Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-67/2023 14.06.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X8 (sədrlik edən və məruzəçi), Allahverdiyev Əli Kərim oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, İddiaçı, iddiaçının vəkili Vəkil1, iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs - X13, cavabdeh və Cavabdeh3, cavabdeh tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər - X14 və X9 nümayəndəsi Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “miras əmlakın faktiki qəbul olunması faktının müəyyən edilməsi” tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-61/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tə rəfindən verilmiş apelyasiya şikayəti əsasında işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı vəkili Vəkil1 18 oktyabr 2022-ci il tarixdə cavabdehlər - Həsənova (Məmmədova) Minurə Bəhlul qızı, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum qayınanası X10 mülkiyyətində olmuş Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 48.18 kv. metr ümumi, 28.39 kv. metr yaşayış sahəsindən ibarət 2 otaqlı evin miras əmlak kimi iddiaçının mərhum əri X15 və onun ölümündən sonra iddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını m əhkəmədən xahiş etmişdir. İddiaçının vəkilinin 12 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsi həmin tarixdə təmin olunaraq iddia tələbinə X10 mülkiyyətində olmuş qeyd olunan evin miras əmlak olaraq X15 tərəfindən faktiki qəbul edilməsi və mərhum əri X11 ölümündən sonra isə həmin əmlakın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması həddində baxılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Naxçıvan Şəhər Məhkəməsinin (hakim Gülsüm Əliyeva) e-2(078)-61/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 18 fevral 2018-ci il tarixdə ölən X6 miras qalmış Naxşıvan şəhəri, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 1 -ci girişində, 1-ci mərtəbəsində, 48.18 kv.metr ümumi, 28.39 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı evin 09 fevral 2019-cu il tarixdə ölən X15 tərəfindən qəbul olunması faktının müəyyən edilməsi, 09 fevral 2019-cu il tarixdə ölən X7 miras qalmış miras əmlakın İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi, iddia təmin edildiyindən 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun iş üzrə cavabdehlər Həsənova (Məmmədova) Minurə Bəhlul qızı, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Şikayətin dəlilləri Cavabdeh2 05 aprel 2023-cü il tarixdə apelyasiya şikayəti ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-61/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, “X5 18 fevral 2018-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra qardaşım X2 Naxçıvan şəhəri, Haçıniyət kəndində yaşamış və həmin evdə vəfat etmişdir. Ələddin anamın ölümündən sonra bir gün olsun həmin evdə yaşamamışdır. Lakin qətnamədə X11 anasından miras qalan əmlakı qəbul etməsinin öz təsdiqini tapdığı qeyd olunur. Məhkəmədə şahid qismində dindirilən X1 qonşuluq münasibəti olduğundan Gülşənin sözləri ilə məhkəmədə yalandan ifadə verərək Ələddin və Gülüşənin anamdan miras qalmış evdə arada bir yaşadıqlarını qeyd etmişdir. Digər şahid X20 da ifadəsində Ələddin və Gülüşənin həmin evdə yaşadıqlarını və həmin evi kirayə verdiklərini, sonradan həmin kirayəçini evdən çıxardıqlarını bildirmişdir. X22 anamdan qalmış mi rası qəbul etməsi ilə bağlı məhkəməyə heç bir sübut, yəni evin kommunal xərcləri və sair barədə sənəd təqdim olunmamışdır. Lakin həmin mənzildə mübahisə başlayandan sonra Elsunun adına sığorta edilmiş və həmin sığorta sənədi sübut növü olaraq məhkəməyə təqdim olunmuşdur. İddiaçı məhkəmə prosesində bir kəlmə olsun belə danışıb ifadə verməmiş, lakin qətnamədə izahatı bir səhifə olaraq qeyd edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Rasim və Elsun ifadə verərək həmişə mübahisəli evdə yaşadıqlarını, anam İnayətin sağlığından qardaşım Ələddinin ölümünədək həmin evdə yaşadığını qeyd etmişlər. X23 tərəfindən qəbul edilməsi faktı düzgün araşdırılmamışdır. Lakin məhkəmə X23 tərəfindən qəbul edilməsi faktını təsdiqləməklə, həmin mirasın İddiaçı tətəfindən qəbul edilməsi faktı tanınmışd ır. Hesab edirəm ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxılmiş, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmənin qətnaməsində göstərilən nəticələr işin həqiqi halları ilə uzlaşmır. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarına, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməm əsinə dair dəlillər üzrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 88-ci maddəsinə istinad olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki-Prosessual Məcəllə; Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir. Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında,... təsdiq edilir. Maddə 73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyə tli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması, səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfin dən imzalanır. Maddə 150.1 və 150.1.3. İddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1 və 152.1.2. İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən,... imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 179.2. Sədrlik edən prosesə gələn iştirakçıların şəxsiyyətini müəyyən edir, vəzifəli şəxslərin, nümayəndələrin və vəkillərin səlahiyyətlərini yoxlayır. Maddə 259.0 və 259.0.3. Ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti o lmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə
360. Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə
365. Apelyasiya icraatına apelyasiya instansiyası məhkəməsində icraat fəslinin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.5. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya,... bilər. Maddə 385.1-385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 387.2 və 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Maddə
400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apelyasiya məhkəməsinin hüquqi mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki işin materialları ilə birlikdə araşdırıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Məhkəmədə nümayəndəlik dedikdə, nümayəndə qismində çıxış edən fiziki şəxsin işdə iştirak edən fiziki və hüquqi şəxslərə öz hüquqlarını və qanuni maraqlarını müdafiə etməkdə və məhkəmədə onlar üçün əlverişli qərarın çıxarılmasına nail olmaqda kömək edilməsi, həmçinin məhkəmədə işin düzgün həll edilməsi üçün mühüm halların aydınlaşdırılmasına yardım olunması məqsədləri ilə həyata keçirdiy i prosessual fəaliyyət başa düşülür. Məhkəmədə nümayəndə vasitəsi ilə təmsil olunmaq üçün fiziki şəxs konkret şəxsə (şəxslərə) etibarnamə verməlidir. Yəni mülki məhkəmə icraatında nümayəndə təmsil olunan şəxsin (və ya onun qanuni nümayəndəsinin) verdiyi etibarnamə əsasında fəaliyyət göstərə bilər. Fiziki şəxslər tərəfindən məhkəmədə təmsilçilik üçün verilmiş etibarnamələrin notariat qaydasında və ya buna bərabər tutulan qaydada təsdiq edilməsi məcburidir. Mülki-prosessual qanunvericilikdə nümayəndənin xüsusi səlahiyyətləri ümumi səlahiyyətlərindən fərqləndirilir. Xüsusi səlahiyyətlər prosesdə təmsil olunanın daha mühüm hüquqlarına sərəncam verməklə bağlı olan hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədardır və həmin səlahiyyətlərin dairəsi (o cümlədən iddia ərizəsinin imzalanması) Mülki-Pro sessual Məcəllənin 74.2-ci maddəsində sadalanmışdır. İddia ərizəsinə dair qanunvericiliyin tələblərindən biri də onun iddiaçı və ya iddiaçının bu sənədi imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmasının məcburiliyidir. Qanunun tələbinə görə iddiaçının nümayəndəsi iddia ərizəsini yalnız o halda imzalaya bilər ki, onun bunu imza etməyə səlahiyyəti olsun. Mülki işin materiallarından isə məlum olur ki, iddia ərizəsi iddiaçı tərəfindən deyil, onun buna səlahiyyəti olmayan vəkili tərəfindən imzalanmış, bu barədə iddia ərizəsinin “Ərizəni imzalayan şəxs haqqında məlumat” hissəsində də, “İmzalayan şəxs: Vəkil - Vəkil1 Xanməmməd (AZE *******)” göstərilmişdir (İ cild, iş v. 4). Bununla da Mülki-Prosessual Məcəllənin 69.1 və 149.1-ci maddələrinin tələblərinə riayət olunmamışdır. İddi a ərizəsində və iş materiallarında iddiaçının vəkili “vəkil-nümayəndə” kimi göstərilsə də, iddiaçı tərəfindən vəkilə onu təmsil etməsi üçün qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmiş heç bir etibarnamə verilməmişdir. Halbuki vəkil nümayəndə qismində hüquqi və ya fiziki şəxsi məhkəmədə təmsil etmək üçün həm müvafiq vəkillik qurumunun orderini, həm də etibarnaməni məhkəməyə təqdim etməlidir. İş materiallarında olan, Naxçıvan şəhəri 1 saylı notariat ofisində qeydə alınmış ARİİ seriyalı, 622767 nömrəli, 27 iyul 2022-ci il tarixli etibarnamədən isə məlum olur ki, həmin etibarnamə iddiaçının oğlu (məhkəmə hazırlıq iclasında (08 dekabr 2022-ci il, İİ cild, iş v. 12) iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş) X17 tərəfində n məhz onun məhkəmə orqanlarında təmsil olunması üçün Vəkil1 verilmişdir (İ cild, iş v. 61). “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında Mülki-Prosessual Məcəllənin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir. Lakin İddiaçı birinci instansiya məhkəməsinin iclaslarında bilavasitə i ştirak etsə də, onun iddia ərizəsini yazılı müdafiə etməsi barədə iş materiallarında heç bir sənəd müəyyən olunmur. Birinci instansiya məhkəməsi iddia ərizəsinin mümkünlüyü yoxlanılarkən onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığına görə geri qaytarmalı olduğu halda bunu etməmiş, məhkəmə baxışı iclasında prosesə gələn nümayəndə və vəkillərin səlahiyyətlərini yoxlayarkən iddiaçının vəkilinin qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnaməsinin olub-olmamasını müəyyənləşdirməmiş, iddiaçının iddia ərizəsini yazılı müdafiə edib-etməməsi məsələsinı araşdırmamış, iddianın baxılmamış saxlanılması üçün əsas olduğu halda işə mahiyyəti üzrə baxmışdır. Belə olan təqdirdə Mülki-Prosessual Məcəllənin 151.1, 152.1 və 152.1.2, 179.2, 259.0 və 259.0.3-cü maddələrinin tələblərinə riayət olunmamışdır. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-61/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmədən, lakin onun qətnamənin ləğv olunması tələbi nəzərə alınaraq apelyasiya şikayəti qismən təmin olunmalı və Mülki-Prosessual Məcəllənin 385.1-385.1.1, 387.2 və 387.2.8-ci maddələrinin tələblərinə əsasən qətnamə tamamilə ləğv edilməklə bu Məcəllənin 259.0.3-cü maddəsinə müvafiq olaraq iddia tamamilə baxılmamış saxlanmalıdır. Mülki-Prosessual Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda... büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. Ona görə də iddia verilərkən İddiaçı tərəfində n Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə 28 iyul 2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 100,00 (bir yüz) AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 365, 368.3, 384.0 və 384.0.5, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-61/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə iddia tamamilə baxılmamış saxlansın. İddia verilərkən İd diaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə 28 iyul 2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 100,00 (bir yüz) AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumu "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçıya qaytarılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.