Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-70/2024 06.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X11 məhkəmə iclas katibliyi, İddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdeh-iddiaçı Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 verdiyi apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsi ilə iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh-iddiaçı Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edi lməsi tələbinə dair ilkin iddia qismən təmin edilərək mərhum X7 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq Seyidova (Şirzadova) Aybəniz Cəlal qızı tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən olunması, mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbinin rədd olunması, cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddianın təmin edilərək mərhum X7 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq X7 ölümündən sonra həmin əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən olunması qət edilmişdir. İşin halları: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahə sindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq X12 tərəfindən faktiki qəbul edilməsi, mərhum X3nın ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və X8 tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı-cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya mün asibətdə tamamilə rədd edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, (078)-1122/2023 nömrəli qərardadı ilə məhkəmənin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilə bilməsi üçün buraxılmış prosessual müddət iş üzrə iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 münasibətdə bərpa edilmişdir. Mülki iş iddiaçı-cavabdeh İddiaçı1, X4 və İddiaçı3 apellyasiya şikayətlərinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İş üzrə iddiaçı-cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmənin çıxardığı qətnamə işdə olan sübutlar əsasında deyil, iş ə baxan hakimin illüzyası əsasında çıxarılmışdır. Buna görə qətnamə ilə razılaşmırlar. Bildirirlər ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 2A, mənzil 22-də olan 3 otaqlı ev X2 adına olmuş, onun vəfat etməsindən sonra həmin evdə X3 yaşamış və mirası faktiki qəbul etmişdir. X3 28 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Onlar məhkəmədə verdikləri izahatlarında ataları sağ olarkən cavabdeh-iddiaçı Cavabdeh ailəsi ilə birlikdə evdən qovduğunu, onun kirayədə yaşadığını, atalarının İlqargili evdən çıxarmasına səbəb isə İlqar və həyat yoldaşının ata-analarına qarşı təhqiramiz sözlər işlətdikləri və kobud hərəkətlər etmələri olmuşdur. Onlar daha sonra izahatlarında bildiriblər ki, ataları vəfat edəndən sonra Cavabdeh təxminən 8 ay həmin evə gəlməmiş, kirayə götürdüyü evdə yaşamışdır. 2022-ci i lin avqust ayında zorla evə girib analarını qorxudub həmin evdə yaşamış, evini tikdirdikdən sonra çıxıb gedəcəyini onlara və analarına bildirmişdir. Bu müddət ərzində onlar demək olar ki, hər gün anaları ilə maraqlanaraq həmin evə gediblər. X18 ataları X15 vəfat etdikdən sonra mütəmadi olaraq analarının yanında yaşamış və ona baxmışdır. X3 28 aprel 2023-cü ildə vəfat etmişdir. Onun yas mərasimini Naxçıvan şəhəri Türk Məscidində onlar tutub xərcini özləri çəkmişlər. Onlar yası yola verərkən məsciddən sonra hər gün həmin evdə yaslarını davam etdirib, cümə axşamları isə yas mərasimi keçiriblər. Analarının qırxını verməyə 2 gün qalarkən qırxını vermək üçün məsləhətləşərkən Cavabdeh həyat yoldaşı ilə birlikdə onları təhqir edib, zorla evdən çıxarıb qovmuşdur. Onlar analarının qırxını Naxçıvan Ş əhəri cümə məscidində veriblər. Bildirirlər ki, ata və analarının qəbirlərini onlar götürmüş, baş daşlarını onlar düzəltmişlər (bununla bağlı qaimələri apellyasiya şikayətinə əlavə etmişlər). Onlar miras əmlakın qəbul edilməsi faktinin müəyyən edilməsi barədə 26 may 2023-cü il tarixində notariusa müraciət ediblər. Ev mübahisəli olduğundan notarius şəhadətnamə verməyib. Notarius məhkəməyə müraciət etmələrini məsləhət bilib. Atalarına məxsus evin kommunal xərcləri onlar tərəfindən ödənilib. Atalarına məxsus evdə heç bir təmir tikinti işləri aparılmayıb, atalarının sağlığında onun özü hamam və tualeti, evin giriş qapısını düzəldib, xaricini özü çəkib. Bildirirlər ki, hər hansı bir mərasimi verərkən siyahı tərtib edilir. Ata və analarının vəfat etmələrində çəkilən xərclərin onların baş daşları və qəbirlərinin götürülməsi barədə onlar tərəfindən görülən işlər və çəkilmiş xərclər barədə olan siyahı məhkəməyə təqdim edilib. Məhkəmə həmin sənədləri qəbul etməyib. Bütün bu işləri görən şəxslərin məhkəməyə gəlib ifadə verməsinə imkan verməyib. 31 dekabr 2021-ci il tarixdə yeni il gününü onların ata-anaları ilə birlikdə keçirdiklərinə dair istər fotoşəkilləri, istərsədə flaşkartı sübut olaraq məhkəməyə təqdim etsələr də həmin sübutları qəbul etməyib. Həmin müddətdə Cavabdeh ailəsi ilə birlikdə həmin ünvanda yaşamayıb. Bu barədə təqdim olunan faktlara məhkəmə əhəmiyyət verməyib. Cavabdeh-iddiaçı Cavabdeh məhkəmədə izahat verərək atalarına məxsus evdə yaşadığını, başqa evdə kirayə tutub yaşamadığını, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi iddiasının təmin olunmasını, o nların iddiasının rədd edilməsini göstərmişdir. Bildirirlər ki, məhkəmə qətnamə çıxararkən yalnız Cavabdeh dediyi yalançı sözlərə və öz illüziyasına əsasən qətnamə qəbul etmişdir. Cavabdeh izahatında göstərib ki, o başqa evdə ailəsi ilə birlikdə kirayə yaşamamışdır. Lakin Cavabdeh başqa evdə ailə üzvləri ilə birlikdə kirayədə yaşamasını maklerlə bağlanmış müqavilə, A.Səfərlinin məhkəmədə verdiyi ifadəsi tərəfindən məhkəməyə verilən kirayə müqaviləsi təsdiq etsədə həmin müqaviləni də məhkəmə qəbul etməyib. X21 məhkəmdə ifadə verərkən X22ı tanıdığını, evinə gediş-gəlişinin olmadığını Cavabdeh atalarına məxsus evdə daimi yaşamasını bilmədiyini, sadəcə olaraq İlqarı binanın həyətində gördüyünü göstərib. İkinci şahid Məhəbbət Salmanova ifadəsində İlqarın hər iki valideynlərinin yas xərcini və q əbir daşlarının pulunu İlqarın ödədiyini və İddiaçı1 həmin ünvanda yaşayıb-yaşamadığını bilmədiyini yalandan deyə bilmədiyini, Cavabdeh hazırlıq keçdiyini, başqa evdə kirayə qalmasından xəbəri olmadığını, 2020-2023-cü illərdə Cavabdeh binanın həyətində gördüyünü, ailə üzvlərini görmədiyini, qızının İlqarın yanına hazırlığa getdiyini, hansı illərdə və neçə il hazırlığa getdiyini xatırlamadığını, İlqarın hamam tualeti təmir etdiyini gördüyünü, onların atalarının yasında iştirak etdiklərini, analarının 40 və il mərasimlərində iştirak etmədiklərini bildirmişdir. (Hələ analarının ili olmayıb, şahid yalandan ifadə verir) Bildirirlər ki, M.Salmanova onlarla söhbət zamanı qonşu olduğundan qızının hazırlığı üçün Cavabdeh pul vermədiyini, ona hörmət etdiyini demişdir. M.Salmaova ifadəsində göstərir ki, onlar analarının ilində iştirak etməyiblər. Anaları 28 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Yəni analarının il mərasimi keçirilməyib. Bu da M.Salmanovanın ifadəsinin yalan olmasını təsdiq edir. Üçüncü şahid Dinar Aslanov ifadəsində analarını Zülfiyyənin xəstəxanaya bir dəfə apardığını göstərmişdir. X25 məhkəmədəki ifadəsində onlarla ədavətinin olmadığını, həmçinin qardaşı uşaqlarına görə qardaşı Ziyaddan küsdüyünü göstərmişdir. Məhkəmə Pakizə İsayevanın ziddiyətli ifadəsinə sübut kimi qiymət vermişdir. Ziddiyətli ifadə sübut kimi qiymətlədirlə bilməz. Cavabdeh-iddiaçı Cavabdeh miras əmlakın qəbul edilməsi faktının qəbul edilməsi barədə məhkəmədə qarşılıqlı iddia qaldırıb. İşdə olan sənədlər göstərir ki, Cavabdeh miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə Notarius a müraciət edib. Notarius 04 avqust 2023-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edib, bu barədə məhkəməyə müraciət edilməsini bildirib. Həmin sənəddən görünür ki, İlqar onlardan sonra Notariusa müraciət edib. Bu da İlqarın miras əmlakı qəbul etməməsini təsdiq edir. Analarının yasını onların götürməsini təsdiq edən halların araşdırmasına Naxçıvan Şəhər Məhkəməsində işə baxan hakim imkan verməyib. Analarının yasının onlar tərəfindən götürülməsini təsdiq edən şahidləri və sənədləri apellyasiya məhkəməsinə təqdim edəcəklər. Analarının müalicə üçün onu xəstəxanaya aparmalarını təsdiq edən sənədi məhkəməyə təqdim etmək istəyiblər, məhkəmə həmin sənədləri qəbul etməyib. Analarının müalicəsi üçün alınan dərmanları gətirən şəxsin dindirlməsinə məhkəmə imkan verm əyib. Həmin adamın da məhkəməyə gətirilib dindirilməsini xahiş edirlər. Cavabdeh-iddiaçı Cavabdeh başqa evə köçüb kirayə yaşamasını təsdiq edən şahidlərin məhkəməyə çağırılıb dindirilməsini xahiş etsələr də məhkəmə buna şərait yaratmayıb. Bu faktı təsdiq edən şahidləri apellyasiya məhkəməsinə təqdim edəcəklər. X2 evinin hamam tualetinin özünün təmir etməsini və qapısını dəyişdirməsini təsdiq edən şahidində məhkəməyə çağırılıb dindirilməsini xahiş edirlər. Bu işi görən şahidin adını məhkəmədə bildirəcəklər. Məhkəmə qətnamə çıxararkən işdə olan sübutlara əhəmiyyət verməyib. Onların dediklərinə, işdə olan sübutlara qiymət verməyərək cavabdeh-iddiaçı Cavabdeh və onun gətirdiyi şahidlərin yalan və öyrədilmiş, uydurma, ziddiyətli ifadələri əsasında qanunsuz qətnamə qəbul edib. Məhkəmənin çıxardı ğı qətnamə heç bir qanuna əsaslanmayıb. Məhkəmə işdə olan faktlara düzgün qiymət vermədiyindən qətnamə ləğv olunmalıdır. Məhkəmənin qətnaməsində göstərilən nəticələr işin həqiqi halları ilə uzlaşmır. Hesab edirlər ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Göstərilənlərin nəzərə alınaraq Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya münasibətdə tamamilə rədd edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı-cavabdeh İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında ədalətin haqqın səsi olduğuna və qanunun aliliyinə inanaraq Naxçıvan Mu xtar Respublikası Ali Məhkəməsinə müraciət etməyinin zəruri səbəbinin Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsi ilə razılaşmadığını, məhkəmənin çıxardığı qətnamənin cavabdeh-iddiaçının məhkəmə prosesində verdiyi izahatlar, həmçinin şahid qismində cəlb etdiyi şəxslərin verdiyi ifadələr, təqdim olunan sənədlər və sübutların araşdırma aparılmadan əsas olaraq qəbul etdiyini, İlqarın anası ölənə qədər həmin mənzildə yaşamadığını, onun ailə üzvləri ilə birlikdə başqa bir yerdə kirayə müqaviləsi bağlayaraq kirayə mənzildə yaşadığını, anası öləndən sonra isə bir növ həmin mənzilə sahiblənərək onları pay hüququndan məhrum etmək istədiyini, hesab edir ki, “mən bunu istəyirəm, bu mənim olmalıdır” deyilən bir anlayışın olmadığını, onun da atasının və anasının övladı olduğunu, ata və anasının isə bir deyil, dörd övladının olduğunu, həmin miras əmlakda cavabdeh-iddiaçının olduğu kimi onların da payları və hüquqları olduğunu, bu hüquqdan onları heç bir şəxsin məhrum edə bilməyəcəyini, 2 bacısı və onun qarşı tərəfin kənarda qalmasını istəmədiklərini, miras əmlakın vərəsələr arasında bərabər bölünməli olduğunu hesab etdiyini, atası X7 11 yanvar 2022-ci ildə, anası X5 isə 28 aprel 2023-cü ildə öldüklərini, anasının ölümündən 1 ay sonra, yəni 2023cü ilin may ayında mərhum anasından qalmış miras əmlakın qəbulu üçün birinci olaraq onun və 2 bacısının Naxçıvan “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə ərizə ilə müraciət etdiklərini, qarşı tərəfin isə həmin ilin avqust ayında mirasın qəbulu üçün müraciət etdiyini, hər iki tərəfə mübahisəli məsələ olduğundan mirasın qəbulu barədə şəhadətnamə verilməyərək müvafiq məhkəməyə müraciət olunmasının tövsiyə edildiyini, anasının ölənə qədər həmin evdə onun, oğlu Nihadın və 2 bacısının qaldıqlarını, lakin anası öləndən sonra həmin mənzildə İlqar və onun ailə üzvlərinin yaşadığını, anasının yas mərasimi qurtardıqdan sonra onları həmin evə buraxmadıqlarını, anasının ölümündən sonra mirasın qəbulu üçün onun hərəkətinin ancaq müvafiq notariat orqanına ərizə ilə müraciət etməkdən ibarət olduğunu bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya münasibətdə tamamilə rədd edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı-cavabdeh İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək kolleg iyadakı izahatında qardaşı İddiaçı1 izahatına heç bir əlavəsinin olmadığını, anası öləndən sonra onun yas mərasimini yaşadığı mənzilində keçirdiklərini, anasının “40” mərasimini məsləhətləşib keçirmək üçün bacısı və qardaşı Azərin arvadı ilə evə gəldikləri zaman cavabdeh-iddiaçının onları evə buraxmayıb qovduğundan anasının “40” mərasimini özünün yaşadığı evdə verdiklərini, anasının ölümündən sonra mirasın qəbulu üçün onun hərəkətinin ancaq müvafiq notariat orqanına ərizə ilə müraciət etməkdən ibarət olduğunu, Naxçıvan “ASAN XİDMƏT” mərkəzində notariat ofisidə ona mirasın qəbulu üçün şəhadətnaməni miras əmlakın atasının adına olması səbəbindən verilmədiyini bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya münasib ətdə tamamilə rədd edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini qərar qəbul edilməsini xahiş etdi. İddiaçı-cavabdeh İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında qardaşı İddiaçı1 izahatına heç bir əlavəsinin olmadığını, anası öləndən sonra həmin mənzildə cavabdeh-iddiaçınin öz ailəsi ilə birlikdə yaşadığını, onun isə anasının yas mərasimini yola verdikdən sonra evdən çıxdığını, daha sonra isə cavabdeh-iddiaçının onu həmin evə buraxmadığını, anasının ölümündən sonra mirasın qəbulu üçün onun hərəkətinin ancaq müvafiq notariat orqanına ərizə ilə müraciət etməkdən ibarət olduğunu bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya münasibətdə tamamilə rədd edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında onun yaşamaq üçün başqa yerinin olmadığını, 2 övladı və həyat yoldaşı ilə birlikdə həmin evə sığındığını, anasının sağlığında deyə-gülə yaşadıqları kimi, onun ölümündən sonra da anasından miras qalmış həmin mənzildə onun və ailə üzvlərinin yaşadıqlarını, anasından qalmış miras əmlakı faktiki olaraq onun qəbul etdiyini, ataanasının sağlığında evin bütün kommunal xərclərini onun ödədiyi kimi, onların ölümündən sonra da onun ödəməkdə davam etdiyini, qarşı tərəfin mirasdan onlara çatası paydan imtina edib halallıq vermələri üçün etdiyi bütün təklifləri rədd etdiyini, onun doğulduğu bir vaxtdan həmin mənzildə yaşa dığını, 2004-cü ildə ailə qurduqdan sonra 1-2 ay ayrı yaşayıb yenidən öz ailəsi ilə birlikdə hazırki mənzildə yaşadıqlarını, onun qarşı tərəfin ata evinə gəlib-getməsinə heç vaxt etiraz etmədiyini, bir şərtlə ki, bu mübahisəni birdəfəlik bitirmələrini istədiyini, onun həmin evdə yaşadığından anasının ölümündən sonra mirasın qəbulu üçün ərizə verməyə ehtiyac duymadığını, ancaq qarşı tərəfin müvafiq notariat orqanına mirasın qəbulu üçün ərizə verdiklərindən sonra onun da ərizə ilə müraciət etdiyini, deyilənlərin hamısının yalan olduğunu, onun bunu qəbul etmədiyini, anası öləndə onun artıq ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşadığını, ingilis dili müəllimi olduğundan atasının evinə yaxın bir yerdə kirayə mənzil tutub uşaqlara ingilis dili fənnindən hazırlıq keçdiyini, hazırda qarşı tər əfin etdiyi heç bir təklifi qəbul etmədiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməməsi və Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh-iddiaçı Cavabdeh vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında mirasın iddiaçı-cavabdehlər tərəfindən qəbulu barədə heç bir mötəbər sübutun olmadığını, kirayə müqaviləsinin bağlanmasının isə hüquqlarını müdafiə etdiyi şəxsin kirayə mənzildə yaşamasına əsas vermədiyini, iş materiallarından da İlqar müəllimin miras-əmlakı faktiki olaraq qəbul etdiyinin göründüyünü, birinci instansiya məhkəməsinin bu barədə qəbul etdiyi qərarının qanuni və əsaslı olduğunu hesab etdiyini bildirərək, apellyasiy a şikayətinin təmin edilməməsi və Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq X12 tərəfindən faktiki qəbul edilməsi, mərhum X3nın ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şi rzadova) Ülviyyə Ziyad qızı və X8 tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı mirasın faktiki qəbulu tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddiasının təmin edilməsi, mərhum atası X7 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq onun tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: 12 iyun 2023-cü il tarixli çıxarışa və İ-JQ seriyalı, 399375 nömrəli nika hın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X15 ilə X12 arasında 20 oktyabr 1977-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Şirzadova" soyadı verilmişdir. AZ-İİ seriyalı, 165773 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X15 11 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 943923 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X12 28 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli, 1629 nömrəli arayışa əsasən, X7 aşağıdakı vərəsələri vardır: 1. həyat yoldaşı X12 1959-cu il təvəllüdlü, vəfat edib; 2. oğlu Cavabdeh 1978-ci il təvəllüdlü; 3. oğlu İddiaçı1 1980-ci il təvəllüdlü; 4. qızı İddiaç ı2 1982-ci il təvəllüdlü; 5. qızı İddiaçı3 1984-cü il təvəllüdlü. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və 19 oktyabr 2010-cu il tarixli, 14574 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiqlənmiş surətinə əsasən, Naxçıvan şəhəri, Əlincə məhəlləsində 0.072 ha torpaq sahəsində 2A nömrəli, 5 mərtəbəli binanın 2ci girişində, 4-cü mərtəbəsində yerləşən, 70.69 kv.m ümumi, 47.12 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 12/5 nömrəli reyestr kitabının 858 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********15-05101-093017, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2010). Naxçıvan “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin 06 iyul 2023-cü il tarixli, 192 nömrəli məktubuna əsasən, İddiaçı1, İddiaçı2 və İddiaçı3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Naxçıvan “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin 04 avqust 2023-cü il tarixli, 343 nömrəli məktubuna əsasən, Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda h esab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. - 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X14 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaran masına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarına təminat verməklə yanaşı, bu hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir, lakin hər hansı hüquq və azadlıqların məhdudlaşdırılmasını dövlət tərəfindən güdülən məqsədə mütənasib olması ilə şərtləndirir. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 sayl ı Protokolun (bundan sonra Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Beləliklə, Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilənin əsaslandırılması üçün üç meyar müəyyən etmişdir: - müdaxilənin hüquqi əsası olmalıdır; - müdaxilə ictimai maraqlara cavab verməlidir; - müəyyən edilmiş qayda əldə ediləcək məqsədə mütənasib olmalıdır. Odur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülki yyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhk əmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiq ə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerin də olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023-cü il tarixli həmin qərarında bir daha qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, istər iddiaçı-cavabdehlər İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3, istərsə də qarşılıqlı iddia üzrə iddiaçı-Cavabdeh qanunun yuxarıda sadalanan normasında müəyyən olunmuş qaydada mirasın qəbulundan imtina etməmişlər. Əksinə işin araşdırılmış halları və apellyasiya şikayətlərinə əlavə olunmuş İddiaçı1, İddiaçı2 və İddiaçı3 ataları X6 və anaları Seyidova (Şirzadova) Aybəniz Cəlal qızından irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın bizə çatan hissəsini qəbul edirik məzmunlu imzanın həqiqiliyini təsdiq edən ştrix kod nömrəsi **********193 olan ərizələri xx.xx.2023-cü ildə Naxçıvan “ASAN XİDMƏT” mərkəzi nota riat ofisində Reyestrdə 8İ-193 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Yəni işin yuxarıda sadalanan hallarından da göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi işin əhəmiyyət kəsb edən bu halını nəzərə almayaraq sonunculara münasibətdə əsassız olaraq iddianın rədd olunması nəticəsinə gəlmişdir. Kollegiya cavabdeh-iddiaçı Cavabdeh miras əmlakı qəbul etmədiyindən ona münasibətdə tələbinin rədd olunmasına dair iddiaçı-cavabdehlərin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə kı, işin araşdırılmış halları, iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətləri, həmçinin kollegiyadakı izahatları ilə müəyyən edilmişdir ki, mərhum Aybəniz Seyidovanın sağlığından Cavabdeh ailə üzvləri ilə birlikdə hazırda miras əmlak kimi mübahis ələndirdikləri həmin mənzildə yaşayır. Azərbaycan Respublikası MPM-in 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İşin şərh olunmuş hallarına əsasən kollegiya belə nəticəyə gəlir ki, işə baxan birinci instansiya məhkəməsinin cavabdeh-iddiaçı Cavabdeh miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinin təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya qeyd edir ki, iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları qismən sübut etmişlər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən apellyasiya şikayətinin dəlillərinə məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsi qismən, “iddia qismən təmin edilsin, mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra isə həmi n əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbinin rədd olunmasına” dair sözləri göstərilən hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə əsaslı olduğundan təmin edilməli və məhkəmənin qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402, 403, 404 və 405.0.1-ci mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 аpеllyаsiyа şikаyəti qismən təmin еdilsin. Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsi qismən “iddia qismən təmin edilsin mərhum Seyidova (Şirzadov a) Aybəniz Cəlal qızının ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbi rədd olunsun” sözləri göstərilən hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə əsaslı olduğundan təmin edilsin. Mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra miras əmlak olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-70/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-70/2024
06.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver