Məhkəmə qərarları › İş №2(110)-289/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-289/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-289/2021 22.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması"na dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 190.25 (bir yüz doxsan manat, iyirmi beş qəpik) manat borcun tutulması, ödənilmiş 20 manat dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC-nin Naxçıvan filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Bank kartlarının alınmasını və onlardan istifadə edilməsinə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verildiyini, kart sahibinin aldığı kartı onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunlarına. Beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinin məzmununa, Bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürməsinin tərəflər arasında bağlanmış Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilənin 4.1-ci bəndi ilə müəyyən edildiyini, kart sahibinin kartlarla bağlı yaranan borcu, həmçinin müəyyən etdiyi faiz, komisyon haqlarını və digər ödəmələrin yerinə yetirilməsini öhdəsinə götürməsinin eyni zamanda həmin müqavilənin 6.1-ci bəndi ilə müəyyən edildiyini, həmçinin 6.2–ci bəndinə əsasən Bank əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə əlavə komisyon haqlarını almaq hüququna malik olduğunu, filialın müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından (********************) sui-istifadə edərək ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində vəsaitin məxaric edilməsinə nail olduğunu, həmin vəsaitə ümumilikdə 40.25 manat faizin hesablandığını, Bankın Naxçıvan filialı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh oğlunun Banka cəmi 190.25 (bir yüz doxsan manat iyirmi beş qəpik) manat borcunun mövcud olduğunu, qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfin səy göstərdiyini, cavabdehin isə öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirmədiyini, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 190.25 (bir yüz doxsan manat, iyirmi beş qəpik) manat borcun tutulması, ödənilmiş 20 manat dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, ”İddiaçı” ASC-nin Naxçıvan filialı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli BPM**********73 nömrəli Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında Müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Bank Müştərinin adına Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabının açıldığını, ödəniş kartının dövriyyəyə buraxıldığını, ödəniş kartından istifadə etməklə Kart hesabı üzrə hesablaşmaların aparılması ilə bağlı tərəflər arasında münasibətlərin tənzimlənməsindən ibarət olduğunu, müştərinin ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlara eləcədə ödəniş kartından istifadəyə görə xidmət haqlarını Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2021-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh Banka 190.25 (bir yüz doxsan manat, iyirmi beş qəpik) kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş Bank kartının sifarişinə dair ərizədən görünür ki, Cavabdeh oğlu istifadə müddəti 1 il olmaqla VSDC Classic Card AZN PS kart sifariş vermiş və kart üçün 10 AZN rüsum ödəmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən Dövlət büdcəsinin AZ21NABZ******************** nömrəli xəzinə hesabına məhkəmədə iddia qaldırılması ilə əlaqədar 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0.40 manat ödənilmiş xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli, 22-386/2021 nömrəli bildirişindən və poçt göndərişinin verilməsi haqqında xəbərdarlıqdan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********73 nömrəli Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında Müqaviləyə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə cavabdehə nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitlərinin əldə edilməsi üçün nəzərdə tutulmuş ödəniş aləti olan müvafiq ödəniş sisteminin plastik kartı vermişdir. Cavabdeh isə ödəniş kartı vasitəsilə aparılmış əməliyyatlara eləcə də ödəniş kartından istifadəyə görə xidmət haqlarını Banka ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməyərək ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlara, eləcədə ödəniş kartından istifadəyə görə xidmət haqlarını Banka ödəmədiyi üçün, Bank qarşısında məsuliyyət daşıyaraq Banka 190.25 (bir yüz doxsan manat iyirmi beş qəpik) kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh oğluna qarşı "kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməklə İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********73 nömrəli Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında Müqaviləyə əsasən Cavabdeh 190.25 (bir yüz doxsan manat, iyirmi beş qəpik) manat kredit borcu tutularaq ”İddiaçı” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən və iddiaçı tərəfindən tələb edilmiş iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi də Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 190.25 (bir yüz doxsan manat iyirmi beş qəpik) manat borc, 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 210.65 (iki yüz on manat altmış beş qəpik) tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar