Məhkəmə qərarları › İş №2(110)-217/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-217/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-217/2021 12.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC ilə bağlanmış xx xxxxxxx 2017-ci il tarixli AL-1530 saylı ” Daxili lizinq” müqaviləsinin ləğv edilməsini, lizinq obyekti olan 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA590840 ban, 0423 mühərrik nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarlması, cavabdeh Cavabdeh xx xxxxxxx 2017-ci il tarixli AL-1530 saylı ”Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2021-ci il tarixə 1196,46 manat gecikdirilmiş əsas, 22.54 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 149.41 manat dəbbə pulu, cəmi 1368.41 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəməyə gəlməmişlər. İddiaçı ASC-nin direktoru R.Adıgözəlovun xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi" tələbi ilə Şərur Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiklərini, icraatda olan 2(110)-217/2021 saylı mülki iş üzrə proses dövründə Cavabdeh ilə İddiaçı ASC arasında razılıq əldə olunduğunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə istinadən “iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini və bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 185.6-cı maddəsinə müvafiq olaraq məhkəmə iclası iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclası iş üzrə cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və cavabdeh də məhkəmə baxışında iştirak etməməklə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, İddiaçı ASC tərəfindən hökümət ödəniş portalı vasitəsilə xx.xx.2021-ci il tarixli ********* №li qəbzlə dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən hökümət ödəniş portalı vasitəsilə xx.xx.2021-ci il tarixli ********* №li qəbzlə dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı ASC-yə izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar