Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-73/2025 18.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızının, İddiaçı5 və İddiaçı4 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkə məsinin 06 mart 2025-ci il tarixli, 2(078)-41/2025 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızı, İddiaçı5 və İddiaçı4 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinin xüsusi notariusu X10 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinin xüsusi notari usu X15 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X7, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X1, 1/14 hissəsi üzərində X4 və 1/14 hissəsi üzərində X2 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışın ləğv edilməsi, Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinin xüsusi notariusu X15 tərəfindən veril miş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində Cavabdeh1, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X1, 1/14 hissəsi üzərində X4 və 1/14 hissəsi üzərində X2 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlak üzərində Cavabdeh1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 Firudin qızının 1/6 hissə, İddiaçı1 1/6 hissə, İddiaçı4 1/6 hissə və X3 1/6 hissə paya malik olduğuna dair qanun üzər vərəsəlik hüq uqu haqqında şəhadətnamələr verilməsi vəzifəsinin Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinin xüsusi notariusu X11 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində işə baxılarkən iddia tələbinin dəqiqləşdirilərək Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinin xüsusi notariusu X16 əvəzinə Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinin cavabdeh olaraq işə cəlb edilməsinə dair iddiaçılar tərəfindən məhkəməyə ərizə təqdim olunmuş, ərizə nəzərə alınaraq məhkəmə tərəfindən “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinin xüsusi notariusu X8 əvəzinə Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisi prosesə cəlb olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(078)-41/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməklə Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 2 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X7, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X1, 1/14 hissəsi üzərində X4 və 1/14 hissəsi üzərində X2 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024cü il tarixdə verilmiş çıxarış ləğv edilməsi, Naxçıvan “As an Xidmət Mərkəzi”ndə Notariat Ofisinin xüsusi notariusu X15 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinin xüsusi notariusu X15 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 2 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində Cavabdeh1, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X1, 1/14 hissəsi üzərində X4 və 1/14 hissəsi üzərində X2 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışın ləğv edilməsi, ünvan 3 ünvanında ye rləşən mərhum X5 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində İddiaçı1 payı 1/14 hissə, həmin ünvanda mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı 10/42 hissə, İddiaçı2 ünvan 4 ünvanında yerləşən mərhum X5 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, İddiaçı3 Firudin qızının ünvan 3 ünvanında yerləşən mərhum X5 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, İddiaçı4 ünvan 3 ünvanında yerləşən mərhum X5 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, iddiaçı X2 ünvan 3 ünvanında yerləşən mərhum X5 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/14 hissə, həmin ünvanda mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın ½ his səsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı 10/42 hissə, mərhum X7 ünvan 3 ünvanında yerləşən mərhum X5 miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində 2/14 (1/7) hissə, həmin ünvanda mərhum İddiaçı3 İsmayıl qızından miras qalan daşınmaz əmlakın ½ hissəsi üzərində payı 1/6 hissə olmaqla ümumi daşınmaz əmlak üzərində payı 13/42 hissə, mərhum X6 miras qalan ünvan 4 ünvanında yerləşən 13/42 hissə payına münasibətdə isə həmin 13/42 hissədə Cavabdeh1 payının müəyyən edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. İş üzrə İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2(078)-41/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Naxçıv an Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli qərardadı ilə İddiaçı1 verdiyi apellyasiya şikayətinin geri qaytarılması, xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun Vəkil geri qaytarılması müəyyən edilmişdir. İddiaçı1 sözügedən qərardaddan şikayət verərək, Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e-2(078)-41/2025 nömrəli qərardadının ləğv edilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2(078)-41/2025 nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e-2(078)-41/2025 nömrəli qərardadın dan İddiaçı1 verdiyi şikayətin baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. İddiaçı1 şikayətində qeyd etmişdir ki, onun tərəfindən apellyasiya şikayəti verilərək, Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və iddiaçıların iddia tələblərinin tam təmin edilməsi xahiş edilib. O, şikayəti qısa şəkildə onunla əsaslandırıb ki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri pozularaq, sübutlar düzgün qiymətləndirilməyərək anasının 6 vərəsəsi olduğu halda, anasına məxsus əmlak yalnız 3 vərəsə arasında bölünüb. Halbuki, 6 vərəsənin hamısı analarından qalmış miras əmlakı qəbul ediblər və bacılardan ikisinin öz əmlaklarından onun xeyrinə paylarından imtina barədə ərizə düzün qiy mətləndirilməyərək, ümumiyyətlə miras əmlakdan imtina kimi qiymətləndirilib. Lakin verilmiş apellyasiya şikayəti Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli qərardadı ilə geri qaytarılıb. Məhkəmə qərardadını onunla əsaslandırıb ki, apellyasiya şikayəti MPM-in 363.1.1-cü maddəsinin tələbinə zidd olaraq, apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilib. Belə ki, Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qətnaməsi ilə anadan qalan miras əmlakda payı müəyyən edilməyən 3 vərəsə olmuşdur ki, qeyd edilən əsasla apellyasiya şikayəti vermək hüququ onlara məxsus olub. İddiaçı1 onların adından və istinad etdiyi əsasla Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmayıb. Hesab edir ki, məhkəmənin qeyd edilən əsasla apellyasiya şikayətini geri qaytarması qanunsuzdur. Belə ki, məhkəmə 06 mart 2025-ci il tarixli qərardadı ilə faktiki olaraq apellyasiya şikayətinin mahiyyəti üzrə qərar vermişdir və əsassız olaraq onun Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qətnaməsindən şikayət vermək hüququnun olmadığı qənaətinə gəlmişdir. Belə ki, MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Göründüyü kimi, MPM-in 357.1-ci maddəsinə əsasən, iddia tələbinin təmin edilibedilməməsindən və ya tam tə min edilib-edilməməsindən asılı olmayaraq, tərəflərin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ təsbit edilmişdir. O da iş üzrə tərəf olduğundan, qanunun tələblərinə uyğun olaraq müvafiq apellyasiya şikayəti vermişdir. Artıq bu şikayətin əsaslı olub-olmamasına hüquqi qiymət vermək isə apellyasiya insansiyası məhkəməsinin səlahiyyətindədir. Bundan başqa, məhkəmə baxışı zamanı anadan qalan miras əmlakda payı müəyyən olmayan vərəsələrin də bildirdiyi kimi, onlar öz paylarından onun xeyrinə imtina etmək niyyətində olublar, lakin bunu düzgün rəsmiləşdirə bilməyiblər. Onlar hazırda öz paylarından onun xeyrinə imtina etmək niyyətindədirlər. Göründüyü kimi, anadan miras qalan əmlakda 3 vərəsənin payının müəyyən edilməməsi faktiki olaraq onun da payının az müə yyən edilməsinə gətirib çıxarıb. Belə ki, anadan qalmış əmlak 3 vərəsə arasında deyil, 6 vərəsə arasında bölünmüş olsaydı, dörd vərəsə öz paylarından onun xeyrinə imtina edəcəkdilər, bu da onun pay nisbətinin artmasına səbəb olacaqdı. Odur ki, mahiyyət baxımından da, onun birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ mövcuddur. Qeyd edilənlərdən başqa, Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qətnaməsindən təkcə o, deyil, bütün iddiaçılar şikayət verib. Sadəcə olaraq, iddia ərizəsində olduğu kimi, apellyasiya şikayətini elektron sistemə o daxil edib. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(078)41/2025 saylı qərardadının ləğv edilərək, Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2025ci il tarixli qətnaməsindən v erdiyi apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsini xahiş etmiş, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 363.1.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla iddiaçıya verilmiş şikayətlə bağlı əvvəllər birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri izah olunmaqla ona əlavə edilmiş sənədləri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, kollegiyaya şikayətə dair izahat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edil məklə işdə iştirak edən şəxslərə məlumat verilir. Bu Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(078)-41/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya iş üzrə İddiaçı1 verd iyi şikayətdə qeyd olunan dəlilləri işin müəyyən olunmuş halları ilə qarşılıqlı tədqiq edərək əsassız hesab edir və ilk növbədə onu qeyd edir ki, kollegiya tərəfindən verilmiş şikayətin dəlilləri ilə bağlı iş materialları araşdırılarkən məlum olmuşdur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələblərinə riayət edilmədən verilmiş, birinci instansiya məhkəməsi İddiaçı1 şikayətini Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə riayət edilmədən verildiyi əsası ilə geri qaytarmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və ya xud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Göründüyü kimi apellyasiya şikayəti iddiaçı tərəfindən elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun olmamış, yəni, iddiaçı şikayətində işin hallarını göstərməmiş, bu halı sadəcə iki cümlə ilə izah etməklə kifayətlənmiş, maddi və prosessual hüquq normalarını göstərməmiş, həmçinin şikayəti 2 saylı Əlavədə müəyyən olunmuş cədvəl formasında tərtib etməmişdir. Nəzərə alınmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etd iyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Bundan əlavə şikayət Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə riayət edilmədən verilmiş, İddiaçı1 şikayətin tələb etdi hissəsində “qətnamənin qismən ləğv edilərək, iddia tələblərinin tam təmin edilməsini” xahiş etmiş, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi İddiaçı1 məhkəmə iclasında təqdim etdiyi etibarnamələr əsasında onun pay müəyyən edilməyən həmin üç vərəsə adından apellyasiya şikayəti vermək hüququ olması müəyyən edilməmişdir. ( iş mat. İİ cild. səh.19-20) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İşin yuxarıda qeyd olunan hallarından da göründüyü kimi, apellyasiya şikayəti həm forma və məzmuna dair tələblərə cavab verməmiş, həmçinin apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən imzalanmışdır ki, birinci instansiya məhkəməsi də haqlı olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdi rsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə yuxarıda qeyd xüsusatları nəzərə alan kollegiya hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızının, İddiaçı5 və İddiaçı4 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(078)-41/2025 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərarda dın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(078)41/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızının, İddiaçı5 və İddiaçı4 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi y anında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(078)-41/2025 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət təmin olunmasın. Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(078)-41/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-73/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-73/2025
18.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver