Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-112/2022 14.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, Ərizəçi, barəsində fəaliyyət qabiliyyəti olmayan sayılması üçün müraciət edilmiş şəxs X3, Vəkil, maraqlı şəxslər Maraqlı şəxs2 və Şərur şəhəri İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştirakı ilə hüquqi əhəmiyyətli Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək Şərur rayon Düdəngə kənd sakini 01.10.1992ci il tarixdə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi yetkinlik yaşına çatmış oğlu X4 01.10.1992-ci il tarixdə Şərur rayon Düdəngə kəndində anadan olduğunu, onun 1999-cu ildə orta məktəbə getdiyini, cəmi 7-ci sinifə kimi təhsil aldığını, Xəyyamın anadangəlmə oliqofreniya (əqli gerilik) xəstəsi olduğunu, onun 2009-cu ildən Bakı şəhəri, Binəqədi rayonu 9 saylı şəhər poliklinikasında qeydiyyatda olduğunu, haliyədə Xəyyam yetkinlik yaşında olsa da, onun öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini, hüquqlarını həyata keçirməkdə müəyyən çətinliklər çəkdiyini, Xəyyamın müalicəsi ilə əlaqədar həkim yoxlamalarından keçirilməsi üçün Bakı şəhərinə getməsi və geri qayıtmasında başqasının köməyinə ehtiyacı olduğunu, ona görə də Xəyyamın məhdud fəaliyyət qabiliyyətli sayılmasına və üzərinə qəyyum təyin olunmasına ehtiyyacı olduğunu, fiziki şəxsin fəaliyyət qabiliyyətli olmayan sayılmasının məhkəmə tərəfindən müəyyən olunduğunu, buna görə də məhkəməyə ərizə ilə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Vəkil izahatında ərizədə qeyd olunan halları təsdiq etdiyini, Naxçıvan Muxtar Respublikası X2 rəyinin də tələbi təsdiq etdiyini bildirib rəyə uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şərur şəhəri İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 Ərizəçi ərizəsinin təmin edilməsinə etiraz etmədiyini və 1992-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə Qəyyumluq və Himayəçilik Komissiyasının etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxs2 izahatında və verilmiş suallara cavabında X4 arvadı olduğunu, lakin onunla ailə münasibətlərinin korlandığını, X4 əqli zəifliyinin olduğunu və ərizənin təmin olunmasına etirazı olmadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 26.08.2018-ci il tarixli 089428 nömrəli vəsiqənin surətindən görünür ki, X7 ll qrup əlildir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər poliklinikası tərəfindən verilmiş 09.07.2020-ci il tarixli 331 saylı arayışdan görünür ki, X4 debillik dərəcəsində oliqofreniya davranış pozuntusu olduğundan 2009-cu ildən həmin poliklinikanın psixiatriya kabinetində qeydiyyatdadır. İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti Düdəngə kənd İƏDN tərəfindən verilmiş 06.12.2021-ci il tarixli 618 nömrəli arayışdan görünür ki, X1 rayon Düdəngə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X2 28.03.2022-ci il tarixli, 160 saylı rəyindən görünür ki, 01.10.1992-ci il təvəllüdlü X5 “anadangəlmə əqli zəiflik-debillik səviyyəsində davranış pozuntusu” xəstəliyi aşkar olunmuş, X4 psixi xəstəliyinin öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verdiyi müəyyən olunmuşdur. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 01.10.1992-ci il tarixdə doğulmuş X7 oliqofreniya xəstəsi olduğundan 2009-cu ildən Bakı şəhəri, Binəqədi rayonu 9 saylı şəhər poliklinikasında qeydiyyata düşmüş, 26.08.2018-ci il tarixdə ll qrup əlillik vəsiqəsi almışdır. X7 hüquqlarını həyata keçirməkdə müəyyən çətinlik çəkdiyindən və başqasının köməyinə ehtiyacı olduğundan şəxsin atası onun fəaliyyət qabiliyyəti olmayan sayılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Şərur şəhəri İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb olunmuş və nümayəndəsi, həmçinin digər Maraqlı şəxs2 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə psixiatriya sahəsində xüsusi bilik tələb olunan suallar meydana çıxdığından ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası X6 həvalə edilmişdir. Müvafiq ekspert rəyinə əsasən X4 psixi xəstəliyinin onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verdiyi müəyyən olunmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şərur rayon Düdəngə kənd sakini X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şərur rayon Düdəngə kənd sakini X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-112/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-112/2022
14.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver