Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-301/2024 10.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Maraqlı şəxsna qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi barədə ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1996-cı il təvəllüdlü İsmayılov Vilayət Ədalət oğlunun tam fəaliyyət qabiliyyətsizliyini müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində oğlu İsmayılov Vilayət Ədalət oğlunun xx.xx.1996-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla onlarla birlikdə yaşadığını, İsmayılov Vilayət Ədalət oğlunun anadangəlmə xəstə olduğunu və “X5, Mikrosefaliya, Anadangəlmə əqli və fiziki inkişafdan qalma” diaqnozu ilə xəstəlikdən əziyyət çəkdiyini, Şərur RTM tərəfindən verilmiş arayışda İsmayılov Vilayət Ədalət oğlunun xx.xx.2024-cü il tarixdə Şərur rayon Mərkəzi Xəstəxanasında müayinə olunduğunu, xəstənin “X5, Mikrosefaliya, Anadangəlmə əqli və fiziki inkişafdan qalma” diaqnozundan əziyyət çəkdiyini və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF PHŞ Şərur rayon Şöbəsi tərəfindən verilmiş arayışda da onun Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF PHŞ Şərur rayon Şöbəsində İ dərəcəli əlil kimi qeydiyyatda durduğunun qeyd edildiyini, oğlu Vilayət İsmayılovun haliyədə öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini, məhdud fəaliyyət qabiliyyətli olduğunu və başqasının köməyi olmadan hərəkət edə bilmədiyini, Vilayət İsmayılovun hüquqlarının həyata keçirilməsində, müayinə və müalicə alması üçün xəstəxanaya gedib-gəlməsində çətinliklər çəkdiyini və öz hüquqlarının həyata keçirilməsi üçün başqasının köməyinə ehtiyacının olduğunu, ona görə də Vilayət İsmayılovun tam fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərində qəyyuç təyin olunmasına ehtiyacının olduğunu, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasının məhkəmə tərəfindən müəyyən olunduğundan oğlu İsmayılov Vilayət Ədalət oğlunun tam fəaliyyət qabiliyyətli olmayan sayılması üçün məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildimişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2024-cü il tarixli 120 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, İsmayılov Vilayət Ədalət oğlunnda “Dərin dərəcəli əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. İsmayılov Vilayət Ədalət oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. İsmayılov Vilayət Ədalət oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Məhkəmə rəydə qeyd olunanlara əsaslanaraq İsmayılov Vilayət Ədalət oğlunun məhkəmə iclaslarında iştirak etmək üçün dəvət etməmişdir. Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasına məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Komissiyanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatına, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli 2024/5 nömrəli arayışından görünür ki, İsmayılov Vilayət Ədalət oğlu həqiqətən Şərur Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2024-cü il tarixdə ambulator müayinə edilmişdir, xəstə “X5, Mikrosefaliya, Anadangəlmə əqli və fiziki inkişafdan qalma” diaqnozu ilə əziyyət çəkir; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Şərur rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 08/186 nömrəli arayışdan görünür ki, Şərur şəhər ünvanında qeydiyyatda duran İsmayılov Vilayət Ədalət oğlu həqiqətən də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur rayon Şöbəsində qeydiyyatda durmaqla İ dərəcəli əlil kimi xx.xx.2014-cü il tarixdən müddətsiz 470.0 (dörd yüz yetmiş) manat sosial müavinət alır; - Şərur rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 2(110)-301/2024 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edildiyindən mülki işin icraatı dayandırılmışdır; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2024-cü il tarixli 120 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, İsmayılov Vilayət Ədalət oğlu “Dərin dərəcəli əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. İsmayılov Vilayət Ədalət oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. İsmayılov Vilayət Ədalət oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. - Şərur rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(110)-301/2024 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İsmayılov Vilayət Ədalət oğlunda “Dərin dərəcəli əqli gerilik” psixi xəstəliyi var, öz hərəkətlərinə rəhbərlik edə bilmir və hər zaman başqasının köməyinə ehtiyacı var. Məhz buna görə də ərizəçi məhkəməyə müraciət edərək xx.xx.1996-cı il təvəllüdlü İsmayılov Vilayət Ədalət oğlunun üzərində qəyyum təyin olunması üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasını istəyir. Mülki işin məhkəmə araşdırması zamanı şəxsin psixi qüsurlu olub-olmamasını müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2024-cü il tarixli 120 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, X3 Ədalət oğlunda “Dərin dərəcəli əqli gerilik” psixi xəstəliyi var. İsmayılov Vilayət Ədalət oğlu öz hərəkətlərini dərk etmir. İsmayılov Vilayət Ədalət oğlunun öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir...; - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir... . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; - 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir...; - 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır; - 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2024-cü il tarixli 120 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyinə əsasən xx.xx.1996-cı il təvəllüdlü İsmayılov Vilayət Ədalət oğlunun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas verir. Ona görə də ərizə təmin olunmalı, xx.xx.1996-cı il tarixdə Şərur şəhəri, Nizami küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla yaşayan İsmayılov Vilayət Ədalət oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. X2 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1996-cı il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan İsmayılov Vilayət Ədalət oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-301/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-301/2024
10.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver