Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-84/2023 04.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və X7 ibarət tərkibdə, X13 məhkəmə iclas katibliyi İddiaçı və vəkili Vəkil2, Cavabdeh və vəkili Vəkil1 iştirakı ilə, Şərur Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(110)-68/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq müəyyənetdi: Şərur Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(110)-68/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh İddiaçı vurulmuş ziyana görə 13000 (on üç min) manat və ödənilmiş 162 manat dövlət rüsumunun 87.75 (səksən yeddi manat yetmiş beş qəpik) manatı olmaqla, ümumilikdə 13087.75 (on üç min səksən yeddi manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Düdəngə kənd sakini Cavabdeh ona vurduğu maddi ziyana görə həmin torpaq sahəsinin hazırkı bazar dəyəri 21000 manat məbləğində və mənəvi ziyana görə 3000 manat, dövlət rüsumu olaraq ödədiyi 162 manat olmaqla, ümumilikdə 24162 (iyirmi dörd min bir yüz altmış iki) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(110)-68/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəfləri n izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh və iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək, cavabdeh Şərur Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(110)-68/2023 nömrəli qətnaməsinin ləğv olunub iddianın rədd olunması barədə, iddiaçı isə qətnamənin qismən ləğv olunmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki iş Cavabdeh və İddiaçı apellyasiya şikayətlərinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində 1998-ci ildə Şərur rayonu, Düdəngə kəndi ərazisində yerləşən və Şərur şəhərinə yaxın hərbi komissarlığ ın yanında olan sahəsindən 0.10 ha həyətyanı torpaq sahəsi aldığını, həmin zaman ona torpaq sahəsini Şərur şəhər sakini X1, Kazımdan torpaq sənədlərini istəyəndə torpağın sənədlərinin olmadığını dediyini qeyd etmişdir. Qeyd edir ki, X14 həmin torpaq sahəsini ondan almışdısa həmin torpaq sahəsinin sənədləri nə üçün onda olmamışdır. İstər iddiaçı, istərsə də şahidlər yalan ifadə verərək bildirirlər ki, həmin torpaq sahəsini o, satmışdır. Lakin o, qeyd olunan şəxslərə torpaq sahəsini satmamışdır. Bildirir ki, sənədi olmayan torpaq sahəsini hansı əsasla K.Məhərrəmov satmış, sənədi olmayan torpaq sahəsini İddiaçı hansı əsaslarla almışdır. İddia ərizəsi ilə qətnaməni üzləşdirəndə qətnamənin əsassız və ədalətsiz bir qərar olduğu görsənir. İddiaçı iddia ərizəsində torpağın satılmasını 1998-ci il tarixə münasibətdə mübahisələndirirdisə, məhkəmədə şahid X14 yalan ifadə verərək həmin mübahisəli torpaq sahəsini 1998-ci il tarixdə 2300 dollara aldığını, 2001-ci il tarixində Bakı şəhərinə köçdüyündən və pul lazım olduğundan kirvəsi İntiqamın vasitəsi ilə 1500 dollara Elçinə satdığını bildirmişdir. Qeyd etmək istəyir ki, o həmin torpaq sahəsini 2001-ci ilin mart ayının sonlarında Məhərrəmov Kazımla aralarında razılığa gələrək 4 illiyinə, 1200 dollar qarşılığında briket kəsməsi üçün ona icarəyə vermişdir. Bundan sonra Kazım həmin torpaq sahəsində avadanlıqları quraşdıraraq bir müddət briket kəsmiş, yüksək səs olduğundan qonşuların narazılıq edərək təxminən 2002-ci ilin iyul-avqust aylarına qədər işləmiş, bundan sonra briketin kəsilməsi dayandırılmışdır. Onun məlumatı olmadan həmin mübahi səli torpaq sahəsini X5 adlı şəxsə satmış, İntiqam adlı şəxs də həmin mübahisəli torpaq sahəsini İddiaçı satmışdır. X3 həmin mübahisəli torpaq sahəsini satmış, cavabdeh İntiqama bildirmişdir ki, “torpaq sahəsi mənimdir, kimə pul vermisən get al, mən torpaq sahəmi sənə verməyəcəm”. İntiqamla bu söhbətindən sonra həmin torpaq sahəsini İddiaçı satmışdır. Bunu biləndən sonra İddiaçıla yolda danışaraq “həmin torpaq sahəsini almısansa get pulunu geri al, torpaq sahəsi mənimdir” bildirmişəm, Elçin ona “İntiqam bilər mən bilərəm” demişdir. Cavabdeh bundan sonra həmişə torpaq sahəsinə baxmışdır. İndi iddiaçı yalançı şahidlər gətirməklə özünü haqlı çıxarmışdır. Məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən Şərur Rayon Məhkəməsinin 31 m art 2023-cü il tarixli, 2(110)-68/2023 nömrəli qətnaməsinin ləğv olunub, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsini Kazım Məhərrəmovdan təqribən 2000-ci və ya 2001-ci ildə almışdır. Torpağı aldığı vaxtdan 22-23 il keçib. Ona görə də, dəqiq xatırlamır. Həmin torpaq sahəsinin sənədləri olmadığı üçün sənədləşdirə bilməmişdir. Həmin torpağın 0.10 ha olduğunu bilir. Torpaq sahəsini setka ilə hasarlamış, əvvəlcə yonca əkmiş, 1 il biçmişdir. Su olmadığı üçün ot olmamışdır. Sonra əkməmişdir. Daha sonra meyvə ağacları əkmişdir. Su olmadığı üçün onlar da quruyub. Bunu qonşuları da təsdiq edə bilər. Cavabdeh hazırki torpaq sahəsinin öz adında qaldığını bilmir. Çünki 25 il müddətində həmin torp aqla maraqlanmayıb. Cavabdeh evini sənədləşdirmək üçün DƏTMDX-in Şərur Rayon İdarəsinə gedərkən təsadüfən orada hazırkı mübahisə predmeti olan torpaq sahəsinin hələ də onun adında qaldığını öyrənmişdir. Onu da sənədləşdirərək dəyərindən çox aşağı qiymətə iki nəfərə satmışdır. Həmçinin cavabdeh izahatında torpaq sahəsini guya İntiqamdan aldığını deyib. Bu yalandır. İntiqam Kazımın yanında işləyir. O torpağı Kazımdan almışdır. Pulunu İntiqam vasitəsilə Kazıma göndərmişdir. İntiqamla hər hansı bir sövdələşməsi yoxdur. Həmçinin cavabdeh izahatında guya onu yolda saxlayaraq aldığı torpaq sahəsinin onun olduğunu deyib. Aralarında belə bir söhbət olmayıb. İlqarı həmin müddət ərzində, ümumiyyətlə, görməmişdir. Cavabdehin yalan danışdığını bildirmişdir. Məhkəmə tədqiqatı zamanı şahidlər X10 və X9 i fadələri ilə müəyyən edilmişdir ki, hazırki mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh mülkiyyətində olmuş və o, həmin torpaq sahəsini 1998-ci il tarixdə 2300 (iki min üç yüz) dollara X2, X14 isə 2001-ci il tarixədək həmin torpaq sahəsində briket kəsərək satmış, 2001-ci ildə işi dayandıraraq Bakı şəhərinə köçmüşdür. X14 isə 2001-ci ildə kirvəsi İntiqam vasitəsilə həmin torpaq sahəsini 1500 dollara İddiaçı satmışdır. Həmçinin məhkəmə baxışı zamanı digər şahidlər ifadələrində həmin torpaq sahəsinin İddiaçı məxsus olduğunu bildiklərini, həmin torpaq sahəsinin onun tərəfindən çəpərlənərək əvvəlcə yonca, daha sonra meyvə ağacları əkməsini bildirmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh 21 il müddətində həmin torpaq sahəsi ilə maraqlanmamış, 2022-ci ilin mart ayında özünə məxsus dig ər daşınmaz əmlakın dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə müraciət edərkən mübahisə predmeti olan torpaq sahəsinin hələ də onun adında olmasını bildikdən sonra heç bir hüquqi əsası olmadan yenidən həmin torpaq sahəsini digər şəxslərə satmaqla əsassız varlanmışdır. İş materialında olan Şərur Rayon 2 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-161 nömrəli alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsinin hazırkı bazar qiyməti 13000 (on üç min) manatdır. Ona görə də, mübahisə predmeti olan torpaq sahəsinin hazırkı bazar qiyməti olan 13000 (on üç min) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi bu qənaət ona görə ə saslı sayıla bilməz ki, hazırkı vəziyyətdə həmin torpaq sahəsinin qiyməti 13000 manat deyil, 24162 manat təşkil edir. İddianın həmin hissədə təmin olunmaması tərəfin əsassız olaraq varlanmasına səbəb olacaqdır. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İddia tələbinin qismən təmin edilməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdikləri h alları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla yaranır. Əşyaya faktiki sahibliyə nail olmaq o deməkdir ki, sahibliyin obyekti olan əşya onun sahibinin faktiki ağalığında olur, o, həmin əmlakı mühafizə edir, özününkü sayaraq başqalarının qəsdlərindən qoruyur. Həmçinin bunu da qeyd etmək lazımdır ki, sahiblik əmlaka qısa müddətli yiyələnməni deyil, stabil, müntəzəm, daimi yiyələnməni nəzərdə tutur. Sahibliyə əmlaka hər cür yiyələnmə deyil, yalnız qanuni yiyələnmə daxildir. Bu baxımdan mülki qanunvericilikdə qanuni və qeyri-qanuni sahiblik fərqləndirilir. Qanuni sahiblik o deməkdir ki, şəxsin əşyaya sahibliyi qanuni əsaslardan irəli gəlir. Qanunsuz sahiblikdə şəxsin əmlaka sahiblik hüququ olmur və yaxud bu hüquq qanunsuz əsas lardan irəli gəlir. Göstərilənlərə əsasən Şərur Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(110)68/2023 nömrəli qətnaməsinin qismən ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh özünün apellyasiya şikayətini müdafiə edərək, İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında mübahisəli torpaq sahəsinin ona 1989-cu ildə həmin dövrlərdə kənddə fəaliyyət göstərən sovxoz tərəfindən verilidiyini, lakin həmin vaxt torpaq sahəsinin adına qeydə alınmadığını, torpaqların özəlləşməsi zamanı Aqrar İslahat Komissiyasının onun çöl torpağını kəsib mübahisəli torpaq sahəsini 5 nəfər ailə üzvləri ilə birlikdə onların mülkiyyətinə verdiyini, həmin torpaq sahəsinin dəqiqləşdirilməsi aparıldıqdan sonra hazırda 767.20 m2 olduğunu, tor paq sahəsinin ona verilməsindən sonra, yəni 2000-ci ilə kimi oranı əkib-becərdiyini, sonradan isə havaların quraqlıq keçməsi səbəbindən, həmçinin təsərrüfat suyunun verilməsi dayandırıldığından onun da daha torpaq sahəsini becərmədiyini, torpaq sahəsinin bir tərəfinin qonşunun ev tikməsi səbəbindən divara düşdüyünü, bir tərəfini həyətindən çəpər gətirib çəpərlədiyini, digər tərəfinə isə başqa bir qonşu ev tikdiyindən setqa gətirib çəkdiyini, daha sonra dövlət tərəfindən yol hissədən divar çəkildiyini, ancaq qapı qoyulmadığını, onun torpaq sahəsinə köhnə yoldan gedib-gəldiyini, 2001-ci ilin mart ayının əvvəllərində Kazım adlı şəxsin ona müraciət edərək “Sərxanlı” deyilən ərazidə torpaq sahəsi olduğunu, ancaq hər hansı bir iş görmək üçün həmin ərazinin əlverişsiz olduğunu, onun torpaq sahəsi nin isə işıq idarəsinə yaxın ərazidə yerləşdiyini, enerjidən istifadədə problem yaranmayacağını bildirərək briket istehsalı üçün həmin sahəni ona verməyini təklif etdiyini, onun Kazımla razılaşaraq torpaq sahəsini 4 illiyə ümumilikdə 1200 ABŞ dollarına Kazıma icarəyə versə də, Kazımın icarə haqqının 600 ABŞ dollarını əvvəldən ödədiyini, digər yarısını isə briket sexinin istehsala başlamasından sonra ona bazarda verdiyini, Kazımın torpaq sahəsində briket sexini təxminən 2002-ci ilin sonunadək işlətdiyini, bir müddət briket sexi fəaliyyət göstərdikdən sonra orada briket kəsimi üçün istifadə olunan avadanlıqların yüksək səs yaratması səbəbindən qonşuların şikayəti əsasında dövlət tərəfindən sexin fəaliyyətinin dayandırıldığını, bundan sonra Kazımın ona müraciət edib icarə haqqı kimi verdiyi pulun yarısını istədiyini, icarə onun tərəfindən pozulmadığından və həmçinin pulunun olmaması səbəbindən Kazıma pul qaytarmaqdan imtina etdiyini, bir müddət sonra Kazımın guya torpaq sahəsini İntiqam adlı bir şəxsə satdığını, İntiqamın isə İddiaçı satdığını eşitdiyini, bunu biləndən sonra həmin torpağın ona məxsus olduğunu gedib İddiaçı bildirməklə İntiqamdan gedib verdiyi pulu almasını Elçinə dediyini, Elçinin isə ona “bunu mən bilərəm, İntiqam bilər” cavabını verdiyini, arxiv arayışına əsasən onun mülkiyyətində 3 torpaq sahəsinin olduğunu, torpaq sahəsinə sənəd almaq üçün Daşımaz Əmlakın Şərur rayon idarəsinə müraciət etdiyini, orada isə ona ən azı 2 torpaq sahəsini sənədləşdirə biləcəyini dediklərini, onun da mübahisəli torpaq sahəsi ilə birlikdə 2 torpaq sahəsinə sənəd aldığını, mübah isəli torpaq sahəsinin əvvəldən ailə üzvləri ilə birlikdə onların mülkiyyətində olduğunu, torpaq sahəsini Kazıma satmadığını, ona icarəyə verdiyini, onunla heç bir alqısatqı etmədiyini, ümumiyyətlə heç vaxt aralarında mülkiyyətində olan torpaq sahəsini satması ilə əlaqədar hər hansı qaydada sövdələşmə aparılmadığını, ümumi sahəsi 767.20 m2 olan mübahisəli torpaq sahəsini Şərur Rayon 2 saylı Notariat ofisinin 02 iyun 2022-ci il tarixli, 4Ə-161 nömrəli alqı-satqı müqaviləsi əsasında 500.0 m2 olan hissəsini X15, 267.0 m2 olan hissəsini isə X4, İddiaçı hazırda mübahisələndirdiyi və əsassız olaraq onun aldığını dediyi torpaq sahəsi ilə bağlı aralarında heç bir alqı-satqı və sövdələşmə olmadığını, Kazımın Elçinə torpaq sahəsi satmasını deməsinin ona heç bir aidiyyəti olmamadığını, buna görə onun heç bir cavabdehlik daşımadığını, bunun Kazımla Elçinin öz problemi olduğunu, İddiaçı iddianı Kazım Məhərrəmova qarşı deyil əsassız olaraq ona qarşı qaldırdığını, iddia tələbinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmaqla Şərur Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd olunması və iddiaçının apellyasiya şikayətinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı özünün apellyasiya şikayətini müdafiə edib Cavabdeh apellyasiya şikayətini isə qəbul etməyərək kollegiyadakı izahatında onun mübahisəli torpaq sahəsini Kazım Məhərrəmovdan aldığını, Bakı şəhərində olan zaman Kazımın ona zəng vurub, “torpaq sahəm var, oranı satıram, imkanın var, ala bilərsən” deyə soruşduğunu, onun da “alaram” cavabını verdiyini, torpağı alan zaman ona 1 səhifədən ibarət kağız verildiyini, onun torpaq sahəsinin Kazımın adında olduğunu düşündüyü üçün gedib sənədləşdirmədiyini, torpaq sahəsində briket kəsildiyindən sahəni təmizləyib orada yonca əkib sahəyə setka çəkdiyini, bir müddət sonra torpaq sahəsinə gələn su kəsildiyindən daha orada heç bir əkin-biçin işləri aparmadığını, mübahisəli torpaq sahəsini Cavabdeh deyil, Kazım Məhərrəmovdan aldığını, İlqarla aralarında torpaq sahəsinin alqı-satqısı üçün şifahi və ya yazılı qaydada sövdələşmə olmadığını, onun cavabdehi 2022-ci ildə torpaq sahəsi satılanda gördüyünü, torpaq sahəsinin şifahi formada alqı-satqısını Kazımla etdiyini, torpağın sənədini Kazımın işçilərinin ona verdiyini, onun da Kazımla danışıqlarına görə torpağın dəyəri olan 1500 ABŞ dolları pulu Kazımın işçilərinə verdiyini, ona verilən torpağın sənədində kimin adının yazıldığına baxmadığını, bunun onun səhvi olduğunu qəbul etdiyini, torpaq sahəsinin alınması üçün pulu Kazıma versə də, iddianı səhvən Cavabdeh qarşı qaldırdığını, bu günə qədər isə Kazımdan pulunu qaytarmasını tələb etmədiyini bildirərək, cavabehin apellyasiya şikayətinin rədd olunması, özünün apellyasiya şikayətinin təmin olunmaqla Şərur Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(110)-68/2023 nömrəli qətnaməsinin iddianın təmin olunmamış hissəsində qismən ləğv edilməklə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22 və X26 işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilmələrinə baхmayaraq məhkəmə iclasına gəlməmişlər. K ollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22 və X17 iştirakları olmadan apellyasiya şikayətləri üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apel lyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1998-ci ildə Şərur rayonu, Düdəngə kəndi ərazisində yerləşən və Şərur şəhərinə yaxın hərbi komissarlığın yanında olan sahədən 0.10 ha həyatyanı torpaq sahəsi aldığını, həmin zaman o torpaq sahəsini ona Şərur şəhər sakini X1, onun torpaq sahəsi alan zaman Kazımdan torpağın sənədini istəyəndə torpağın sənədinin olmadığını dediyini, həmin vaxtdan da torpaq sahəsinin onun istifadəsində olduğunu, ətrafda olan qonşuların hamısının həmin torpağı onun aldığını bildiklərini, son zam anlar işləri ilə əlaqədar demək olar ki, heç həmin torpaq sahəsinə getmədiyini, bu ilin yay aylarında qonşuların ona həmin torpaq sahəsinin daşınmaz əmlakın əməkdaşları tərəfindən ölçüldüyünü və tanımadıqları şəxslərin həmin torpaq sahəsində işlədiyini bildirdiklərini, onun dərhal həmin məsələ ilə əlaqədar araşdırma apardığını, ona həmin yeri Kazıma satan Düdəngə kənd sakini Cavabdeh torpaq sahəsinin hələ də onun adına olduğunu öyrənərək, sənədləşdirdiyi və torpağı başqa şəxslərə X22 və X21 ucuz qiymətə satdığının məlum olduğunu, həmin tərəfdə olan torpaq sahələrinin qiymətinin 1 sot üçün 3000 manat olduğunu, İlqarın isə həmin torpaq sahəsini 13000 manata satdığını, bununla da Cavabdeh illər əvvəl ona satılan torpağı onun mülkiyyətinə keçirtmək əvəzinə başqa şəxsə sataraq ona maddi və mənə vi ziyan vurduğunu, onun bu haqsız və vicdansız hərəkətləri ucbatından ağır mənəvi iztirab keçirdiyini, göstərilən səbəbdən məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək Şərur rayon Düdəngə kənd sakini Cavabdeh ona vurduğu maddi ziyana görə həmin torpaq sahəsinin hazırkı bazar dəyəri 21000 manat məbləğində və mənəvi ziyana görə 3000 manat, dövlət rüsumu olaraq ödədiyi 162 manat olmaqla, ümumilikdə 24162 (iyirmi dörd min bir yüz altmış iki) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyy ət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun mülkiyyətin müdafiəsi adlanan 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 3-cü bəndinə əsasən torpa q sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanın şikayəti üzrə m əhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya İd diaçı apellyasiya şikayətində və kollegiyadakı izahatında göstərdiyi torpaq sahəsini Məhərrəmov Kazımdan təqribən 2000-ci və ya 2001-ci ildə alması, torpağı aldığı vaxtdan 22-23 il keçməsi, ona görə də, dəqiq xatırlamaması, həmin torpaq sahəsinin sənədləri olmadığı üçün sənədləşdirə bilməməsi, həmin torpağın 0.10 ha olduğunu bilməsi, torpaq sahəsini setka ilə hasarlaması, əvvəlcə yonca əkməsi, daha sonra meyvə ağacları əkməsi, bunu qonşularının da təsdiq edə biləcəyi, Cavabdeh hazırkı torpaq sahəsinin öz adında qaldığını bilməməsi, çünki 25 il müddətində həmin torpaqla maraqlanmaması, Cavabdeh evini sənədləşdirmək üçün DƏTMDX-in Şərur rayon idarəsinə gedərkən təsadüfən orada hazırkı mübahisə predmeti olan torpaq sahəsinin hələ də onun adında qaldığını öyrənməsi, onu da sənədləşdirərək də yərindən çox aşağı qiymətə iki nəfərə satması, cavabdehin izahatında iddiaçının torpaq sahəsini guya İntiqamdan aldığını deməsi, bunun yalan olması, İntiqamın Kazımın yanında işləməsi, torpağı Kazımdan alması, pulunu İntiqam vasitəsilə Kazıma göndərməsi, Cavabdehlə hər hansı bir sövdələşməsinin olmaması, cavabdehin illər əvvəl ona satılan torpağı onun mülkiyyətinə keçirtmək əvəzinə başqa şəxsə sataraq ona maddi və mənəvi ziyan vurması, onun bu haqsız və vicdansız hərəkətləri ucbatından ağır mənəvi iztirab keçirməsi, məhkəmənin onun tələbini düzgün olmayaraq tam təmin etməməsini, ona görə də məhkəmənin qətnaməsini qanunsuz və ədalətsiz saydığından məhkəmənin qətnaməsinin qismən ləğv olunub onun tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılması ilə əlaqədar dəlillərinə, həmçinin Cavabd eh apellyasiya şikayəti və məhkəmədəki izahatında göstərdiyi mülkiyyətində olan iddiaçının mübahisələndirdiyi torpaq sahəsini Kazım Məhərrəmova satmaması, İddiaçı hazırda mübahisələndirdiyi və əsassız olaraq onun aldığını dediyi torpaq sahəsi ilə bağlı aralarında heç bir alqı-satqı və sövdələşmə olmaması, İddiaçı ona qarşı əsassız iddia qaldırması, işə baxan məhkəmənin isə bu halları hərtərəfli araşdırmaması, maddi hüquq normalarının pozulmaqla qəbul etdiyi qətnaməsinin ləğv olunub, iddianın rədd olunması barədə qətnamə çıxarılması ilə əlaqədar dəlillərinə məcmu halında qiymət verərək aşağıdakı nəticəyə gəlir. Belə ki, İş materiallarında olan xx.xx.2022-ci il tarixli 12/429 nömrəli arxiv arayışından görünür ki, Şərur Rayon Dövlət Arxivində mühafizə olunan Düdəngə kənd inzibati ərazi dairəs i üzrə nümayəndəliyin 1991-1995-ci ilə aid təsərrüfatbaşına kitabında Düdəngə kənd sakini Cavabdeh adına 1990-1992-ci ilədək 100 kv.metr, 1993-1995-ci ilədək isə 600 kv.metr torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin 03/65 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şərur rayonu Zeyvə kənd sakini Cavabdeh daxil olmaqla 5 nəfərdən ibarət ailə üzvlərinin adına Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 saylı qərarı, Şərur Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 10/418 nömrəli arayışı əsasında verilmiş 599.21 m2 və 767.20 m2 həyətyanı torpaq sahələri xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınm ışdır. Ümumi sahəsi 767.20 m2 torpaq sahəsi Şərur Rayon 2 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-161 nömrəli alqı-satqı müqaviləsi əsasında 500.0 m2 X15, 267.0 m2 isə X6, lakin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli Aktının surətindən görünür ki, Zeyvə kənd sakini Cavabdeh həyətyanı torpaq sahələrinin şəhadətnaməsinin verilməməsi ilə əlaqədar etdiyi müraciət əsasında naturada baxış keçirilmiş, baxış zamanı Cavabdeh təsərrüfat başçısı olmaqla 5 nəfərdən ibarət ailə üzvlərinin adına Zeyvə kəndində xəritədə 413A və 413B, Düdəngə kəndində isə 413C nömrəli həyətyanı torpaq sahələri ödənişdə saxlanıldığından sə nədləri çıxarılmamışdır. 413A nömrəli həyətyanı torpaq sahəsi islahat aparılan zaman 633.30 m2, 413B nömrəli həyətyanı torpaq sahəsi 112.15 m2, 413C nömrəli həyətyanı torpaq sahəsi isə 764.77 m2 ölçülmüşdür. Lakin dəqiqləşmə işləri aparılan zaman 413A nömrəli həyətyanı torpaq sahəsi 822.53 m2, 413B nömrəli həyətyanı torpaq sahəsi 599.21 m2, 413C nömrəli həyətyanı torpaq sahəsinin isə 767.20 m2 olduğu müəyyənləşmişdir. Aktı tərtib edənlər 413A nömrə ilə qeyd olunan həyətyanı torpaq sahəsini ödənişdə saxlamaqla, 413B (599.21 m2) nömrə ilə qeyd olunan həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin texniki pasportunun və 413C (767.20 m2) nömrəli həyətyanı torpaq sahəsinin plan ölçüsünün hazırlanması məqsədəmüvafiq hesab edilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin A № 028873 nömrəli, xx.xx.2022-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, 767.20 m2 torpaq sahəsi Cavabdeh, X12, X18, X23 və X16 birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Şərur Rayon 2 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-161 nömrəli alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus 767 m2 torpaq sahəsinin 500 m2-ni X22 və 267 m2-ni isə X26 almışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49-cu maddəsinin 2ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 9-cu bəndinə görə xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrind ə dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başq asına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və is tifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü məddəsini tələbinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. İşin məhkəmədə araşdırılmış halları ilə mübahisələndirilən 767.20 m2 torpaq sahəsinin Cavabdeh, X12, X1 8, X23 və X16 birgə mülkiyyətlərində olması və Şərur Rayon 2 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-161 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən həmin torpaq sahəsinin 500 m2-ni X15 və 267 m2-ni isə X8 müəyyən edilmişdir. Eyni zamanda işin araşdırılmış hallarından da göründüyü kimi Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan torpaq sahəsini iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi kimi Kazım Məhərrəmova satması ilə əlaqədar tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan alqı-satqı müqaviləsi mövcud deyil. İşə əlavə olunmuş məhkəmə iclasının protokolu və mülki işin materiallarından da göründüyü kimi Cavabdeh izahatında ona məxsus olan torpaq sahə sini Kazım adlı şəxsə icarəyə verdiyini, Kazımın orada briket kəsib satdığını, qonşuların səs-küyə görə şikayət etdiklərini və Kazımın orada briket kəsməyi dayandırdığını, Kazımın ona qonşuların şikayət etdiyini, buna görə də, pulunu qaytarmağını tələb etdiyini, onun da Kazıma torpaq sahəsini 4 illik icarəyə verdiyini, pulunu qaytarmaq imkanının olmadığını ona bildirdiyini, 4 illik icarə qarşılığında Kazımdan 1200 dolar aldığını, 2001-ci ildə Kazımın torpaq sahəsini İntiqam adlı şəxsə satdığını eşitdiyini, sonradan da torpaq sahəsini İntiqamın Elçinə satdığını eşitdiyini, Elçini yolda saxlayaraq həmin torpaq sahəsinin ona məxsus olduğunu dediyini, 2022-ci ilin oktyabr ayında Rafiqə zəng edib İntiqamın torpaq sahəsini Elçinə satması barədə soruşduğunu, o da cavabında İntiqamın torpaq sahəsi ni təcili olaraq Elçinə satdığını və Rusiyaya getdiyini bildirdiyini göstərmişdir. Cavabdeh həmçinin apellyasiya şikayətində də X10 İntiqama həmin mübahisəli torpaq sahəsi satdığını, cavabdehin İntiqama “torpaq sahəsi mənimdir, kimə pul vermisən get al, mən torpaq sahəmi sənə verməyəcəm” dediyini, İntiqamla bu söhbətindən sonra həmin torpaq sahəsini İddiaçı satdığını, bunu biləndən sonra İddiaçıla yolda danışaraq “həmin torpaq sahəsini almısansa get pulunu geri al, torpaq sahəsi mənimdir” bildirdiyini, Elçinin ona “İntiqam bilər, mən bilərəm” dediyini göstərsədə işə baxan birinci instansiya məhkəməsi qeyd olunan həmin halları ümumiyyətlə araşdırmamaqla toplanmış sübutlara düzgün hüquqi qiymət verilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən r eyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göstərilənlərə əsasən, kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi bu dəlillərini əsassız hesab edir. Kollegiya İddiaçı apellyasiya şikayətində göstərdiyi iş materialında olan Şərur Rayon 2 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-161 nömrəli alqı-satqı müqaviləsi ilə mübahisə predmeti olan torpaq sahəsinin hazırkı bazar qiymətinin 13000 (on üç min) manat olmasının müəyyən olu nduğunu, ona görə də, mübahisə predmeti olan torpaq sahəsinin hazırkı bazar qiyməti olan 13000 (on üç min) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməli olması ilə bağlı məhkəmənin gəldiyi qənaətin əsassız sayılması, ona görə ki, hazırkı vəziyyətdə həmin torpaq sahəsinin qiymətinin 13000 manat deyil, 24162 manat təşkil etməsi, iddianın həmin hissədə təmin olunmamasının tərəfin əsassız olaraq varlanmasına səbəb olacağı ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından da göründüyü kimi, İddiaçı iddia ərizəsində göstərdiyi mübahisələndirilən torpaq sahəsinin Kazım Məhərrəmovun mülkiyyətində olması və həmin torpaq sahəsini sonuncunun ona satması, həmçinin Cavabdeh paylı mülkiyyətdə olan həmin torpaq sahəsini istə r K.Məhərrəmova istərsədə İddiaçı satması ilə əlaqədar hər hansı bir sübutunu birinci instansiya məhkəməsi və kollegiyaya təqdim etməmiş və iddiaçının apellyasiya şikayətində göstərdikləri işdə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti və kollegiyadakı izahatında birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrində mübahisələndirilən torpaq sahəsindən İddiaçı uzun müddət istifadə etməklə torpaq sahəsinin sonuncuya məxsus olmasını bildirmələrinə istinad etməsi cavabdehin mülkiyyətində olan həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olması anlamına gəlmir və qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsas ola və ona hər hansı bir maddi və mənəvi ziyan vurulmasına səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinin mənasına görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırda isə qanunun sadalanan normasında göstərilən həmin əsaslar cavabdehə münasibətdə ümumiyyətlə mövcud deyil. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən İddiaçı apellyasiya şikayətində göstərdiyi bu dəlilini də əsassız hesab edir. Göstərilənlərə əsasən kollegiya işin yuxarıda qeyd olunan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla əsassız olaraq Cavabdeh vurulmuş ziyana görə 13000 (on üç min) manat, ödənilmiş 162 manat dövlət rüsumunun 87.75 (səksən yeddi manat yetmiş beş qəpik) manatı olmaqla, ümumilikdə 13087.75 (on üç min səksən yeddi manat yetmiş beş qəpik) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi nəticəsinə gəlmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əs asən qeyd edir ki, Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, Cavabdeh isə öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni ta mamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olm ayan sübutlarla təsdiq edilir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün sübutlar hərtərəfli tədqiq olunmayaraq işə düzgün nəticə verilməmişdir. Qeyd olunanlara əsasən kollegiya belə hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh isə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin Cavabdeh İddiaçı vurulmuş ziyana görə 13000 (on üç min) manat və ödənilmiş 162 manat dövlət rüsumunun 87.75 (səksən yeddi manat yetmiş beş qəpik) manatı olmaqla, ümumilikdə 13087.75 (on üç min səksən yeddi manat yetmiş beş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsinin qət edilməsinə dair qətnaməsinin mübahisələndirilən həmin hissəsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Kollegiya, iddianın digər hissədə rədd olunmasına münasibətdə qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəmənin qətnaməsinin həmin hissəsinin ləğv olunması və iddianın tamamilə təmin edilməsi üçün əsas ola bilməz. Ona görə də qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdlr. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 384.0.3, 392, 393, 402, 403, 404 və 405-ci mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: İddiaçı аpеllyаsiyа şikаyəti təmin еdilməsin. Cavabdeh аpеllyаsiyа şikаyəti təmin еdilsin. Şərur Rayon Məhkəməsinin 31 mart 2023-cü il tari xli, 2(110)-68/2023 nömrəli qətnaməsinin mübahisələndirilən “iddia qismən təmin edilsin: Cavabdeh İddiaçı vurulmuş ziyana görə 13000 (on üç min) manat və ödənilmiş 162 manat dövlət rüsumunun 87.75 (səksən yeddi manat yetmiş beş qəpik) manatı olmaqla, ümumilikdə 13087.75 (on üç min səksən yeddi manat yetmiş beş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilsin” sözləri göstərilən hissəsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassa
Məhkəmə qərarları › İş №2(108)-84/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-84/2023
04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver