Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1052/2025 17.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X6 katibliyi, Ərizəçinın, Şərur Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçılik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” tələbinə dair ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci iİ tarixdə anadan olmuş X8 Məzahir oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində bildirir ki, X8 Məzahir oğlu xx.xx.1995-ci iİ tarixdə Şərur rayon Tumaslı kəndində anadan olmuş oğlu Məmmədov X4 MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 qeydiyyatdadır. Naxçıvan MR X2 xx.xx.2025-ci il tarixli, 3-28-34-4/2-2254 saylı arayışına əsasən Şərur rayon Tumaslı kəndində qeydiyyatda olan xx.xx.1995-ci il təvəllüdlü Məmmədov Fərman Məzahir oğlu həqiqətən də, Naxçıvan MR X1 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanır. X8 Məzahir oğlu orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına əlillik müəyyən edilmiş və Azərbaycan Respublikası Prezidentinin 250 (iki yüz əlli) manat təqaüdünü alır. X8 Məzahir oğlu onunla bir ailədə yaşayır onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Məmmədov Fərman Məzahir oğlu özünü idarə etmək qabiliyyətində deyildir. Bundan başqa mülkiyyət hüquqlarını, həmçinin onun öz hüqularını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən oğlu F.Məmmədovun həmin hüquqlarını həyata keçirə bilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının nümayəndəsi X5 izahatında ərizəyə etirazlarının olmadığını, sui istifadə halının olmadığını, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin izahatlarına, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Mülki iş materialları: Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron imformasiya sistemi Sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Məmmədov Fərman Məzahir oğlu müddətsiz İ qrup əlildir; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 xx.xx.2025-ci il tarixli 498 saylı rəyindən görünür ki, Məmmədov Fərman Məzahir oğlunun “Orta dərəcəli əqli gerilik” psixi xəstəliyi vardır. Məmmədov Fərman Məzahir oğlu öz hərəkətlərinin faktiki mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Məmmədov Fərman Məzahir oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. - Şərur Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli 2(110)-1052/2025 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edildiyindən mülki işin icraatı dayandırılmışdır; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Məmmədov Fərman Məzahir oğlu xx.xx.2013-cü il tarixdən “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində ” diaqnozu ilə dispanserdə qeydiyyatda dayanır; - Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(110)-1052/2025 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Məmmədov Fərman Məzahir oğlunda “orta dərəcəli əqli gerilik” psixi xəstəliyi var, öz hərəkətlərinə rəhbərlik edə bilmir və hər zaman başqasının köməyinə ehtiyacı var. Məhz buna görə də ərizəçi məhkəməyə müraciət edərək xx.xx.1995-ci il təvəllüdlü Məmmədov Fərman Məzahir oğlu üzərində qəyyum təyin olunması üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasını istəyir. Mülki işin məhkəmə araşdırması zamanı şəxsin psixi qüsurlu olub-olmamasını müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 xx.xx.2025-ci il tarixli 498 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Məmmədov Fərman Məzahir oğlunda “orta dərəcəli əqli gerilik” psixi xəstəliyi var. Məmmədov Fərman Məzahir oğlu öz hərəkətlərini dərk etmir. Məmmədov Fərman Məzahir oğlu öz hərəkətlərini anlamaq və idarə edə bilmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir... . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. - 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. - 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. - 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda və əlaqəli şəkildə hüquqi qiymət verərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 xx.xx.2025-ci il tarixli 498 saylı Ambulator Məhkəmə- Psixiatrik ekspertizasının rəyinə əsasən xx.xx.1995-ci il təvəllüdlü Məmmədov Fərman Məzahir oğlu öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas verir. Ona görə də ərizə təmin edilməli, xx.xx.1995-ci il tarixdə Şərur rayon Tumaslı kəndində doğulmuş, Şərur rayon Tumaslı kəndində qeydiyyatda olan Məmmədov Fərman Məzahir oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1995-ci il tarixdə Şərur rayon Tumaslı kəndində doğulmuş, Şərur rayon Tumaslı kəndində qeydiyyatda olan Məmmədov Fərman Məzahir oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №2(110)-1052/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1052/2025
17.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver