Məhkəmə qərarları › İş №2(108)-78/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-78/2022

27.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-78/2022 27.07.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, Bağırova Sahilə Hümbət qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə Şərur Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(110)-96/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim S.Ə.Qarayev) 18 aprel 2022-ci il tarixli, 2(110)-96/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd ed ilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(110)-96/2022 nömrəli qətnaməsinin ləğv edilərək Şərur rayon Kosacan kəndində mərhum X4 mülkiyyətində olan 0.2338 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 70.18 kv.m (yaşayış sahəsi 24.872 kv.m, yardımçı sahə 45.31 kv.m) olan 1 otaqdan ibarət fərdi yaşayış evinin miras əmlak olaraq tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş İddiaçı apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandır mışdır ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Şərur rayon Kosacan kəndində mərhum X4, X2 və Müslümova (Əsədova) Zəminə Bəhman qızının ümumi birgə mülkiyyəti kimi qeydə alınmış 0.2338 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 70.18 kv.m (yaşayış sahəsi - 24.872 kv.m, yardımçı sahə 45.31 kv.m) olan 1 otaqdan ibarət fərdi yaşayış evinin mərhum atası X5 münasibətdə tərəfindən faktiki qəbulunun müəyyən edilməsi tələbi əsassız olaraq rədd edilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh2 məhkəmənin vaxtı və yeri barədə bildiriş göndərilsə də, o məhkəmə baxışı iclaslarında iştirak etməmiş və iştirak etməməsi barədə hər hansı bir səbəb göstərməmişdir. Cavabdeh1 mərhum arvadı Müslümova (Əsədova) Zəminə Bəhman qızına münasibətdə miras əmlakdan ona çatacaq hissənin pul kompensasiyası ilə əvəz olunacağı təqdirdə iddiaçının miras əmlakı qəbul etməyinə etirazının olmadığını bildirmiş, iddiaçı Cavabdeh1 ona çatacaq hissənin pul kompensasiyası ilə əvəz olunmasına imkanının olmadığını bildirərək, ona çatacaq hissənin torpaq payı ilə əvəzləşdirilməsinə razılaşsalar da daha sonrakı məhkəmə iclaslarında bundan da imtina etmiş, Cavabdeh2 isə məhkəmə iclaslarında iştirak etmədiyindən mərhum anası Müslümova (Əsədova) Zəminə Bəhman qızına münasibətdə miras əmlakdan qəbul və ya imtina etməsi barədə hər hansı bir fikir bildirməmişdir. Digər vərəsələr Əliyeva (Əsədova) Şairə Bəhman qızı və Eyvazova (Əsədova) Maral Bəhman qızı mərhum ataları X3 miras qalmış əmlakdan notarial qaydada onun xeyrinə imtina etmələri barədə ərizə vermiş və məhkəmə baxışı iclasında şahid qismində iştirak edərək bir daha miras əmlakdan onun xeyrinə imtina etmələrini bildirmişlər. Məhkəmə həmçinin belə hesab etmişdir ki, tərəfindən miras əmlakın faktiki qəbulu öz təsdiqini tapmamış və tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki iddia ərizəsində və məhkəmə baxışı iclaslarında mərhum atası X4 vəfatından sonra miras qalmış evə baxmaq üçün gedib-gəldiyini, həmin fərdi yaşayış evində yaşamağına və hər hansı bir təmir-tikinti işlərinin aparılmasına Cavabdeh1 tərəfindən hər vasitə ilə maneçilik törədilməsini, bir qohum kimi münasi bətlərinin daha da pisləşməməsi səbəbindən hər dəfə Cavabdeh1 hərəkətlərinə anlayışla yanaşdığını, yalnız 2021-ci ildə həyətyanı torpaq sahəsində qarğıdalı əkdiyini bildirmişdir. Mülki iddia üzrə maddi hüquq normaları tətbiq edilməmiş, yalnız Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” iş üzrə xx.xx.1997-ci il və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Kostitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-ci il tarixli qərarlarına istinad olunmuşdur ki, həmin qərarların formalaşdırdıqları mövqelərin mövcud tələblə heç bir bağlı lığı yoxdur. Şahidlərin ifadələri məhkəmə baxışında verdikləri həqiqi ifadələrlə uzlaşmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normaları pozulmuşdur. Məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar tamamilə araşdırılmamış, cavabdehlərin mənafeyinə uyğun qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən Şərur Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(110)-96/2022 nömrəli qətnaməsini ləğv edərək, Şərur rayon Kosacan kəndində mərhum X4 mülkiyyətində olan 0.2338 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 70.18 kv.m (yaşayış sahəsi -24.872 kv.m, yardımçı sahə-45.31 kv.m) olan 1 otaqdan ibarət fərdi yaşayış evinin miras əmlak olaraq tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı kollegiyadakı izahatında mərhum atası X4 2016-cı ildə vəfat etdikdən sonra ondan miras qalmış Şərur rayon Kosacan kəndində yerləşən yaşayış sahəsinin vərəsələr tərəfindən qəbul edilmədiyini, özünün faktiki olaraq ara-sıra həyətə getdiyini, evin açarlarının cavabdehlərdə olduğunu, bacısının yoldaşı və oğlunun onu evə buraxmadıqlarını, hazırda həmin evdə heç kimin yaşamadığını, bütün sənədlərin cavabdehlərdə olduğunu, 2021-ci ilə qədər həmin evdə yaşamadığını, əmlaka sahiblik etmədiyini, 2021-ci ildə atasından miras qalmış torpaq sahəsində qarğıdalı əkib becərməyə başladığını, kommunal xərclərdən sadəcə bir il su pulunu ödədiyini, 2021-ci ildə evi atasının adına kimin sənədləşdirdiyini bilmədiyini, 2021-ci ildə mirasın qəbulu ilə bağlı notariusa müraciət etdiyini, lakin notariusun mirasın q əbulu müddətinin keçməsi, həmçinin vərəsələr arasında mübahisə yarandığını əsas gətirərək mirasın qəbulu barədə şəhadətnamə verməkdən imtina etdiyini, buna görə də məhkəmədə iddia qaldırdığını, Şərur Rayon Məhkəməsi tərəfindən iddiasının rədd edildiyini, sözügedən qətnaməni qanunsuz və ədalətsiz saydığını bildirərək apellyasiya şikayətinin təmin edilərək, Şərur Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(110)-96/2022 nömrəli qətnaməsinin ləğv edilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 kollegiyadakı izahatında sözügedən miras əmlakın mərhum X4, X2 və mərhum həyat yoldaşı X1 birgə mülkiyyətində olduğunu, X4 2016-cı ildə rəhmətə getdiyini, qayınatası xəstə olduğu müddətdə ona yoldaşının baxdığını, yoldaşının 2020-ci ildə rəhmətə getdiyini, miras ı nə iddiaçının, nə də özlərinin qəbul etmədiyini, hazırda həmin evdə heç kimin yaşamadığını, ancaq gedib gəldiklərini, iddiaçının 2021-ci ildə orada qarğıdalı əkdiyini, ancaq qonşu ilə söz-söhbəti oldu deyə həyətə gəlmədiyini, iddiaçının da, özünün də evlərinin olduğunu, tezliklə bu məsələyə son qoyulmasının arzusunda olduqlarını, yoldaşının payı verilərsə razılığa gələ biləcəklərini, razılıq üçün təklifinin 8000 manat olduğunu bildirərək apellyasiya şikayətinin rədd edilərək Şərur Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(110)-96/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 kollegiyadakı izahatında atasının izahatında qeyd etdiklərini təsdiq edərək hər iki tərəfə ziyan dəymədən bu işin həll olunmasının tərəfdarı ol duğunu, hər bir halda qohumçuluq münasibətlərini nəzərə alaraq bu işin razılıqla bitməsini istədiyini bildirdi. 27 iyul 2022-ci il tarixində keçirilən məhkəmə baxışı iclasında İddiaçı kollegiyaya ərizə təqdim edərək Şərur Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(110)-96/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina еtdiyini bildirib ərizəni nəzərə alaraq apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası MPM-in 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə q əbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası MPM-in 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Kоllegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar İddiaçı ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası MPM-in 52.5, 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayətindən imtina qanuni və əsaslı olduğundan qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.6-cı maddəsinə əsasən apellyasiya şikayəti verilərkən Kapital Bank ASC-nin Şərur rayon filialı üzrə Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə 17 may 2022-ci il tarixdə ********* nömrəli qəbzlə (Əməliyyat İD: ********) ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 369.2, 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(110)-96/2022 nömrəli qətnaməsindən İddiaçı vеrdiyi apellyasiya şikayətindən imtinası qəbul еdilsin və apеllyasiya şikayətindən imtina еtmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam v еrilsin. Kapital Bank ASC-nin Şərur rayon filialı üzrə Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə 17 may 2022-ci il tarixdə ********* nömrəli qəbzlə (Əməliyyat İD: ********) ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar