Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-66/2021 07.04.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi ilə İddiaçı, cavabdeh Əsgərova (Qasımova) Aidə İbrahim qızının və Cavabdeh5 nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdehlər X4, Cavabdeh3, Əkbərova (Qasımova) Adilə İbrahim qızına, Əsgərova (Qasımova) Aidə İbrahim qızına və Cavabdeh5 qarşı mərhum X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının tanınmaqla pay müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsindən İddiaçı verd iyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qasımov X14 Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mərhum atası X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq qəbul edilməsi faktının tanınmaqla pay müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, işə birinci instansiya məhkəməsində baxılması zamanı ərizə təqdim edərək atasından miras qalmış torpaq sahəsi və onun üzərində fərdi yaşayış evindən ona çatacaq payın müəyyən olunması tələbi ilə iddia qaldırdığını, lakin texniki səhv ucbatından sadəcə fərdi yaşayış evinin qeyd olunduğunu göstərib bunun nəzərə alınmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizə təmin olunaraq iddia tələbinə İddiaçı mərhum atası X2 mülkiyyəti ndə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin miras əmlak olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktının tanınmaqla payın müəyyən olunması tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən G.X.Səfərəliyeva) xx xxxxxx 2020-ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək mərhum X1 qalan ünvan 1 ünvanında yerləşən miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən miras əmlakda İddiaçı payının 1/3 hissə olmasının müəyyən edilməsi, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 55417 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya qaytarılması qət edilmişdir. Qətnamə il ə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməklə, buraxılmış səhvin aradan qaldırılması və bacıları X9 və Cavabdeh4 mirasda olan paylarının onun miras payına əlavə edilməsi ilə əlaqədar yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etsə də mirasdan ona çatası payı müəyyən edən zaman səhvə yol vermişdir. Belə ki, bacıları X10, X17 və Cavabdeh4 onlara çatası miras payından iddiaçının xeyrinə imtina etsə də onların payları ona verilməmişdir. Bu hal qətnamədə öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsində mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət qurtardıqdan sonra mirası qəbul edən bütün vərəsələr razıdırsa mirasın məhkəməyə müraciət e dilmədən də qəbul oluna biləcəyi deyilir. Məhkəmə qətnaməsində miras əmlakını qəbul edən vərəsələr arasında belə bir narazılığın olması öz əksini tapmamışdır. Mirasın faktiki olaraq qəbul edilməməsi vərəsəni bu hüquqdan məhrum etmir və onu miras əmlakdan pay almaq hüququndan məhrum edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 saylı İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin verdiyi 01/4850 və 01/4851 saylı xx xxxxxx 2020-ci il tarixli arayışlardan məlum olur ki, Əsgərova (Qasımova) Aidə İbrahim qızı və Əkbərova (Qasımova) Adilə İbrahim qızı hələ də ünvan 2 ünvanda qeydiyyatdadırlar. İddiaçı iddia ərizəsində bacıları X17 və Cavabdeh4 özlərinin mirasda olan paylarından iddiaçının xeyrinə imtina etdiklərini göstərmiş, onların onun xeyrinə öz vərəs əlik paylarından imtina etmələri barədə notariat qaydasında təsdiq olunmuş ərizələrini təqdim etmiş və onların mirasda olan paylarının onun payına əlavə edilməsini xahiş etmişdir. Həmçinin iddia ərizəsində göstərmişdir ki, gələcəkdə onların paylarını özlərinə verəcək, lakin hakim bu fakta heç bir hüquqi qiymət verməmişdir. Belə ki, hakim miras payını beş yerə bölüb onun üç hissəsini ona verməli olduğu halda verməmiş, heç bir əsas olmadan mirası üç vərəsə arasında bölmüşdür. Bu ciddi qanun pozuntusudur. Bundan əlavə Cavabdeh5 ruhi xəstədir və bu xəstəliklə əlaqədar olaraq pensiya alır. O ruhi xəstə olduğu üçün etibarnamə verə bilməzdi. Onun verdiyi etibarnamə mülki qanunvericiliyin tələblərinə ziddir və oğlunun onun tərəfindən verilmiş qanunazidd etibarnamə əsasında çıxış edib tələblər irəl i sürməsi qanunsuzdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdehlər Qasımova Aypara İbrahim qızı, Əkbərova (Qasımova) Adilə İbrahim qızı, Cavabdeh3 İbrahim oğlu, üçüncü şəxslər X15 və X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. Cavabdeh5 isə xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən sonuncu məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışında İddiaçı аpеllyаsiyа şikаyətini müdаfiə еdərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, apelly asiya şikayətində hakim miras payını beş yerə bölüb onun üç hissəsini ona verməli olduğu halda verməməsini bildirərkən beş yerə bölünməli olan mirasdan bir payın da qardaşı Cavabdeh5 verilməli olduğunu nəzərdə tutuduğunu da qeyd edərək Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilməklə, buraxılmış səhvin aradan qaldırılması və bacıları X9 və Cavabdeh4 mirasda olan paylarının onun miras payına əlavə edilməsi ilə əlaqədar yeni qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya baxışında cavabdeh Əsgərova (Qasımova) Aidə İbrahim qızı izahatında apellyasiya şikayəti ilə razı olduğunu bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. xx xxxxxx 2021-ci il tarixli məhkəmə baxışı iclasında iştirak edən cavabdeh və digər Cavabdeh3 İbrahim oğlunun nümayəndəsi Cavabdeh5 izahatında apellyasiy a şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışında Cavabdeh5 nümayəndəsi X18 izahatında apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mü bahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin m übahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli 04/2020 nömrəli qərardadının 60-cı bəndində qeyd edilmişdir ki, apellyasiya ve kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiya məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidir. Apellyasiya şikayətindən məlum olur ki, iddiaçı X9 və Cavabdeh4 mirasda olan paylarının onun miras payına əlavə edilməsini xahiş edərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ünvan 1 ünvanında yerləşən miras əmlakda İddiaçı payının 1/3 hissə olmasının müəyyən edilməsinə dair hissədə mübahisələndirmişdir. Göstərilənlərə müvafiq olaraq da birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız göstərilən hissədə yoxlanılmalıdır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normaların a riayət etməsini yoxlayır. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini mübahisələndirilən hissədə yoxlayaraq işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edərək iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmənin maddi hüququ normalarına riayət etməsini qətnamənin mübahisələndirilən hissəsində və prosessual hüquq normalarına riayət etməsini isə tam yoxlayıb aşağıdakı nəticəyə gəlir: Mülki işin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən və doğum akt qeydindən çıxarışdan aydın olur ki, X12 ilə X13 birgə nikahlarından xx xxxx 1954cü il tarixdə Cavabdeh3, xx xxxxxx 1966-cı il tarixdə X17, xx xxxx 1957- ci il tarixdə Cavabdeh4, xx xxxxxx 1962-ci il tarixdə İddiaçı, xx xxx xxxxx 1951-ci il tarixdə X10 və xx xxxxxx 1959-cu il tarixdə Cavabdeh5 doğulmuşdur. Mülki işin materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən aydın olur ki, ünvan 3 ünvanında olan 0.1422 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 18/22 nömrəli reyestr kitabının 4211 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki X12 beyinə qansızıma səbəbindən xx xxxxxxxx 2013-cu ildə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda xx xxxxxxxx 2013-cü il tarixdə ölüm haq qında akt qeydləri kitabında 272 nömrə ilə qeydiyyat aparılmışdır. Mülki işin materiallarında olan Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X19 xx.xx.2010-cu il tarixdə beyinə qansızıma səbəbindən vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının xx.xx.2010-cu il tarixində 189 nömrə ilə qeydiyyat aparılmışdır. Mülki işin materiallarında olan Naxçıvan Şəhər İcra Başçısının 2 saylı Sahə inzibatı Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 01/2755 nömrəli arayışdan aydın olur ki, X12 həqiqətən ünvan 4 ünvanında yaşayıb və vərəsələri bunlardır. 1.X19-arvadı-vəfat edib;
2. X10-qızı-1951;
3. Cavabdeh3-oğlu-1954;
4. Cavabdeh4-qızı-1957;
5. Cavabdeh5-oğlu-1959;
6. İddiaçı-oğlu-1962;
7. X17-qızı- 1966;
8. X25i qızı-qızı-vəfat edib. Mülki işin materiallarında olan Naxçıvan Şəhər İkinci Notariat Ofisinin notariusu tərəfindən verilən xx xxxxxxxx 2019-cu il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardan aydın olur ki, vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığı və vərəsələr arasında mübahisə olduğu üçün mübahisənin həlli məhkəmənin səlahiyyətində olduğundan vətəndaş İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan X5 xx xxxxxxx 2014 –cü il tarixdə Naxçıvan şəhər birinci notariat kontorunda rəsmiləşdirilən ərizəsindən məlum olur ki, o mərhum atası X1 ünvan 5 ünvanında yerləşən yaşayış evinin miras qaldığını göstərərək, ona çatan paydan bacısı X9 xeyrinə imtina etmişdir. İş materiallar ında olan Cavabdeh2 İbrahim qızının xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində rəsmiləşdirilən ərizəsindən məlum olur ki, o mərhum atası X1 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin miras qaldığını göstərərək, vərəsəlik yolu ilə ona çatan miras payından qardaşı İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan Qasımova Aypara İbrahim qızının xx xxx 2017-ci il tarixdə Naxçıvan şəhəri 1 saylı notariat kontorunda rəsmiləşdirilən ərizəsindən məlum olur ki, o mərhum atası X1 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin miras qaldığını göstərərək, vərəsəlik yolu ilə ona çatan paydan qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqla rının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin məhkəmənin iddianı təmin etsə də mirasdan ona çatası payı müəyyən edən zaman səhvə yol verməsi, bacıları X10, X17 və Cavabdeh4 onlara çatası miras payından iddiaçının xeyri nə imtina etsə də onların paylarının ona verilməməsi, bu halın qətnamədə öz əksini tapmaması, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsində mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət qurtardıqdan sonra mirası qəbul edən bütün vərəsələr razıdırsa mirasın məhkəməyə müraciət edilmədən də qəbul oluna biləcəyinin deyilməsi, məhkəmə qətnaməsində miras əmlakını qəbul edən vərəsələr arasında belə bir narazılığın olmasının öz əksini tapmaması, mirasın faktiki olaraq qəbul edilməməsinin vərəsəni bu hüquqdan məhrum etməməsi və onun miras əmlakdan pay almaq hüququndan məhrum edilməsi üçün əsas kimi qəbul edilə bilməməsi, həmçinin iddiaçının iddia ərizəsində bacıları X17 və Cavabdeh4 özlərinin mirasda olan paylarından iddiaçının xeyrinə imtina etdiklərini göstərməsi, onların onun xeyrinə öz vərəsəlik paylarından imtina etmələri barədə notariat qaydasında təsdiq olunmuş ərizələrini təqdim etməsi və onların mirasda olan paylarının onun payına əlavə edilməsini xahiş etməsi, həmçinin iddia ərizəsində gələcəkdə onların paylarını özlərinə verəcəyini göstərməsi, lakin hakimin bu fakta heç bir hüquqi qiymət verməməsi, hakimin miras payını beş yerə bölüb onun üç hissəsini ona verməli olduğu halda verməməsi, heç bir əsas olmadan mirası üç vərəsə arasında bölməsi, bunun ciddi qanun pozuntusu olması ilə bağlı dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İş materiallarında olan X5 ərizəsindən məlum olur ki, o, xx xxxxxxx 2014 – cü il tarixdə bacısı X9 xeyrinə, Cavabdeh2 İbrahim qızının ərizəsindən məlum olur ki, o, xx xxxxxxxx 2019-cu il tarixdə qardaşı İddiaçı xeyrinə, Qasımova Aypara İbrahim qızının ərizəsindən məlum olur ki, o, mirasdan xx xxx 2017-ci il tarixdə qardaşı İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan AZ-İ 494786 nömrəli ölüm haqqında şəhadətnamədən də məlum olur ki, yuxarıda göstərilən şəxslərin miras qoyanı X12 xx xxxxxxxx 2013-cü il tarixdə ölmüşdür. Göstə rilənlərlə müəyyən edilir ki, X16, Cavabdeh2 və X10 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı maddəsində nəzərdə tutulmuş müddəti buraxmaqla və həmin müddət məhkəmə tərəfindən uzadılmadığı halda mirasın qəbulundan imtina etmələri barədə iradə ifadə etmişlər ki, artıq həmin imtinaların hüquqi qüvvəsi yoxdur. Həmin imtinalara müvafiq olaraq xeyrinə imtina edilmiş şəxsin payının artırılması mümkün deyil. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsində mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət qurtardıqdan sonra mirası qəbul edən bütün vərəsələr razıdırsa mirasın məhkəməyə müraciət edilmədən də qəbul oluna biləcəyi deyilir. Göstərilən ehtimalda da mirasın qəbulunun rəsmiləşdirilməsi və vərəsənin mirasdan pay alması mə qsədilə vərəsənin adı vərəsəlik şəhadətnaməsinə yazılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1323-cü maddəsinə əsasən şəhadətnaməyə yazılmağa razılıq bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. Lakin iş materiallarında olan Naxçıvan şəhər ikinci Notariat ofisinin notariusunun xx xxxxxxxx 2019-cu il tarixli “Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” qərarından məlum olur ki, İddiaçı mərhum atası X1 qalmış mirasla əlaqədar vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina edilərkən vərəsələr arasında mübahisə olmasına da istinad edilmişdir. Ona görə də hazırki iş üzrə iddia ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən maddələrdən də anlaşılacağı kimi vərəsə mirasdan pay alması üçün qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməlidir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən məlum olur ki, həmin məhkəmə X1 qalmış mirasın iş üzrə İddiaçı, iş üzrə Cavabdeh5 və miras qoyanından əvvəl ölmüş X6 iki uşağı (iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb olunmuş miras qoyanın nəvələri) tərəfindən qəbul edildiyi müəyyən edilmiş, buna müvafiq olaraq da iş üzrə iddiaçının miras payı 1/3 olaraq müəyyən edilmişdir. Mirasın faktiki olaraq kimlər tərəfindən qəbul edilməsi hazırki iş üzrə apellyasiya şikayəti ilə mübahisələndirilmir. Həmin qətnamə İddiaçı tərəfindən ona müəyyənləşdirilmiş payın miqdarı i lə əlaqədar hissədə mübahisələndirilərək bacıları X17 və Cavabdeh4 mirasda olan paylarından onun xeyrinə imtina etdiklərini göstərərək apellyasiya şikayətindəki tələbində qətnamənin dəyişdirilməklə, buraxılmış səhvin aradan qaldırılması və bacıları X9 və Cavabdeh4 mirasda olan paylarının onun miras payına əlavə edilməsi ilə əlaqədar yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda müəyyənləşdirildiyi kimi, X16, Cavabdeh2 və X3 iş üzrə mirasın qəbulundan imtina etmələrinin hüquqi qüvvəsi olmadığından apellyasiya şikayətinin tələb hissəsində göstərildiyi kimi X9 və Cavabdeh4 mirasda olan paylarının İddiaçı miras payına əlavə edilməsi də mümkün deyil. Kollegiya Cavabdeh5 ruhi xəstə olması və bu xəstəliklə əlaqədar olaraq pensiya alması, ruhi xəstə olduğu üçün etibarnamə verə bilməməsi, o nun verdiyi etibarnamənin mülki qanunvericiliyin tələblərinə zidd olması və oğlunun onun tərəfindən verilmiş qanunazidd etibarnamə əsasında çıxış edib tələblər irəli sürməsinin qanunsuz olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci madəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci madəsində isə qeyd olunur ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-in 3-cü fəslinin müddəaları isə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələlərini tənzimləyir. Həmin normaların tələbindən aydın olur ki, şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq imkanı yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər və şəxs yalnız məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. İddiaçı isə Cavabdeh5 fəaliyyət qabiliyyəti olmamasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ümumiyyətlə isə cavabdeh Cavabdeh5 fəaliyyət qabiliyyətinin olubolmaması apellyasiya şikayətinin tələb hissəsində göstərildiyi kimi X9 və Cavabdeh4 mirasda olan paylarının İddiaçı miras payına əlavə edilməsinə hər hansı bir aidiyyəti də yoxdur. Azərbaycan Respublikasının MPM-in 71.3-cü maddəsinə əsasən şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya məhkəmə iclasının katibi qismində iştirak etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, nümayəndə ola bilməz. Birinci instansiya məhkəməsinin mübahisələn dirilən qətnaməsindən və iş materiallarından aydın olur ki, iddiaçı cavabdehlər X3, Əkbərova Adilə İbrahim qızının və Cavabdeh2 nümayəndəsi qismində də işdə iştirak etmiş və izahat vermişdir. Kollegiya bununla bağlı qeyd edir ki, həmin hal qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddiaçı və cavabdeh mənafeləri bir-birinə zidd prosessual şəxslərdir. Odur ki, həmin əks mənafelərə sahib şəxslərin eyni bir mülki iş üzrə bir-birini təmsil etməsi təmsil edilənin nəinki mənafelərinin təmsil olunması sayıla bilər, əksinə bu hal onun hüquqlarının pozulması ilə nəticələnə bilər. Birinci instansiya məhkəməsi göstərilən prosessual pozuntuya yol versə də, iş üzrə hallarla İddiaçı cavabedhlər X3, Əkbərova Adilə İbrahim qızının və Cavabdeh2 nümayəndəsi kimi də deyil, sadəcə iddiaçı kimi birinci inst ansiya məhkəməsində iştirak edərək izahat versə idi fərqli qətnamə qəbul ediləcəyi müəyyən olunmur. Kollegiya hesab edir ki, göstərilən prosessual pozuntunun nəticə etibarilə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olması müəyyən edilmədiyinə görə bu hal məhkəmənin qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə icl asında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən də kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə ünvan 1 ünvanında yerləşən miras əmlakda İddiaçı payının 1/3 hissə olmasının müəyyən edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0 və 384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 39 2, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutub kollegiya qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə ünvan 1 ünvanında yerləşən miras əmlakda İddiaçı payının 1/3 hissə olmasının müəyyən edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.