Məhkəmə qərarları › İş №2(110)-15/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-15/2022

13.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-15/2022 13.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X15 məhkəmə iclas katibliyi, İddiaçı X8, iddiaçının vəkili Vəkil1, Cavabdeh, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13, cavabdehin və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X8 Cavabdeh qarşı “əmlak tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X16 Cavabdeh cehiz əşyalarının, yaxud onların dəyəri olan 1835 manat pulun alınaraq ona qaytarılması, birgə nikah dövründə əldə olunmuş “Kia Cerato” markalı 68 BE112 qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu ildə alqı-satqısına dair müqavilənin etibarsız sayılması və həmin avtomobilə ½ payın müəyyən olunması, birgə nikah dövründə əldə olunmuş Traktor MTZ kənd təsərrüfatı texnikası və iddia ərizəsində sadaladığı digər əmlaklar üzrə ½ pay hüququnun tanınması, iddia ərizəsində sadaladığı yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan əmlakın bölünmədən əvəzsiz olaraq alınıb ona verilməsi, birgə nikah dövründə yaşadıqları evin təmiri üçün çəkilmiş 9000 manat xərcin yarısının, 4500 manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X16 iddia ərizəsində Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə el adət-ənənələrinə uyğun olaraq evləndiklərini, nikahlarının xx.xx.2008-ci il tarixdə Şərur Rayon Qeydiyyat Şöbəsində qeydiyyata alındığını, bu nikahdan xx.xx.2008-ci il tarixdə X25 və xx.xx.2010-cu il tarixdə X9 doğulduğunu, 2019-cu ilədək ailə təsərrüfatını birgə idarə edərək cavabdehlə Alışar kəndində yerləşən ata evlərində valideynləri ilə birlikdə yaşadıqlarını, aralarında tez-tez mübahisələr olduğundan xx.xx.2019-cu il tarixdən ayrı yaşadıqlarını, Şərur Rayon Qeydiyyat Şöbəsində xx.xx.2008-ci il tarixdə 278 saylı akt qeydi ilə cavabdehlə aralarında bağlanmış nikahın Şərur rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-224/2020 saylı qətnaməsi ilə pozulduğunu, Şərur Rayon Qeydiyyat Şöbəsində xx.xx.2020-ci il tarixdə 85 saylı akt qeydi ilə nikahın ləğv edilməsi barədə şəhadətnamə aldığını, haliyədə 2 övladı ilə birlikdə atası X7 himayəsində yaşadığını, cehizlik və birgə nikah dövründə müxtəlif vaxtlarda bayram və ad günlərində ona hədiyyə olunmuş əşyalar və yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) Şərur rayon Alışar kəndində Cavabdehla birgə yaşadıqları ata evində qaldığını, cavabdehin həmin əşyaların verilməsindən imtina etdiyini, bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, ona hədiyyə olunan və cehiz əşyaların:

1. Slikon taxt döşəyi (2 nəfərlik) --- 500 manat

2. 3 yataq dəsti (1 taxt, 2 tək) cəmi --- 220 manat

3. Telefon stolu --- 45 manat

4. Ütü stolu --- 40 manat

5. Pokrıval dəst (pərdəli, taxt üçün) --- 370 manat

6. Xalça 2 ədəd (3x2, 3x4) --- 420 manat

7. Ədviyyat qabı --- 60 manat

8. Stol örtüyü --- 50 manat

9. Dəsmallar 18 ədəd --- 100 manat

10. Trimo stolu (püf) --- 30 manat, Cəmi 1835 (bir min səkkiz yüz otuz beş) manat Birgə nikah dövründə əldə olunmuş əmlakın siyahısı: 1.Banketni stol-stul (12 nəfərlik) ---1400 manat 2.Paltaryuyan 5 kq-lıq Beko --- 500 manat

3. Divan dəsti --- 1200 manat 4.Yataq dəsti --- 2900 manat 5.Çilçıraq 5 ədəd --- 400 manat 6.Xalçalar 12 ədəd --- 80x12=960 manat 7.Pərdələr dəst --- 950 manat 8.Televizor 2 ədəd --- 550x2= 1100 manat 9.Televizor altı tumbuçka --- 2x100= 200 manat 10.Divan qabağı stullar --- 2x50=100 manat 11.Mətbəx mebeli komplekt --- 4500 manat Cəmi: 14210 (on dörd min iki yüz on) manat Birgə nikah dövründə yaşadığımız evin təmir-bərpa işlərinə çəkilmiş xərclər: 1.Sanuzelin salınması --- 2000 manat 2.Evlərin təmiri --- 1000 manat 3.Həyətin qabağında besetka salınması --- 1500 manat 4.Mal-qara üçün naves tikilməsi 2 ədəd --- 2500 manat 5.Həyətin hasarlanması --- 2000 manat, Cəmi: 9000 (doqquz min) manat olduğunu, cavabdeh E. Məmmədov ailənin tək oğlu olduğundan ailə qurduqdan sonra valideyinləri ilə birlikdə yaşadıqlarını və ailənin büdcəsinin bir olduğunu, Cavabdeh hüquq mühafizə orqanlarında xidmət etdiyini, bir gün işdə, iki gün evdə olduğunu, evdə olduğu müddətdə də kənd təsərrüfatı texnikaları vasitəsilə kənddə təsərrüfat işləri ilə məşğul olduğunu, haliyədə iki azyaşlı övladı ilə birlikdə atası X7 himayəsində yaşadığını, heç bir yerdə işləmədiyini, uşaqları təkbaşına saxlamağın onun üçün çətin olduğunu, nikahın xx.xx.2020-ci il tarixdə rəsmi olaraq ləğv edilməsinə baxmayaraq faktiki olaraq xx.xx.2019-cu il tarixdən cavabdehlə ayrı yaşadıqlarını, bu müddət ərzində cavabdehin nə onunla, nə də uşaqlarla maraqlanmadığını, heç bir maddi köməklik göstərmədiyini, haliyədə cavabdeh E. Məmmədovun yeni ailə qurduğunu, bu nikahdan doğulmuş uşaqların gələcəyi üçün birgə nikah dövründə qazanılmış əmlakdan onun payına düşəni verməli olduğunu, belə ki, adları qeyd olunmuş 10 adda cehiz və müxtəlif vaxtlarda bayram və ad günlərində ona hədiyə olunmuş əşyaları, olmadıqda onların dəyərini 1835 (bir min səkkiz yüz otuz beş) manat pulu, birgə nikah dövründə əldə olunmuş əmlak üzrə ½ pay müəyyən olunmalı və birgə nikah yaşadıqları evin təmir-bərpa işlərinə çəkilmiş xərcin yarısını ona ödəməli və yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmədən əvəzsiz olaraq ona verilməli olduğunu, digər əmlaklar isə birgə nikah dövründə alındığından aralarında bərabər şəkildə bölünməli olduğunu, keçmiş həyat yoldaşı Cavabdeh adına hər hansı bir nəqliyyat vasitəsinin olun-olmaması və əgər olmuşsa sonradan həmin nəqliyyat vasitəsi barəsində sərəncam verilib-verilməməsi barədə Naxçıvan MR DİN-nin DYPİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 2/277 saylı məktubda Cavabdeh adına xx.xx.2012-ci il tarixdə **-CX-*** dövlət qeydiyyat nişanlı “Kia Cerato” markalı avtomobilin qeydiyyata alındığını, xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyat nişanı dəyişdirilərək 68 BE-112 dövlət qeydiyyat nişanı verildiyini və xx.xx.2020-ci il tarixdə isə həmin avtomobilin alqı-satqı müqaviləsi əsasında Şərur rayon Alışar kənd sakini X13 adına qeydiyyata alındığı göstərildiyini, birgə nikah dövründə aldıqları Mersedes C-klas markalı avtomobili sataraq “Kia Cerato” markalı aftomobili aldıqlarını, onun gələcəkdə “Kia Cerato” avtomobilindən pay tələb edə bilməməsi üşün keçmiş həyat yoldaşı Cavabdeh tərəfindən görüntü yaratmaq və avtomobili adından çıxarmaq məqsədi ilə onun razılığı olmadan alqı-satqı müqaviləsinə əsasən 19000 (on döqquz min) manata atası X13 adına rəsmiləşdirildiyini, avtomobil birgə nikah dövründə əldə edildiyindən həmin avtomobilin ½ payın ona məxsus olduğunu, ona görə də həmin avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılmalı, keçmiş həyat yoldaşı Cavabdeh adına geri qaytarılmalı və həmin avtomobildən mənə məxsus olan ½ pay hüququm tanınmalı olduğunu, xx.xx.2021-ci il tarixdə X17 ərizə ilə müraciət edərək həmin avtomobilin birgə nikah dövründə qazanıldığını və avtomobildən pay tələb etdiyini, onun cavabdehin atası olduğunu və avtomobili adından çıxarmaq üçün Cavabdeh həmin avtomobili mənim razılığım olmadan alqı-satqı edərək onun adına rəsmiləşdirdiyini, buna görə də avtomobili qaytarmasını xahiş etdiyini, xx.xx.2021-ci il tarixdə Sabir Məmmədovun rəsmi olaraq ona cavab verərək Cavabdeh ondan 20000 (iyirmi min) manat pul borc aldığını və bu səbəbdən də borc müqabilində həmin "Kia Cerato" markalı avtomobili onun adına rəsmiləşdirdiyini bidirdiyini, eyni zamanda birgə nikah dövründə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinq yolu ilə Traktor MTZ- 82.1 (16000 manat) alındığını, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 32 saylı və “Aqrokredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialının xx.xx.2021-ci il tarixli 84 saylı məktublarda birgə nikah dövründə alınmış kənd təsərrüfatı texnikalarından yalnız birinin, Traktor MTZ-82.1 markalı traktorun Cavabdeh adına qeydiyyata alındığı göstərildiyini, birgə nikah dövründə əldə olunmuş digər kənd təsərrüfatı texnikaları və avadanlıqlardan gələcəkdə pay tələb edə bilməməsi üçün düşünülmüş halda məqsədli olaraq Cavabdeh atası X13 adına qeydiyyata alındığını, birgə nikah dövründə alınmış Traktor MTZ-82.1 markalı kənd təsərrüfatı texnikası birgə nikah dövründə əldə olunduğundan onun üzərində ½ pay hüququnun tanınmalı olduğunu, uşaqların tələbatını ödəmək üçün əldə olunan əşyaların siyahısının:

1. Pianino --- 300 manat.

2. Uşaq üçün Qarderob (3 qapılı, aynalı) --- 280 manat

3. 2 ədəd bazalı tək nəfərlik çarpayı --- 2x300=600 manat

4. 4 ədəd pokrıval (tək nəfərlik) --- 230 manat

5. Kompyuter masası --- 300 manat şəklində olduğunu, Cavabdeh azyaşlı uşaqların tələbatını ödəmək üçün əldə olunan əşyaların ona verilməsindən imtina etdiyini, ona görə də bu əşyalar bölünmədən və əvəzsiz olaraq Cavabdeh alınaraq azyaşlı uşaqları onunla yaşadığından ona verilməli olduğunu bildirərək ona hədiyyə olunan və cehiz əşyalarımın qaytarılması, olmadıqda onların dəyəri-1835 (bir min səkkiz yüz otuz beş) manat pulun alınaraq ona ödənilməsi, birgə mülkiyyətdə olmuş “Kia Cerato” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısından əldə olunmuş 19000 (on doqquz min) manat pulun yarısını, yəni 9500 (doqquz min beş yüz) manatının alınaraq ona ödənilməsi, birgə nikah dövründə Lizinq yolu ilə əldə olunmuş Traktor MTZ-82.1 kənd təsərrüfatı texnikası üzrə ödənilmiş 8000 (səkkiz min) manat pulun yarısının, yəni 4000 (dörd min) manatının alınaraq ona ödənilməsi, birgə nikah dövründə əldə olunmuş əmlak üzrə ½ payın müəyyən müəyyən olunması, naturada bölünməsi, mümkün olmadıqda isə 14210 (on dörd min iki yüz on) manat dəyərinin yarısının, yəni 7105 (yeddi min yüz beş) manatının alınaraq ona ödənilməsi, yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylərin bölünmədən əvəzsiz olaraq alınıb ona verilməsi, birgə nikah dövründə yaşadıqları evin təmir-bərpa işləri üçün çəkilmiş 9000 (doqquz min) manat xərcin yarısının, 4500 (dörd min beş yüz) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X16 xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək ərizəsində Şərur Rayon Məhkəməsində müqavilənin etibarsızlığı, hədiyyə olunan və cehiz əşyalarının alınması, birgə nikah dövründə əldə olunmuş əmlakdakı payların müəyyən olunması tələbi barədə iddia ərizəsi ilə müraciət edərək keçmiş həyat yoldaşı Cavabdeh ona hədiyyə olunan və cehiz əşyalarımın qaytarılması, olmadıqda onların dəyəri-1835 (bir min səkkiz yüz otuz beş) manat pulun alınaraq ona ödənilməsi, birgə mülkiyyətdə olmuş “Kia Cerato” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısından əldə olunmuş 19000 (on doqquz min) manat pulun yarısını, yəni 9500 (doqquz min beş yüz) manatının alınaraq ona ödənilməsi, birgə nikah dövründə Lizinq yolu ilə əldə olunmuş Traktor MTZ-82.1 kənd təsərrüfatı texnikası üzrə ödənilmiş 8000 (səkkiz min) manat pulun yarısının, yəni 4000 (dörd min) manatının alınaraq ona ödənilməsi, birgə nikah dövründə əldə olunmuş əmlak üzrə ½ payın müəyyən müəyyən olunması, naturada bölünməsi, mümkün olmadıqda isə 14210 (on dörd min iki yüz on) manat dəyərinin yarısının, yəni 7105 (yeddi min yüz beş) manatının alınaraq ona ödənilməsi, yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylərin bölünmədən əvəzsiz olaraq alınıb ona verilməsi, birgə nikah dövründə yaşadıqları evin təmir-bərpa işləri üçün çəkilmiş 9000 (doqquz min) manat xərcin yarısının, 4500 (dörd min beş yüz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etetdiyini, haliyədə ona hədiyyə olunan və cehiz əşyalarımın qaytarılması, olmadıqda onların dəyəri-1835 (bir min səkkiz yüz otuz beş) manat pulun alınaraq ona ödənilməsi, birgə mülkiyyətdə olmuş “Kia Cerato” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısından əldə olunmuş 19000 (on doqquz min) manat pulun yarısını, yəni 9500 (doqquz min beş yüz) manatının alınaraq ona ödənilməsi, birgə nikah dövründə Lizinq yolu ilə əldə olunmuş Traktor MTZ-82.1 kənd təsərrüfatı texnikası üzrə ödənilmiş 8000 (səkkiz min) manat pulun yarısının, yəni 4000 (dörd min) manatının alınaraq ona ödənilməsi, birgə nikah dövründə əldə olunmuş əmlak üzrə ½ payın müəyyən müəyyən olunması, naturada bölünməsi, mümkün olmadıqda isə 14210 (on dörd min iki yüz on) manat dəyərinin yarısının, yəni 7105 (yeddi min yüz beş) manatının alınaraq ona ödənilməsi, yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylərin bölünmədən əvəzsiz olaraq alınıb ona verilməsi, birgə nikah dövründə yaşadıqları evin təmir-bərpa işləri üçün çəkilmiş 9000 (doqquz min) manat xərcin yarısının, 4500 (dörd min beş yüz) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasındada iştirak edən iddiaçı X16 iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında cavabdehin hər şeyi yalan danışdığını, 2007-ci il yanvar ayında nişan mərasiminin, 2007-ci ilin aprel ayında isə toy mərasimlərinin baş tutduğunu, həmin vaxtı nə besetkaların, nə həyətin hasarlanmasının, nə evlərin təmirinin, nə malqara üçün naveslərin, nə də ki, hamam-tualetin mövcud olmadığını, naveslərin, hasarın olmamasının məhkəməyə sübut qismində təqdim etdiyi nişan mərasiminə dair CD-dən də açıqaydın göründüyünü, toy mərasiminə dair CD-cavabdehdə olduğu üçün onu təqdim edə bilmədiyini, orada hər şeyin daha aydın görsəndiyini, hətta mal-qara üçün tikilən naveslərin yerləşdiyi torpaq sahələrini toyları olduğu vaxtdan 3-4 il sonra başqasından aldıqlarını, navesləri orda tikdiklərini, bütün bunların birgə nikahda olduqları dövrdə Elmarın vəsaiti hesabına edildiyini, Elmarın traktoru, ot biçəni, presvuranı olduğunu, həmin texnikalarla Alışar kəndində, eyni zamanda qonşu kəndlərdə camaatın torpaqlarını şumladığını, otunu biçdiyini, həmçinin özünün kənddə xeyli torpağı olduğunu, əkib-becərdiyini, ordan götürdü məhsulları satdığını, həmin vəsait hesabına özünə maşın, təzə traktor aldığını, bütün bu sadaladıqları təmir tikinti işlərini etdiklərini, keçmiş qayınatasının səhhətində problem olduğunu, ikinci qrup əlil olduğunu, 230 (iki yüz otuz) manat pensiya aldığını, başqa yerdən qazancının olmadığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddiaçının qeyd etdikləri ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin oluması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı iclaslarındada iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddiaçının irəli sürdüyü iddianı qəbul etmədiyini, iddiaçının qeyd etdiyi halların həqiqəti əks etdirmədiyini, həmin əmlakların əldə edilməsində iddiaçının heç bir vəsait sərf etmədiyini, iddiaçının tələb etdiyi ona hədiyyə olunan və cehiz əyalarını və birgə nikah dövründə əldə olunmuş əmlakların bacısına aid olduğunu, iddiaının bütün cehizlərini, özünə aid olan bütün əşyalarını apardığını, paltaryuyanın evdə olduğunu, işlək vəziyyətdə olmadığını, iddiaçının evdə olduğu vaxt da işləmədiyini, iddia ərizəsində qeyd olunan cehiz əşyalarından trimo stolunun yerində olduğunu, digərlərinin olmadığını, onları görmədiyini, birgə nikah dövründə əldə etdikləri əmlaklardan pianonu atasının aldığını, , xalaçaların yerində olduğunu, pərdələri anasının sağlığında mətbəx mebelinin əmisinin evindən sökülüb gətirildiyini, onu almadıqlarını, iddiaçının tələb etdiyi uşaqların tələbatını ödəmək üçün əldə olunan əyaların bacısınin uşaqlarına məxsus əşyalar olduğunu, “Kia Cerato” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili atasının öz vəsaiti hesabına 2012-ci ildə onun adına aldığını, atasına borcu olduğunu, onun əvəzində maşını onun adına alqı-satqı ilə keçirtdiyini, traktorun isə bacısının əri X6 məxsus olduğunu, onun sürücülük vəsiəsi olmadığından traktorun onun adına alındığını, lakin bütün pulu onun özünün ödədiyini, evin təmir-tikintisinin nikah dövründə etmədiklərini, nikah dövründə yalnız həyətdəki besetkaların və hasarın qurulduğunu, həmin işlərin görülməsi üçün istifadə olunan materialların Bakı şəhərində yaşayan əmisinin evinin söküntü materialları hesabına aparıldığını, özlərinin heç bir xərc çəkmədiklərini bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X26 izahatında iddiaçının irəli sürdüyü iddianı qəbul etmədiyini, iddiaçının qeyd etdiyi halların həqiqəti əks etdirmədiyini, həmin əmlakların əldə edilməsində iddiaçının heç bir vəsait sərf etmədiyini, onun müalicəsi üçün nə qədər xərc çəkdiyini, iddiaçının tələb etdiyi ona hədiyyə olunan və cehiz əyaların və birgə nikah dövründə əldə olunmuş əmlakların qızına aid olduğunu, iddiaının bütün cehizlərini, özünə aid olan bütün əşyalarını apardığını, hətta rəhmətlik arvadına məxsus qızıllarıda apardığını, 2012-ci ildə “Kia Cerato” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili öz vəsaiti hesabına aldığını, maşın alınan vaxtı maşının pulunu qudası Nizamiyə özünün verdiyini, Nizamidə gedib qızı üçün maşını Elmarın adına qeydiyyata aldırdığını, indi haqsız olaraq maşının dəyərinin yarısını onlardan tələb etdiyini, Traktor MTZ-82.1 kənd təsərrüfatı texnikasının qızının ərinin şəxsi vəsaiti hesabına alındığını, onun sürücülük vəsiqəsi olmadığı üçün oğlu Elmarın adına sənədləşdirildiyini, iddiaçının tələb etdiyi uşaqların tələbatını ödəmək üçün əldə olunan əyaların hamısının nəvələrinə, yəni qızının uşaqlarına məxsus olduğunu, evin təmir-tikintisinin oğlu ilə iddiaçının nikahları dövründə etmədiklərini, nikah dövründə yalnız həyətdəki besetkaların və hasarın qurulduğunu, həmin işlərin görülməsi üçün istifadə olunan materialların Bakı şəhərində yaşayan “imkanlı” qardaşının evinin söküntü materialları hesabına aparıldığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X13 vəkili Vəkil2 izahatında təmsil etdiyi şəxslərin sadaladığı halları təsdiq etdiyini, əlavə olaraq iddia tələbinin dəyişdirildiyini, birgə nikah dövründə əldə olunmuş əmlaka pay müəyyən olunmadan birbaşa ona çatan hissə tələb olunduğunu, bunun konstitusiya məhkəməsinin hüquqi mövqelərinə zidd olduğunu, siyahıya alınan əmlaklardan hansıların hədiyyə və cehiz əşya olmasını və həmçinin də evə çəkilmiş xərcləri sübut etməyin iddiaçı tərəfin vəzifəsi olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10 izahatında köhnə traktorunu və 1 baş inək sataraq traktoru aldığını, sürücülük vəsiqəsı olmadığı üçün öz adına ala bilmədiyini, məcbur qalıb Cavabdeh adına aldığını, lakin krediti özünün ödədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X11 ifadəsində fərdi ticarətlə məşğul olduğunu, mağazada cehizlik əşyalar satdığını, Nizami və onun həyat yoldaşının tez-tez ondan yataq örtüsü, mələfə dəsti aldığını, yataq örtülərinin 2 ədədi çınqıllı model, 1 ədədi hörümçək şəkilli, 1 ədədi isə çəhrayı rəngdə olduğunu, Nizamiyə Türkiyədən 2 ədəd tünd rəngdə xalça alıb gətirdiyini, Nizaminin kürəkəni və ya gəlininin ondan heç nə almadığını, Nizaminin qızı ilə mağazaya gəlməsini xatırlamadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X18 ifadəsində bacısının evinə alınan 12 nəfərlik stol-stul dəstini və kompüter masasını xx.xx.2012-ci il tarixdə Bakıdan tırla göndərdiklərini, həmin stol-stul dəstini və kompüter masasını tanışları ilə bacısının evinə apardıqlarını, həmin əşyaları aparanda cavabdehlərdən heç birinin evdə olmadığını, bacısı ilə qaynanasının evdə olduğunu, digər əşyalar barədə məlumatı olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X14 ifadəsində onda piano olduğunu, pianonun Belarus markalı olduğunu,heç kim istifadə etmədiyi üçün satmaq istədiyini, Nizaminin ona pianonu almaq istədiyini bildirdiyini, o də qiymətini 350 manata dediyini, 300 manata razılaşdıqlarını, arvadının ona zəng edərək pianinonu aparmaq üçün gəldiklərini dediyini, evə getdiyində Nizami ilə tanımadığım bir kişinin pianonu aparmağa gəldiklərini gördüyünü, pianonun pulunu Nizami onun arvadına verdiyini, onlara kömək edərək pianonu motosikletə yüklədiklərini və pianonu Alışar kəndinə həmin tanımadığı kişinin evinə apardıqlarını, həyətdə endirdiklərini, həmin kişinin də motosiklet şoferinə əlavə 5 manat da pul verdiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X19 ifadəsində stolu yığdığını, stulların sayını dəqiq bilmədiyini, başqa heç bir məlumatı olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X29 ifadəsində Elmarla iş yoldaşı olduğunu, 2009-cu ildə Bakıdan özünə mebel gətirdiyini, Elmarın ona bacısının əşyaları olduğunu, onları da gətirməyini istədiyini, o da tır şoferi ilə danışdığını, həmin əşyaları da yükləyib gətirdiklərini, həmin əşyaların yataq dəsti, stol-stul dəsti, divan və 2 ədəd kreslo olduğunu, Elmarın tır şoferinə rüsumla birlikdə 600 manat ödədiyini, Elmardan həmin əşyaların bacısının cehizləri olduğunu eşitdiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X20 ifadəsində 2019cu ildə boşandıqdan sonra cehiz əşyalarını atasının evinə gətirdiyini, cehiz əşyalarının yataq dəsti (qarderob, döşək, trimo, tumbuçka), 2 ədəd bazalı uşaq yatağı, uşaq qarderobu, 2 ədəd divan, 2 ədəd kreslo, 10 ədəd stulu olan banketni stol, kompüter stolu, televizor və tumbuçkası olduğunu, 2ci dəfə ailə qurduqdan sonra həmin əşyaların atasının evində qaldığını, ikinci ailə qurduğu evdə yer olmadığı üçün həmin əşyaları apara bilmədiyini, icra məmurları tərəfindən əşyalar siyahıya alan zaman akt tərtib olunanda onun da əşyalarını siyahıya alarkən buna etiraz etdiyini, lakin yenə də həmin əşyalarıda siyahıya aldıqlarını bildirmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X30 ifadəsində 2012ci ildə satın almaq üçün traktor axtardığını, ona Sabir əminin traktor satdığını dediklərini, Sabir əmidən ot biçəni və ot yığanı ilə birlikdə 9000 dollara 82 model traktor aldığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X31 ifadəsində Elmarın onun iş yoldaşım olduğunu, 2020-ci ilin may ayında Elmarla birlikdə işdən çıxdıqdan sonra Aqrolizinqə getdiklərini, orada Elmarın bir ədəd 82.1 model traktor yazdırdığını, təxminən 1 ay sonra Elmarla yenidən Aqrolizinqə getdiklərini, Şahmarında oraya gəldiyini, onlar pul ödəmək üçün banka getdiyini, pulu kimin ödədiyindən xəbərinin olmadığını, bankdan qayıdaraq ödədiyi 9700 manatın qəbzini Aqrolizinqə təqdim etdiyini, lakin Şahmarın sürücülük vəsiqəsi olmadığı üçün həmin traktoru Aqrolizinqin əməkdaşı Qoşqar müəllimin Elmarın adına sənədləşdirdiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X35 ifadəsində Şahmarın onun uzaqdan qohumu olduğunu, Şahmarın traktor almağa gedcəyi gündən bir gün əvvəl onlarda olduğunu, Şahmarın həyat yoldaşına traktorun pulunu gətirməsini dediyini, onun da pulu gətirdiyini, Şahmarın pulu onun yanımda saydığini, pulun 4100 ABŞ dolları və 1500 manatdan ibarət olduğunu, onun yeni traktor almaq üçün özünün köhnə traktorunu və bir baş inəyini satdığını, həmçinin traktor almağa onunla birlikdə getməyini təklif etdiyini, lakin onun Elmarla gedəcəyini dediyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən X3 Aqrolizinq” ASC-nin hüquqşünas olduğunu, müqavilələri özünün hazırladığını, kənd təsərrüfatı texnikalarının verilməsinin vətəndaşların müraciət əsasında həyata keçirildiyini, vətəndaşın müraciəti əsasında qeydə alındığını, texnika gəldikdə vətəndaş dəvət olunaraq üçtərəfli müqavilə bağlanıldığını, alıcının ilkin olaraq texnikanın dəyərinin 20 faizini banka ödədiyini, qalan hissəsini isə hissə-hissə 9 ildən gec olmayaraq ödədiyini, texnikanın dəyərinin 40 faizinin dövlət tərəfndən ödənildiyini, vətəndaşın sürücülük vəsiqəsi olmadıqda ona texnika satılmadığını bildirmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-224/2020 saylı qətnaməsinin sürətindən görünür ki, iddiaçı X16 ilə Cavabdeh arasında Şərur Rayon Qeydiyyat Şöbəsində xx.xx.2008-ci il tarixdə 278 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZl № 221912 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 85 nömrə ilə qeyd edilmişdir, nikah pozulduqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X49 İdarəsinin xx.xx.2021-ci il tarixli, 1/131 nömrəli məktubundan görünür ki,...Şərur rayon Alışar kənd sakini Cavabdeh adına xx.xx.2012-ci il tarixdə NŞGİ-nin 370682 nömrəli gömrük vəsiqəsi əsasında “Kia Cerato” markalı avtomobil qeydiyyata alınaraq **-CX-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyat nişanı dəyişdirilərək **-BE-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2019-cu il tarixdə isə alqı-satqı müqaviləsi əsasında Şərur rayon Alışar kənd sakini Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “Kia Cerato” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik maşınını 19000 (on doqquz min) manata X2. İş materiallarında olan “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı Naxçıvan filialının xx.xx.2021-ci il tarixli 84 nömrəli məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" hesabına Muxtar Respublkaya gətirilmiş ümumi dəyəri 40000 manat olan 1 ədəd Traktor götürmüş və həmin texnikaya ilkin ödəniş olaraq 8000 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, X16 özünə məxsus 65 adda cehiz əşyalarını nikah dövründə yaşadıqları evdən götürmüşdür. İş materiallarında olan ərizədən görünür ki, iddiaçı X16 və vəkili Vəkil1 xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, tələb etdiyi daşınar əmlakların siyahıya alınması və Cavabdeh və atası X17 həmin əmlaklar üzərində sərəncam vermək hüququna məhdudiyyət qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-280/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək dərhal icraya yönəldilmiş, həmin tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ərizədə göstərilən əmlaklar 03 aprel 2021-ci il tarixdə aktlaşdırılaraq və Cavabdeh və atası X13 iltizamları alınaraq onların saxlancına verilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-280/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 121 nömrəli ekspert rəyindən görünür ki, qərardadda adları qeyd olunmuş məişət əşyalarının istismar müddətindən asılı olaraq ümumi dəyəri 5200 manat təşkil edir. Ayrıayrılıqda dəyəri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli 8/75 nömrəli məktubundan görünür ki, Məmmədov X22 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə şöbəsində polis nəfəridir və aylıq qazancı 587.25 manatdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 08/139 nömrəli məktubundan görünür ki, X26 ll qrup əlil kimi qeydiyyatda durur və 233.20 manat pensiya ilə təmin olunur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-280/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, həmin işlərin görülməsinə görə çəkilmiş xərcin bazar qiymətinin və həmin işlərin görülməsində istifadə olunan materialların söküntü, yoxsa yeni materiallar hesabına aparıldığını müəyyən etmək üçün məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-280/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası üzrə ekspert rəyi məhkəməyə daxil olanadək dayandırılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-45/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Şərur Rayon Məhkəməsinin mülki iş üzrə icraatın dayandırılması barədə 2(110)-280/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 91 nömrəli məlumatından görünür ki, Cavabdeh və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 tərəfindən ekspertizanın keçirilməsinə icazə vermədiklərindən Şərur Rayon Məhkəməsinin mülki iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilməsi barədə 2(110)-280/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı icra olunmadan geri qaytarılmışdır. İş materiallarında olan X16 ilə Cavabdeh nişan mərasimini özündə əks etdirən CD-dən görünür ki, 2007-ci ilin yanvar ayında cavabdehin yaşadığı evin qarşısında besetka və evin ətrafında hasar olmamışdır. Məhkəmə tədqiqatı zamanı iş materialında olan sübutlarla müəyyən olunmuşdur ki, X16 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikah müddətində iddiaçıya müəyyən hədiyyələr və cehiz əşyaları verilmiş, nikah dövründə müxtəlif daşınar əmlaklar əldə etmişlər, eyni zamanda yaşadıqları evin təmir-tikin işlərinə müxtəlif xərc çəkilmişlər, həmçinin birgə nikahdan doğulmuş uşaqlarının tələbatını ödəmək üçün müəyyən əşyalar əldə etmişlər. Şərur rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-224/2020 saylı qətnaməsinin sürətindən görünür ki, iddiaçı X16 ilə Cavabdeh arasında Şərur Rayon Qeydiyyat Şöbəsində xx.xx.2008-ci il tarixdə 278 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Nikahları pozulduqdan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda sadalanan əmlaklardan ona çatanların alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını, şahid ifadələrini iş materiallarında tədqiq olunmuş digər sübutlara məcmu halında qarşılıqlı qiymətləndirərək bu qənaətə gəlir ki, iddiaçının iddia tələbləri qismən təmin edilməli, digər hissədə rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd etdikləri ilə əsaslandırır. Belə ki, iddiaçı X8 iddia tələbinin hədiyyə olunan və cehiz əşyaları ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi ona hədiyyə olunan və cehiz əyalarından 1 ədəd telefon stolunun, 1 ədəd ütü stolunun, 1 ədəd 3x2 ölçüdə xalçanın, 1 ədəd 3x4 ölçüdə xalçanın, 1 dəst ədviyyat qabının, 1 ədəd stol örtüyünün, 8 ədəd dəsmalın, 1 ədəd trimo stolunun cavabdehin yaşadığı evdə olmasını Şərur rayonu İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən 03 aprel 2021-ci il tarixdə tərtib edilmiş akt sübut edir. Belə ki, həmin akta əsasən X12 hədiyyə olunan və cehiz əyalarından bir qismi aşkar olunaraq siyahıya alınmış və Cavabdeh, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 verilmişdir. Eyni zamanda həmin əmlaların dəyəridə ekspert tərəfindən müəyyən olunmuşdur. Odur ki, həmin əmlaklar və ya onların dəyəri cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Baxış zamanı aşkar olunmamış və iddia ərizəsində qeyd edilən digər hədiyyə cehiz əşyalarının, yəni 1 ədəd slikon taxt döşəyinin (2 nəfərlik), 3 yataq dəstinin (1 taxt, 2 tək), pokrıval dəstinin (pərdəli, taxt üçün) Cavabdeh və ya onun yaşadığı evdə qalmasını təsdiq edən hər hansı bir mötəbər sübut iddiaçı X16 tərəfindən məhkəməyə təqdim etmədiyindən və sübutetmə yükünün iddiaçının üzərinə düşdüyündən iddia həmin hissədə rədd edilməlidir. Həmçinin iddia tələbinin birgə nikah dövründə əldə olunmuş daşınar əmlaklarla bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi birgə nikah dövründə əldə olunmuş əmlaklardan 1 ədəd divan dəstinin, 1 ədəd yataq dəstinin, 5 ədəd çilçırağın, 12 ədəd 2x3 ölçüdə xalçanın, 1 ədəd televizorun (balaca), 1 ədəd LG televizorun (böyük), 1 ədəd televizor altının, 2 ədəd divan önü stulun, mətbəx mebeli dəstinin cavabdehin yaşadığı evdə olmasını Şərur rayonu İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən 03 aprel 2021-ci il tarixdə tərtib edilmiş akt sübut edir. Belə ki, həmin akta əsasən müəyyən edilmiş tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınar əmlakların bir qismi aşkar olunaraq siyahıya alınmış və Cavabdeh, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 verilmişdir. Eyni zamanda həmin əmlaların dəyəri də ekspert tərəfindən müəyyən olunmuşdur. Odur ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınar əmlakların dəyərinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsində qeyd edilən digər birgə nikah dövründə əldə edilmiş daşınar əmlaklardan 5 kq-lıq Beko paltaryuyan maşın yarasız olduğundan, ekspert tərəfindəndə qiymətləndirilmədiyindən, həmçinin banketni stol-stul (12 nəfərlik) mövcud olmadığından, bunula bağlı iddiaçı tərəfindən də hər hansı bir sübut təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Cavabdeh iddiaçının tələb etdiyi ona hədiyyə olunan və cehiz əyaların və birgə nikah dövründə əldə olunmuş əmlaların bacısınin cehiz əşyaları, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 isə qızına aid cehiz əşyaları olduğunu bildirərək buna etiraz etsələr də buna dair məhkəməyə hər hansi mötəbər sübut təqdim edə bilməmişlər. İddia tələbinin iş üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri “Kia Cerato” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısından əldə olunmuş 19000 (on doqquz min) manat pulun yarısını, yəni 9500 (doqquz min beş yüz) manatının və lizinq yolu ilə əldə olunmuş Traktor MTZ-82.1 kənd təsərrüfatı texnikası üzrə ödənilmiş 8000 (səkkiz min) manat pulun yarısının, yəni 4000 (dörd min) manatının alınaraq ona ödənilməsi bağlı məhkəmə qeyd edir ki, iş üzrə tərəflər nikahda olduqları müddətdə, yəni xx.xx.2012-ci il tarixdə “Kia Cerato” markalı **-CX-*** (xx.xx.2017-ci il tarixdən **-BE-***) dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər və həmin avtomobil Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “Kia Cerato” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik maşınını 19000 (on doqquz min) manata X2. Həmçinin iş materiallarında olan “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı Naxçıvan filialının xx.xx.2021-ci il tarixli 84 nömrəli məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" hesabına Muxtar Respublkaya gətirilmiş ümumi dəyəri 40000 manat olan 1 ədəd Traktor götürmüş və həmin texnikaya ilkin ödəniş olaraq 8000 manat ödəniş etmişdir. Həmin avtomobil və traktor tərəflərin birgə nikahda olduqları müddətdə əldə olunduğuna görə onların ümumi birgə mülkiyyəti sayılır və onlar arasında ayrı razılaşma olmadığına görə həmin əmlakda payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ona görədə “Kia Cerato” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısından əldə olunmuş 19000 (on doqquz min) manat pulun yarısını, yəni 9500 (doqquz min beş yüz) manatı və lizinq yolu ilə əldə olunmuş Traktor MTZ-82.1 kənd təsərrüfatı texnikası üzrə ödənilmiş 8000 (səkkiz min) manat pulun yarısı, yəni 4000 (dörd min) manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh “Kia Cerato” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili atasının şəxsi vəsaiti hesabına aldığını, onun adına keçirdiyini, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 isə “Kia Cerato” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili öz vəsaiti hesabına aldığını, oğlunun adına keçirdiyini, eyni zamanda Cavabdeh Traktor MTZ-82.1 kənd təsərrüfatı texnikasının bacısının ərinin şəxsi vəsaiti hesabına alındığını, onun sürücülük vəsiqəsi olmadığı üçün onun adına sənədləşdirildiyini, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 MTZ-82.1 kənd təsərrüfatı texnikasının qızının ərinin şəxsi vəsaiti hesabına alındığını, onun sürücülük vəsiqəsi olmadığı üçün oğlu Elmarın adına sənədləşdirildiyini, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 isə Traktor MTZ-82.1 kənd təsərrüfatı texnikasının öz vəsaiti hesabına alındığını, sürücülük vəsiqəsi olmadığı üçün qaynı Elmarın adına sənədləşdirildiyini bildirərək iddia tələbinə etiraz etsələr də, buna dair məhkəməyə hər hansi mötəbər sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır; - 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; - 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünəkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır; - 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 1.4-cü maddəsinə görə Azərbaycan Respublikasının nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır; - 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır; - 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər: - 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; - 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; - 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; - 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmçinin iddia tələbinin birgə nikahdan doğulmuş uşaqlarının tələbatını ödəmək üçün alınmış əşyalarla bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi uşaqların tələbatını ödəmək üçün əldə olunan əşyalar – pianinonun, uşaq üçün qarderobun (3 qapılı, aynalı), 2 ədəd bazalı tək nəfərlik çarpayının, kompüter masasının cavabdehin yaşadığı evdə olmasını Şərur rayonu İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən 03 aprel 2021-ci il tarixdə tərtib edilmiş akt sübut edir. Belə ki, həmin akta əsasən uşaqların tələbatını ödəmək üçün əldə olunan əyalarından bir qismi aşkar olunaraq siyahıya alınmış və Cavabdeh, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 verilmişdir. Odur ki, uşaqlarının tələbatını ödəmək üçün əldə olunan əşyalar – pianino, uşaq üçün Qarderob (3 qapılı, aynalı), 2 ədəd bazalı tək nəfərlik çarpayı, kompüter masası bölünmədən əvəzsiz olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia ərizəsində qeyd edilən uşaqlarının tələbatını ödəmək üçün əldə olunan əşya mövcud olmadığından, bunula bağlı iddiaçı tərəfindən də hər hansı bir sübut təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Cavabdeh iddiaçının tələb etdiyi uşaqların tələbatını ödəmək üçün əldə olunan əyaların bacısınin uşaqlarına məxsus əşyalar olduğunu, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 isə qızının uşaqlarına, yəni nəvələrinə məxsus əşyalar olduğunu bildirərək buna etiraz etsələr də buna dair məhkəməyə hər hansi mötəbər sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Həmçinin iddia tələbinin birgə nikah dövründə yaşadıqları evin təmir-tikin işlərinə çəkilmiş xərclərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində San üzelin salınması üçün 2000 manat, evlərin təmiri üçün 1000 manat, həyətin qabağında besetka salınması üçün 1500 manat, mal-qara üçün 2 ədəd naves tikilməsi üçün 2500 manat, həyətin hasarlanması üçün 2000 manat xərc çəkildiyi tələb etmiş, məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının iddia ərizəsində qeyd etdiyi evin təmir-tikintisinin nikah dövründə etmədiklərini, nikah dövründə yalnız həyətdəki besetkaların və hasarın qurulduğunu, həmin işlərin görülməsi üçün istifadə olunan materialların Bakı şəhərində yaşayan əmisinin evinin söküntü materialları hesabına aparıldığını, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 isə iddiaçının iddia ərizəsində qeyd etdiyi evin təmir-tikintisinin oğlu ilə iddiaçının nikahları dövründə etmədiklərini, nikah dövründə yalnız həyətdəki besetkaların və hasarın qurulduğunu, həmin işlərin görülməsi üçün istifadə olunan materialların Bakı şəhərində yaşayan “imkanlı” qardaşının evinin söküntü materialları hesabına aparıldığını bildirsələr də, buna dair məhkəməyə hər hansi mötəbər sübut təqdim edə bilməmişlər. Eyni zamana məhkəmə tərəfindən həmin işlərin görülməsinə görə çəkilmiş xərcin bazar qiymətinin və həmin işlərin görülməsində istifadə olunan materialların söküntü, yoxsa yeni materiallar hesabına aprıldığını müəyyən etmək üçün ekspertiza təyin etsə də, Cavabdeh və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 tərəfindən, ekspertin həyətə keçməsinə imkan verməyərək etiraz və narazıçılıqlarını bildirməklə ekspertizanın keçirilməsi mane olmuşlar. Məhkəmə Azərbaycan Respubilkasıнын Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5.-ci madddəsinə əsaasən hesab edir ki, Cavabdeh və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 tərəfindən ekspertizanın keçirilməsi mane olduqlarından və işin hallarına görə qərardadda göstərilən halların başqa qaydada müəyyən edilməsi mümkün olmadığından, məhkəmə tərəfindən iddia tələbinin evin təmir-tikinti işlərinə çəkilmiş xərclərlə bağlı hissəsinin əsaslılığı müəyyən edilməklə, Cavabdeh iddiaçı X16 ilə birgə nikah dövründə yaşadıqları evin təmir-tikinti işləri üçün çəkilmiş 9000 (doqquz min) manat xərcin yarısı, yəni 4500 (dörd min beş yüz) manat alınaraq iddiaçı X12 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı X12 hədiyyə olunan və cehiz əşyalarından 15 manat dəyərində 1 ədəd telefon stolu, 20 manat dəyərində 1 ədəd ütü stolu, 70 manat dəyərində 1 ədəd 3x2 ölçüdə xalça, 80 manat dəyərində 1 ədəd 3x4 ölçüdə xalça, 10 manat dəyərində 1 dəst ədviyyat qabı, 25 manat dəyərində 1 ədəd stol örtüyü, 20 manat dəyərində 8 ədəd dəsmal, 15 manat dəyərində 1 ədəd trimo stolu və ya onların cəmi dəyəri olan 255 (iki yüz əlli beş) manat alınaraq iddiaçı X12 verilsin. Cavabdeh iddiaçı X16 ilə Cavabdeh birgə nikahda olduqları dövrdə əldə olunmuş “Kia Cerato” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısından əldə olunmuş 19000 (on doqquz min) manat pulun yarısı, yəni 9500 (doqquz min beş yüz) manatı alınaraq iddiaçı X12 ödənilsin. Cavabdeh iddiaçı X16 ilə birgə nikahda olduqları dövrdə Lizinq yolu ilə əldə olunmuş Traktor MTZ- 82.1 kənd təsərrüfatı texnikası üzrə ödənilmiş 8000 (səkkiz min) manat pulun yarısı, yəni 4000 (dörd min) manat alınaraq iddiaçı X12 ödənilsin. Cavabdeh iddiaçı X16 ilə birgə nikahda olduqları dövrdə əldə olunmuş 450 manat dəyərində 1 ədəd divan dəstinin, 1300 manat dəyərində 1 ədəd yataq dəstinin, 150 manat dəyərində 5 ədəd çilçırağın, 420 manat dəyərində 12 ədəd 2x3 ölçüdə xalçanın, 45 manat dəyərində 1 ədəd televizorun (balaca), 290 manat dəyərində 1 ədəd LG televizorun (böyük), 60 manat dəyərində 1 ədəd televizor altının, 40 manat dəyərində 2 ədəd divan önü stulun, 1200 manat dəyərində mətbəx mebeli dəstinin dəyərlərinin yarısı, yəni 1977.5 (bir min doqquz yüz yetmiş yeddi manat əlli qəpik) manat alınaraq iddiaçı X12 ödənilsin. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarının tələbatını ödəmək üçün əldə olunan əşyalar – pianino, uşaq üçün Qarderob (3 qapılı, aynalı), 2 ədəd bazalı tək nəfərlik çarpayı, kompüter masası bölünmədən əvəzsiz olaraq alınaraq iddiaçı X12 verilsin. Cavabdeh iddiaçı X16 ilə birgə nikah dövründə yaşadıqları evin təmir-tikinti işləri üçün çəkilmiş 9000 (doqquz min) manat xərcin yarısı, yəni 4500 (dörd min beş yüz) manat alınaraq iddiaçı X12 ödənilsin. İddia digər hissədə rədd edilsin. İddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu X12 aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar