Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-79/2025 14.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X12 məhkəmə iclas katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh3, Cavabdeh2, C avabdeh4, Cavabdeh1nə qarşı miras əmlakdan payın naturada ayrılmasına dair ilkin və Cavabdeh4 İddiaçı, Cavabdeh3, Cavabdeh2, X25 və Cavabdeh1nə qarşı mirasın faktiki qəbul edilməsi, miras əmlaka tam payın müəyyən edilməsi, verilmiş vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsinə dair qarşılıqlı iddia tələbləri ilə bağlı mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(110)-43/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “27” sentyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0.0369 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.1945 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən iki fərdi yaşayış evindən qanun üzrə vərəsəlik qaydasında onun düşən 2/5 hissə payın, həmçinin həmin hissənin həyət qapısından içəri daxil olarkən sol tərəfdə yerləşən torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evindən hesablanmaqla, onun xüsusi mülkiyyət hüquqları tanınaraq payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 1-4). Cavabdeh4 isə vəkili-nümayəndəsi Vəkil vasitəsi ilə 19 noyabr 2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət edərək, 18 yanvar 2017-ci il ta rixdə vəfat etmiş atası X18 və 28 mart 2022-ci il tarixdə vəfat etmiş anası X7 miras qalmış əmlakın özü tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka tam pay hüququnun tanınmasına və ilkin iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 67-69). Şərur Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilsə də, Cavabdeh4 vəkili-nümayəndəsi Vəkil 13 dekabr 2024-cü il tarixdə qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə həmin məhkəməyə müraciət edərək, İddiaçı, Cavabdeh3, Cavabdeh2, X25 və Cavabdeh1nə qarşı mirasın faktiki qəbul edilməsi, miras əmlaka tam payın müəyyən edilməsi, verilmiş vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi (mülki iş İ cild, iş vərəqə 105-106, 177). Şərur Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(110)-43/2025 nömrəli qətnaməsi ilə ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilmiş, 18 yanvar 2017-ci il tarixdə vəfat etmiş X4 və 28 mart 2022-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlakın Cavabdeh4 tərəfindən faktiki qəbul olunması faktı və miras əmlaka tam payı müəyyən edilməsi, Cavabdeh1 tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli 2v-78 və 2v-79 reyestr nömrəli vərəsəlik şəhadətnamələri və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış 23 noyabr 2024-cü il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsi qət edilmişdi (mülki iş İİ cild, iş vərəqə 9-16). Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 18 fevral 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(110)-43/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, qanunvericiliyin tələbinə uyğun qaydada əldə etdiyi vərəsəlik haqqında şəhadətnamələrin və torpaq sənədlərinin öz qüvvəsini saxlamasını, iddiasının təmin olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir (mülki iş İİ cild, iş vərəqə 33-42). İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, anası rəhmətə getdiyi tarixdən sonrakı ilk 3 aylıq müddət çərçivəsində, yəni 28 iyun 2022-ci il tar ixində Cavabdeh1nə vərəsəliyin qəbulu üçün müraciət etsə də, həmin vaxt yaradılmış bir sıra süni maneələr səbəbindən müddət ötürülmüşdü. Cavabdehlə aralarında olan eyni predmet (mirasın qəbul edilməsi) üzrə məhkəmə işlərində də sübut qismində təqdim etdiyi eyni tarixli (xx.xx.2022) valideynlərinin ölüm və nikah qeydləri barədə çıxarış sənədlərinin olması, həmin tarixdən müraciət etməyinə baxmayaq, notarius tərəfindən onun notariat ofisinə hər gedişində ayrı bir sənəd tələb olunmasını sistemdə olan 04 iyul 2022-ci il tarixli qeydiyyat yeri üzrə və vərəsələr barədə arayışların təsdiq etməsi, notarius tərəfindən müraciətinin 1 aydan artıq müddətdən sonra - 01 avqust 2022-ci il tarixdə qeydiyyata alınması, habelə “Notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə Şərur Rayon Məhkəməs ində, habelə apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində baxılarkən notariusun ona vərəsəlik haqqında şəhadətnaməni verməmək üçün qəsdən gecikmə etdiyini, hətta bunu etmə səbəbinin vərəsələrdən birinin, yəni onun rəhmətə getməyini gözləməsi olduğunu açıq-aşkar məhkəmə iclasında etiraf faktları onun anası X7 qalan miras əmlakı qəbuletmə prosesində həmin vaxt qüvvədə olan mirası qəbuletmə müddətini hansı səbəbdən ötürdüyünü təsdiq etmişdir. Notariusun qərəzli hərəkəti ilə yanaşı müddətin ötürülməsində digər bir faktor kimi qeyd etmək zəruridir ki, Cavabdeh4 valideynlərindən miras qalmış torpağın sənədlərini mərhum valideynlərinin yaşadığı evdən götürdüyündən və Şərur Rayon Daşınmaz Əmlak Xidmətinə müraciət etdiyi zaman sənədlərin arxivdə mövcud olmadığı bildirildiyin dən vərəsəliyin rəsmiləşdirilməsi üçün zəruri olan və cavabdeh tərəfindən bir növü oğurlanmış torpaq sənədlərini əldə etmək məqsədilə özünün son çarə Şərur Rayon Polis İdarəsinə etdiyi müraciətinin nəticəsi kimi 15 sentyabr 2022-ci il tarixdə sənədlərin rəsmi qəzetdə itmiş əşya qismində elanı verilmiş, məhz həmin elandan sonra daşınmaz əmlak xidmətində mərhum valideynləri adına olan yeni torpaq sənədi çıxarılmış, Cavabdeh4 isə köhnə (mərhumların evindən götürdüyü) sənədləri 2022-ci ilin dekabr ayında Şərur Rayon Məhkəməsinə təqdim etmiş, bununla da valideynlərindən miras qalmış torpağın sənədlərini cavabdeh-iddiaçı Cavabdeh4 götürdüyü, yəni miras əmlakı qanunvericiliklə müəyyən olunmuş vaxt çərçivəsində qəbul etməyində qərəzli maneçilik törətdiyi sübut olunmuşdu. Lakin əvvəlki işlər üzrə m əhkəmə icraatlarının heç birində bu hal sübut olunmasına baxmayaraq ədalət mühakiməsi tərəfindən nəzərə alınmamışdı. Hazırkı mübahisədən əvvəl aparılmış məhkəmə icraatları hər iki tərəf üçün qaneedici nəticə (miras əmlakda hüquqların tanınması, payların müəyyən olunması və bölünməsi) ilə yekunlaşmadığından sonuncu dəfə onun 27 sentyabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi ilə eyni predmet üzrə məhkəmə mübahisəsi davam etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 05 aprel 2024cü il tarixli, 2(108)-30/2024 nömrəli qətnaməsinin “Apellyasiya instansiyası məhkəməsinin mövqeyi” hissəsində birbaşa qeyd olunmuş “iddiaçının hazırkı iş üzrə mübahisəsi Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının hazırda məhkəmələ rin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi tələbinin bilavasitə təsiri altına düşdüyündən iddiaçı miras əmlakın tərkibinə aid müvafiq sənədləri mirasın açıldığı yer üzrə notariat orqanına təqdim etməklə mirasın qəbul edilməsi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin tələb edilməsi və miras əmlakla bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarını realizə edə bilər və göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası bir daha vurğulayır və izah edir ki, Mülki Məcəllənin 1246-cı maddəsi (mirasın qəbul edildiyi müddət) Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən qüvvədən düşmüş hesab edildiyindən və həmin qərar məhkəmənin icraatında olan hazırkı mübahisəyə şamil olunduğundan İddiaçı 28 mart 2022-ci il tarixdə ölmüş, mərhum anası X7 miras qalm ış əmlakdan ona çatası payı qəbul etmək hüququ vardır və qeyd olunan qərarın tələblərinə görə bu hüququn həyata keçirilməsi və qanuni mənafeyinin qorunması, vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün notarius tərəfindən ona köməklik göstərilməlidir” ifadələrini və ali hüquqi qüvvəli rəsmi sənəd olan Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında birbaşa təsbit olunmuş “Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin...Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz” müddəalarını rəhbər tutaraq Şərur rayon 1 saylı notariusa müraciət etmiş, müraciətinin n əticəsi kimi 22 iyun 2024-cü il tarixdə mərhum atası və anasının hər biri üçün miras qalmış əmlakı və onun mirası qəbul etdiyini təsdiq edən vərəsəlik haqqında şəhadətnamələrini almış, miras əmlakdan həmin şəhadətnamələr əsasında təsbit olunmuş payının naturada ayrılması tələbi ilə Şərur Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi davam etdiyi dövrdə isə ümumi payının 2/10 hissəsində payı qeyd edilmiş, 21 noyabr 2024-cü il tarixli torpaq sahəsinin planı və 23 noyabr 2024-cü il tarixli çıxarışı qanunvericiliyin tələbinə uyğun qaydada əldə edərək sübut qismində məhkəməyə təqdim etmişdi. Təəssüf hissi ilə bildirir ki, birinci instansiya məhkəməsində aparılan məhkəmə icraatı boyunca təqdim etdiyi bir sıra sübutlar, vəsatətlər, etiraz və izahatlar məhkəmə tərəfindən qiymətləndirilməmiş di. Belə ki, 17 noyabr 2024-cü il tarixli vəsatətində vərəsəlik haqqında şəhadətnaməni almağı, Cavabdeh4 valideynlərindən qalan daşınmaz əmlakın sənədlərini gizli şəkildə götürməsi, cavabdehin mərhum valideynlərindən miras qalmış yaşayış evinin kommunal müqavilələrini öz adına rəsmiləşdirmək üçün qeyri-qanuni şəkildə, miras əmlakda paylar müəyyən olunmadan əvvəl sahiblik etməyə cəhdlər etməsi və bu cəhdlərin qarşısını almaq üçün müvafiq kommunal idarələrinə müraciət etməsi faktlarını müvafiq sübutlarla əsaslandırmağına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən vəsatətinə heç bir münasibət bildirilməmişdir. Əlavə olaraq Cavabdeh4 nümayəndəsi tərəfindən 19 noyabr 2024-cü il tarixli hazırlıq iclasından sonra təqdim olunmuş və iş üzrə icraata qəbul edilmiş qarşılıqlı iddia ərizəsi Azə rbaycan Respublikasının Mülki-ProsessualMəcəlləsinin 135.6-cı maddəsində birbaşa təsbit olunmuş “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır” müddəasının tələblərinə əməl edilməyərək elektron məhkəmə sisteminə vaxtında yüklənməmişdir. Məhz özünün cavabdehin məhkəmə tərəfindən icraata qəbul olunmuş qarşılıqlı iddia ərizəsi ilə tanış ola bilmədiyindən, öz hüquqlarının müdafiəsini hərtərəfli təşkil etməkdən məhrum edilməkdə olduğunu ifadə etdiyi 02 dekabr 2024-cü il tarixli vəsatətindən dərhal sonra sistemə əlavə edilmiş və onun da tanış olduğu, tamamilə əsassız və həqiqəti əks etdirməyən bir sıra ifadələr qeyd olunmuş qarşılıqlı iddia ərizəsinə qarşı 05 dekabr 2024-cü il tarixdə ünvanladığı etiraz ərizəsinə də eyni şəkildə hakim tərəfindən heç bir münasibət bildirilməmiş, etirazda qeyd etdiyi faktlara və sübutlara qiymət verilməmiş, hətta bir sıra sənədlər (qəzet elanı, əvvəlki işlər üzrə məhkəmə qərarlarının bir qismi, notariusa müraciəti təsdiq edən bir sıra arayışlar, və s) Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(110)-43/2025 nömrəli qətnaməsinin “yazılı sübutlar” hissəsində öz əksini tapmamışdı. Daha bir hal kimi sözügedən qətnamədə həqiqətə uyğun olmayan məlumatların yazıldığını d a qeyd etmək zəruridir. Belə ki, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin həmin qətnaməsində “İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2(102)-374/2023 nömrəli qərarından görünür ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(108)-71/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayəti təmin edilməyərək iş üzrə icraata hüquqi əhəmiyyətli faktlara iddia icraatında baxılmasının yolverilməzliyi əsası ilə xitam verilmişdir” ifadəsinin həqiqəti əks etdirməməsi ilə bərabər, sözügedən qərarın “qərara aldı” hissəsində “İddiaçı Balayeva (Quliyeva) Solmaz Yunis qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin” ifadəsi qeyd olunmuşdur. Qə tnamədə “işdə iştirak edən şəxslərin izahatları” hissəsində qeyd olunmuş “Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı məhkəməyə göndərdiyi yazılı izahatlarında, məhkəmədə verdiyi izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları bir daha təsdiq etdiyini, ata-anasının sağlığında onlara özünün baxdığını, Qulunun onlara baxmadığını, miras əmlakdan ona heç bir pay çatmadığını, Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarının mübahisəyə tətbiq edilməli olmasını, bu barədə Naxçıvan Muxtar Respublikası apellyasiya məhkəməsinin qərarında da göstərildiyini bildirərək məhkəmədən ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir” cümləsinin heç bir şəkildə həqiqəti əks etdirmədiyini, məhkəmənin işlətmədiyi ifad əni qətnamədə qeyd etmə səbəbi barədə heç bir məlumatının olmadığını bəyan edərək qeyd etmişdi ki, o istər iddia ərizəsində, istərsə də, müxtəlif vaxtlarda ünvanladığı etiraz, izahat və vəsatətlərində yalnız və yalnız öz hissəsinə çatası olan payın naturada ayrılması tələbini ifadə etdiyini, vərəsə kimi digər bütün övladların hüquqlarına etiraz etmədiyini, yalnız Cavabdeh4 miras əmlaka tam şəkildə yiyələnməsinin “biz digər vərəsələrin hüquqlarının pozulması demək olduğunu” vurğulamış, hər zaman öz iddiasını müdafiə etmiş, cavabdehin mərhum valideynlərinə sağlıqlarında pis rəftar göstərmiş olduğunu bildiyi halda miras əmlakdan Cavabdeh4 pay çatmamalı olduğunu heç zaman ifadə etməmişdir. Qeyd edilməli olan məqamlardan bir digərinin də birinci instansiya məhkəməsində icraat zamanı şahid ifadə lərinin həqiqiliyinin yoxlanmamasıdır. Belə ki, mərhum valideynlərinin hər ikisinin sağlıqlarında, xəstələndikləri zaman bacısı Tovuzla özünün onlara qulluq göstərdikləri faktı işdə iştirak edən hər kəsə (əvvəlki məhkəmə prosesinə də eyni hakimin sədrlik etdiyini nəzərə alaraq) məlum olmaqla bərabər, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2(110)-148/2023 nömrəli qətnaməsində də öz əksini tapmış şahid qismində iştirak edən X19, X8 və X5 ifadələri ilə birbaşa təsdiqini tapmış olsa da, hazırkı icraat üzrə şahidlərin ifadəsi dinlənildiyi zaman Ə.Məmmədov əvvəlki iş üzrə verdiyi ifadənin ziddi şəkildə danışaraq ata-anaya Tovuz və İsgəndərin baxdığını, onun ara-sıra gəldiyini, valideynləri rəhmətə getdikdən sonra onu ümumiyyətlə orada görmədiyini bildir mişdir. Hasar qonşusu olduğu halda hakim tərəfindən verilmiş mərhumlarla bağlı bəsit sualları belə bilməyən və əvvəlki ifadəsi ilə üst-üstə düşməyən bəyanları olan və cavabdehlə yaxın münasibətdə olduğu bilinən şəxsin ifadəsinin mötəbərliyinin nə dərəcə aşağı olduğunun təqdiri məhkəmənindir. Qətnamədə digər şahid X9 ifadəsinin məhkəmə prosesindən fərqli şəkildə qeyd olunması da digər bir pozuntu halı kimi qiymətləndirilməlidir. Belə ki, T.Ağayeva öz çıxışında açarların Solmazdan Qulu tərəfindən hədə-qorxu ilə alındığını ifadə etməsinə, habelə əvvəlki işlər üzrə icraatda da Solmazda evin açarlarının olmasının elə onun valideynlərinin yanında qaldığının sübutu olduğunu deməsinə baxmayaraq şikayət etdiyi qətnamədə “sonra Solmazın açarları Quluya verdiyi” ifadəsi qeyd olunmuşdur. Cavabdeh tərə findən balta ilə hədələndiyi və Cavabdeh4 ona və digər yaxınlarına balta ilə xəsarət yetirməsindən qorxduğu üçün açarları təhvil verməyə məcbur olmağına və bu faktı daha əvvəlki kassasiya icraatı prosesində T.Ağayeva da təsdiq etməklə, hakim Mehdi Əliyevə məlum olmağına baxmayaraq, qətnamədəki cümlə leksik baxımdan açarları “sanki öz iradəmlə verdiyim” mənasını daşıyır və bu səbəbdən də yanlış qeyd olunduğunu bəyan edir. Məhkəmənin iddianın rədd edilməsinə əsas kimi qeyd etdiyi “Cavabdeh1 İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi ilə bağlı 16 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməmişdir. Buna baxmayaraq 22 iyun 2024-cü il tarixdə Cavabdeh1 tərəfindən iddiaçıya qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərək iddiaçıya 1/5 pay müəyyən edilmişdi. Məhkəməyə təqdim edilmiş notariat işinin surətindən müəyyən olunur ki, notariat orqanı İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi ilə bağlı qüvvədə olan 16 noyabr 2022-ci il tarixli qərarına zidd olaraq notariat hərəkəti aparmış və 22 iyun 2024-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir” yanaşması ilə qətiyyən razılaşmayaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsini (Etimad hüququnun qorunması prinsipi) rəhbər tutaraq qeyd edir ki, notariusun əvvəlki qərarının sistemdə ləğv edilməməsi iddiaçının (onun) təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğura bilməz. Birinci instansiya məhkəməsinin “Məhkəmə həmçinin ilkin iddia üzrə iddiaçının Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına istinadən ilkin iddianın əsassız olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, hazırda baxılan iş üzrə vərəsəlik hüquq münasibətlərinin yaranması vaxtı, yəni valideynlərin vəfatı (2017-ci il və 2022-ci illər), həmçinin notariat orqanının 16 noyabr 2022-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi ilə bağlı qərarının olması, həmin qərarın ləğv edilməməsi, həmçinin iddiaçının mirasın faktiki qəbulu ilə bağlı iddia tələbi üzrə kassasiya instansiyası məhkəməsinin yekun qərarının 22 noyabr 2023-cü il tarixdə qəbul edilməsi onu deməyə əsas verir ki, qeyd olunan qərar hazırkı vərəsəlik mübahisəsinə şamil oluna bilməz” şəklində qeyd etdiyi əsaslandırması birbaşa onun konstitusion hüquqlarını pozmaqla, iş üzrə ilkin iddiasının rədd olunması, qarşılıqlı iddianın təmin olunması ilə nəticələndirmiş, bununla da işə baxan hakim tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2(108)-30/2024 nömrəli qətnaməsinin “Apellyasiya instansiyası məhkəməsinin mövqeyi” hissəsində birbaşa yuxarıda qeyd olunmuş ifadələrini deyil, yalnız məhkəmənin “qət etdi” (yekun) hissəsi nəzərə alınmış, ən əsası da birinci instansiya məhkəməsinin öz qərarında da istinad etdiyi “Belə ki, qurucu mahiyyətdə olmayan və əqd sayılmayan vərəsəlik şəhadətnaməsi, v ərəsələrin miras əmlaka artıq qanun əsasında yaranmış hüquqlarını təsdiqləyən (açıqlayan), eləcə də müvafiq qeydiyyatın aparılmasına əsas təşkil edən sənəddir” müddəasında da qeyd olunduğu kimi miras əmlaka hüquqlarını təsdiq edən şəhadətnamələrinin mövcudluğuna məhəl qoyulmamış, valideynlərinin vəfat etmələri nəticəsində yaranmış, mübahisəsiz vərəsəlik hüquqları nəzərə alınmamış, əldə etdiyi hüququ əlindən alınmış, istənilən halda, yəni müvafiq şəhadətnamə və torpaq sənədi mövcud olmadığı təqdirdə belə onun mirası faktiki və ya formal olaraq qəbul etməyi üçün cavabdeh tərəfindən edilmiş qərəzli hərəkətlər, habelə bacısı X16 onun xeyrinə miras əmlakdakı pay hüququndan imtina etməsi faktı yox sayılmış və ona məlum olmayan səbəbdən yalnız cavabdeh-iddiaçının mənafeyi gözlənilməklə müvafiq qə rar qəbul edilmişdir. Son olaraq cavabdehin 16 noyabr 2024-cü il tarixində Şərur Rayon 2 saylı Notariat ofisinə müraciət etdikdən sonra özünün vəkil-nümayəndəsi tərəfindən ünvanlanmış qarşılıqlı iddia ərizəsi və dəqiqləşmə barədə ərizədə hazırda qüvvədən düşmüş “mirasın qəbul edilməsi üçün müddət” məsələsinin üzərində dayanması ziddiyyətini də ayrıca diqqətə çatdırmaqla, birinci instansiya məhkəməsinin yuxarıda qeyd etdiyi halları tam, hərtərəfli araşdırmadan və təqdim etdiyi sübutlar üzrə hərtərəfli qiymətləndirmə aparmadan, habelə məhkəmənin obyektiv mövqeyinə əməl etmədən, yalnız iddiaçı-cavabdehin mənafeyini gözləməklə, onun vərəsə kimi hüquqlarını heçə saymaqla qətnamə qəbul etmişdi. Şikayət edən apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasın ın 29, 60, 71-ci, Mülki Məcəllənin 1159, 1243, 1261, 1276, 1322-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı protokola, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsi əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2, 9, 14, 88, 135.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunlu ğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarlarına istinad etmişdi. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 02 may 2025-ci ildə "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə apellyasiya şikayəti ilə oxşar məzmunlu yazılı izahatını kollegiyaya təqdim etmişdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, ilk dəfə Şərur Rayon Məhkəməsinə müraciət edən zaman keçirilmiş iclaslarda notariusun nümayəndəsi iştirak etmişdi. Özünün orada da qeyd etdiyi kimi müb ahisə predmeti olan evlərdə mütəmadi olaraq qalmasa da, davamlı ora gedib-gəlib. Anası vəfat etdikdən sonra qorxaraq da olsa qırx məclisini keçirmişlər. İki bacı həmin evə getməsinə imkan verilməyib. Cavabdeh4 onu təhdid edərək evin açarını əlindən alıb. Şərur Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclaslarının audio-video yazılarında bununla bağlı izahatları öz əksini tapıb. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 05 aprel 2024-cü il tarixli qətnaməsində Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının öz mübahisələrinə də şamil edilməsi öz əksini tapmışdı. Bundan sonra özü rəsmi müraciət edərək, qanuni yolla əmlaklar barədə şəhadətnamələri əldə edib. Daha sonra qarşı tərəfin vəkili-nümayəndəsi məhkəməyə müraciət edərək həmin şəhadətnamələ ri ləğv etdirdi. Şəhadətnamə əsasında torpaq üçün çıxarış almışdı. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, 1980-ci ildə ailə həyatı qurub, bundan sonra qayınatasının Şərur rayonu, Muğancıq kəndində yerləşən evinə gəlin köçüb. Atası 2017-ci ildə vəfat edən zaman özü Muğancıq kəndində yaşayırdı. Atası rəhmətə getdikdən sonra anası yaşadığı üçün mirasın qəbulu ilə bağlı özü tərəfindən hər hansı hərəkət etməyib. Anası 2022-ci ildə rəhmətə gedən zaman özü Muğancıq kəndində qeydiyyatda olsa da, uşaqlarını məktəbə aparıb-gətirmək üçün Naxçıvan şəhərində yaşayıb. Anası vəfat etdikdən sonra onun qırx mərasimini çıxmağını gözləmiş və bundan sonra mirasın qəbulu ilə bağlı notariusa, daşınmaz əmlaka müraciət etmişdi. Qarşı tərəf çöl torpağının sənədini xəbərsiz götürdüyü və qaytarmadığı üçün qəzetə müraciət edərək həmin sənədi ləğv etdirib. Anası vəfat etdikdən sonra 2022-ci ilin may ayında notariusa müraciət edib. Anası və atası vəfat edənə qədər Şərur rayonu, Məmmədsabir kəndində yerləşən və mübahisə predmeti olan evdə, digər evdə isə qarşılıqlı iddia üzrə iddiaçı yaşamışdır. Atası və qardaşı Şərur rayonu, Məmmədsabir kəndinə eyni torpaq üzərində yerləşən fərqli evlərdə yaşamışlar. Mübahisə predmeti olan torpaq üzərində tikilmiş evlərin daşınmaz əmlak orqanı tərəfindən qeydiyyata alınması ilə bağlı hər hansı sənəd təqdim edə bilmir, çünki onlar qeydə alınmayıb. Valideynləri sağ olduqları müddətdə vəsiyyətnamə tərtib etməyib. Daşınmaz əmlakların bölünməsi ilə bağlı nə atası-anası, nə də bacı və qardaşları arasında hə r hansı yazılı razılıq olmayıb. Atası vəfat etdikdən sonra həmin həyətdə anası və qardaşı Qulu yaşamağa davam edib. Özü atasından qalmış miras əmlakla bağlı hər hansı hərəkət etməyib. Atasından qalmış miras əmlakla bağlı notariusun ona hansı qaydada şəhadətnamə verdiyini bilmir. Anası vəfat etdikdən sonra mübahisə predmeti olan evdə heç kim yaşamayıb. Bacısı Tovuz notarial təsdiqli ərizəni məhkəmədə iştirak etməmək üçün vermiş və onda yazılanlar notarius tərəfindən qeyd edilmişdi. Tovuzun qəbul etmədiyi miras əmlakı hansı qaydada ona verməsi ilə bağlı fikri yoxdur. Özü atasından qalan mirasla bağlı heç bir iddia qaldırmayıb. Özü şəhərdə yaşasa da atası xəstə olduğu müddətdə, vəfat edən zaman və anası tək qaldıqdan sonra gedib orada qalıb. Atası 19 yanvarda dünyasını dəyişdikdən sonra onu n qırx mərasiminə qədər anası ilə birlikdə həmin evdə yaşayıb. Özünün gedib anasının yanında qalmağı mirasın qəbul edilməsi kimi sayılmalıdır. Atası rəhmətə getdikdən sonra anası kartof əkmiş, özü isə həyəti suvarmışdı. İddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini kollegiyadan xahiş etmişdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi izahatında bir orqan kimi qətnamə çıxarıdıqdan sonra verilmiş şəhadətnamə əsasında qeydiyyatı həyata keçirə bildiklərini, tərəflərdən hansı şəhadətnamə təqdim edərsə onun əsasında da qeydiyyat aparılacağını, özlərinin notariu s tərəfindən həyata keçirilmiş hərəkətlərlə bağlı araşdırma aparmaq səlahiyyətinə malik olmadıqlarını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsində nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın qeydiyyatını həyata keçirdiklərini, daşınmaz əmlakla bağlı aparılmış dövlət qeydiyyatının əsasını notarius tərəfindən verilmiş şəhadətnamə təşkil etdiyini bildirərək, yekunda qanunauyğun qərar çıxarılmasını kollegiyadan xahiş etmişdi. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında bildirmişdi ki, İddiaçı miras əmlakı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etməyib. Bununla bağlı onun məhkəməyə etdiyi müraciət də əsassızdır. Onun tələbi biri nci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, sonrakı mərhələdə apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılsa da, Ali Məhkəmə tərəfindən ləğv edilmişdi. Hazırda qeyd edilmiş notarial hərəkətlərin hansı qaydada aparılması məlum deyil. İddiaçı valideynləri vəfat etdikdən sonra notariat ofisinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciət etmədiyindən ona sonradan verilmiş şəhadətnamələr əsaslı hesab edilməməlidir. Miras əmlak təmsil etdiyi şəxs tərəfindən faktiki olaraq qəbul olunmuşdur. Vəkil-nümayəndə ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, özünün şəxsi fikrinə görə bu mübahisə Konstitusiya Məhkəməsinin Plenumunun qərarının təsir dairəsinə düşmür. Cavabdeh4 ona ata və anasının sağlıqlarında vəsiyyətnamə tərtib etmədiyini bildirib. Mübahisə predmeti olan torpağı n üzərində yerləşən evlərin dövlət qeydiyyatına alınıb-alınmaması ilə bağlı hər hansı sübutları yoxdur. Bildiyi qədər açarın ilkin iddia üzrə iddiaçıdan alınması məsələsi olmayıb. Evin açarının İddiaçı alınması onun evi miras olaraq qəbul etməsinə maneə yarıdılması kimi təsir edə bilməz. Hər iki ev eyni torpaq sahəsinin üzərindədir. X25 tərəfindən verilmiş ərizənin əhəmiyyəti yoxdur belə ki, o mirası qəbul etməmişdir və qəbul etmədiyi mirasdan imtina etməyi əsassızdır. Vəkil yekunda apellyasiya şikayətinin rədd edilməsi və Şərur Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə c avabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 nümayəndəsinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdi. Cavabdeh1 notariusu 16 aprel 2025-ci il tarixli, 35 nömrəli məktubla kollegiyaya müraciət edərək iş yükünün çoxluğu ilə bağlı məhkəmə iclasında iştirak etməsinin mümkün olmadığını, onun iştirakı olmadan keçirilməsini kollegiyadan xahiş etmişdi. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə yuxarıda qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. Azərbaycan R espublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli çıxarışından X21 ilə X22 arasında 01 aprel 1957-ci il tarixdə nikah bağlanması (mülki iş İ cild, iş vərəqə 09); - 13 fevral 1961-ci il tarixli, İE seriyalı, 970161 nömrəli doğum haqqında şəhadətnamənin surətindən X13 xx xxxxxx 1961-ci ildə doğulması, X10 onun atası, X14 anası olması (mülki iş İ cild, iş vərəqə 131); - 25 sentyabr 1980-ci il tarixli, İİ-JQ seriyalı, 289841 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən X32 ilə X23 arasında nikah bağlanması və nikah bağlanması zamanı sonuncunun özünə ərinin soyadını seçməsi (mülki iş İ cild, iş vərəqə 132); - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli, AZ-İ seriyalı, 596282 nömrəli akt qeydindən çıxarışdan X10 18 yanvar 2017-ci il tarixdə ölməsi (mülki iş İ cild, iş vərəqə 11); - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş 18 yanvar 2024-cü il tarixli, AZ-İ seriyalı, 871595 nömrəli akt qeydindən çıxarışdan X14 28 mart 2022-ci il tarixdə ölməsi (mülki iş İ cild, iş vərəqə 129); - Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin Məmmədsabir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli, 131 nömrəli arayışdan Cavabdeh3, Cavabdeh2, X25, X23 və Cavabdeh4 X3 vərəsələri olması (mülki iş İ cild, iş vərəqə 74); - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazir liyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş 05 aprel 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan, həmçinin JN seriyalı, 085A nömrəli, 10210028 kod nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0.1945 hektar həyətyanı torpaq sahəsinin X18 və X14 birgə mülkiyyətində olması (mülki iş İ cild, iş vərəqə 05, 75-78); - JN seriyalı,132 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il tarixli, 06 nömrəli qərarı ilə Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0.04 h ektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 və X14 birgə mülkiyyətinə verilməsi (iş vərəqə 79-81 ); - Şərur rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 13 oktyabr 2022-ci il tarixli, 8İ-1579 nömrəli ərizədə X16 valideynləri X18 və X7 miras qalan əmlakı qəbul etməməsi və mirasdan İddiaçı xeyrinə imtina etməsini qeyd etməsi (mülki iş İ cild, iş vərəqə 16); - Cavabdeh3 Şərur Rayon Məhkəməsinə ünvanladığı 21 oktyabr 2024-cü il tarixli ərizədən onun valideynlərindən qalan miras payından imtina etməsi (mülki iş İ cild, iş vərəqə 40); - Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 22 noyabr 2023cü il tarixli, 2(102)-3740/2023 nömrəli qərarından İddiaçı Cavabdeh3, X25, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia icraatı qaydasında atasından miras qalmış əmlakın anası tərə findən, sonuncudan qalmış mirasın isə özü tərəfindən faktiki qəbul edilməsi tələbinə dair iddia qaldırması, onun tələbinin Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(110)-148/2023 nömrəli qətnaməsi ilə rədd edilməsi, həmin məhkəmə aktından İddiaçı verdiyi apellyasiya şikayətinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(108)-71/2023 nömrəli qətnaməsi ilə təmin edilməməsi, sonuncu qeyd edilən məhkəmə aktından İddiaçı verdiyi kassasiya şikayətinin qismən təmin edilməsi və kassasiya icraatının obyekti olan həmin qətnamənin ləğv edilməsi, sözügedən mülki işin icraatına hüquqi əhəmiyyətli faktlara iddia icraatında baxılmasının yolverilməzliyi əsası ilə xitam verilməsi (mülki iş İ cild, iş vərəqə 82-92); - Cavabdeh1 16 noyabr 20 22-ci il tarixli qərarından İddiaçı 01 avqust 2022-ci ildə anası mərhum X7 miras qalmış əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat orqanına müraciət etməsi və onun müraciətinin vərəsələr arasında mübahisə olması, həmçinin notariat hərəkətlərinin aparılması üçün zəruri olan sənədlərin təqdim olunmama əsası ilə təmin edilməməsi (mülki iş İ cild, iş vərəqə 102); - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 05 aprel 2024cü il tarixli, 2(108)-30/2024 nömrəli qətnaməsindən İddiaçı Cavabdeh1nə qarşı notarius hərəkətlərinin qanunsuz hesab edilməsi, yəni 16 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddia qaldırması və Şərur Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(110)-789/2023 nömrəli qətnaməsi ilə onun tələbinin rədd edilməsi, sonuncu qeyd edilən məhkəmə aktından həmin mülki iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinin təmin edilməməsi (mülki iş İ cild, iş vərəqə 93-101); - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1 26 noyabr 2024-cü il tarixli, 123 nömrəli məktubundan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2(108)30/2024 nömrəli qətnaməsi əsasında İddiaçı mərhum anası X7 miras qalmış əmlak üzrə 22 iyun 2024-cü il tarixdə 2V-79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi (mülki iş İ cild, iş vərəqə125); - Cavabdeh1 tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli, 2V-79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən X14 vərəsəsi İddiaçı mir as əmlakdan 1/5 hissədə pay verilməsi və miras əmlakın X17 verilmiş **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Şərur rayonu, Məmmədsabir kəndində yerləşən ümumi sahəsi 0.1945 hektar olan torpaq sahəsinin ½ hissəsindən ibarət olması (mülki iş İ cild, iş vərəqə 127); - Cavabdeh1 tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli, 2V-78 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən, X10 vərəsəsi İddiaçı miras əmlakdan 1/5 hissədə pay verilməsi və miras əmlak X15 verilmiş **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Şərur rayonu, Məmmədsabir kəndində yerləşən ümumi sahəsi 0.1945 hektar olan torpaq sahəsinin ½ hissəsindən ibarət olması (mülki iş İ cild, iş vərəqə 13); - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş 23 noyabr 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0.1945 hektar torpaq sahəsi üzərində X10 payının 4/10, X14 payının 4/10 hissə və İddiaçı payının 2/10 hissə olması aydın olur (mülki iş İ cild, iş vərəqə 164). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisə ləndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda göstərilən normativ hüquqi aktları qeyd etməkdə məqsədi işdə iştirak edən şəxslərin nəzərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2(102)-3740/2023 nömrəli qərarı və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2(108)30/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırkı vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını çatdırmaqdır Apellyasiya şikayətinin hüquqi həllinə gəldikdə isə kollegiya onu mülki iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; - 5.1-ci maddəsində hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılması göstərilir; - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmçinin həmin Məcəllənin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instans iyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmçinin Mülki-Prosessual Məcəllənin 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəy işdirildiyini göstərməyə borcludur. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, mülki iş üzrə ilkin iddia və qarşılıqlı iddia tələbləri, həmçinin cavabdehlərə münasibətdə birgə iştirakçılıq mövcud olsa da, verilmiş apellyasiya şikayətindən Şərur Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(110)43/2025 nömrəli qətnaməsinin yalnız ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisələndirməsi aydın olur. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının İddiaçı tərəfindən mübahisələndirilən hissəsi təşkil edir. Sonuncunun verdiyi apellyasiya şikayətinin mahiyyətindən aydın olur ki, o sözügedən məhkəmə aktının qismən ləğv edilməsinə yönəlmi şdi. Bu səbəbdən də həmin məhkəmə aktı apellyasiya şikayətinin dəlillərinə münasibətdə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kollegiya verilmiş apellyasiya şikayətini mülki iş materialları, onları isə qanunvericiliyin tələbləri daxilində birlikdə tədqiq edərək belə hesab edir ki, prosessual müraciətin düzgün və obyektiv həll edilməsi üçün ilkin olaraq İddiaçı, Şərur Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(110)-43/2025 nömrəli qətnaməsi ilə gəlinmiş hüquqi nəticələrin hansını mübahisələndirildiyini və mübahisələndirmədiyini aydınlaşdırmaq lazımdır. Buna müvafiq olaraq kollegiya qeyd edir ki, İddiaçı iddia ərizəsindən onun cavabdehlərdən: -Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0.0369 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsindən qanun üzrə vərəsəlik qaydasında ona düşən 2/5 hissə payının naturada ayrılması; - Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0.1945 hektar həyətyanı torpaq sahəsindən qanun üzrə vərəsəlik qaydasında onun düşən 2/5 hissə payının naturada ayrılması; - Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0.1945 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən iki fərdi yaşayış evindən qanun üzrə vərəsəlik qaydasında ona düşən 2/5 hissə payının həyət qapısından içəri daxil olarkən sol tərəfdə yerləşən torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evindən hesablamaqla payının naturada ayrılmasını tələb edir. Cavabdeh4 İddiaçı və digər cavabdehlərə qarşı qarşılıqlı iddia tələbi isə: - valideynləri X21 və X7 qalmış mirasın faktiki olaraq yalnız özü tərəfindən qəbul edilməsi; - həmin miras əmlak üzrə tam payın müəyyən edilməsi; - Cavabde h1 tərəfindən İddiaçı verilmiş 22 iyun 2024-cü il tarixli, 2V-78 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi; - Cavabdeh1 tərəfindən İddiaçı verilmiş 22 iyun 2024-cü il tarixli, 2V-79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi; - Cavabdeh1 tərəfindən İddiaçı verilmiş 22 iyun 2024-cü il tarixli, 2V-78 və 2V-79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən aparılmış 23 noyabr 2024-cü il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsindən ibarətdir. Şərur Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il ta rixli, 2(110)-43/2025 nömrəli qətnaməsi ilə İddiaçı ilkin iddia tələbi tam rədd edilib, qarışlıqlı iddia tələbi isə tam təmin edilsə də, verilmiş apellyasiya şikayətinin mahiyyətindən aydın olur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh həmin hüquqi nəticələrdən yalnız Cavabdeh4 valideynləri X21 və X7 qalmış mirasın faktiki olaraq onun tərəfindən qəbul edilməsinə dair hissəni mübahisələndirmir. Kollegiya verilmiş ilkin və qarşılıqlı iddia tələblərini qanunvericiliyin tələbləri daxilində müzakirə edərək belə nəticəyə gəlmişdir ki, ilkin olaraq apellyasiya şikayətində mübahisələndirilən qarşılıqlı iddia tələbi üzrə hissələrə hüquqi münasibət bildirilməli, daha sonra İddiaçı ilkin iddia tələbi hüquqi cəhətdən həll edilməlidir. Çünki qarşılıqlı iddia tələbinin həlli birbaşa ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin ilkin iddia tələbinə təsir edir. Qarşılıqlı iddia tələbinin hüquqi həllinə gəldikdə isə kollegiya bildirir ki, Cavabdeh4 tələblərindən biri olan onun mərhum valideynləri X18 və X7 qalmış miras əmlakın qəbul edilməsi faktı İddiaçı tərəfindən mübahisələndirilməsə də, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı bacısı İddiaçı mərhum X21 və X7 miras qalmış əmlak üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə Cavabdeh1 tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli, 2V-78 və 2V-79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri mübahisələndirdiyindən, həmçinin mübahisə predmeti bölünməz olduğundan, ümumilikdə X18 və X7 miras qalmış əmlakın onların vərəsələrindən kimlərin qəbul edib-etməməsinə hüquqi aydınlıq gətirməlidir. Çünki məhz bu hüquqi faktın həll edilməsi demək olar ki, ilkin və qarşılıqlı iddia tələblərinin hüquqi həllinin mühüm hissəsini təşkil edir. Həmçinin kollegiya onu da bildirir ki, iddia tələblərindən və apellyasiya şikayətinin predmetindən kənara çıxma kimi qəbul edilə bilməz. Çünki “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhk əmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-3560/2024 nömrəli üç ulduzlu qərarında qeyd edilmişdi ki, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka payları nı təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. Odur ki, məhkəmə, göstərilən münasibətlərlə bağlı mübahisəni həll etdikdə (və ya bundan sonra) eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmadığı kimi, həmin məsələlərlə bağlı notariat orqanının daha əvvəl verdiyi şəhadətnamələrin də hüquqi əhəmiyyəti qalmır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoyma ğı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmçinin həmin Məcəllənin 1147-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. İş materiallarından X11 18 yanvar 2017-ci ildə, X14 isə 28 mart 2022-ci ildə ölməsi sübuta yetirilir. Yəni onların ölümü ilə miras açılmış və bu andan sonra miras əmlak üzrə müəyyən şəxslər-vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdı. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyanlar tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdi. Bu isə o deməkdir ki, hazırkı və ziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsələrin dairəsi Mülki Məcəllənin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsə lərindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən kollegiya bildirir ki, X21 18 yanvar 2017-ci ildə öldüyü zaman onun sağ olan arvadı X22, övladları İddiaçı, X25, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 onun qanun üzrə birinci növbə vərəsəsi sayılır. X3 vərəsələrinin dairəsinin müəyyən edilməsinə gəldikdə isə o, 28 mart 2022-ci ildə öldüyündən, həmin vaxt miras qoyanın sağ olan övladları İddiaçı, X25, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qanun üzrə birinci növbə vərəsəsi sayılır. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək mali k olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Miras qoyanın qanu nla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi prinsipi öz əksini tapmışdır ki, bu da özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Yuxarıda da qeyd edildiyi kimi Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Lakin həmin Məcəllənin 1151.2 və 1162-ci maddələri ilə o da müəyyən edilir ki, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -140-cı maddəsi ilə müəyyən edilir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; - 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; - 178.2-c i maddəsinə görə yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Mülki iş materiallarından məlum olur ki, miras qoyanlar X21 və X14 ölümündən sonra onların ümumi mülkiyyətdə olan, Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0.1945 hektar həyətyanı, və 0.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0.1945 hektar torpaq sahəsi üzərində fərdi yaşayış evinin olmasını qeyd etsə də, o, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdi. Bu səbəbdən də kollegiya İddiaçı sözügedən tələbinin bu hissəsini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsa sən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübut etmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi b axımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş 05 aprel 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan aydın olur ki, mərhumlar ölənədək sözügedən daşınmaz əmlaklar üzərində onların payı müəyyən edilməmişdi. Bununla bağlı kollegiya bildirir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirild ikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 213.3-cü maddəsinin tələbinə görə isə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Qanunvericiliyin tələbindən də aydın olur ki, ümumi mülkiyyətin paylı olması prezumpsiyası mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Hazırkı vəziyyətdə isə daşınmaz əmlaklar üzrə payın müəyyən edilməsi ilə bağlı mülkiyyətçilər arasında razılaşma olması müəyyən edilmədiyindən, qanunvericiliyin sonuncu qeyd edilən normasını, yəni ümumi mülkiyyətdə olan əmlak üzrə işt irakçıların paylarının bərabərliyi prezumpsiyasını rəhbər tutan kolegiya qeyd edir ki, həmin torpaq sahəsi iki nəfərin ümumi mülkiyyətinə verildiyindən, onların torpaq sahələri üzərində payları bərabər olmaqla, hər birinin payı bir hissə təşkil edir. Yəni Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0.1945 hektar həyətyanı və 0.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə mərhum X21 və X7 miras qalan pay həmin daşınmaz əmlakların ½ hissəsini təşkil edir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ ə ldə edir. Bu hüququ əldə edən şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. X1 18 yanvar 2017-ci ildə və X14 28 mart 2022-ci ildə ölməsi ilə onların yuxarıda qeyd edilən vərəsələri vərəsəliyə çağırılmış və ya mümkün vərəsə hesab edilmişdi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının qəbul edilməsinədək mövcud olan qanunvericiliyin tələbinə görə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə no tariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının qəbul edilməsindən sonra isə vərəsəlik münasibətlərində köklü dəyişiklik baş verdiyindən, artıq həmin qərarın qəbul edilməsindən sonra ölən şəxslərin vərəsələrinə münasibətdə mirasın açıldığı vaxtdan vərəsənin üç ay ərzində mirasdan imtina etməsi barədə ərizə vermədiyi halda o, avtomatik həqiqi vərəsə sayılır. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.1 və 217.2-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sonuncu qeyd edilən prosessual normanın tələbindən yola çıxaraq kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1246-cı maddəsində mirasın qəbul edilməsinin müddəti əks edilmişdir ki, həmin normaya əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mir as açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi ü sulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. “G. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömr əli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Miras əmlakın bölünməzliyi prinsipinə əsaslanan kollegiya qeyd edir ki, iş materiallarından, daha dəqiq ifadə edilərsə, birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrindən mərhum X6 miras qalmış əmlakın onun vərəsələrindən mərhum arvadı X22 və övladı Cavabdeh4 qeyri-formal üsulla, 28 mart 2022-ci ildə ölən mərhum X7 miras qalan əmlakın isə onun övladlarından İddiaçı və Cavabdeh4 qəbul etməsi aydın olur. X16 valideynlərindən qalan mirası qəbul etməməsi iş materiallarına əlavə edilmiş və Şərur rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 03 oktyabr 2022-ci il tarixli ərizə ilə, Cavabdeh3 valideynlərindən qalan mirası qəbul etməməsi iş materiallarına əlavə edilmiş 21 oktyabr 2024- cü il tarixli ərizəsi ilə və Cavabdeh2 valideynlərindən qalan mirası qəbul etməməsi birinci instansiya məhkəməsində işə baxılması zamanı 19 noyabr 2024-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında onun verdiyi izahatı ilə öz təsdiqini tapır (mülki iş İ cild, iş vərəqə 16, 40 və 104). Sonuncu qeyd edilən faktın təsdiqi -yəni Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatla bağlı kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olu nması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Kollegiya tərəfindən mərhum X21 və X7 qalmış miras əmlakın Cavabdeh4 tərəfindən qeyri-formal üsulla qəbul edilməsi müəyyən edilsə də, İddiaçı həmin miras əmlak üzrə həqiqi vərəsə olmasının hüquqi əsasını “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqe təşkil edir. Belə ki, həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 12 46 və 1273-1-ci maddələri mütənasiblik, konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş və mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil e dilmişdi. "Elektron məhkəmə" informasiya sistemində olan məlumatları mülki iş materialları ilə əlaqəli şəkildə öyrənən məhkəmə kollegiyası müəyyən edir ki, İddiaçı 29 dekabr 2022-ci ildə Cavabdeh3, X25, Cavabdeh2 və Cavabdeh4 qarşı Şərur Rayon Məhkəməsində iddia icraatı qaydasında atasından miras qalmış əmlakın anası tərəfindən, sonuncudan qalmış mirasın isə özü tərəfindən faktiki qəbul edilməsi tələbinə dair iddia qaldırmış, onun tələbi Məhkəmənin 02 mart 2023-cü il tarixli, 2(110)-148/2023 nömrəli qətnaməsi ilə rədd edilmiş, həmin məhkəmə aktından İddiaçı verdiyi apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(108)-71/2023 nömrəli qətnaməsi ilə təmin edilməmiş, sonuncu qeyd edilən məhkəmə aktından İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2(102)-3740/2023 nömrəli qərarı ilə qismən təmin edilmiş və kassasiya icraatının obyekti olan qətnamə ləğv edilmiş və həmin mülki işin icraatına hüquqi əhəmiyyətli faktlara iddia icraatında baxılmasının yolverilməzliyi əsası ilə xitam verilmişdi. Həmçinin İddiaçı yuxarıda qeyd edilən iddia tələbindən əlavə 01 avqust 2023-cü ildə Şərur Rayon Məhkəməsində Cavabdeh1nə qarşı notarius hərəkətlərinin qanunsuz hesab edilməsi, yəni 16 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddia qaldırmış, Məhkəmənin 23 noyabr 2023-cü il tarixli, 2(110)-789/2023 nömrəli qətnaməsi ilə onun tələbi rədd edilmiş, sonuncu qeyd edilən məhkəmə aktından həmin mülki iş üzrə İddiaçı verdiyi apellyas iya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2(108)-30/2024 nömrəli qətnaməsi ilə təmin edilməmişdi. Mülki iş materiallarında olan Cavabdeh1 16 noyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərar İddiaçı anası X7 miras qalmış əmlak üzrə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı olmuşdu (iş vərəqə İ cild 102). Bütün bu qeyd edilənlərdən İddiaçı anası X7 miras qalmış əmlak üzrə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının təsir dairəsinə düşməsi, yəni həmin qərar qəbul edilən z aman “məhkəmələrin icraatında olan mübahisə” olması müəyyən edilir ki, bu mövqe Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2(108)-30/2024 nömrəli qətnaməsində də öz əksini tapmışdı. Həmçinin kollegiya onu da bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarının genişləndirici təfsir edilərək İddiaçı Cavabdeh3, X25, Cavabdeh2 və Cavabdeh4 qarşı Şərur Rayon Məhkəməsində qaldırdığı işə tətbiq edilməsi (yəni atasından miras qalan əmlaka münasibətdə) hüququn aliliyi prinsipinə zidd yanaşma olar. Yuxarıda göstərilənlərin nəticəsi olaraq kollegiya belə nəticəyə gəlir ki, 18 yanvar 2017-ci ildə ölən X6 miras qalmış əmlakı X22 və Cavabdeh4, 28 mart 2022-ci ildə isə ölən X7 miras əmlakı İddiaçı və Cavabdeh4 qəbul etdiyi ndən, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının valideynlərindən miras qalmış əmlakın faktiki olaraq yalnız özü tərəfindən qəbul edilməsi tələbi qismən əsaslıdır. Cavabdeh4 qarşılıqlı iddia tələbində göstərdiyi digər tələb - valideynlərindən miras qalmış miras əmlak üzrə tam payın müəyyən edilməsinin hüquqi həlli ilə bağlı kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə vərəsəliyin qanun üzrə vərəsəlik əsasının mövcud olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinin mahiyyətindən isə aydın olur ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr bərabər pay hüquqlu sayılırlar. Qeyd edilən maddi hüquq normasının tələbindən çıxış edərək kollegiya bildirir ki, mərhum X6 miras qalmış əmlakı qəbul edən onun vərəsələri X22 və Cavabdeh4 payı ½ hissə, mərhum X7 miras qalmış əmlakı qəbul edən onun vərəsələri İddiaçı və Cavabdeh4 payı da ½ hissə təşkil edir. Bu payların konkret miras əmlaklar üzrə müəyyən edilməsinə gəldikdə isə kollegiya qeyd edir ki, Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0.1945 hektar həyətyanı və 0.0369 hektar kənd təsərrüfat təyinatlı torpaq sahələri X21 və X14 ümumi mülkiyyətində olduğundan, yuxarıda qeyd edildiyi kimi onların hər birinin həmin əmlaklar üzrə payları ½ hissə təşkil etdiyindən, X14 və Cavabdeh4 mərhum X6 miras qalan həmin daşınmaz əmlaklar üzrə payı ¼ hissədən ibarət olur ki, beləliklə həmin daşınmaz əmlaklar üzərində X14 ümumi payı ¾ hissə təşkil etmiş olur. Sonuncuya əsaslanmaqla, mərhum X7 miras qalmış daşınmaz əmlaklar üzrə İddiaçı və Cavabdeh4 payının müəyyən edilməsinə gəldikdə isə, Şərur r ayonu, Məmmədsabir kəndində yerləşən 0.1945 hektar həyətyanı və 0.0369 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə Cavabdeh4 payı 5/8 hissə, İddiaçı payı isə 3/8 hissə təşkil edir. Yuxarıda göstərilənlərin nəticəsi olaraq kollegiya belə nəticəyə gəlir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının valideynləri X21 və X7 qalmış miras əmlaklar üzrə tam pay hüququnun tanınması tələbi qismən əsaslıdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının digər, yəni Cavabdeh1 tərəfindən İddiaçı verilmiş 22 iyun 2024-cü il tarixli, 2V-78 və 2V-79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşın maz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən aparılmış 23 noyabr 2024-cü il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi tələbləri bir-biri ilə bağlı olduğundan kollegiya bildirir ki, miras əmlaka mülkiyyət hüququ əldə etmək üçün vərəsəliyə çağırılmış şəxslərin təkcə mirası qəbul etmək aktı kifayət etmir. Bunun üçün həm də mirasın əldə olunmasını hüquqi cəhətdən rəsmiləşdirmək lazımdır. Vərəsəlik hüququnun rəsmiləşdirilməsi dedikdə, vərəsənin miras əmlaka və ya onun bir hissəsinə olan hüququnu təsdiqləyən elə bir sənədin alınması başa düşülür ki, bu sənəd həmin əmlakın əldə olunmasını hüquqi cəhətdən ifadə edir. Vərəsəlik şəhadətnaməsi mirasın açıldığı yerdəki notariat orqanı tərəfindən verilən elə bir rəsmi sənəddir ki, bu sənəd mirasın əldə olunması fak tını təsdiq edir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun: - 57-ci madəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlər də verilməlidir. - 58-ci maddəsinin tələbinə görə isə vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına m əlumat verməlidir. Miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir. - 59-cu maddəsində göstərilir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haq qında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. - 1321.3-cü maddəsinə görə vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. - 1322-ci maddəsində qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açı ldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Mülki iş materialarına əlavə edilmiş 22 iyun 2024-cü il tarixli, 2V-78 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə nəzər saldıqda aydın olur ki, həmin hüquq təsdiqedici sənəd İddiaçı atası X6 miras qalmış əmlaka münasibətdə, 22 iyun 2024-cü il tarixli, 2V-79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə isə anası X7 miras qalmış əmlaka münasibətdə verilmişdi. İşin yuxarıda müəyyən edilmiş hallarından İddiaçı mərhum atası X6 miras qalmış əmlakı qəbul etməməsi, anası X7 qalmış mirası isə qardaşı Cavabdeh4 ilə bərəbər qəbul etməsi müəyyən ed ildiyindən, kollegiya bildirir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının hazırda hüquqi həllindən bəhs edilən qarşılıqlı iddia tələbinin hissəsi 22 iyun 2024-cü il tarixli, 2V-78 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə münasibətdə tam əsaslı, 22 iyun 2024-cü il tarixli, 2V-79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə münasibətdə isə qismən, yəni paya münasibətdə qismən əsaslıdır. Bu səbəbdən də 22 iyun 2024-cü il tarixli, 2V-78 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tam, 22 iyun 2024-cü il tarixli, 2V-79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə isə payın müəyyən edilməsinə dair hissədə qismən ləğv edilməli, habelə bunlara müvafiq olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisad iyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən aparılmış 23 noyabr 2024-cü il tarixli, ********** nömrəli qeydiyyat ləğv edilməlidir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-3560/2024 nömrəli üç ulduzlu qərarından da görünür ki, məhkəmə vərəsəlik münasibətləri ilə bağlı mübahisəni həll etdikdə eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmadığı kimi, həmin məsələlərlə bağlı notariat orqanının daha əvvəl verdiyi şəhadətnamələrin də hüquqi əhəmiyyəti qalmır. Qeyd edilənlərin ümumi nəticəsindən aydın olur ki, işə baxan birinci instansiya məhkəməsi Cavabdeh4 qarşılı qlı iddia tələbinin valideynləri X21 və X7 qalmış mirasın faktiki olaraq yalnız özü tərəfindən qəbul edilməsi, həmin miras əmlak üzrə tam payın müəyyən edilməsi, Cavabdeh1 tərəfindən İddiaçı verilmiş 22 iyun 2024-cü il tarixli, 2V-79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə dair hissədə düzgün nəticəyə gəlməmişdi. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.1-ci maddəsinin mahiyyətindən aydın olur ki, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Cavabdeh4 isə qarşılıqlı iddia tələbini təkcə iddiaçıya qarşı deyil, özü ilə eyni prosessual statusa malik olan ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 yönəltmiş, məhkəmə isə qarşılıqlı iddia tələbini onlara dair hissədə icraatına qəbul edib, yekunda qarşılıqlı iddia tələbini tam təmin etmişdi ki, bu da özlüyündə onun İddiaçı qarşı tələbinin deyil, Cavabdeh3 və Cavabdeh2 qarşı tələbinin təmin olunması ilə nəticələnmişdi. Bu səbəbdən də kollegiya Şərur Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(110)-43/2025 nömrəli qətnaməsi ilə gəldiyi bu nəticəni də əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1-ci maddəsinin mahiyyətindən görünür ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətna mədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Həmçinin həmin Məcəllənin: - 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun; -390-cı maddəsinin tələbinə görə isə məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Kollegiya Cavabdeh4 qarşılıqlı iddia ərizəsində qeyd etdiyi bütün tələblərinə hüquqi münasibət bildirdikdən sonra belə hesab edir ki, qarşılıqlı iddia tələbinin hüquqi qiymətləndirilməsinin nəticəsi olaraq ilkin iddia əsaslı sayıla bilməz. Əvvəla ona görə ki, İddiaçı Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0.1945 hektar həyətyanı və 0.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə payının 2/5 hissə olmasını bildirərək bunu, bir payın özünə məxsus olması, bir payın isə bacısı X20 aid olması, sonuncunun miras payını onun xeyrinə imtina etməsi ilə əsaslandırsa da, işin müəyyən edilmiş hallarından X11 18 yanvar 2017-ci ildə, X14 isə 28 mart 2022-ci il ölməsi, X25 isə mirasdan imtinaya dair ərizəsini on üç oktyabr 2022-ci ildə, yəni atasının ölümündən təqribən beş il səkkiz ay sonra, anasının ölümündən altı ay sonra verməsi aydın olur. Halbuki, yuxarıda Mülki Məcəllənin qeyd edilən normalarından aydın olur ki, mirasdan imtina olunmasına dair ərizə üç ay ərzində təqdim edildikdə nəzərə alına bilər. Bu səbəbdən də kollegiya onun tələbini bu hissədə əsaslı saymır. Digər tərəfdən iş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1 26 noyabr 2024-cü il tarixli, 123 nömrəli məktubunun və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2(108)-30/2024 nömrəli qətnaməsinin ümumi təhlili onu deməyə imkan verir ki, İddiaçı mərhum anası X7 miras qalmış əmlak üzrə 22 iyun 2024-cü il tarixdə 2V-79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, həmçinin onun payının müəyyən edilməsi, ayrıca aparılmış məhkəmə icraatının nəticəsi olmamışdı. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında isə formalaşdırmış mövqeyə əsasən vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olubolmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 12971299-cu maddələrinə uyğun olaraq, miras payının bəra bərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Qeyd olunan mübahisələrin həll edilməsi səlahiyyəti notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olmaqla hüquqi mübahisələrin həlli yeri kimi məhkəmələrə aiddir. Əks yanaşma qanunvericiliyin mövcud sistemi ilə uzlaşmamaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu əsas fəaliyyətlərdən istiqamətlərindən biri vərəsəlik işi aparmaq olan notariuslara vərəsələrin dairəsinin müəyyən edilməsində mübahisə olduğu halda, notariusların bunu müəyyən edə bilməyəcəyini qeyd etmişdi. Hazırkı mübahisəyə baxılması zamanı isə kollegiya tərəfindən İddiaçı payının 2/5 hissə deyil, naturada ayrılmasını tələb etdiyi və mübahisə predmeti olan daşınmaz əmlaklar üzrə 3/8 hissə olması müəyyən edilir ki, bu da ilkin iddia tələbinin predmetini təşkil etmir. Kollegiya belə hesab edir ki, onun daşınmaz əmlakların naturada ayrılması tələbinə miras şərikliyi kimi yanaşılıb, əmlakların bölünməsi tələbi kimi qəbul etmək dispozitivlik prinsipinin mahiyyəti ilə uzlaşmır. Yəni məhkəmə müəyyən pay üzrə naturada ayrılmanı iddiaçının tələbi üzrə deyil, özünün gəldiyi nəticə üzrə həyata keçirir ki, bu isə apelyasiya icraatında qanunvericiliyin tələbi baxımından (sonradan iddia tələbinin dəyişdirilməsi və ya dəqiqləşdirilməsi) mümkün deyil. Həmçinin mirasın bölüşdürülməsi miras kütləsi üzrə həyata keçirildiyi halda, payın naturada ayrılması özündə konkret əşyanın fiziki bölgüsünü ehtiva edir ki, bunun üçün ilkin şərt həmin əşya üzərində payın müəyyən edilməsidir. Ümumi mülkiyyətdə olan əmlak üzrə bir icraat da payın müəyyən edilib, onun naturada ayrılmasını həyata keçirmək isə məhkəmənin gələcəyi nəticəni öncədən bəyan edilməsini qaçınılmaz edir. Çünki, əşyanın naturada bölgüsünün həyata keçirilməsi xüsusi bilik tələb etdiyindən, bununla bağlı müvafiq məhkəmə aktında əmlakın konkret pay üzrə bölünməsinin mümkünlüyü sualı ekspertə yönəlməlidir. Məhkəmə iclasında araşdırılmış sübutların nəticəsi olaraq məhkəmə aktı qəbul edilmədən payın əvvəlcədən müəyyən edilməsi və buna əsaslanaraq ekspertiza təyin edib, müvafiq qərardadda pay üzrə ayrılmanın mümkünlüyü ilə bağlı sualın qeyd edilməsi isə əvvəlcədən hakimin mübahisə üzrə gələcəyi hüquqi nəticəni də bəyan etmiş olur. İddiaçı Şərur Rayon Məhkəməsinə ilkin iddia tələbi üzrə müraciət edən zaman mübahisə predmeti olan daşınmaz əmlakların naturada a yrılmasının onun tələb etdiyi paya uyğun qismən hüquq təsdiqedici sənədlər (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və müvafiq çıxarış) mövcud olsa da, apellyasiya şikayətinə baxılması zamanı qarşılıqlı iddianın araşdırılmasının hüquqi nəticəsi olaraq bu hüquq təsdiqedici sənədlər əsassız sayılmışdı. Ümumiyyətlə kollegiya belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən ilkin və qanunvericiliklə müəyyən edilmiş müddətdə verilməyən qarşılıqlı iddia tələblərinin bir icraatda baxılması məqsədə uyğun deyil. Kollegiyanın fikrincə qarşılıqlı iddia tələbi İddiaçı ilkin iddia tələbinin hüquqi nəticəsində birbaşa təsir etdiyindən, həmin tələblər ayrıca icraata ayrılmalı, ilkin iddia üzrə icraat Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən dayandırlmalı idi. Tərəflər birinci instansiya məhkəməsinə təqdim etdiyi ilkin və qarşılıqlı iddia tələblərində mirasın bölüşdürülməsi tələbi irəli sürmədiyindən, mülki prosessual qanunvericilik normalarında apellyasiya icraatında tələbin ayrıca icraata ayrılması, həmçinin tələbin müəyyən hissəsi üzrə icraatın dayandırılması nəzərdə tutulmadığından, hazırkı ilkin iddia tələbinin baxılmamış saxlama və ya xitam verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından kollegiya belə hesab edir ki, hazırkı vəziyyətdə ilkin iddia tələbi əsaslı sayılmamalı və bu iş üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə mindiyi halda, qətnamədə müəyyən edilmiş pay üzrə naturada ayrılmasına dair iddia qaldırmaq hüququ izah edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi ilki n iddianın rədd edilməsi nəticəsinə gələrək “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının baxılan mübahisəyə tətbiq edilməsinin mümkünsüzlüyünü “baxılan iş üzrə vərəsəlik hüquq münasibətlərinin yaranması vaxtı, yəni valideynlərin vəfatı (2017-ci il və 2022-ci illər), həmçinin notariat orqanının 16 noyabr 2022-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi ilə bağlı qərarının olması, həmin qərarın ləğv edilməməsi, həmçinin iddiaçının mirasın faktiki qəbulu ilə bağlı iddia tələbi üzrə kassasiya instansiyası məhkəməsinin yekun qərarını n 22 noyabr 2023-cü il tarixdə qəbul edilməsi” ilə əsaslandırsa da, yuxarıda kollegiyanın bu məsələ ilə bağlı gəldiyi nəticədən birinci instansiya məhkəməsinin göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması aydın olur. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq kollegiya İddiaçı apellyasiya şikayətini ümumilikdə qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasınd a yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayə tinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bundan başqa Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə kollegiya İddi açı iddia tələbinin əsassız, qarşılıqlı iddia tələbini və İddiaçı verdiyi apellyasiya şikayətini qismən əsaslı saydığından, iddia tələbləri isə qiymətləndirilməyən iddia olduğundan, apellyasiya şikayəti verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi məqsədə müvafiq sayır. Qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair hissədə rüsum ondan, apellyasiya şikayətinin təmin edilməsinə dair hissədə isə rüsum Cavabdeh4 tutulmalı olduğundan kollegiya bu nəticəyə gəlir. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şərur Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(110)-43/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilməli; - Şərur R ayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(110)-43/2025 nömrəli qətnaməsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mübahisələndirilən hissədə qismən ləğv edilməli və yeni qətnamə çıxarılmalı; - ilkin iddia əsassız olduğundan rədd edilməli; - Cavabdeh4 verdiyi qarşılıqlı iddia qismən təmin edilməli; - 18 yanvar 2017-ci ildə ölən X6 miras qalmış əmlakın Cavabdeh4 və mərhum X22 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməli; - 18 yanvar 2017-ci ildə ölən X6 miras qalmış əmlak üzrə Cavabdeh4 və X3 payı ½ hissə müəyyən edilməli; - 28 mart 2022-ci ildə ölən X7 miras qalmış əmlakın Cavabdeh4 və İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; - 28 mart 2022-ci ildə ölən X7 miras qalmış əmlak üzrə Cavabdeh4 və İddiaçı payı ½ hissə müəyyə n edilməli; - X2 və X7 miras qalmış Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0.1945 hektar həyətyanı və 0.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə ümumilikdə Cavabdeh4 payı 5/8 hissə və İddiaçı payı 3/8 hissə müəyyən edilməli; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1 tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli, 2V-79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə payın müəyyən edilməsinə dair hissədə qismən ləğv edilməli; - qarşılıqlı iddia qalan hissədə və cavabdehlər Cavabdeh3, Cavabdeh2, X20 münasibətdə əsassız olduğundan rədd edilməli; - ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qalan hissədə əsassız olduğundan rədd edilməli; - Şərur Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(110)- 43/2025 nömrəli qətnaməsi qalan hissədə (Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1 tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli, 2V-78 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış 23 noyabr 2024-cü il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsinə dair hissədə) dəyişdirilmədən saxlanılmalı; - məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. İddiaçı izah edilsin ki, bu qətnamə qanuni qüvvəyə mindiyi halda, qətnamədə müəyyən edilmiş pay üzrə əmlakın naturada ayrılmasına dair iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlə r üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq qətetdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şərur Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(110) -43/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(110)-43/2025 nömrəli qətnaməsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mübahisələndirilən hissədə qismən ləğv edilsin və yeni qətnamə çıxarılsın. İlkin iddia əsassız olduğundan rədd edilsin. Cavabdeh4 verdiyi qarşılıqlı iddia qismən təmin edilsin. 18 yanvar 2017-ci ildə ölən X6 miras qalmış əmlakın Cavabdeh4 və mərhum X22 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. 18 yanvar 2017-ci ildə ölən X6 miras qalmış əmlak üzrə Cavabdeh4 və X3 payı ½ hissə müəyyən edilsin. 28 mart 2022-ci ildə ölən X7 miras qalmış əmlakın Cavabdeh4 və İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. 28 mart 2022-ci ildə öl ən X7 miras qalmış əmlak üzrə Cavabdeh4 və İddiaçı payı ½ hissə müəyyən edilsin. X2 və X7 miras qalmış, Şərur rayonu, Məmmədsabir kəndində yerləşən 0.1945 hektar həyətyanı və 0.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə ümumilikdə Cavabdeh4 payı 5/8 hissə və İddiaçı payı 3/8 hissə müəyyən edilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1 tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli, 2V-79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə payın müəyyən edilməsinə dair hissədə qismən ləğv edilsin. Qarşılıqlı iddia qalan hissədə və cavabdehlər Cavabdeh3, Cavabdeh2, X20 münasibətdə əsassız olduğundan rədd edilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qalan hissədə əsassız olduğundan rədd edilsin. Şərur Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(110)-43/2025 nömrəli qətnaməsi qalan hissədə (Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh1 tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli, 2V-78 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış 23 noyabr 2024-cü il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsinə dair hissədə) dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı izah edilsin ki, bu qətnamə qanuni qüvvəyə mindiyi halda, qətnamədə müəyyən edilmiş pay üzrə əmlakın naturada ayrılmasına dair iddia qaldırmaq hüququna malikdir. Qətnamədən, o işdə iştirak edən şəxslər ə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev Vera Kuimova
Məhkəmə qərarları › İş №2(108)-79/2025
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-79/2025
14.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver