Məhkəmə qərarları › İş №2(108)-62/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-62/2022

20.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-62/2022 20.12.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli, 2(090)-195/2015 nömrəli qətnaməsindən Maraqlı şəxs1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şahbuz Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli, 2(090)-195/2015 nömrəli qətnaməsi ilə Ərizəçi1 Şahbuz şəhəri, H.Əliyev prospekti, bina 7, mənzil 7-ni miras olaraq qə bul etməsi faktının müəyyən edilməsi, miras hüquqlarının dövlət qeydiyyatına alınması Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz rayon İdarəsinə həvalə edilməsi qət edilmişdir. Şahbuz Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli, 2(090)-195/2015 nömrəli qətnaməsindən narazı qalan Maraqlı şəxs1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli, 2(090)-195/2015 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Mülki iş baxılması üçün apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin m ülki kollegiyasına daxil olmuşdur. Mülki işə apellyasiya qaydasında baxılarkən apellyasiya şikayətinin baxışı ilə əlaqədar icraat 18 iyul 2022-ci ildə Şahbuz Rayon Məhkəməsinin icraatında olan 2(090)95/2022 nömrəli mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmış, 09 dekabr 2022-ci il tarixdə isə icraat təzələnmişdir. Maraqlı şəxs1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1 xx.xx.1996-cı ildə Şahbuz qəsəbəsində hazırki ünvan ünvan 1 yerləşən daşınmaz əmlak ata nənəsi X6 mülkiyyət hüququ ilə məxsus olmuşdur. Maraqlı şəxs1 atası, anası və digər ailə üzvləri ilə birlikdə ata nənəsinə məxsus evdə yaşamışlar. Ata nənəsi X2 Rayon İcra Hakimiyyəti başçısının 14 iyun 1999-cu il tarixli sərəncamı ilə Maraqlı şəxs1 övladlığa götür müş və bu barədə 18 iyun 1999-cu ildə Şahbuz Rayon Qeydiyyat Şöbəsinin övladlığa götürülmə haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeydiyyat aparılmış, AZ007193 nömrəli şəhadətnamə verilmiş və doğum haqqında şəhadətnamənin ana qrafasında düzəliş edilərək anası X8 yazılmışdır. X8 20 yanvar 2000-ci il tarixdə vəfat etmişdir. X9, Maraqlı şəxs3 və Maraqlı şəxs1 onun vərəsələri olmuşdur. X9 2008-ci il də vəfat etdikdən sonra onun ovladı – birinci növbə vərəsə Ərizəçi1 2015-ci il tarixdə Şahbuz Rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və nənəsindən miras qalmış Şahbuz şəhəri, H.Əliyev prospekti, bina 7, mənzil 7 ünvanında yerləşən əmlakın onun tərəfindən qəbul edilməsi faktının təsdiq olunmasını xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsi mirasın Nihad tərəfindən qəbul edilməsi faktını müəyy ən etmişdir. Həmin məhkəmə proseslərindən Maraqlı şəxs1 Yusif qızının məlumatı olmamışdır. Belə ki, mülki işin materiallarında da bununla bağlı hər hansı bir təsdiqedici sənəd yoxdur. Məhkəmə mərhumun iki vərəsəsi olduğunu qəbul etmiş, Maraqlı şəxs1 mərhum tərəfindən övladlığa götürülməsi məsələsini araşdırmamış, bunu nəzərə almamışdır. Halbuki, işə baxan məhkəmə mərhumun ilk növbədə birinci növbəli vərəsələrinin dairəsini dəqiq müəyyən etməli idi. Qanunvericiliyə görə də övladlığa götürülənlər doğma övladlara bərabər tutulurlar. Mülki işin materiallarında həmin mübahisəli əmlaka dair “kitabçada” Maraqlı şəxs1 adı qeyd olunsa da məhkəmə bu hala fikir verməmiş və araşdırmamışdır. Eyni zamanda Maraqlı şəxs1 öz valideynləri ilə birlikdə orada yaşamış və Ərizəçi1 da onlarla birgə yaşamışdır. M araqlı şəxs1 vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə istinad edərək Şahbuz Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli, 2(090)-195/2015 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs1 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə Maraqlı şəxs1 iştirakı olmadan işə baxılmasını m ümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışında Maraqlı şəxs1 vəkili və nümayəndəsi Vəkil аpеllyаsiyа şikаyətini müdаfiə еdərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatlarında apellyasiya şikayətinin təmin edilərək Şahbuz Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli, 2(090)-195/2015 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya baxışında Ərizəçi1 izahatında apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Şahbuz Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli, 2(090)-195/2015 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışında Maraqlı şəxs2 izahatında apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin təmin olunmayaraq Şahbuz Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli, 2(090)-195/2015 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayaraq işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq etməklə iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayıb aşağıdakı nəticəyə gəlir. Kollegiya apellyasiya şikayətini və mülki işin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Maraqlı şəxs1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərdiyi nümayəndəsi və vəkili old uğu Maraqlı şəxs1 xx xxxxxxxx 1996-cı ildə Şahbuz qəsəbəsində hazırki ünvanda ünvan 3n həmin ünvanda yerləşən daşınmaz əmlakın ata nənəsi X6 mülkiyyət hüququ ilə məxsus olması, Maraqlı şəxs1 atası, anası və digər ailə üzvləri ilə birlikdə ata nənəsinə məxsus evdə yaşaması, ata nənəsi X2 Rayon İcra Hakimiyyəti başçısının 14 iyun 1999-cu il tarixli sərəncamı ilə Maraqlı şəxs1 övladlığa götürməsi və bu barədə 18 iyun 1999-cu ildə Şahbuz Rayon Qeydiyyat Şöbəsinin övladlığa götürülmə haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeydiyyat aparılması, AZ007193 nömrəli şəhadətnamənin verilməsi və doğum haqqında şəhadətnamənin ana qrafasında düzəliş edilərək anası X3 yazılması, X3 20 yanvar 2000-ci il tarixdə vəfat etməsi, X4, Maraqlı şəxs3 və Maraqlı şəxs1 onun vərəsələri olması, X4 2008-ci il də vəfat etdikdən sonra onun ovladı-birinci növbə vərəsə Ərizəçi1 2015-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət etməsi və nənəsindən miras qalmış Şahbuz şəhəri, H.Əliyev prospekti, bina 7, mənzil 7 ünvanında yerləşən əmlakın onun tərəfindən qəbul edilməsi faktının təsdiq olunmasını xahiş etməsi, Şahbuz Rayon Məhkəməsinin mirasın Nihad tərəfindən qəbul edilməsi faktını müəyyən etməsi, həmin məhkəmə proseslərindən Maraqlı şəxs1 Yusif qızının məlumatı olmaması, mülki işin materiallarında da bununla bağlı hər hansı bir təsdiqedici sənəd olmaması, məhkəmənin mərhumun iki vərəsəsinin olduğunu qəbul etməsi, Maraqlı şəxs1 mərhum tərəfindən övladlığa götürülməsi məsələsini araşdırmaması, bunu nəzərə almaması, işə baxan məhkəmənin mərhumun ilk növbədə birinci növbəli vərəsələrinin dair əsini dəqiq müəyyən etməli olması, qanunvericiliyə görə də övladlığa götürülənlərin doğma övladlara bərabər tutulması, mülki işin materiallarında həmin mübahisəli əmlaka dair “kitabçada” Maraqlı şəxs1 adı qeyd olunsa da məhkəmənin bu hala fikir verməməsi və araşdırmaması, eyni zamanda Maraqlı şəxs1 öz valideynləri ilə birlikdə orada yaşaması və Ərizəçi1 da onlarla birgə yaşaması haqqındakı dəlillərini əsassız hesab edır. Belə ki, mülki işin materiallarından, tərəflərin izahatlarından və apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, Şahbuz şəhəri, H.Əliyev prospekti, bina 7, mənzil 7 ünvanında yerləşən daşınmaz əmlak mərhumə X6 mülkiyyət hüququ ilə məxsus olmuş, Maraqlı şəxs1 atası, anası və digər ailə üzvləri ilə birlikdə ata nənəsinə məxsus evdə yaşamış, ata nənəsi X2 Rayon İcra Ha kimiyyəti başçısının 14 iyun 1999-cu il tarixli sərəncamı ilə Maraqlı şəxs1 övladlığa götürmüş və bu barədə 18 iyun 1999-cu ildə Şahbuz Rayon Qeydiyyat Şöbəsinin övladlığa götürülmə haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeydiyyat aparılaraq AZ007193 nömrəli şəhadətnamənin verilməsi və doğum haqqında şəhadətnamənin ana qrafasında düzəliş edilərək ana adı X3 yazılmışdır. X8 20 yanvar 2000-ci il tarixdə, X9 isə 2008-ci ildə vəfat etdikdən sonra V.Hüseynovun övladı-birinci növbə vərəsə olan Ərizəçi1 Şahbuz Rayon Məhkəməsinə müraciətinə əsasən nənəsindən miras qalmış Şahbuz şəhəri, H.Əliyev prospekti, bina 7, mənzil 7 ünvanında yerləşən əmlakın onun tərəfindən qəbul edilməsi faktı Şahbuz Rayon Məhkəməsi tərəfindən tanınmışdır. Apellyasiya şikayətində və Maraqlı şəxs1 vəkili və nümayənd əsi Vəkil izahatında mirasın Ərizəçi1 tərəfindən qəbulu mübahisələndirilmir. Apellyasiya şikayətində və Maraqlı şəxs1 vəkili və nümayəndəsi Vəkil izahatında mirasın həmçinin Maraqlı şəxs1 tərəfindən qəbul edilməsi faktı mübahisələndirilmişdir ki, bu da ayrıca bir tələb olduğundan həmin fakta görə müvafiq ərizə ilə məhkəməyə müraciət edilməli idi. Apellyasiya baxışı zamanı Şahbuz Rayon Məhkəməsində iddia qaldırılmışdır. Şahbuz Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 90-10/SDS-775 nömrəli məktubundan aydın olur ki, Maraqlı şəxs1 Ərizəçi1 qarşı mirasın qəbulu faktının təsdiqi və miras əmlakda payların müəyyən olunması haqqında iddia tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsi tərəfindən baxılaraq 23 sentyabr 2022-ci il tarixli, 2(090)-95/2022 nömrəli qətnamə ilə iddia tələbi rədd edilmiş, qətnamə 04 noyabr 2022-ci ildə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni zamanda kollegiya onu da qeyd edir ki, Mar aqlı şəxs1 birinci instansiya məhkəməsində işdə iştirak etməyə cəlb olunmasa da, qəbul edilmiş qətnamə onun hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 387.2 və 387.2.4-ci maddələrinin tələbinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir Kollegiya eyni zamanda belə nəticəyə gəlir ki, Şahbuz Rayon Məhkəməsi qətnamə qəbul edərkən ərizəçinin tələbi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi olmasına baxmayaraq mirası qəbul edilməsi faktının müəyyən edilməsi ilə yanaşı həmçinin miras hüquqlarının dövlət qeydiyyatına alınması Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə həvalə edilməsini müəyyən etməklə əsassız olaraq tələbdən kənara çıxmışdır. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki işdən göründüyü kimi müstəsna hallar mövcud deyil. Buna görə də qətnamə “Miras hüquqlarının dövlət qeydiyyatına alınması Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə həvalə edilsin” hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasına görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları məhkəmədə sübut etməyə borcludur. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən az ad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblər ini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Kollegiya belə nəticəyə gəlir ki, apellyasi ya şikayəti əsasız olduğundan təmin edilməməli, lakin Şahbuz Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli, 2(090)195/2015 nömrəli qətnaməsi “miras hüquqlarının dövlət qeydiyyatına alınması Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə həvalə edilsin” hissəsində ləğv edilməli, qalan hissədə isə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 382, 392, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İş üzrə Maraqlı şəxs1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli, 2(090)-195/2015 nömrəli qətnaməsi qismən “Miras hüquqlarının dövlət qeydiyyatına alınması Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə həvalə edilsin” hissəsində ləğv edilsin. Qətnamə qalmış hissədə d əyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar