Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-82/2024 05.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və X3 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı mirasın faktiki qəbulu faktının və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(089)21/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı mirasın qəbul edilməsi və mirasdan payın müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 14 iyul 2020-c i il tarixdə vəfat etmiş atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsinin onun tərəfindən faktiki qəbulu faktının və miras əmlakdan ½ payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(089)-21/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 14 iyul 2020-ci il tarixdə ölmüş X1 qalmış miras əmlakın, ünvan 2 ünvanında yerləşən 16 nömrəli mənzilin ½ hissəsindən mirası qəbul etdiyindən İddiaçı 1/7 hissə payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(089)-21/2024 nö mrəli qətnaməsini ləğv edib, mirasda payının ½ hissə olması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 14 iyul 2020-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış ünvan 3 ünvanında yerləşən 4 otaqlı mənzilin ½ hissəsinin onun tərəfindən faktiki olaraq qəbulu faktının və həmin miras əmlakda ½ payının müəyyən edilməsi barədə verdiyi iddia ərizəsində o, 1983-cü ildən həmin mənzildə valideynləri ilə birlikdə yaşamışdır. Atasının sağlığında qardaşı-Cavabdeh2 və digər 4 bacısı ailə quraraq ata evindən getmişdirlər. Atasının vəfatından sonra mənzildə o və anası Cavabdeh6 yaşamışlar. Cavabdeh2 isə atasının vəfatından sonra 01 iyul 2022-ci il tarixədək qayınatasına məxsus ünvan 4 ünvanında yaşamışdır. Bunu mülki işə təqdim olunmu ş Culfa şəhər MİS-nin 18 oktyabr 2023-cü il tarixli, 2056 saylı arayışı da təsdiq edir. Cavabdeh2 ata evlərinə 2022-ci ilin ortalarında gəlmişdir. Onun Culfa şəhərində fərdi yaşayış evi də vardır. Digər Cavabdeh4 məhkəməyə göndərdiyi ərizəsində də göstərmişdir ki, atalarının vəfatından sonra Culfaya gələrkən ata evində onun və anasının yaşadıqlarını görmüşdür. Bundan əlavə Cavabdeh4 məhkəməyə göndərdiyi ikinci ərizəsində göstərmişdir ki, iddianın təmin olunmasına razıdır. Eyni zamanda məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 da izahatında iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. O, cavabdehlər Cavabdeh6 və Cavabdeh2 digər cavabdehlərin atalarının vəfatından sonra mübahisəli mənzildə yaşamadıqlarını, ailə quraraq özlərinə məxsus olan evlərdə yaşadıqlarını bildirmələrin ə baxmayaraq, həmin cavabdehlərin məhkəmədə iştirak etmələri üçün tədbirlər görmədən onun payını müəyyən etməklə qalan hissəni məhkəmədə iştirak edən cavabdehlərə saxlamaqla onun payını kəskin surətdə azaltmışdır. Sadaladığı bu halların mövcud olmasına baxmayaraq məhkəmənin onun payını düzgün olmayaraq 1/7 hissə müəyyən etmişdir. Məhkəmə payı müəyyən edərkən Culfa şəhər MİS-nin xx.xx.2023 tarixli, 2056 saylı arayışını, Cavabdeh4 məhkəməyə göndərdiyi ərizəni, Cavabdeh2 izahatını nəzərə almamışdır. Hakim “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” maddəsinə istinad etdiyini qeyd etsə də, reallıqda bunu görməmişdir. Məhkəmə Cavabdeh2 iddianın təmin olunmasına etiraz etməməsi barədə fikrini, Cavabdeh4 məhkəməyə göndərdiyi ərizəsini nəzərə al madan qərar qəbul etmişdir. Culfa Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(089)-21/2024 nömrəli qətnaməsini ləğv edib, mirasda payının ½ hissə olması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəllənin 1243.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü maddələrinə istinad etmişdir. Apеllyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. Cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, Cavabdeh6 xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə kollegiyaya teleqramlar göndərərək teleqramlarda, səhhəti ilə əlaqədar məhkəmə baxışı iclaslarında i ştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmiş, Süleymanova (Allahverdiyeva) Gülnarə Telman qızı xx.xx.2024-cü il tarixdə kollegiyaya ərizə göndərərək apellyasiya şikayəti ilə əlaqədar məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini bildirib, apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 iştirakları olmadan baxmışdır. Belə ki, qeyd olunan maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı apellyasiya şikayətini müdafiə edərək məhkəmə baxışı iclasında verdiyi izahatında apellyasiya şikayətinə əlavəsinin olmadığını, qanunu bilmədiyindən vəkil Behbud müəllimlə müqavilə bağlayıb işi ona həvalə etdiyini, vəkilin də apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini göstərdiyini, vəkilin yazdığı ilə razı olduğunu, atasından qalan payın hamısını tələb etdiyini, lakin kollegiyada işə baxılarkən ona izah verildikdən sonra evlə bağlı atasından qalan mirasdan nəinki övladların, hətta anasının da payı olduğunu bildiyini, həmin evdə anası ilə birlikdə yaşadıqlarını, bütün övladların ərə gedib, evləndiyini, onun isə ömrünü o evdə keçirdiyini, atasına da baxdığını, gözünü həmin evdə açdığını, bu günə kimi oradan razı olduğunu, onun həmin evə alışdığını, orada da yaşamaq istədiyini, başqa heç nə istəmədiyini, qardaşı evi satmaq üçün elan verdiyindən qapılarını gündə bir adamın döydüyünü, söhbətin buradan başladığını, yoxsa onun heç nədə gözünün olmadığını, buranın ata ocağı olduğu üçün burada yaşamaq istədiyini, bacılarının da Bakıdan gələndə bu evdə qaldıqlarını bildirdi. Cavabdeh2 məhkəmə baxışı iclasında verdiyi izahatında Mənzil İstismar Sahəsinin onun barəsində araşdırdığını, günorta vaxtına düşdüyü üçün qonşulardan heç birindən məlumat ala bilmədiyini, guya ki onun həmin vaxt evdən çıxdığını müəyyən etdiyini, bunun əsassız olduğunu, atası rəhmətə getməmişdən 10-15 gün qabaq onun xalasıgilin evində qaldığını, xalasının həm də qayınanası olduğunu, onun gəlib atasına baxdığını, ondan təxminən 2 həftə sonra atasının rəhmətə getdiyini, rəhmətə gedən gündən köçüb ailəsi ilə həmi n evdə yaşadıqlarını, birinci instansiya məhkəməsində iştirak etdiyini, orada iki bacısının da izahat verib olanları təsdiq etdiklərini, onun da mirası qəbul etmə faktının təsdiqlənməsi üçün iddia qaldırdığını, onun barəsində də ünvan 2 ünvanında yerləşən 16 nömrəli mənzilin ½ hissəsindən mirasın qəbul etməsi faktının tanınması və 1/7 hissə payının müəyyən edilməsinin qət edildiyini, həmin məhkəmə işinə iddiaçının da cəlb olunduğunu, həmin qərardan şikayət verilmədiyini bildirdi. Kollegiyada 05 iyun 2024-cü il tarixdə apеllyasiya şikayətinə baxılarkən İddiaçı Cavabdeh2 ilə aralarında mübahisənin qalmadığını bildirdi və kollegiyaya ərizə təqdim еdərək apеllyasiya şikayətindən imtina еtdiyini bildirib apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Rеspublikası MPM -in 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Rеspublikası MPM-in 369.2-ci maddəsinə əsasən apеllyasiya şikayəti vеrən şəxs apеllyasiya instansiyası məhkəməsində qətnamə qəbul еdilənə kimi yazılı fоrmada оndan imtina еdə bilər. Kоllеgiya apеllyasiya şikayətindən imtina ilə əlaqədar İddiaçı ərizəsini müzakirə еdərək bеlə nəticəyə gəlir ki, apеllyasiya şikayətindən imtinanı rədd еtmək üçün işdə Azərbaycan Rеspublikası MPM-in 52.5, 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud dеyil. Оna görə də apеllyasiya şikayətindən imtina qanuni və əsaslı оlduğundan qəbul еdilməli və apеllyasiya şikayətindən imtina еtmiş şəxsə münasibətdə apеllyasiya icr aatına xitam vеrilməlidir. Azərbaycan Rеspublikası MPM-in 114.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda apеllyasiya şikayəti vеrilərkən "xxxx" ASC-nin Naxçıvan filialının mədaxil kassasına 22 fevral 2024-cü ildə ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 114.1.6, 369.2, 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı mirasın faktiki qəbulu faktının və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Culfa Rayon Mə hkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(089)-21/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apеllyasiya şikayətindən iddiaçının imtinası qəbul еdilsin və apеllyasiya şikayətindən imtina еtmiş şəxsə münasibətdə apеllyasiya icraatına xitam vеrilsin. "xxxx" ASC-nin Naxçıvan filialının mədaxil kassasına 22 fevral 2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət vеrilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-82/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-82/2024
05.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver