Məhkəmə qərarları › İş №2(108)-67/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-67/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-67/2022 25.05.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçın Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, e-2(090)-56/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 14 fevral 2022-ci il tarixdə ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh müqavilə üzrə 1.399 (bir min üç yüz doxsan doqquz) manat qalıq borcu və 264,41 (iki yüz altmış dörd manat, qırx bir qəpik) manat cərimə borcu ol maqla, cəmi 1.663,41 (bir min altı yüz altmış üç manat, qırx bir qəpik) manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 36,63 (otuz altı manat, altmış üç qəpik) manat dövlət rüsumunun İddiaçın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin (sədrlik edən: D.Y.Səfərov) 15 mart 2022-ci il tarixli, e-2(090)-56/2022 nömrəli qətnaməsi ilə Cavabdeh 15 yanvar 2021-ci il tarixli, NXCK03269 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə “Samsung UE55TU7100UXRU” markalı televizor üçün 1.399 (bir min üç yüz doxsan doqquz) manat qalıq və 140 (bir yüz qırx) manat cərimə borcu olmaqla, cəmi 1.539 (bir min beş yüz otuz doqquz) manat məbləğində borc pulun tutularaq İddiaçın xeyrinə ödənilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Höku mət Ödəniş Portalı vasitəsilə 11 fevral 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbz ilə ödənilmiş 36,63 (otuz altı manat, altmış üç qəpik) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 33,90 (otuz üç manat, doxsan qəpik) manat hissəsinin Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Şahbuz Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh 12 aprel 2022-ci ildə məhkəməyə apellyasiya şikayəti ilə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, e-2(090)-56/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz (maddi və prosessual hüqu q normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, aldığı televizor ona işlədilmədən təhvil verilmiş, evdə onu karobkadan açan zaman ekranının sınıq vəziyyətdə olmasını görmüş, bununla əlaqədar şirkətə dəfələrlə müraciət etsə də, televizor dəyişdirilməmiş, yenisi ilə əvəz olunmamışdır. Şəhid ailəsi olmasına baxmayaraq rüsumun ondan alınıb iddiaçı təşkilata verilməsinin qət olunması ilə prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar tamamilə araşdırılmamış, iddiaçının mənafeyinə uyğun qətn amə qəbul edilmişdir. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Bunları nəzərə alıb birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və iş üzrə Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılman ın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçın direktoru Əhəd Əsgərov xx.xx.2022-ci tarixdə kollegiyanın ünvanına elektron qaydada ərizə ilə müraciət edərək İddiaçın Cavabdeh qarşı xx.xx.2021-ci tarixli, NXCK03269 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən borcun tutulması tələbinə dair mülki iş üzrə apellyasiya şikayətinin hazırda kollegiyanın icraatında olduğunu, borclu ilə razılıq əldə olunduğundan, iddiadan imtina edilməsi zərurəti yarandığını qeyd edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1 və 191.2-ci maddələrinə əsasən mülki iş üzrə iddiadan imtina barədə ərizənin qəbul edilməklə iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını kollegiyadan xahiş etmişdi r. Kollegiya iddiadan imtina ilə əlaqədar İddiaçın direktoru Əhəd Əsgərovun ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiadan imtina əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə,... bu hərəkətl ərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 370.1-370.2-ci ci maddələrinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Kollegiya yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə İddiaçın direktoru Əhəd Əsgərovun xx.xx.2022-ci tarixdə kollegiyanın ünvanına elektron qaydada göndərdiyi ərizədə Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsi nin 52.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də Ə.Əsgərovun xx.xx.2022-ci tarixli iddia tələbindən imtina barədə ərizəsi qəbul olunmalı və mülki iş üzrə icraata xitam verilməklə Şahbuz Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, e-2(090)56/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 384.0 və 384.0.5-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi... qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilən qaydada iş üzrə icr aata xitam verilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli olduğundan kollegiya belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlillərinin müzakirə edilərək onlara hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 114.1.4-cü maddəsinə uyğun olaraq, iş üzrə icraata xitam verildiyindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Hökumət Ödəniş Portalı vasitəsilə 11 fevral 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 36,63 (otuz altı manat altmış üç qəpik) manat dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 370, 384.0, 3 84.0.5, 400, 402.2.4 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçın Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə İddiaçın direktoru Əhəd Əsgərovun iddiadan imtinası qəbul edilsin. Şahbuz Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, e-2(090)-56/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Hökumət Ödəniş Portalı vasitəsilə 11 fevral 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 36,63 (otuz altı manat altmış üç qəpik) manat dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasi təsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar