Məhkəmə qərarları › İş №2(108)-84/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-84/2024

09.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-84/2024 09.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X4 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, iddiaçı-cavabdeh İddiaçı cavabdehlər Həsənova (Məmmədova) Minurə Bəhlul qızına, Cavabdeh2 və cavabdeh-iddiaçı Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və cavabdehiddiaçı Cavabdeh3 iddiaçı-cavabdeh İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadından cavabdeh-iddiaçı Cavabdeh3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Həsənova (Məm mədova) Minurə Bəhlul qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 48.18 kv.metr ümumi, 28.39 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı evin miras əmlak olaraq X5 tərəfindən faktiki qəbul edilməsi, mərhum əri X2 ölümündən sonra isə həmin əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 ölümündən sonra Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıv an Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadı ilə İddiaçı Həsənova (Məmmədova) Minurə Bəhlul qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh3 İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, mərhum X1 mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında 0.126 ha torpaq sahəsində 5 mərtəbəli binanın 1-ci girişində, 1ci mərtəbəsində yerləşən 48.18 kv.metr ümumi, 28.39 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilin miras əmlak olaraq X5 tərəfindən faktiki qəbul edilməsi f aktı müəyyən olunmuş, mərhum X2 ölümündən sonra həmin əmlakın İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmuş və Cavabdeh3 İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia rədd edilmişdir. Məhkəmənin həmin qətnaməsindən narazı qalan cavabdeh-iddiaçı Cavabdeh3 xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(078)-61/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilib, iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadı ilə forma və məzmuna dair tələblərə əməl olu nmadığından apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması, Cavabdeh3 tərəfindən 25 dekabr 2023-cü il tarixli, 23714 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun özünə qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərardadından narazı qalan cavabdeh-iddiaçı Cavabdeh3 xx.xx.2024-cü il tarixdə prosessual müddətin bərpası ilə bağlı vəsatətlə və apellyasiya şikayəti ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək apellyasiya şikayəti üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılmasını və Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadının tamamilə ləğv edilib, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2 (078)-1095/2023 nömrəli qərardadı ilə, iddiaçı-cavabdeh İddiaçı cavabdehlər Həsənova (Məmmədova) Minurə Bəhlul qızına, Cavabdeh2 və cavabdeh-iddiaçı Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və cavabdeh-iddiaçı Cavabdeh3 iddiaçı-cavabdeh İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə cavabdeh-iddiaçı Cavabdeh3 Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verə bilməsi üçün cavabdeh-iddiaçı Cavabdeh3 buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsi təmin edilməmişdir. Həmçinin Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(078)1095/2023 nömrəli qərardadı ilə, iddiaçı-cavabdeh İddiaçı cavabdehlər Həsənova (Məmmədova) Minurə Bəhlul qızına, Cavabdeh2 və cavabdeh-iddiaçı Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və cavabdeh-iddiaçı Cavabdeh3 iddiaçı-cavabdeh İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə cavabdeh-iddiaçı Cavabdeh3 Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh-iddiaçı Məmmədov X6 Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadından şikayət verərək, Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadının ləğv olunmasını xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(078)-1095/2023 nö mrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək, şikayətin işlə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi qərara alınmışdır. Cavabdeh-iddiaçı Cavabdeh3 şikayətində qeyd etmişdir ki, miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilib, iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-1095/2023 nömrəli qərardadı əsasında apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. H əmin qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan 1 (bir) ay müddəti onun tərəfindən üzrlü səbəbdən buraxılmışdır. Belə ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-1095/2023 nömrəli qətnaməsini aldıqdan sonra qətnamədən şikayət vermək üçün qanunla müəyyən edilmiş qaydada bir ay müddətində şikayət etmək hüququ olmuşdur. Müddət keçmədən Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti vermişdir. xx.xx.2023-cü il tarixində apellyasiya şikayətinə Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023 nömrəli, 2(078)-1095/2023 tarixli qətnaməsini qeyd etsə də, xahiş etdi hissədə texniki səhvlik olaraq Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023 nömrəli, 2(078)1061/2023 tarixli qətnaməsi olaraq qeyd edilmişdir. Naxçıvan Şəhər Məhkəməsi xx.xx.2023-cü il tar ixli, 2(078)-1095/2023 nömrəli qərardadı əsasında apellyasiya şikayətinə baxıb ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Bu barədə onun məlumatı olmamışdır. Həmin qərardaddan şikayəti vermək üçün qanunla nəzərdə tutulan 10 gün müddət onun tərəfindən üzürlü səbəbdən buraxılmışdır. Belə ki, o apellyasiya şikayətini asan imza ilə elektron məhkəmə sistemi vasitəsi ilə vermişdir. Məhkəmənin qətnaməsi ilə bağlı ona poçt vasitəsi ilə bildiriş gələcəyini düşünərək elektron məhkəmə sistemində olan şəxsi kabinetinə daxil olmağı bacarmadığı üçün baxmamışdır. 22 fevral 2024-cü il tarixdə elektron məhkəmə sistemində olan şəxsi kabinetini yoxlatdırmış, şəxsi kabinetdə qərardad ilə bağlı bildiriş yüklənilməmişdir, sadəcə məhkəmə iclası ilə bağlı protokol olmuşdur. Həmin gün-yəni 22 fevra l 2024-cü il tarixində Naxçıvan Şəhər Məhkəməsinə yaxınlaşıb şəxsi kabinetində məhkəmə qərardadının olmadığını bildirmiş, şifahi müraciətindən sonra təkrar şəxsi kabinetinə baxdıqdan sonra məhkəmənin qərardadının yüklənildiyini görmüşdür. Göründüyü kimi apellyasiva şikayəti verilməsi üçün müəyyən olunmuş müddət onun tərəfindən üzürlü səbəbdən buraxılmışdır. Cavabdeh-iddiaçı Cavabdeh3 şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.1-ci, 269.1-ci, 269.2-ci, 269.3-cü maddələrinə istinad etmişdir. Sonda cavabdeh-iddiaçı yuxarıda qeyd olunanlara əsasən Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəflərə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilmişdir. Cavabdeh-iddiaçı Cavabdeh3 06 aprel 2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə kollegiyaya ərizə göndərərək müddətin bərpa edilməsini xahiş etmişdir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə qarşılıqlı tədqiq edib, onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən as ılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə cavabdeh-iddiaçı Cavabdeh3 verdiyi şikayətinin dəlillərində “...Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023 nömrəli, 2(078)-1095/2023 tarixli qətnaməsindən apellyasiya şikayəti verdiyini, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadı əsasında apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarıldığını, bu barədə onun məlumatı olmadığını, həmin qərardaddan şikayəti vermək üçün qanunla nəzərdə tutulan 10 gün müddəti onun tərəfindən üzürlü səbəbdən buraxıldığını, apellyasiya şikayətini asan imza ilə elektron məhkəmə si stemi vasitəsi ilə verdiyini, məhkəmənin qətnaməsi ilə bağlı ona poçt vasitəsi ilə bildiriş gələcəyini düşünərək elektron məhkəmə sistemində olan şəxsi kabinetinə daxil olmağı bacarmadığı üçün baxmadığını, 22 fevral 2024-cü il tarixdə elektron məhkəmə sistemində olan şəxsi kabinetini yoxlatdırdığını, şəxsi kabinetdə qərardad ilə bağlı bildiriş yüklənilmədiyini, sadəcə məhkəmə iclası ilə bağlı protokol olduğunu, həmin gün-yəni 22 fevral 2024-cü il tarixində Naxçıvan Şəhər Məhkəməsinə yaxınlaşıb şəxsi kabinetində məhkəmə qərardadının olmadığını bildirdiyini, şifahi müraciətindən sonra təkrar şəxsi kabinetinə baxdıqdan sonra məhkəmənin qərardadının yüklənildiyini gördüyünü, göründüyü kimi apellyasiva şikayəti verilməsi üçün müəyyən olunmuş müddətin onun tərəfindən üzürlü səbəbdən buraxıldığın ı” bildirmişdir ki, kollegiya qeyd olunan bu dəlilləri işin araşdırılmış halları ilə qarşılıqlı tədqiq edərək əsassız hesab edir və ilk növbədə onu qeyd edir ki, kollegiya tərəfindən verilmiş şikayətin dəlilləri ilə bağlı iş materialları araşdırılarkən məlum olmuşdur ki, İddiaçı Həsənova (Məmmədova) Minurə Bəhlul qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 48.18 kv.metr ümumi, 28.39 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı evin miras əmlak olaraq X5 tərəfindən faktiki qəbul edilməsi, mərhum əri X2 ölümündən sonra isə həmin əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsin i xahiş etmiş, Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 ölümündən sonra Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadı ilə, İddiaçı Həsənova (Məmmədova) Minurə Bəhlul qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh3 İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuş, Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qətnaməsi ilə yuxarıda qeyd olunan məzmunda qətnamə qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş məktubdan (İ cild iş vərəqə səh.242) göründüyü kimi həmin iş üzrə yekun məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə cavabdeh-iddiaçı Cavabdeh3 yaşayış yeri üzrə Naxçıvan şəhəri, ünvan 2 ünvanına göndərilmiş, iş materiallarına əlavə olunmuş F.119-dan (İİ cild iş vərəqə səh. 7) göründüyü kimi yekun məhkəmə qərarı cavabdeh-iddiaçı Cavabdeh3 tərəfindən 29 noyabr 2023-cü il tarixdə xəbərnaməyə imza etməklə qəbul edilmişdir. Cavabdeh-iddiaçı Cavabdeh3 apellyasiya şikayəti ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(078)-61/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilib, iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apell yasiya şikayəti 25 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan Cavabdeh3 məxsus elektron kabinet vasitəsilə verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan (İİ cild iş vərəqə səh.21) göründüyü kimi Naxçıvan Şəhər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadı 27 dekabr 2023-cü il tarixdə saat 14:28-də cavabdeh-iddiaçı Cavabdeh3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh-iddiaçı Cavabdeh3 26 fevral 2024-cü il tarixdə pros essual müddətin bərpası ilə bağlı vəsatətlə və apellyasiya şikayəti ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək apellyasiya şikayəti üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılmasını və Naxçıvan şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(078)1095/2023 nömrəli qərardadının tamamilə ləğv edilib, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi Naxçıvan Şəhər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(078)1095/2023 nömrəli qərardadının 27 dekabr 2023-cü il tarixdə saat 14:28-də cavabdehiddiaçı Cavabdeh3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq, təxminən 2 ay müddət keçdikdən sonra 26 fevral 2024-cü il tarixdə Cavabdeh3 apellyasiya şikayəti ilə Naxçıvan Şəhər Məhkəmə sinə müraciət etmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmiş müddət keçdikdən sonra verilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən də aydın olur ki, iş üzrə cavabdeh-iddiaçı Cavabdeh3 “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, beləliklə məhkəmə sənədləri, o cümlədən Naxçıvan Şəhər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadı onun həmin sistemdə yaradılmış “elektron kabinet”ində yerləşdirilmiş və cavabdeh-iddiaçıya bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənə di rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, kollegiya hesab edir ki, iş üzrə cavabdeh-iddiaçı Cavabdeh3 məhkəmə qərardadının ona vaxtında təqdim edilməməsinə dair şikayətində göstərdiyi dəlilləri əsassızdır. Belə ki, məhkəmə sənədi cavabdeh-iddiaçı Cavabdeh3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində qanunla müəyyən olunmuş müddətdə yerləşdirilmişdir ki, belə olan halda da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə uyğun olaraq o, tərəfə rəsmi qaydada təqdim olunmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə mü əyyən edilir. -128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. -129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. -129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. -130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. -360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində verilə bilər. -363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə” 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə, mübahisə üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Kollegiya belə nəticəyə gəlir ki, cavabdehin müddətin bərpası barədə şikayətində qeyd etdiyi hallar üzrlü səbəb kimi qəbul oluna və prosessual müddətin bərpası barədə şikayət təmin edilə bilməz. Məhz qeyd olunan əsaslara görə də məhkəmə kollegiyası hesab edir ki, cavabde hin müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Cavabdehin şikayətdə göstərdiyi dəlillər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişiklik edilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda qeyd xüsusatları nəzərə alan kollegiya hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı cavabdehlər Həsənova (Məmmədova) Minurə Bəhlul qızına, Cavabdeh2 və cavabdeh- iddiaçı Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və cavabdeh-iddiaçı Cavabdeh3 iddiaçı-cavabdeh İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadından cavabdeh-iddiaçı Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı-cavabdeh İddiaçı cavabdehlər Həsənova (Məmmədova) Minurə Bəhlul qızına, Cavabdeh2 və cavabdeh- iddiaçı Cavabdeh3 qarşı mira s əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və cavabdeh-iddiaçı Cavabdeh3 iddiaçı-cavabdeh İddiaçı qarşı miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadından cavabdeh-iddiaçı Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin olunmasın. Naxçıvan Şəhər Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(078)-1095/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar