Məhkəmə qərarları › İş №2(108)-97/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-97/2021

25.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-97/2021 25.05.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078)128/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəm əsinə müraciət edərək Cavabdeh 5000 (beş min) manat kompensasiya ödənilməklə mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, 10 nömrəli binanın 41 nömrəli mənzilin tərkibindən yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078)-128/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı 05 mart 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078)-128/2021 nömrəli qətnaməsinin tamam ilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan mənzildə həyat yoldaşı, o, oğlu Elxan və onunla birlikdə 4 nəfər ailə üzvü yaşayırlar. Yaşayış mənzilinin ümumi sahəsi 28.13 m2 olmaqla 2 otaqdan ibarətdir. 13 m2-dən ibarət olan otaqda Elxan 4 nəfər ailə üzvü ilə yaşayır. Elxana isə onun tərəfindən 5000 manat kompensasiya təklif olunmuşdur. Lakin məhkəmə qətnamədə qeyd edir ki, onları yaşadıqları yaşayış mənzillərinin yerləşdiyi ərazidə mənzillərin kirayə qiyməti notariat ofislərinə verilmiş sorğuya əsasən 100-300 manat arası dəyişir. Bu qiymətləri müəyyən edən məhkəmə Elxanın və onun ailəsinin faktiki yaşadığı otağın təmirsiz olmağını nəzərə almamışdır. Həmin ərazid ə 20 m2 sahəsi olan bir otaqlı mənzillərin kirayə qiyməti təmirindən və şəraitindən asılı olaraq 200-250 manat arası dəyişir. Belə hesabla isə Elxanla ailə üzvlərinin eyni şəraitli və eyni ölçülü kirayə mənzillərdə yaşaması üçün kirayə qiyməti 250 manatdan yuxarı deyil. Bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Elxan isə ondan 20000 manat tələb edir. Bu gün həmin mənzilin dəyəri təmirsiz olduğundan 45000-50000 manat arasında dəyişir. Belə çıxır ki, Elxan ondan həmin mənzilin dəyərinin yarısını istəyir. Əgər məhkəmə tərəfindən hərtərəfli və obyektiv araşdırılma aparılsaydı qəbul olunmuş qərar onun xeyrinə olardı. Ona görə ki, məhkəmə prosesində nəvələrinin olmasını da nəzərə alaraq belə fikirləşmişdir ki, əgər cavabdeh tərəf kompensasiyanın 5000 deyil, 8000-9000 manat məbləğində ödə nilməsini istəsəydi, o, bu məbləği ödəyə bilərdi. Digər 4 övladına müraciət etmişdir. Onlar ona Elxana kompensasiya ödəməsi üçün borc pul verəcəklər. Birinci instansiya məhkəməsi tərəfindən isə həmin ərazidə mənzillərin kirayə məbləğinin 100-300 manat arası dəyişməsi ümumi olaraq göstərilmişdir. Əlavə olaraq qeyd edir ki, həyat yoldaşı və o, təqaüdçüdürlər, maddi tələbatlarını ancaq ödəyirlər. Elxan Naxçıvan şəhər elektrik şəbəkəsində çalışır, həyat yoldaşı isə Babək rayon Nehrəm kənd orta məktəbində işləyir. Apellyasiya şikayətinə qarşı Cavabdeh 21 aprel 2021-ci il tarixdə etirazla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, onun atası ilə birlikdə yaşadığı müddətdə mənzilə xərc çəkdiyini, ailəli və 2 övladının olduğunu, X3 Xidmətində mantyor işlədiy ini, aylıq əmək haqqısının 320 manat olduğunu, əgər o, evdən çıxsa aldığı əmək haqqının qalacağı evin kirayə puluna yetməyəcəyini, onun və yoldaşının adına hər hansı bir ev və ya torpaq sahəsi olmadığını, atası ilə çox yaxşı yola getdiklərini, onları qardaşları öyrətdiyinə görə ona qarşı küskünlük yaradıb onu və ailə üzvlərini evdən çıxarmaq istədiyini, ona kompensasiya deyil, uşaqlarını saxlamaq üçün ev lazım olduğunu, iki sot torpaq alıb üstündə 1 otaqlı ev tikmək üçün heç olmazsa 20000 manat kompensasiya verilməsini, 20000 manat kompensasiya veriləcəyi halda evdən çıxmağa razı olacağını qeyd edərək atası İddiaçı ona qarşı “kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi barədə” qaldırdığı iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiy adan xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətinə əlavə olaraq kompensasiya məbləğini 10000 (on min) manat ödəməyə razı olduğunu bildirərək Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078)-128/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və təklif etdiyi yeni kompensasiya məbləğini nəzərə alaraq iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh əvvəl iştirak etdiyi məhkəmə baxışı iclasındakı izahatında 20000 manat kompensasiya müqabilində evdən çıxmağa razı olacağını, lakin təklif olunan 10000 manat məbləğlə razı olmadığını bidirərək apellyasiya şikayətinin təmin edilməməklə Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078)-128/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 izahatında 20000 manat kompensasiya tələb etdiklərini, əks halda apellyasiya şikayətinin təmin edilməməklə Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078)-128/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci ins tansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya ilk olaraq qeyd edir ki, apellyasiya şikayətində iddiaçının tələbi Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078)-128/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının təmin olunmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsin ə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh atasıdır. Faktiki yaşadıkları mənzil 2009-cu ildən iddiaçının mülkiyyətinə verilmişdir. Odur ki, İddiaçı hazırki iddianı qaldıraraq Cavabdeh cəmi 5000 manat kompensasiya ödənilməklə onların mübahisəli mənzildən yaşayış və istifadə hüquqlarına xitam verilməsini tələb etmişdir. İşə birinci instansiya qaydasında baxan məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən verilən 5000 manat kompensasiya Cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət deyil və Cavabdeh 5000 manat məb ləğində kompensasiya ödənilməklə onun həmin mənzildə sahəsindəki yaşayış və istifadə hüququna xitam verilməməlidir. Hazırkı işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçı tərəfə kompensasiyanın daha artıq məbləğə qaldırılması təklifini irəli sürmüşdür. Bununla razılaşan iddiaçı daha artıq 10000 (on min) manat kompensasiya məbləğinin təklif olunması ilə bağlı məhkəməyə rəsmi müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016cı il tarixli Qərarında qeyd edildiyi kimi “Müraciətdə qaldırılan kompensasiya məbləğinin iddianın predmetinə daxil olub-olmamas ı və həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki,.... kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzg ün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə pr osessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərə findən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.”. Konstitusiya Məhkəməsinin bu mövqeyinin əksinə olaraq işə baxan birinci instansiya məhkəməsi tərəfindən bazar qiymətinə uyğun kompensasiya məbləği müəyyən edilmədən, sadəcə 5000 (beş min) manat məbləğin artırılması təklif edilmiş, bu isə iddiaçı tərəfindən qəbul edilməmişdir. Bu hal nəzərə alınaraq apellyasiya baxışı zamanı iş materiallarında olan sənədlər əsasında ağlabatan məbləğ olaraq 10000 (on min) manat kompensasiya məbləği müəyyən edilərək İddiaçı təklif edilmiş və iddiaçı razılaşaraq bu kompensasiya məbləğinin ödənilməsinə razılığını ifadə edən ərizəni kollegiyaya təqdim etmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında o da vurğulanmışdır ki, “Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin e dilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar...”. Bu nöqteyi-nəzərdən İddiaçı apellyasiya baxışı zamanı məhkəməyə təqdim etdiyi, kompensasiya məbləğinin artırılaraq 10000 manat müəyyən edilməsinə razılıq verməsi barədə ərizəsi nəzərə alınaraq mülki işə bu kompensasiya məbləği çərçivəsində baxılmışdır. İş materiallarında olan MH seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, H.Əliyev prospektində 10 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 4-cü mərtəbəsində, 44,0 kv.m ümumi, 28,13 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 41 nömrəli mənzil 22.04.2009-cu il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvanı şəhəri, H.Əliyev prospekti 10 nömrə li binanın 41 nömrəli mənzilinə dair 11 noyabr 2020-ci il tarixli 1523 və 1524 saylı arayışından görünür ki, İddiaçı və oğlu Cavabdeh göstərilən mənzildə qeydiyyatdadırlar. Həmçinin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, qeyd edilən şəxslərdən əlavə həmin mənzildə iddiaçının həyat yoldaşı Babayeva Xanım və cavabdehin üç nəfər ailə üzvü olmaqla cəmi altı nəfər yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna məhkəmə qaydasında mülkiyyətçinin könüllü i radəsi əsasında və tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. İş materiallarından, işin birinci instansiya məhkəməsi və məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi, Cavabdeh isə mübahisəli mənzildən istifadə hüququna malik olduqlarından İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan Cavabdeh kompensasiya verməsi yolu ilə mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarı ilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Kollegiya həm iddiaçı tərəfindən apellyasiya şikayətində, həm də cavabdeh tərəfindən apellyasiya şikayətinə etirazda mübahisəli mənzilin qiyməti ilə əlaqədar qeyd edilənlərə münasibətdə bildirir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenum Qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun e lə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Yəni iddianın təmin və ya rədd edilməsi məsələsi mübahisəli mənzilin qiyməti ilə əlaqəli deyildir və mənzilin qiyməti heç bir halda kompensasiya məbləğin in müəyyən edilməsi üçün meyar olaraq qəbul edilə bilməz. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Cavabdeh yalnız 20000 manat kompensasiya müqabilində hüquql arına xitam verilməsinə razılıq verilə biləcəyi tələbi ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda da qeyd edilən Qərarında ifadə olunmuş hüquqi mövqe nöqteyinəzərindən yanaşılarsa Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu deyil, ona yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsini nəzərdə tutur. O da qeyd olunmalıdır ki, mənzildən istifadə hüququ şəxsin həmin mənzildə mülkiyyətçi kimi paya sahib olması və həmin payı tələb etməsi və ya həmin pay müqabilində kompensasiya ödənilməsini tələb etməsi kimi qəbul edilə bilməz. İstifadə hüququna görə ödənilməli kompensasiya məhkəmə tərəfindən hesablanarkən mənzilin şəraiti, həmin ərazidə kirayə haqlarının miqdarı, mülkiyyətçinin və mənzildən istifadə edən şəxsin maddi imkanı nəzərə alınmaqla mövcud bazar qiyməti ilə ağlabatan həddə təyin edilir. Bu səbəbdən istifadə hüququna xitama görə ödənilməli məbləğ həddən artıq şişirdilmiş olmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği y etərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Eyni zamanda işə baxan birinci instansiya məhkəməsi tərəfindən edilmiş sorğulara Naxçıvan Şəhər 3 saylı notariat ofisinin notariusunun 10 fevral 2021-ci il tarixli, 14 nömrəli, Naxçıvan Şəhər 2 saylı notariat ofisinin notariusunun 11 fevral 2021-ci il tarixli, 07 nömrəli, Naxçıvan Şəhər 1 saylı notariat ofisinin notariusunun 17 fevral 2021-ci il tarixli, 36 nömrəli, cavab məktublarından Naxçıvan şəhər, H.Əliyev prospekti 10 ünvanında yerləşən 2 ot aqlı mənzillərin kirayə müqavilələri üzrə kirayə haqlarının 100-300 manat arası dəyişdiyi müəyyən olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh Naxçıvanı şəhəri, H.Əliyev prospekti 10 nömrəli binanın 41 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi müqabilində ona 10.000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Həmin ərazidə eyni ölçülü və eyni şəraitli evlərin kirayə qiymətləri ortalama olaraq 200 manat həddində olduğu müəyyən edilmişdir. Bu isə təklif olunan 10.000 manat kompensasiya məbləği ilə uzun, ağlabatan bir müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilə biləcəyi qənaətinə gəlməyə əsas verir. Ona görə də məhkəmə kollegiyası təklif olunan kompensasiyanın məbləği ilə razılaşır. Kollegiya hesab edir ki, həmin məbləğ yuxarıda qeyd olunanlar nəzərə alınmaqla ağlabatan məbləğdir və bu məbləğdə kompensasiya təklifinə münasibətdə iddianın rədd edilməsi mülkiyyətçi olaraq İddiaçı hüquqlarının ciddi şəkildə pozulması ilə nəticələnər. Apellyasiya şikayətindəki dəlillərə münasibətdə məhkəmə kollegiyası son olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarının tələblərinə əsasən kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir. Bu nöqteyi-nəzərdən iddiaçının təklif etdiyi 10000 manat məbləğində kompensasiya cavabdehə bu imkanların lazımınca və uzun müddət təmin edilməsinə şərait yaradır. Cavabdeh tərəfindən isə bunun əksini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən k ənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır və buna görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən qətnamə ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078)-128/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078)-128/2021 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı tərəfindən Cavabdeh 10000 (on min) manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, 10 nömrəli binanın 41 nömrəli mənzilinin tərkibində yaşayış və istifadə hüququna xitam verilməli, Cavabdeh yaşayış və istifadə hüququna kompensasiyanın ödənildiyi gündən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078) 128/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078)-128/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı tərəfindən Cavabdeh 10000 (on min) manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, 10 nömrəli binanın 41 nömrəli mənzilin tərkib hissəsinə Cavabdeh yaşayış və istifadə hüququna xitam verilsin. Cavabdeh yaşayış və istifadə hüququna kompensasiyanın ödənildiyi gündən xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şika

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar