Məhkəmə qərarları › İş №2(110)-175/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-175/2025

07.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-175/2025 07.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına olan 75BM627 dövlət qeydiyyat nömrəli HYUNDAİ ELANTRA minik avtomobilinin xəbərləri olmadan X2 ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək ərizəsində, məhkəmədə Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması” tələbi barədə iddia qaldırdığını, hal-hazırda mübahisənin məhkəmədən kənar həll etməkləri üçün iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh mülki işin baxılmamış saxlanılmasına etirazının olmadığını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən və iddiaçının ərizəsinin təmin edilməsini xahiş etdiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından ona geri qaytarılsın. İddiaçı izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar