Məhkəmə qərarları › İş №2(108)-98/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-98/2021

22.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-98/2021 22.06.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Abdullayev Məhəmməd Cəfər oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması, cavabdeh tərəfindən evinin arxasına çəkilmiş talvar və tavanın sökülməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(078)-90/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi i lə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh mülkiyyət hüququnun həyata keçirilməsinə edilən maneələrin, onun tərəfindən evinin arxasına çəkilmiş talvar və tavanın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən G.X.Səfərəliyeva) 19 fevral 2021-ci il tarixli, 2(078)-90/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh məxsus torpaq sahəsinin girişində inşa edilmiş İddiaçı məxsus evin arxa fasadı ilə Cavabdeh məxsus olan köməkçi tikililər arasında eni 4.10 metr, uzunluğu 6.10 metr, hündürlüyü isə 4 metr mübahisəli tavan və 11.95 metr uzunluğu və 4.65 metr enində talvarın Cavabdeh öz vəsaiti hesabına sökülməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 29 mart 2021-ci tarixdə apelyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(078)-90/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmədə verdiyi izahatında iddianı müdafiə edərək onun mülkiyyət hüquqlarının cavabdeh tərəfindən pozulduğu, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaradıldığını qeyd etmişdir. Həmçinin müvafiq qətnamənin 4-cü səhifəsinin 1-ci və 2-ci abzaslarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarına istinad olunmaqla belə qənaətə gəlinmişdir ki, həqiqətən hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarına müdaxilə olunmuşdur. Bununla bağlı ilk əvvəl onu qeyd etmək olar ki, əvvəla hazırki iş üzrə c avabdeh qeyd edilən talvar və tavan tikilisini özünə tam mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində quraşdırmış, yəni iddiaçının torpaq sahəsinə və ya fərdi yaşayış evinə heç bir müdaxilə olunmamışdır. Azərbaycan Respublikası Konstutsiyasında qeyd olunur ki, mülkiyyət, o cümlədən xüsusi mülkiyyət dövlət tərəfindən qorunur. Həmçinin mülkiyyət hüququ ilə bağlı mülki qanunvericilikdə qeyd olunur ki, mülkiyyətçi öz mülkiyyətindən istədiyi formada istifadə edə bilər, ona sahiblik edə bilər və həmçinin onun barəsində istədiyi vaxt sərəncam verə bilər. Hazırki iş üzrə iddiaçının evinin arxa tərəfinin cavabdehə məxsus torpaq sahəsinin hasarı hesab olunması iddiaçının mülkiyyət hüquqlarının pozulması anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və Nazirlə r Kabinetinin ara məsafəsi ilə bağlı müfəssəl qaydaların təsdiq edilməsi haqqında 11 mart 2014-cü il tarixli qərarının tələblərinə görə ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır. Yəni buradan da aydın olur ki, iddiaçının evinin arxa hissəsinin divarı müvafiq qanunvericiliyə uyğun inşa edilməmiş və tələb olunan ara məsafəsinin öz sərhədləri daxilində olması tələbi iddiaçı tərəfindən gözlənilməmişdir. İkinci bir hal ondan ibarətdir ki, cavabdeh özünə məxsus həyətyanı torpaq sahəsində öz istədiyi işləri həyata keçirə bilər, istənilən yaxşılaşdırmaları həyata keçirə bilər və müəyyən tikililər inşa edilə bilər. Burada iddiaçının mülkiyyət hüquqlarının pozulmasından söhbət gedə bilməz. Ona görə ki, cavabdeh hər bir tikilinin və ya qurğunu özünə məxsus to rpaq sahəsində aparmış və yuxarıda qeyd edilən iddiaçının evinin arxa fasadı deyilən hissəyə ümumiyyətlə toxunmamışdır. Müvafiq qətnamədə fasad anlayışından bəhs edilir və iddiaçının evinin arxa fasadına müəyyən müdaxilədən bəhs olunur. Yuxarıda qeyd olunduğu kimi həmin evin arxa fasadı hazırki iş üzrə cavabdehin torpaq sahəsinin hasarı sayılır. Müvafiq qətnamədə cavabdeh tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə riayət edilməməklə inşa edildiyi qeyd olunmuş, həmçinin müvafiq ekspert rəyində də bu hal göstərilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.35-ci maddəsində qeyd olunur ki, yanaşı divarlar-bitişik torpaq sahələrinin sərhədində ayrıayrılıqda inşa edilmiş divarlardır. Həmçinin həmin Məcəllənin 3. 0.36-cı maddəsində qeyd olunur ki, ortaq divar – iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divarlardır. Eyni zamanda yuxarıda qeyd olunan Məcəllənin 72.1-ci maddəsində qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Göstərilənlərdən məlum olur ki, qonşulardan biri tərəfindən inşa olunmuş və ortaq divar sayılan divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun (divarı inşa edənin) notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Yuxarıda qeyd olunan maddələrin mə zmunundan da açıq-aşkar bəlli olur ki, burada söhbət yanaşı divardan gedir və əlavə tikilinin məhz yanaşı divarda və ya onun müəyyən hissəsində inşa edilməsindən bəhs olunur ki, bu halda da həmin divar ortaq divar sayılır. Belə olan halda əlavə tikili aparmaq istəyən qonşu digər qonşudan notarial qaydada razılıq almalıdır. Burada isə ümumiyyətlə yanaşı divardan söhbət gedə bilməz və buna görə müvafiq razılığın alınması da artıq öz əhəmiyyətini itirmiş olur. Yuxarıda qeyd olunduğu kimi yanaşı divarlar dedikdə bitişik torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda inşa edilmiş divarlar nəzərdə tutulur. Yəni burada iki divarın olması mütləq şərtdir ki, həmin divarlar yanaşı divarlar hesab olunsun. Həmçinin daha sonra yanaşı divarda aparılmış və ya onun müəyyən bir hissəsində aparılmış əlavə tik ili olan zaman isə həmin divar artıq ortaq divar hesab olunsun. Məhkəmə həmin qeyd edilən və eyni zamanda iddiaçının evinin arxa fasadı deyə qeyd etdiyi divarın yanaşı divar olubolmadığı hissəsində düzgün hüquqi mövqe formalaşdırmamış, mübahisə olunan divarın müvafiq Məcəlləyə uyğun anlayışı və hüquqi statusu düzgün müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən tikililərlə bağlı həmin divara cavabdeh tərəfindən heç bir müdaxilə olunmamış, ara məsafəsi gözlənilmişdir. Məhkəmə tərəfindən də mübahisə olunan yerə yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin evin arxa fasadı deyilən yerə onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Cavabdeh bir mülkiyyətçi kimi özünə məxsus torpaq sahəsində qeyd etdiyi tikililəri aparmış və iddiaçının mülkiyyət hüquqlarına toxunacaq və maneə yarada caq heç bir hüquqazidd hərəkət etməmişdir. İddiaçı ara məsafəsi ilə bağlı qaydaların müvafiq tələblərini pozduğundan və ara məsafəsi ilə bağlı müəyyən olunmuş tələblərə riayət etmədən fərdi yaşayış evini tikməsi səbəbindən cavabdeh məcbur qalaraq əkin sahəsini və digər tikililəri onun evinə ziyan vurmamaq üçün həyətin digər hissəsinə salmış və həyətin giriş hissəsini iddiaçının divarının yerləşdiyi yerdən salmışdır ki, qonşuya ziyan dəyməsin. Apellyasiya şikayəti əsaslandırılarkən Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarına, “İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyaya, Azərbaycan Respublikası MPMnin 4.1, 8.1, 9.1, 9.3, 76.1, 357.1, 372.1-ci maddələrinə istinad olunmuşdur. Apеlyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. Apelyasiya baxı şında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatı verərək və həmçinin 21 iyun 2021-ci il tarixli məhkəmə baxışı iclasında qonşusu Naxçıvan şəhəri, 11-ci məhəllə döngə 1 ünvanında olan torpaq sahəsinin sərhəddində İddiaçı tikdiyi evinin divarına dəmir mıxla bərkitdiyi, lakin öz torpaq sahəsində yəni mülkiyyətində olan ərazidə quraşdırdığı tavan və talvarı uzun müddətli qonşuluq münasibətlərinin qorunması məqsədilə qonşusu İddiaçı torpaq sahəsinin sərhəddində inşa etdiyi evinin divarından 10 sm sökərək aralamağa razı olduğunu qeyd etmiş və müvafiq ərizə təqdim etmiş, bunu özünün edəcəyini, buna baxmayaraq Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışında Cavab deh vəkili Abdullayev Məhəmməd Cəfər oğlu Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışında İddiaçı izahatında apellyasiya şikayətini qəbul etmədiyini, apelyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apelyasiya şikayətinin dəlillərini işdə iştirak edən şəxslərin izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq аşаğıdаkı nəticəyə gəlir. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə ol an və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı apelyasiya şikayətinin dəlillər i hüdudunda tam yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Mülki işin materiallarından aydın olur ki, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhər 11 -ci məhəllə, döngə 1- də 0.0353 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 34.45 kv.m yaşayış, 76.26 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/8 nömrəli reyestr kitabının 1487 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarından aydın olur ki, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhər 11-ci məhəllədə 607.68 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 119.2 kv.m yaşayış, 15.3 kv.m qeyriyaşayış sahəsindən ibarət 20 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 849 nömrəli və rəqində qeydiyyata alınmışdır. Mülki işə birinci instansiya məhkəməsində baxılması zamanı mübahisəli tikiliyə yerində baxış keçirilmiş və həmin baxış üzrə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin baş məsləhətçisi iş üzrə mütəxəssis Həsən Mahmudov tərəfindən tərtib olunmuş rəydə qeyd olunmuşdur ki, baxış zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin şərq istiqamətində 11-ci məhəllə ev 20 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində 6.13x4.65 kvadrat metr ölçüdə naves və 11.95x4.65 kv.metr ölçüdə talvar quraşdırılmışdır. Araşdırma zamanı məlum olur ki, mübahisələndirilən sahədə quraşdırılmış talvar və naves Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhədləri daxilindədir. Mülk i iş üzrə keçirilmiş məhkəmə tikinti–texniki ekspertizasının 30 dekabr 2020-ci il tarixli, 228/20 nömrəli rəyində qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, 11-ci məhəllə, döngə 1, ev 20-də yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş talvar və tavan tikilisi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə riayət edilməməklə inşa edildiyi müəyyən edilmiş, Naxçıvan şəhəri, 11-ci məhəllə, döngə 1, ev 20-də yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş talvar və tavan tikilisinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1 və 79.1.1-ci maddələrinin tələblərinə riayət olunmaqla inşa edildiyi müəyyən edilmişdir. Eyni zamanda həmin rəydə qeyd olunmuşdur ki, iş üzrə iddiaçının mübahisələndirdiyi tal var və tavan tikilisi öz xüsusiyyətlərinə, konstruksiyalarına görə ara məsafəsinə aid olan bəndlərin tələblərinə uyğun olaraq tənzimlənməməlidir, eləcə də yuxarıda göstərilən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin bəndlərinin tələblərinə uyğun olan qaydada aparılmalıdır. Kollegiya göstərilən ekspert rəyini iş materiallarına uyğun mötəbər sübut kimi qəbul edir. Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin girişində inşa edilmiş İddiaçı məxsus evin arxa fasadı ilə Cavabdeh məxsus olan köməkçi tikililər arasındakı tavana və talvara Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin tikinti müfəttişliyi sektorunun mütəxəssisinin və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı, memarlıq və tikinti şöbəsinin mütəxəssisinin iştirakı ilə yerində müayinə və tədqiq aparılmış, yerində baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli talvar və tavan tikilisi cavabdehin həyətyanı sahəsinin girişində yerləşir. Həmin hasardan cavabdehin həyətyanı sahəsinə daxil olduqda girişdən sol hissədə təqribən 15.90 metr iddiaçıya məxsus bir mərtəbəli fərdi yaşayış evi cavabdehin həyətyanı sahəsində iddiaçının torpaq sahəsi ilə həmsərhəddə inşa olunmuşdur. Cavabdehə məxsus olan köməkçi təyinatlı tikililər ilə iddiaçının birmərtəbəli fərdi yaşayış evinin arxa fasadı arasında təqribən eni 4.65 metr, uzunluğu 6.13 metr, hündürlüyü isə 4.00 metr olan mübahisəli tavan və 11,95 metr uzunluğunda və 4,65 metr enində talvar quraşdırılmışdır. Həmin dəmir konstruksiyadan quraşdırılmı ş tavan girişdən sol tərəfdən İddiaçı mülkiyyətində olan evin arxa divarına bitişik inşa olunmuş, dəmir konstruksiyadan quraşdırılmış talvarın dayaq dirəkləri İddiaçı mülkiyyətində olan evin arxa divarına metal parçası ilə deşilərək bərkidilmişdir. Həmçinin İddiaçı məxsus evin arxa fasadından (mübahisəli tavan və talvar tərəfdən) iddiaçıya aid hər hansı bir kommunikasiya xətləri keçmədiyi, evin arxa fasadında evin hər hansı bir pəncərəsinin olmadığı aydın oldu. Apellyasiya icraatı zamanı mübahisə predmeti olan talvar və tavanın tikilməsi nəticəsində Naxçıvan şəhəri, 11-ci məhəllə, döngə 1, ev 1 ünvanında yerləşən qonşunun mənafelərinin pozulub-pozulmaması, talvar və tavanın ünvan 2 ünvanında yerləşən qonşunun həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmaması hallarını müəyyənləşdirmək z ərurəti yarandığından müvafiq məsələlərin iş üzrə mütəxəssisin iştirakı ilə aydınlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin mütəxəssisinin yerində müayinə və tədqiq aparılmasında iştirakı təmin edilmiş və tikinti müfəttişliyi sektorunun mütəxəssis tərəfindən verilən izahatda 02 iyun 2021-ci il tarixdə aidiyyəti şəxslərin iştirakı ilə ünvan 3 ünvanında tavan və talvara vizual baxış keçirilən zaman talvar və tavanın dayanıqlığı ilə bağlı hal-hazırki vəziyyətdə ciddi qüsur və zədələr (uçma, dağılma təhlükəsi) aşkar edilmədiyi qeyd edilmişdir. Mütəxəssis bu barədə məhkəməyə arayış da təqdim etmişdir. Həmçinin apellyasiya icraatı zamanı mübahisə predmeti olan talvar və tavanın Tikinti Norma və Qaydalarına riayət edilməklə aparılıb-aparılmadığı, tikilinin inşa edildiyi torpaq sahəsindən ünvan 2 ünvanında yerləşən qonşunun evinə hansı ara məsafəsinin qoyulmaqla tikilinin aparılmasının Tikinti Norma və Qaydalarına uyğun hesab edilməli olduğu məsələlərinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin müvafiq sahə üzrə mütəxəssisinin iştirakı ilə aydınlaşdırılması zərurəti yarandığından Naxçıvan Şəhər İcra Hakimiyyətinin müvafiq sahə üzrə mütəxəssisinin yerində müayinə və tədqiq aparılmasında iştirakı təmin edilmiş və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı, memarlıq və tikinti şöbəsi tərəfindən verilən izahatda baxış zamanı Cavabdeh mülkiyyətində olan sahədə dəmir konustruksiyadan örtük (tavan) və talvar quraşdırıldığı, həmin görülmüş işlərə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə (Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri) əsasən məlumatlandırma icraatının şamil olunmadığı, İddiaçı məxsus evin arxa divarına qonşu Cavabdeh dəmir konstruksiyadan quraşdırılımış örtüyün divara söykənməsini və dəmir konstruksiyadan quraşdırılımış talvarın dayaq dirəklərinin qonşunun divarına metal parçası ilə deşilərək bərkidilməsini qanunvericiliyin tələblərinə uyğun olaraq həmin qonşunun notarial qaydasında təsdiq olunmuş razılığından sonra həyata keçirə bilməsi, lakin qonşular arasında heç bir razılıq olmadığından yuxarıda qeyd olunanlar qoşunun divarından ayrılmalı olduğu qeyd edilmişdir. Mütəxəssis kollegiyaya bu barədə yazılı arayış da təqdim etmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsind ə göstərilmişdir ki, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.5 və 152.6-cı maddələrində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitus iyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin məna feləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülk iyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəy yən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Kollegiya yuxarıdakı abzaslarda sadalanan qanunvericilk aktlarının müddəalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeni iş üzrə tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi yanlış olaraq tikililərin bütövlüklə sökülməsinə qərar verərək cavabdehin qanunvericiliyin tələblərinə tam şəkildə zidd olmayan və onu n əmlakının hüdudlarında inşa olunmuş tiklililərinin (qurğuların) tam sökülməsi ilə cavabdehin mülkiyyət hüququna işin halları ilə uyğunluq təşkil etməyən, qeyri-bərabər müdaxilə etmişdir. Belə ki, mülki işin araşdırılmış hallarından aydın olur ki, cavabdeh özünə məxsus həyətyanı torpaq sahəsinin girişində iddiaçıya məxsus evin arxa fasadı ilə özünə məxsus olan köməkçi tikililər arasında tavan və talvar inşa etmiş, həmin tikililər öz xüsusiyyətlərinə, konstruksiyalarına görə ara məsafəsi gözlənilməklə tikilməli olan tikililər (qurğular) olmadığı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1 və 79.1.1-ci maddələrinin tələblərinə ziddiyyət təşkil etmədiyi müəyyən edilmiş, lakin mübahisəli tikililərin iddiaçıya məxsus evin arxa fasadına bitişik inşa edilməsi üçün onun qanun vercilklə müəyyən edilmiş qaydada razılığı alınmadığından talvar və tavan tikilisi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə uyğun hesab edilməmişdir. Odur ki, həmin tiklililər yalnız iddiaçının mənafeyinə toxunan-onun mülkiyyətində olan evin arxa fasadına toxunan və cavabdehə məxsus yaşayış evinin darvazasından daxil olarkən sol tərəf hissədə iddiaçıya məxsus yaşayış evinin divarı ilə təması kəsəcək ölçüdə sökülməli, lakin talvar və tavan qurğuları ara məsafəsi gözlənilməklə inşa edilməli tikili olmadığından və iş üzrə cavabdeh də iddiaçının divarından öz mülkiyyətində olan torpaq sahəsinə tərəf olmaqla talvar və tavanı 10 santimetr sökərək aralamağa razı olduğundan kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh məxsus torpaq sahəsinin girişin də inşa edilmiş İddiaçı məxsus evin arxa fasadı ilə Cavabdeh məxsus olan köməkçi tikililər arasında eni 4.65 metr, uzunluğu 6.13 metr, hündürlüyü isə 4 metr mübahisəli tavan və 11.95 metr uzunluğu və 4.65 metr enində talvar İddiaçı məxsus evin (Naxçıvan şəhəri, 11-ci məhəllə döngə 1, ev 1) arxa fasadından (divarından) Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə (Naxçıvan şəhəri 11-ci məhəllə ev 20) tərəf olmaqla 10 santimetr enində hissədə Cavabdeh öz vəsaiti hesabına sökülməlidir. Odur ki, kollegiya apellyasiya şikayətinin cavabdehin qeyd edilən talvar və tavan tikilisini özünə tam mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində quraşdırması, yəni iddiaçının torpaq sahəsinə və ya fərdi yaşayış evinə heç bir müdaxilə olunmaması ilə bağlı dəlillərini qismən əsaslı hesab edir. Belə ki, cavabdeh mübahisəli tikililəri tam mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsində quraşdırsa da, həmin tikililər iddiaçıya məxsus evin divarı ilə təmas etməklə quraşdırılmış və bunun üçün ondan lazımi qaydada icazə alınmamışdır. Yəni, məhz həmin təmas qanunvericilik aktlarının tələbinə uyğun olmamışdır. Cavabdehə məxsus talvar və tavanın iddiaçının mülkiyyət hüquqlarını digər başqa şəkildə pozması müəyyən ediməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hazırki iş üzrə iddiaçının evinin arxa tərəfinin cavabdehə məxsus torpaq sahəsinin hasarı hesab olunmasının iddiaçının mülkiyyət hüquqlarının pozulması anlamına gəlmədiyi, belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və Nazirlər Kabinetinin ara məsafəsi ilə bağlı müfəssəl qaydaların təsdiq edilməsi haqq ında 11 mart 2014-cü il tarixli qərarının tələblərinə görə ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalı olduğu, buradan da iddiaçının evinin arxa hissəsinin divarı müvafiq qanunvericiliyə uyğun inşa edilmədiyi və tələb olunan ara məsafəsinin öz sərhədləri daxilində olması tələbinin iddiaçı tərəfindən gözlənilmədiyinin aydın olduğu, cavabdehin özünə məxsus həyətyanı torpaq sahəsində öz istədiyi işləri həyata keçirə bilməsi, istənilən yaxşılaşdırmaları həyata keçirə bilməsi və müəyyən tikililər inşa edilə bilməsi, burada iddiaçının mülkiyyət hüquqlarının pozulmasından söhbət getməməsi, cavabdehin hər bir tikilini və ya qurğunu özünə məxsus torpaq sahəsində aparması və yuxarıda qeyd edilən iddiaçının evinin arxa fasadı deyilən hissəyə ümumiyyətlə toxunmamas ı, müvafiq qətnamədə fasad anlayışından bəhs edilsə də və iddiaçının evinin arxa fasadına müəyyən müdaxilədən bəhs olunsa da yuxarıda qeyd olunduğu kimi həmin evin arxa fasadının hazırki iş üzrə cavabdehin torpaq sahəsinin hasarı sayılması, qeyd edilən tikililərlə bağlı həmin divara cavabdeh tərəfindən heç bir müdaxilə olunmaması, ara məsafəsinin gözlənilməsi, məhkəmə tərəfindən də mübahisə olunan yerə yerində baxış keçirilərkən həmin evin arxa fasadı deyilən yerə onun tərəfindən heç bir müdaxilə olunmamasnın müəyyən olunması, cavabdehin bir mülkiyyətçi kimi özünə məxsus torpaq sahəsində qeyd etdiyi tikililəri aparması və iddiaçının mülkiyyət hüquqlarına toxunacaq və maneə yaradacaq heç bir hüquqazidd hərəkət etməməsi, iddiaçı ara məsafəsi ilə bağlı qaydaların müvafiq tələblərini pozduğund an və ara məsafəsi ilə bağlı müəyyən olunmuş tələblərə riayət etmədən fərdi yaşayış evini tikməsi səbəbindən cavabdehin məcbur qalaraq əkin sahəsini və digər tikililəri onun evinə ziyan vurmamaq üçün həyətin digər hissəsinə salması və qonşuya ziyan dəyməməsi üçün həyətin giriş hissəsini iddiaçının divarının yerləşdiyi yerdən salması ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsində göstərilmişdir ki, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Həmin normanın tələbindən aydın olur ki, qonşu sahələr arasındakı divar ortaq divar he sab olunmaqla həmin divara əlavə tikili yalnız digər qonşunun notarial qaydada yazılı razılığı ilə edilə bilər. İş üzrə hallarla müəyyən edilir ki, iş üzrə iddiaçının evinin divarı iddiaçının mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən inşa olunmuş və yaşayış evi də müvafiq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə hazırkı mübahisə üzrə cavabdehə məxsus tavan və talvarın divarla təmasının qəbuledilməzliyi həmin divarın iddiaçıya məxsus olması, cavabdehə məxsus olmamasıdır. İddiaçının evinin arxa hissəsinin divarının müvafiq qanunvericiliyə uyğun inşa edilməməsi isə hazırkı mübahisənin mövzusu olmamaqla ayrıca iddia mövzusudur. Həmçinin yerində müayinə keçirilərkən də cavabdehə məxsus tavan və talvar qurğularının iddiaçının mülkiyyətində olan yaşay ış evinin arxa divarına təmas etdiyi müəyyən edilmişdir. Müvafiq qurğular ara məsafəsi gözlənilməklə inşa edilməli qurğular olmasa da yuxarıda qeyd olunduğu kimi, qanunvericilik aktlarının müddəaları müvafiq qurğuların göstərilən şəkildə təmasla quraşdırılmasına iddiaçının qanunvericliklə nəzərdə tutulmuş qaydada icazəsi olmadan imkan vermir. Cavabdeh həmçinin şikayətində qeyd etmişdir ki, müvafiq qətnamədə cavabdeh tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə riayət edilməməklə inşa edildiyi qeyd olunmuş, həmçinin müvafiq ekspert rəyində də bu hal göstərilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.35-ci maddəsində qeyd olunur ki, yanaşı divarlar-bitişik torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda inşa edi lmiş divarlardır. Həmçinin həmin Məcəllənin 3.0.36-cı maddəsində qeyd olunur ki, ortaq divar – iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divarlardır. Eyni zamanda yuxarıda qeyd olunan Məcəllənin 72.1-cı maddəsində qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Yuxarıda qeyd olunan maddələrin məzmunundan da açıq-aşkar bəlli olur ki, burada söhbət yanaşı divardan gedir və əlavə tikilinin məhz yanaşı divarda və ya onun müəyyən hissəsində inşa edilməsindən bəhs olunur ki, bu halda da həmin divar ortaq divar sayılır. Belə olan halda əlavə tiki li aparmaq istəyən qonşu digər qonşudan notarial qaydada razılıq almalıdır. Burada isə ümumiyyətlə yanaşı divardan söhbət gedə bilməz və buna görə müvafiq razılığın alınması da artıq öz əhəmiyyətini itirmiş olur. Yuxarıda qeyd olunduğu kimi yanaşı divarlar dedikdə bitişik torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda inşa edilmiş divarlar nəzərdə tutulur. Yəni burada iki divarın olması mütləq şərtdir ki, həmin divarlar yanaşı divarlar hesab olunsun. Həmçinin daha sonra yanaşı divarda aparılmış və ya onun müəyyən bir hissəsində aparılmış əlavə tikili olan zaman isə həmin divar artıq ortaq divar hesab olunsun. Məhkəmə həmin qeyd edilən və eyni zamanda iddiaçının evinin arxa fasadı deyə qeyd etdiyi divarın yanaşı divar olub-olmadığı hissəsində düzgün hüquqi mövqe formalaşdırmamış, mübahisə olu nan divarın müvafiq Məcəlləyə uyğun anlayışı və hüquqi statusu düzgün müəyyən edilməmişdir. Kollegiya göstərilən dəlillərlə əlaqədar qeyd edir ki, dəlildə istinad olunan yanaşı divarla əlaqədar tənzimləmənin mahiyyəti ondan ibarətdir ki, yanaşı divar qonşunun öz mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi divardır. Digər qonşu həmin divarda hər hansı əlavə tikilini divarı inşa edən qonşunun notariat qaydasında təsdiq olunmuş razılığı ilə apara bilər. Belə halda həmin divar ortaq divar sayılır. Yuxarıda da müəyyən olunduğu kimi, iş üzrə cavabdeh iş üzrə iddiaçı tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa olunmuş divara təmas edən qurğular inşa etmişdir ki, yuxarıda da əsaslandırılıdığı kimi bu təmas qanunvericilik aktlarının tələbinə uyğun deyil. Kоllеgiyа yuxarıda qeyd olunanla rı nəzərə аlаrаq bеlə nəticəyə gəlir ki, birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun оlmadığından apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(078)-90/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməklə Cavabdeh məxsus torpaq sahəsinin girişində inşa edilmiş İddiaçı məxsus evin arxa fasadı ilə Cavabdeh məxsus olan köməkçi tikililər arasında eni 4.65 metr, uzunluğu 6.13 metr, hündürlüyü isə 4 metr mübahisəli tavan və 11.95 metr uzunluğu və 4.65 metr enində talvar İddiaçı məxsus evin (Naxçıvan şəhəri, 11-ci məhəllə döngə 1, ev 1) arxa fasadından (divarından) Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə (Naxçıva n şəhəri 11-ci məhəllə ev 20) tərəf olmaqla 10 santimetr enində hissədə Cavabdeh öz vəsaiti hesabına sökülməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 392, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutub kollegiya qət e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(078)-90/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh məxsus torpaq sahəsinin (Naxçıvan şəhəri 11-ci məhəllə ev 20) girişində inşa edilmiş İddiaçı məxsus evin (Naxçıvan şəhəri, 11-ci məhəllə döngə 1, ev 1) arxa fasadı ilə Cavabdeh məxsus olan köməkçi tikililər arasında eni 4.65 metr, uzunluğu 6.13 metr, hündürlüyü isə 4 metr mübahisəli tavan və 11.95 metr uzunluğu və 4.65 metr enində talvar İddiaçı məxsus evin arxa fasadından (divarından) Cavabdehn mülkiyyətində olan torpaq sahəsinə tərəf olmaqla 10 santimetr enində hissədə Cavabdeh öz vəsaiti hesabına sökülsün. İddia digər hissədə rədd edilsin. Qətnamədən, qət namə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar