta haqqında protokol tərtib edilmədiyini, onun inzibati xətaya görə heç bir cərimə ödəmədiyini, onun hadisə nəticəsində avtomobildə olan 3 nəfər şəxsə xəsarət yetirilmədiyi halda sığorta tərəfindən onlara ümumilikdə ödənilmiş 2250 manatı və avtomaşına dəymiş ziyana görə ödənilmiş 5000 manatı mübahisələndirdiyini, onun avtobusu idarə edən zaman maşında sərnişin olmadığını xatırladığını, hadisədən sonra isə istintaq hərəkətlərinin aparılmasında iştirak etmədiyini, onun hadisə ilə bağlı izahatını İbrahim adlı polis nəfərinin aldığını, inzibati xəta nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinin təxminən 5 il bundan öncə baş verdiyini, bu günədək ondan heç bir sığorta pulu tələb edilmədiyini, uzun müddətdən sonra iddiaçının ondan sı ğorta ödənişinə görə pul tələb etməsini qəbul etmədiyini bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2023cü il tarixli, e-2(078)-1213/2023 nömrəli qətnaməsini ləğv edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə kollegiyaya ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilməsinə baхmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət et məsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunur ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başla nılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdeh2 mübahisələndir diyi, yəni ümumilikdə 7342.50 manat məbləğində zərərin və dövlət rüsumunun ondan alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətə verilməsinə dair hissəsini yoxlayır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq ümumilikdə 7250 (yeddi min iki yüz əlli) manat zərər məbləğinin və 92.50 (doxsan iki manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmədə araşdırılmış halları müəyyən edilmişdir ki, 14 dekabr 2019-cu il tarixdə, saat 19:50 radələrində Cavabdeh2 idarə etm ək hüququ olmadan idarə etdiyi “SAZ NP37” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı 353 saylı maşrut xətti üzrə Abşeron rayonu, Masazır-Novxanı yolu ilə Novxanı kəndi istiqamətində hərəkətdə olarkən yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 34.4, 36.3 və 50-ci maddələrinin tələblərini pozaraq sərnişin daşımaq üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı 8dən artıq olan nəqliyyat vasitəsini idarə etməməli, ara məsafəsini düzgün seçməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaqla, öz hərəkət və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və onların nəqliyyat vasitəsinə zərər vurmamalı, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinədək azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda görməmiş və qarşıda sola d önmək üçün xarici işıq siqnalını yandıraraq dayanmış X11 etibarnamə əsasında idarə etdiyi “Kia Forte” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşını arxadan vuraraq yol nəqliyyat hadisəsi törətmiş, yol nəqliyyat hadisəsi zamanı SAZ NP37” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtobusda olan sərnişin X16, X17 yüngül dərəcəli, X18, X21 dərəcəsi təyin edilməyən, “Kia Forte” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X19 dərəcəsi təyin olunmayan, sərnişin X4 yüngül dərəcəli bədən xəsarəti almışlar. İş materiallarına əlavə edilmiş: Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısının 29 dekabr 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, hazırkı iş üzrə cavabdehlər Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddə si və Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 335.6-cı maddəsi ilə barələrində inzibati təsir tədbirləri görülməsi üçün qərarın surətinin Abşeron RPİ-in DYPŞ-nə göndərilməsi qərar alınmışdır. “SAZ NP37” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09 yanvar 2019-cu il tarixdən 09 yanvar 2020-ci il tarixə qədər avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Avtomobillərin texniki xidmət mərkəzinin 08 yanvar 2020-ci il tarixli qüsur aktına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Forte” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8255 (səkkiz min iki yüz əlli beş) manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Аzərbаyc аn Respublikаsı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20təcrübi və Tədris Birliyinin 2854 nömrəli ekspert rəyinin surətinə əsasən, 1982-ci il təvəllüdlü X9 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarət-alt dodağın əzilmiş-cırılmış yarası küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 14 dekabr 2019-cu il tarixdə salonunda olduğu avtobusun minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Аzərbаycаn Respublikаsı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20təcrübi və Tədris Birliyinin 2886 nömrəli ekspert rəyinin surətinə əsasən, 1966-cı il təvəllüdlü X10 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-alt dodağının selikli qişasının cırılmış yarası, sağ baldır nahiyəsinin geniş sahəli qançırı küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 14 dekabr 2019-cu il tarixdə salonunda olduğu avtobusun minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Аzərbаycаn Respublikаsı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20təcrübi və Tədris Birliyinin 2814 nömrəli ekspert rəyinin surətinə əsasən, 1965-ci il təvəllüdlü X2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi; sol gicgah-təpə nahiyəsinin dəri altı hematoması bərk-küt əşya təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 14 dekabr 2019-cu il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi: dərəcəsinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Kollegiya Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi X14 və onun yanında əyləşən adını xatırlamadığı bildiyinə görə sürücünün anası olan bir nəfər qadını görməsi, avtomobildə gördüyü şəxslərdən başqa kimsənin olmaması, hadisə nəticəsində isə yaxın məsafədən onların da heç bir xəsarət almadığını şəxsən özü və buna sübut olaraq onun yanında olan və zərərin müştərək qaydada ödənilməsi tələb olunan şəxs Cavabdeh1 görməsi, digər zərərçəkənlər isə adları qey d olunan 2 nəfər qadını ümumiyyətlə tanımaması və hadisə nəticəsində sürücü və onun yanında əyləşən anasından başqa avtomobildə heç bir əlavə şəxslərin olmaması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20-təcrübə və Tədris Birliyi hadisə nəticəsində orada olmayan şəxslərin sağlamlığına dəymiş ziyanla əlaqədar rəy verməsi ilə əlaqədar dəlillərini əsassız hesab edir. Belə ki, işin araşdırılmış halları və Аzərbаycаn Respublikаsı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X20-təcrübi və Tədris Birliyinin qeyd olunan ekspert (canlı şəxsin ekspertizası) rəyləri ilə 14 dekabr 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi SAZ NP37” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtobusda olan sərnişin X16, X17 yüngül dərəcəli, X18, X2 1 dərəcəsi təyin edilməyən və X11 etibarnamə əsasında idarə etdiyi “Kia Forte” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X19 dərəcəsi təyin olunmayan, həmin avtomaşının salonunda olan sərnişin X4 yüngül dərəcəli bədən xəsarəti almaları müəyyən edilmişdir və həmin rəylərin şübhə altına alınması üçün heç bir hallar və əsaslar mövcud deyil. Bundan əlavə işin 4344-cü vərəqində olan Abşeron RPİ-də verdiyi 15 dekabr 2019-cu il tarixli izahatında Cavabdeh2 avtobus sürmək üçün “D” kateqoriyalı sürücülük vəsiqəsinin olmamasını, hadisə vaxtı avtomaşında 3 qadın və 1 kişinin olmasını, avtomaşınında olan 4 sərnişindən üçünün xəsarət almasını və xəsarət alanların təcili tibbi yardım avtomaşını ilə aparıldıqlarını bildirmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 56.1.2-ci maddəsinə görə üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığo rta müqavilələri üzrə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-in 936.1-ci maddəsinin mənasına görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərin məbləği olaraq 5000 manat məbləğində sığorta ödənişi 10 fevral 2022-ci ildə "xxxx" ASC Baş filialı tərəfindən X5 adına verilmiş plastik kartın AZ08 HAJC******************** nömrəli hesabına, 750 manat məbləğində sığorta ödənişi 12 fevral 2020-ci ildə "xxxx" ASC Baş filialı tərəfindən X2 adına verilmiş plastik kartın AZ35HAJC******************** nömrəli hesabına, 750 manat məbləğində sığorta ödənişi 18 fevral 2020-ci ildə "xxxx" ASC Baş filialı tərəfindən X9 adına verilmiş plastik kartın AZ85HAJC******************** nömrəli hesabına, 750 manat məbləğində sığorta ödənişi 04 mart 2020-ci ildə Xalq Bank” ASC Baş filialı tərəfindən X10 adına olan FCRAZN**********1002 nömrəli hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məc əlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınma z qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinin tələbinə görə, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respubli kası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya qeyd edir ki, Cavabdeh2 öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kollegiya belə nəticəy ə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair gəldiyi nəticə əsaslı və qanunidir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyət li olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, e-2(078)-1213/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-56/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-56/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver