Məhkəmə qərarları › İş №2(108)-64/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-64/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-64/2021 05.04.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi, cavabdehin hüquqi varisləri X10, X18 və X6 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-15/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdehin hüquqi varisləri X4, X11 və X6 verdikləri apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2( 078)-15/2020 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Vaz 21214” minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı, XTA212140E2157357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması, Cavabdeh hüquqi varisləri-anası X3, bacısı X5 və qardaşı X8 müştərək qaydada xx xxxxxx 2014-cü il tarixli AL-00121 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxx 2019-cu il tarixə 6814,10 (altı min səkkiz yüz on dörd manat on qəpik) manat əsas, 1964,30 (bir min doqquz yüz altmış dörd manat otuz qəpik) manat mükafa t və 50 (əlli) manat dəbbə pulu, cəmi 8828,40 (səkkiz min səkkiz yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı MMC tərəfindən “Kapital Bank” Badamdar filialına xx.xx.2019-cu il tarixdə TT**********89930 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 10,05 (on manat beş qəpik) manatının Cavabdeh hüquqi varisləri- anası X3, bacısı X5 və qardaşı X8 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-15/2020 nömrəli qətnaməsindən narazı qalan iş üzrə cavabdehin hüquqi varisləri-anası X10, bacısı X13 və qardaşı X18 xx xxxxxx 2020-ci il tarixli apellya siya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmişdir. Cavabdeh hüquqi varisləri X10, X13 və X18 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və onları düzgün tətbiq etməmiş, işin mahiyyəti üzrə düzgün nəticəyə gəlməmiş, öz qətnaməsini işin faktiki hallarına uyğun əsaslandırmamışdır. MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ”Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı tələb edir ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, hüquqi cəhətdən düzgün tərtib olunmalı, mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanun və digər normativ akt lar qətnamədə göstərilməlidir. Qətnamənin qanuniliyi o vaxt mövcud olacaqdır ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və mülki işə baxılması zamanı qüvvədə olan prosessual hüquq normaların tələblərinə əməl etməklə çıxarılmış olsun. Bu baxımdan Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(078)-15/2020 saylı qətnaməsi bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Hər şeydən əvvəl mülki qanunvericiliyin mülki hüquqların məhkəmə müdafiəsi (6.1.9) prinsipi məhkəmə tərəfindən pozulmuşdur. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Məhkəmə məlum qətnaməsi ilə mülki dövriyyə iştirakçısının mülki hüquqları nın və qanuni mənafelərinin müdafiə edilməsini heçə endirmiş və zərərli adətlərin bərqərar olmasına yol açmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. H əmin Məcəllənin 329.1-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı MMC ilə onların arasında hər hansı bir “Daxili lizinq” müqaviləsi bağlanılmamışdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərv uran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması ilə bağlıdır. Hazırki iş üzrə qeyd olunan xüsusatlar təsdiq olunmur. Məhkəmə onları cavabdehin hüquqi varisi kimi işə cəlb etmiş və hüquqi varis kimi onlara hər hansı bir miras əmlakın keçməsini müəyyən edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 8.1ci maddəsinə əsasən mülki işlər üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Beynəlxalq hüquqda - İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin q anuna uyğun aktı kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut olunmaması məhkəmənin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən insan hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verili r. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit olunmuş insan hüquq və əsas azadlıqların gözlənilməsi, qorunması qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Qətnamədən göründüyü kimi, məhkəmə onların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquq və azadlıqlarını pozmuş, onların iştirakı olmadan işə baxdığından sübutları hərtərəfli, tam və obyektiv qiymətləndirməmiş, qərəzli şəkildə işə baxaraq qanunsuz və əsassız bir qətnamə çıxarmışdır. Yuxarıda qeyd olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 60,71ci, MPM-nin 384-389-cu maddələrinə əsasən apellyasiya şikayətinin təmin olunması, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apell yasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı MMC məhkəməyə teleqram göndərərək işə iştirakları olmadan baxılmasını, V.Mehdiyeva, H.Hüseynova və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)- 15/2020 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh hüquqi varisləri X10, X13 və X1 izahatlarında apellyasiya şikayətini müdafiə edərək Cavabdeh ilə ölümünə qədər heç bir əlaqə saxlamadıqlarını, onun hər hansı bir əmlakının, avtomobilinin, eləcə də 2013-cü il buraxılışlı, “Vaz 21214” minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin olub-olmamasını bilmədiklərini, lizinq müqaviləsi haqqında heç nə eşitmədiklərini, Kərəmin vəfatın dan sonra ona məxsus heç bir mirası qəbul etmədiklərini, Kərəmin ümumiyyətlə hər hansı mirasının (əmlakının) qalmadığını göstərərək Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Kollegiyada işə baxılarkən şahid kimi dindirilmiş X19 izahatında İddiaçı MMC-dən aldığı avtomobillə bağlı Cavabdeh ilə “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxxxx 2014-cü il tarixli AL-121 saylı “X17” üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Daha sonra eşitmişdir ki, Cavabdeh ölmüşdür. Eşitdiyinə görə Cavabdeh ölərkən maddi vəziyyəti çox pis olmuşdur. Həmin 2013-cü il buraxılışlı, “Vaz 21214” minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin indi harada olması h aqında heç bir məlumatı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə araşdırılmış materialları, apellyasiya şikayətinin təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə Cavabdeh hüquqi varisləri X10, X13 və X11, şahid X12 izahatlarını dinləyib, apellyаsiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Kollegiya mülki iş üzrə cavabdehin hüquqi varislərinin apellyasiya şikayətində göstərdiyi dəlillərin əsaslı olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul ed ir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” x xxxx 2018-ci il tarixli Qərarına əsasən vərəsələrin məsuliyyətinin həddi miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Həmçinin N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2018-ci il Qərarında göstərilmişdir ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən ilk növbədə mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasi b surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər. Eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditor ların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Mülki işin materiallarından göründüyü kimi İddiaçı MMC ilə X21 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-121 saylı “X17”nə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Vaz 21214” minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı, XTA212140E2157357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil X14 müvəqqəti sahiblik və istifadəsinə verilmiş, xx xxxxxxx 2014-cü il tarixdə X21, X19 və İddiaçı MMC arasında AL-121 (1) say lı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxxxx 2014-cü il tarixli AL-121 saylı “X17” üzrə X19 bütün öhdəlikləri öz üzərinə götürmüş, xx xxxxxx 2015-ci il tarixdə X19, Cavabdeh və İddiaçı MMC arasında AL-121 (2) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamışdır və xx xxxxxx 2014-cü il tarixli AL-121 saylı “X17” üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh ilə “İddiaçı" MMC arasında bağlanmış ödəniş qrafikinə əsasən illik 21 % hesablanmaqla 42 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 295.67 manat, ümumilikdə isə 12417.57 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxx 2015-ci il tarixdə 296 manat məbləğində olmuşdur. Daha sonra Cavabdeh “X17”, “Öhdəliklərin ötür ülməsi müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmədə baxılarkən Cavabdeh vəfat etmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-15/2020 nömrəli qərardadı ilə mülki iş üzrə icraat Cavabdeh hüquqi varisi müəyyən edilənədək dayandırılmış, xx xxxx 2020-ci il tarixli, 2(078)-15/2020 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnərək cavabdehin anası X10, bacısı X15 və qardaşı X20 Cavabdeh hüquqi varisləri kimi məhkəmə prosesinə cəlb edilmişdir. Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 702184 nömrəli ölüm haqqında şəhadətnamənin surətində qeyd olunmuşdur ki, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixdə mexaniki asligsiya asma yolu ilə ilgəklə boğulm a diaqnozu ilə Bakı şəhəri, Nizami rayonunda vəfat etmiş və bu barədə xx.xx.2020-ci il tarixdə ölüm akt qeydləri kitabının 60-cı vərəqində qeyd aparılmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin xx xxxxx 2021-ci il tarixli arayışından aydın olur ki, İddiaçı” MMC-yə məxsus olan, “Vaz 21214” minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxxx 2014-cü il tarixdə X19 tərəfindən Culfa gömrük sərhəd buraxılış məntəqəsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası ərazisinə gətirilməsi qeydə alınmışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X31 İdarəsinin xx xxxx 2021-ci il tarixli 1/255 saylı arayışından aydın olur ki, Cavabdeh adına hər hansı avtonəqliyyat vasitəsi yoxdur. “Vaz 21214” minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili n istifadəsi, etibarnamə qeydiyyatının olub-olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X31 İdarəsinin mərkəzi informasiya sisteminin məlumatları üzrə müvafiq yoxlama aparılmış və həmin nəqliyyat vasitəsinin avtomobil yollarında istismar edilib-edilməməsinə dair şəxsi heyət təlimatlandırılmışdır. Müəyyən edilmişdir ki, avtomobil İddiaçı MMC-nin balansında qeydiyyatda durur və həmin avtonəqliyyat vasitəsinin istifadəsi ilə bağlı etibarnamə qeydiyyatı mövcud deyil. Qeyd olunan avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisində istismarı müşahidə olunmur. Avtomobilin harada olması barədə müvafiq məlumatların verilməsi imkan xaricindədir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X23 Dövlət Xidmətinin xx xxxx 2021-ci il tarixli arayışından aydın ol ur ki, Naxçıvan Muxtar Respublikası daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına daşınmaz əmlak qeydə alınmamışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 01/0861 nömrəli arayışda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yaşamış və xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum Cavabdeh vərəsələri anası-X10, qardaşı-X18 və bacısı X9r. Mülki işin apellyasiya baxışı zamanı sorğular edilərək müəyyən edilmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə vəfat etmiş Cavabdeh vərəsələri tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən notariat ofislərinə müraciət daxil olmamışdır. Mülki işin apellyasiya qaydasında baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixdə vəfat edərkən X10, X 13 və X18 tərəfindən heç bir miras, eləcə də lizinq müqaviləsinin obyekti İddiaçı” MMC-yə məxsus olan, “Vaz 21214” minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil qəbul edilməmişdir. İddiaçı” MMC nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı Cavabdeh hüquqi varisləri X10, X13 və X18 tərəfindən Cavabdeh məxsus hər hansı miras əmlakın qəbul edilməsi, eləcə də ona məxsus olan “Vaz 21214” minik markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin onlarda olması, həmçinin Cavabdeh hər hansı miras əmlakı qalması barədə sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin prosessual normanın məzmunund an da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasına görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları məhkəmədə sübut etməyə borcludur. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütü nlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə v asitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prin sipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sə rbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bütün bunlara görə kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsi hazırki mülki işə baxarkən Cavabdeh hüquqi varisləri kimi tanıdığı X10, X13 və X18 heç bir miras qəbul etmədiklərindən onun borcları üçün cavabdeh olmadıqları halda və mübahisə predmeti olan avtomobilin onlarda olması təsdiq olunmadığı halda iddanın qismən təmin edilməsi haqqında yanlış nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı dəbbə puluna dair hissədə qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsaslanaraq işin hallarına əsasən tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldıla biləcəyini göstərmişdir. Halbuki iddia tələbi Cavabdeh hüquqi varisləri X10, X13 və X2 Kərəm Ramiz oğlunun borcları üçün cavabdeh olmadıqlarına görə və mübahisə predmeti avtomobilin onlarda olması sübuta yetirilmədiyinə görə bütünlüklə rədd edilməli idi və dəbbə pulundan da söhbət gedə bilməzdi. Buna görə də Cavabdeh hüquqi varisləri X10, X13 və X11 apellyasiya şikayəti təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-15/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 392, 393, 402-404, 405.0.1 və 406-cı maddələrini rəhbər tutaraq kollegiya maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh hüquqi varisləri X10, X13 və X11 apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-15/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Fərman Abbasov Əhliman Xıdırov Mehman Allahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar