Məhkəmə qərarları › İş №2(110)-1143/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1143/2025

27.10.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1143/2025 27.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, M-0018 nömrəsi ilə qeydiyytadan keçmiş mediator X2 iştirakı ilə Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞN-25-Ş-00510 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində onunla Maraqlı şəxs oglu arasında 2008-ci ilin payızında el adətinə uyğun nikah baglanmış, bu nikahları isə 21 dekabr 2009-cu iİ tarixdə Şərur rayon Qeydiyyat Şöbəsinin 281 nömrəli akt qeydi iİə rəsmiləşdirilmişdir. Onların birgə nikahlarından xx.xx.2009-cu iİ təvəllüdlü X8, xx.xx.2010-cu iİ təvəllüdlü X6, xx.xx.2014-cü iİ təvəllüdlü X7 adında üç övladları doğulmuşdur. Birgə yaşamaqlarının mümkün olmaması səbəbindən nikahlarının pozulması tələbi ilə maraqlı şəxs tərəfindən məhkəməyə müraciət edilmiş və Şərur Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2025-ci iİ tarixli 2(110)-713/2025 saylı qətnamə ilə aralarındakı nikah pozulmuşdur. Nikahları pozulmamışdan öncə maraqlı şəxs tərəfindən qanunvericiliyin tələbinə uyğun mediasiya təşkilatına müraciət edərkən aralarında bağlanmış MŞN-25-Ş-00510 saylı barışıq sazişinin şərtlərinə əsasən birgə nikahdan dogulmuş uşaqlarının - xx.xx.2009-cu iİ təvəllüdlü X8, xx.xx.2010-cu iİ təvəllüdlü X6, xx.xx.2014-cü iİ təvəllüdlü X4 onun yanında qalacağı va onların yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar da nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.425 misli miqdarında sabit pul mənbləğində alimentin onun xeyrinə ödəniləcəyi barədə Maraqlı şəxs öhdəlik götürmüşdür. Aralarındakı razılaşmaya baxmayaraq Maraqlı şəxs götürmüş olduğu öhdəliyini yerinə yetirmir. Bu səbəbdən də, o hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, ki, aralarında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməklə, həmin saziş nəzərdə tutulduğu vaxtdan məcburi icraya yönəldilməlidir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmətdən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Maraqlı şəxs izahatında məzuniyyətdə olduğu üçün bir ay 300 manat ödəmədiyini və ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan - Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(110)-713/2025 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında Şərur Rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 281 nömrə ilə qeydə alınmış nikah pozulması qət edilmişdir. - X1 xx.xx.2025-ci il tarixli MŞN/25-Ş-00510 nömrəli barışıq sazişindən görünür ki, aparılan mediasiya prosesi nəticəsində tərəflər yetkinlik yaşına çatmayan uşaqların-xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 anaları Ərizəçi yanında qalması, 2025-ci ilin iyun ayından başlayaraq uşaqların saxlanılmaları üçün Maraqlı şəxs Ərizəçi xeyrinə sonrakı artırmalar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.425 misli həddində sabit pul məbləğində aliment ödəniləcəyi, alimentin ödənilməsinin hər ayın 01-15 arası Ərizəçi adına açılmış bank kartına ödəməklə həyata keçirilməsi barədə razılığa gəlmişlər. Həmçinin Maraqlı şəxs öhdəlik götürmüşdür ki, razılaşdıqları barışıq sazişini işlədiyi hərbi hissənin mühasibatlığına təqdim edərək alimentin birbaşa karta köçürülməsi üçün lazım olan bütün tədbirləri həyata keçirəcək, uşaqların təhsil xərclərində imkanı daxilində köməklik edəcəkdir. Həmçinin tərəflər nikahın davam etdirilməsində razılığa gələ bilmədiklərindən aralarındakı nikahın pozulmasına dair mübahisəni məhkəmə yolu ilə həll etmək barədə razılığa gəlmişlər. - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 dekabr 2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X5 ata məlumat qrafasında “Maraqlı şəxs”, ana məlumat qrafasında isə “Ərizəçi” qeyd olunmuşdur. - Şərur rayon Çəmənli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 17 yanvar 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 ata məlumat qrafasında “Maraqlı şəxs”, ana məlumat qrafasında isə “Ərizəçi” qeyd olunmuşdur. - Şərur rayon Çəmənli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 06 yanvar 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 ata məlumat qrafasında “Maraqlı şəxs”, ana məlumat qrafasında isə “Ərizəçi” qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. - “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində barışıq sazişini imzalandığı xx.xx.2025-ci il tarixdən lazımınca icra etməmiş, eyni zamanda maraqlı şəxs tərəfindən bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Eyni zamanda məhkəmə alimentin tutulma müddəti ilə əlaqədar qeyd edir ki, alimentin tutulma müddəti tərəflərin qarşılıqlı qaydada müəyyən etdiyi 2025-ci ilin iyun ayından başlayaraq hər ayın 01-15 arası sonrakı artırmalar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.425 misli həddində sabit pul məbləğində ödənilməli, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb edilmədiyindən Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220ci, 355-23 - 355-26, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin olunsun. Mediasiya prosesində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış alimentin ödənilməsinə dair xx.xx.2025-ci il tarixli MŞN/25-Ş-00510 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Şərur rayon Çəmənli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Maraqlı şəxs xx.xx.2009-cu il tarixdə doğulmuş X8, xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.425 misli həddində aliment tutularaq onların anası - Şərur rayon Çəmənli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Ərizəçi ödənilsin. Alimentin tutulması barışıq sazişinin bağlandığı xx.xx.2025-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar