Məhkəmə qərarları › İş №2(110)-328/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-328/2021

20.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-328/2021 20.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Şərur rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı vərəsəlik hüququ üzrə şəhadətnamənin ləğvi və mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 adına verilmiş 22.12.2020-ci il tarixdə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini və X3 qalmış mirasın qəbul edilməsinin müddətinin qızı X4 münasibətdə 1 ay müddətinə uzadılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi X3 şəhid olduğu üçün mirasın qaldığını, X8 ilə nikahlarının olmadığını, uşağının atalıq faktının mirasın qəbulu ilə bağlı Şərur Rayon 2 Saylı Notariat Kontoruna müraciət etdiklərini, lakin həmin müraciətdən imtina edildiyini və buna görə də məhkəməyə müraciət etdiyini göstərmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında Şərur rayonu Çomaxtur sakini X8 ilə evləndiklərini, lakin nikaha daxil olmadıqlarını, 2020ci ilə kimi bir ailədə ər arvad kimi yaşadıqlarını, birgə yaşadıqları müddətdə 25.11.2018-ci il tarixdə X1 doğulduğunu, nikahları olmadığından uşağa doğum şəhadətnaməsi alarakən öz soyadı ilə şəhadətnamə verildiyini, X8 30.10.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olduğunu, 02.11.2020-ci il tarixdə dəfn olunduğunu, Şərur Rayon Məhkəməsində uşağın atalığın etiraf olunması barədə iddia qaldırdığını, 08.12.2020-ci il tarixdə Şərur Rayon Məhkəməsində atalığın etiraf olunmasını faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul olunduğunu, lakin qətnamə qanuni qüvvəyə minmədən qayınanası Şərur Rayon 2 saylı Notariat Ofisinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamənin aldığını, məhkəmə qətanməsi qanuni qüvvəyə mindikdən sonra uşağına münasibətdə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət etdiyini, artıq vərəsəlik haqqında şəhadətnamənin verildiyinin məlum olduğu bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında və ona verilmiş suallara cavabında oğlu şəhid olduqdan sonra gəlini və nəvəsi ilə birlikdə yaşamaq istədiyini, amma gəlininin onun sözümə qulaq asmayıb öz bildiklərini etdiyini, uşağa vərəsəlik verilməsinə etirazı olmadığını, X12 tərəfindən şəhid ailələrinə verilən 10.000 manat pulun yanlız 3000 manatını götürdüyünü, qalanını isə gəlininin götürdüyünü, hesabına ödənilmiş 11.000 manat pulun yarısının gəlininə verilməsini istəmədiyini bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellysiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Şərur rayon 2 saylı Dövlət Notariat Kontorunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.11.2020-ci il tarixli Az-İ № 750711 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30.10.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon Məhkəməsininin 08.12.2020-ci il tarixli 2(110)- 607/2020 nömrəli qətnamədən çıxarışdan görünür ki, atalığın etiraf olunması faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul olunmuş, X2 atasının X8 olması müəyyən olunmuşdur. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08.01.2021-ci il tarixli Az-İ № 240839 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 25.11.2018-ci il tarixdə doğulmuş X2 atası X6r. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli Az-İV № 508927 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25.11.2018-ci il tarixdə doğulmuş X2 atası X8, anası isə İddiaçıdır. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Kontorunun 12.04.2021- ci il tarixli 07 nömrəli qərarından görünür ki, 22.12.2020-ci il tarixdə Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə X8 faktiki nikah münasibətlərinə daxil olublar, lakin nikaha daxil olmamışdırlar. Birgə yaşadıqları müddətdə 25.11.2018-ci il tarixdə X7 doğulmuşdur. Tərəflərin nikahı olmadığından uşağa doğum haqqında şəhadətnamə verilərkən uşağın ata adı anasının göstərişi ilə yazıldığından atalıq müəyyən edilməmişdir. X8 30.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuşdur. Şərur Rayon Məhkəməsininin 08.12.2020-ci il tarixli 2(110)-607/2020 nömrəli qətnaməsi ilə X2 atalıq faktı müəyyən olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmədiyi dövrdə, yəni 22.12.2020-ci il tarixdə X3 qalan mirası anası Cavabdeh2 Şərur rayon 2 saylı Dövlət Notariat Kontoruna müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Buna görə də Şərur Rayon 2 Saylı Notariat Kontoru 12.04.2021-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı uşaq üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Məhkəmə işin yuxarıda sadalanan və məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına əsasən iddia tələbinin əsaslılığını aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İşin hallarından da göründüyü kimi, mərhum X5 birinci növbə vərəsəsi anası və uşağı olmuş, lakin mərhumun iddiaçı ilə nikahı olmadığından və buna görə də uşağın atalığı müəyyən edilmədiyindən atalıq məhkəmə qaydasında müyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək mərhum X5 anası Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qeyd olunan halları gecikmənin üzürlü olması kimi qiymətləndirir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarına yuxarıda qeyd edilən normaları tətbiq edən məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh2 adına 22.12.2020-ci il tarixdə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli və X3 qalmış mirasın qəbul edilməsi müddətinin X4 münasibətdə 1 ay müddətinə uzadılmalıdır. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək iddiaçının cavabdehdən dövlət rüsumu ilə bağlı tələbinin olmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh2 adına 22.12.2020ci il tarixdə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin və X3 qalmış mirasın qəbul edilməsi müddəti X4 münasibətdə 1 ay müddətinə uzadılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar