Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-203/2021 04.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı2, İddiaçı1, Cavabdeh1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı1, İddiaçı2 Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1na qarşı notariat orqanının qərarının ləğv edilməsi və mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 qalmış miras əmlak üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixli 01 nömrəli və xx.xx.2021-ci il tarixli 02 nömrəli qərarlarının ləğv edilməsini və X2 qalmış miras əmlakın onlar tərəfindən qəbul edilməsinin müəyyən edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsində iddia tələbinin əsası kimi X2 mirasın qaldığını, mirasın qəbulu ilə bağlı Cavabdeh1na müraciət etdiklərini, lakin həmin müraciətdən imtina edildiyini və buna görə də məhkəməyə müraciət etdiyini göstərmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında və verilmiş suallara cavabında həyat yoldaşı X3 xx.xx.2020-ci il tarixdə vəfat etdiyini, ondan ** BB *** dövlət qeydiyyat nişanlı “X13” markalı avtomobilin və əmək haqqı fondunda pul vəsaitinin miras qaldığını, avtomobilin mərhumun sağlığında və onun ölümündən sonra qızı İddiaçı1 istifadəsində olduğunu, mirasın qəbulu ilə bağlı ərizə ilə notariat orqanına vaxtında müraciət edib mirası qəbul etdiklərini bildirdiklərini, digər uşaqlarının həyat yoldaşının vəfat edəndən sonra mirası qəbul etmədiklərini, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur Rayon 2 saylı Dövlət Notariat Kontoruna müraciət etdiklərini, notarius vərəsəlik haqqında şəhadətnaməni verməkdən imtina etdiyini, oğlu Cavabdeh2 Bakı şəhərində ailəsi ilə birlikdə yaşadığını, həmin yaşadığı evi həyat yoldaşının sağlığında alınıb onun arvadının adına keçirdiyini, qızı Cavabdeh3in ailəsi ilə birlikdə Türkiyə Respublikasında yaşadıqlarını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında İddiaçı2 ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Əliyev Raif Mehman oğlu izahatında və verilmiş suallara cavabında xx.xx.2020-ci il tarixdə İddiaçı1 və İddiaçı2 Şərur Rayon 2 saylı Notariar Ofisiniə ərizə ilə müraciət etdiklərini, müraciətdə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq miras qalmış bütün əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etdiklərini, Notariat haqqında Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinə əsasən notariat hərəkətlərinin aparılmasından imtina etdiyini, həmin mirasın qəbulu ilə bağlı digər qanun üzrə vərəsələr müraciət etmədiyini, onların arasında mübahisələrin olduğu ehtimalından imtina edildiyini bildirmişdir. İş üzrə Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, Cavabdeh2 Elektron Məhkəmə İnformasoya Sistemindən adına çıxan nömrələrinə SMS bildirşinin göndərildiyini, həmin nömrənin onun istifadəsində olması ilə bağlı telefon əlaqəsinin saxlanıldığını, cavabdeh Bakı şəhərində yaşadığını, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirdiyini, digər Cavabdeh3 Elektron Məhkəmə İnformasoya Sistemindən adına çıxan nömrələrə SMS bildirşinin göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellysiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli Az-İİ № 084174 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur şəhəri Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 902 nömrəli arayışından görünür ki, X7 vəfat edəndən sonra onun varisləri arvadı İddiaçı2, uşaqları İddiaçı1, Cavabdeh3 və Cavabdeh2 qalmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 01 nömrəli və xx.xx.2021-ci il tarixli 8i- 580 reyestr nömrəli notariat ofisinə verilmiş ərizədən görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2020-ci il tarixdə X2 qalmış mirası qəbul etmişdir. İş materiallarında olan Cavabdeh1 xx.xx.2021-ci il tarixli 01 nömrəli və xx.xx.2021-ci il tarixli 02 nömrəli qərarlarından görünür ki, İddiaçı1 və İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan AD №622676 nömrəli X1 Şəhadətnaməsindən görünür ki, ** BB *** dövlət qeydiyyat nişanlı “X13” markalı avtomobil mülkiyyət hüququ əsasında X4 məxsusdur. İş materiallarında olan ƏN-İV №778457 nömrəli etibarnamədən görünür ki, ** BB *** dövlət qeydiyyat nişanlı “X13” markalı avtomobil X7 tərəfindən İddiaçı1 nəqliyyat vasitəsini idarə etmək üçün etibar edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun onun varisləri arvadı İddiaçı2, uşaqları İddiaçı1, Cavabdeh3 və Cavabdeh2dur. X7 öldükdən sonra İddiaçı1 və İddiaçı2 xx.xx.2020-ci il tarixdə mirası qəbul etmişlər. Digər vərəsələr Cavabdeh3 və Cavabdeh2 isə mirasın qəbul edilməsi ilə bağlı müraciət etməmişlər. Cavabdeh1 xx.xx.2021-ci il tarixli 01 nömrəli və xx.xx.2021-ci il tarixli 02 nömrəli qərarları ilə İddiaçı1 və İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Cavabdeh1 digər vərəsələr yazlı formada müraciət etmədiyindən və onların arasında mübahisələrin olduğu ehtimalından vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə işin yuxarıda sadalanan və məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına əsasən iddia tələbinin əsaslılığını aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçılar mirasın açıldığı vaxtdan 3 ay ərzində mirası notariat orqanına ərizə verməklə qəbul etmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə mirasın qəbul edilməsi ilə bağlı müəyyən olunmuş müddət ərzində müraciət etməmişlər. Notariat orqanı isə əsassız olaraq İddiaçı1 və İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarına yuxarıda qeyd edilən normaları tətbiq edən məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli 01 nömrəli və xx.xx.2021-ci il tarixli 02 nömrəli qərarları ləğv edilməli və mirasın İddiaçı2 və İddiaçı1 tərəfindən qəbul olunması müəyyən edilməlidir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək iddiaçının cavabdehdən dövlət rüsumu ilə bağlı tələbinin olmadığını, bu xərcin özlərinə aid edilməsi ilə bağlı xahişini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 xx.xx.2021-ci il tarixli 01 nömrəli və xx.xx.2021-ci il tarixli 02 nömrəli qərarları ləğv edilsin və xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakların İddiaçı2 və İddiaçı1 tərəfindən qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-203/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-203/2021
04.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver