Məhkəmə qərarları › İş №2(110)-220/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-220/2023

17.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-220/2023 17.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyətsizliyinin müəyyən edilməsi” tələbinə dair ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayon Diyadin kənd sakini 03 oktyabr 1999-cu il təvəllüdlü Abdullayev Təbriz Musa oğlunun fəaliyyət qabiliyyətsizliyinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində, yetkinlik yaşına çatmış oğlu Abdullayev Təbriz Musa oğlunun 03 oktyabr 1999-cu il tarixdə Şərur rayon Diyadin kəndində anadan olduğunu, onun anadangəlmə qüsurlu doğulduğunu, “serebral iflic” diaqnozu ilə Şərur rayon mərkəzi Xəstəxanasında qeydiyyatda durduğunu və Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində İ dərəcəli əlil kimi pensiya aldığını, haliyyədə Təbrizin yetkinlik yaşında olsa da öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini, hüquqlarını həyata keçirə bilmədiyini, Təbrizin gündəlik həyatda öz hərəkətlərinin mənasını başa düşmədiyini və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini, öz hüquqlarının həyata keçirilməsi üçün başqalarının köməyinə ehtiyacının olduğunu, ona görə də Təbrizin tam fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərinə qəyyum təyin olunmasına ehtiyacının olduğunu, şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasının məhkəmə tərəfindən müəyyən olunduğunu, ona görə də məhkəməyə ərizə ilə müraciət etdiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1“ xx.xx.2023-cü il tarixli 59 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Abdullayev Təbriz Musa oğlunda “Anadangəlmə ağıl zəifliyi.İdiotiya səviyyəsində.Tetrablegiya” psixi xəstəliyi var. Abdullayev Təbriz Musa oğlu öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Abdullayev Təbriz Musa oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Məhkəmə rəydə qeyd olunanlara əsaslanaraq Abdullayev Təbriz Musa oğlunun məhkəmə iclaslarında iştirak etmək üçün dəvət etməmişdir. Maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasına məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Komissiyanın nümayəndəsi keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarına, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli AZ-İ № 474324 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, iş üzrə Ərizəçi xx.xx.1999-cu il təvəllüdlü Abdullayev Təbriz Musa oğlunun anasıdır. - Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 050364 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abdullayev Təbriz Musa oğlu müddətsiz İ qrup əlildir. - Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 02/288 nömrəli arayışıdan görünür ki, Şərur rayon Diyadin kənd sakini Abdullayev X3 rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müddətsiz İ dərəcəli əlil kimi qeydiyyatda durur və hər ay 200 (iki yüz) manat müavinət, 270 (iki yüz yetmiş) manat Prezident Təqaüdü alır. - Şərur rayon Şərur rayon mərkəzi Xəstəxanası Sosial tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 04/44 nömrəli arayışıdan görünür ki, Abdullayev X3 rayon mərkəzi Xəstəxanasında “serebral iflic” diaqnozu ilə dispanser qeydiyyatda durur, xəstəyə ambulator müalicə təyin edilmişdir. - Şərur rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(110)-220/2023 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edildiyindən mülki işin icraatı dayandırılmışdır. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 01 mart 2023-cü il tarixli 59 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Abdullayev Təbriz Musa oğlunda “Anadangəlmə ağıl zəifliyi.İdiotiya səviyyəsində.Tetrablegiya” psixi xəstəliyi var. Abdullayev Təbriz Musa oğlu öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Abdullayev Təbriz Musa oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. - Şərur rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(110)-220/2023 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Ərizəçi oğlu xx.xx.1999-cu il təvəllüdlü Abdullayev Təbriz Musa oğlunun anadangəlmə əqli zəifliyi olduğu üçün gündəlik həyatda öz hərəkətlərinin mənasının başa düşə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və hər zaman başqasının köməyinə ehtiyacı var. Məhz buna görə də ərizəçi məhkəməyə müraciət edərək xx.xx.1999-cu il təvəllüdlü Abdullayev Təbriz Musa oğlunun üzrərində qəyyum təyin olunması üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasını istəyir. Mülki işin məhkəmə araşdırması zamanı şəxsin psixi qüsurlu olub-olmamasını müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir.Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2023-cü il tarixli 59 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində Abdullayev Təbriz Musa oğlunda “Anadangəlmə ağıl zəifliyi.İdiotiya səviyyəsində. Tetrablegiya” psixi xəstəliyi var. Abdullayev Təbriz Musa oğlu öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir...; - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir... . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; - 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir...; - 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır; - 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 59 saylı ekspertiza rəyinə əsasən xx.xx.1999-cu il təvəllüdlü Abdullayev Təbriz Musa oğlunun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas verir. Ona görə də ərizə təmin olunmalı, xx.xx.1999-cu il tarixdə Şərur rayon Diyadin kəndində doğulmuş və Şərur rayon Diyadin kəndində yaşayan Abdullayev Təbriz Musa oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1999-cu il tarixdə Şərur rayon Diyadin kəndində doğulmuş və Şərur rayon Diyadin kəndində yaşayan Abdullayev Təbriz Musa oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar