Məhkəmə qərarları › İş №2(108)-70/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-70/2025

13.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-70/2025 13.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər – Kuimova Vera Gennadiyevna (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1258/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixd ə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası X9 İdarəsində onunla Cavabdeh arasında bağlanmış 04 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(078)-1258/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Naxçıvan Muxtar Respublikası X9 İdarəsində bağlanılmış 04 iyul 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cav abdeh 05 fevral 2025-ci il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(078)-1258/2024 nömrəli qətnaməsinin tamamən ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin işin faktiki hallarına uyğun olmadığını, belə ki, birinci instansiya məhkəməsinin iddia tələbini təmin edərkən “ Həmçinin məhkəmə onu da qeyd edir ki, Cavabdeh tərəfin məhkəməyə verdiyi izahatında avtomobilin pulunun İddiaçı Ağazadə Toğrula verilməsini dediyi üçün Ağazadə Toğrula verdiklərini, onun da pulu İddiaçı verdiyini desə də iddiaçı həmin halları izahatında inkar etmiş, cavabdeh həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da həmin hallar öz təsdiqini tapmamışdır” deyə əsaslandırdığını, halbuki, iddiaçının iddia ərizəsində “... onun dediyi qaydada mənə şəxsiyyət vəsiqəsini atdığı şəxsə (X3 – apellyator) Kəlbəcərdən online etibarnamə verdim. Toğrul Ağazadə mənə bildirdi ki, Xıdır adlı şəxsdən 10000 pul alacağam (pulun alıb-alınmaması barədə hər hansı məlumatım yoxdur)” deyə qeyd etdiyini, bunun isə onun əslində pulu aldıqdan (və ya özünün tapşırığına əsasən pulun Ağazadə Toğrul tərəfindən alındığını yəqinləşdirdikdən) sonra onlayn etibarnamə verdiyinə dəlalət etdiyini, iddiaçının məhkəmədə Xıdıra etibarnamə verməsini avtomobilin Türkiyədə təmir etdirilməsi ilə əlaqələndirməyə çalışsa da, bunun həqiqəti əks etdirmədiyini, çünki, əvvəla maşını təmirə göndərdisə, avtomobili təmir edəcək (etdirəcək) şəxsdən niyə pul alınmalı olduğunu, üstəgəl, Polis idarəsində verdiyi izahatda bunu, yəni pulun alınmasında birbaşa iştirakını təsdiq etdiyini, “...sənə sənəd atacağam ona generalni davernus ver 10000 pul alacağam” dediyini, bütün bunların məhkəmənin qeyd etdiyi hallarla bağlı sübutları məhkəməyə təqdim etdiyini, lakin birinci instansiya məhkəməsinin işin faktiki hallarına zidd qərar qəbul etdiyini, digər tərəfdən işin obyektiv həlli üçün çox mühüm şahid (əslində bütün qaranlıq məsələlərə aydınlıq gətirmək üçün xüsusi əhəmiyyətli şəxs) olan Toğrul Ağazadənin tərəflərindən məhkəmə iclasına çağırılaraq dindirilməsi barədə dəfələrlə vəsatət verilsə də o, məhkəmə iclasına çağırılmadığını, nədənsə iddiaçı tərəfin hər dəfə onun məhkəmə iclasına dəvət edilib dindirilməsinə etiraz etdiyini, nəticədə məhkəmə əsas şahidin di ndirmədiyini və beləliklə, də işin hərtərəfli araşdırılması üçün cavabdehin təqdim etdiyi sübutun qiymətləndirmədən kənarda qaldığını, bununla da işə baxan məhkəmənin qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğunu, iddiaçının hərəkətlərinin vicdanlılıq prinsipinə tamamilə zidd olduğunu, iddiaçının özünün də müqavilə bağlanarkən aldatmadan istifadə etdiyinə görə alqı-satqı müqaviləsini mübahisələndirə bilməyəcəyini, çünki, “x” alıcının satılan avtomobilin “texpasport”unun, açarının və pultunun satıcıda olmadığını və başqa bu kimi halları bilmiş olsa idi, əlbəttə, bu, problemi yaratmış olacağını, aldadan tərəfin müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verdiyini və ya vicdanlılıq vəzi fəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermədiyini, birinci instansiya məhkəməsinin sübutetmə yükünü mövcud qətnamədə bütünlüklə cavabdehin üzərinə qoyduğunu və iddiaçının təqdim etdiyi əksər yanlış dəlilləri (məlumatları) mötəbər hesab etməklə sübutetməni yanlış təfsir etdiyini, tərəflərindən mübahisənin daha da düzgün araşdırılaraq həll edilməsi məqsədilə X1 şahid olaraq məhkəmə iclasına çağırılıb dindirilməsi ilə bağlı vəsatətlər verilməsinə rağmən iş üçün bu cür mühüm bir şahidin məhkəmədə iştirakının nədənsə təmin edilmədiyini, hansı ki, onun ifadəsinin bütün mübahisəli və qaranlıq məqamlara konkret olaraq işıq tutacağını və məsələnin kökündən həll edilmiş olacağını, çünki, iddiaçı və cavabdehi bir-biri ilə əlaqələndirən və hüquq müstəvisində onları üz-ü zə qoyan şəxsin də o olduğunu, təqdim edilmiş sübutların bilavasitə tədqiq edilmədiyini, iddiaçının məhkəməyə sübut olaraq təqdim etdiyi video yazının tədqiq edilmədiyini, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin “Qətnamənin... tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır” tələbinə riayət edilmədiyini, belə ki, iddiaçı və cavabdehin qarşılıqlı münasibətlərinin ümumiyyətlə araşdırılmadığını, hətta onların biri-biri ilə əlaqəsinin müəyyənləşdirilmədiyini, əgər bu, məhkəmə tərəfindən araşdırılmış olsa idi, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən suallara işıq tutulmuş olacağını, bu halın birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmadan yanlış qətnamə qəbul etməsinin bir daha tə sdiq etdiyini, iddiaçının iddia etdiyi halların əsaslandırılıb sübuta yetirilmədiyini, belə ki, iddiaçının əvvəllər yaranmış hüquq münasibətini (alqı-satqını) bir çoxlarının etdiyi kimi ümumi etibarnamə verməklə pərdələdiyini və hansısa yalnız özünə bəlli səbəbdən sonradan ləğv etdirməsini sadəcə əsaslandıra bilmədiyini, çünki, onun Ağazadə Toğrulun məhkəmə iclasına gəlməsinə və dindirilməsinə qatı müxalifəti də iddia etdiyi halların həqiqiliyinə kifayət qədər ciddi şübhələr yaratdığını, habelə, məhkəmədə ifadə vermiş cavabdeh tərəfdən çıxış edən şahidlərin ifadələrinin qətnamədə nəzərə alınmadığını qeyd etmişdir. Cavabdeh apellyasiya şikayətinin hüquqi əsası kimi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına, “F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli qərarına, “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 dekabr 2019-cu il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 62.1, 77.1, 87, 175 və 217.3-cü maddələrinə istinad etmişdi r. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxışı zamanı 13 may 2025-ci il tarixli məhkəmə baxışı iclasında Cavabdeh “İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 09 dekabr 2024-cü il tarixl, 2(078)-1258/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyini, apellyasiya baxışı zamanı iddiaçı Namiq Ərdoğanla qarşılıqlı razılıqlarına əsasən avtomobili alarkən ödədiyi 4500 (dörd min beş yüz) manat pulun ona geri qaytarıldığını, bu səbəbdən onun iddiaçı X4 ilə aralarında hər hansı bir mübahisə qalmadığını, qarşılıqlı razılıqlarına uyğun olaraq apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətinə xitam verilməsini xahiş etdiyi” barədə 13 may 2025-ci il tar ixli ərizəsini kollegiyaya təqdim etdi. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar Cavabdeh ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də, Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən apellyasiya şikayətindən şəxsin imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq, apellyasiya icraatına xitam verildiyindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 400- cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndə rilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1258/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və apellyasiya şikayət i üzrə icraata хitam verilsin. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar