Məhkəmə qərarları › İş №2(110)-34/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-34/2025

06.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-34/2025 06.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh2, Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və ləğv olunması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi torpaq sahəsinin qaytarılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2010-cu il tarixdə Mikayıl Cavabdeh2 ilə Cavabdeh3 arasında Şərur rayonu Dərəkənd kəndində yerləşən, paylı mülkiyyətlərinə verilmiş 0.8537 ha həyətyanı torpaq sahəsi barədə bağlanmış, Sədərək Rayon DNK-da qeydiyyata alınan 4-Ə-99 nömrə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 adına **********63 reyestr nömrə ilə Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydiyyatın ləğv olunması, Cavabdeh5 ilə Cavabdeh3 adına bağlanmış 11 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması və torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına xx.xx.2010-cu il tarixdə Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 05 nömrəli və Dərəkənd bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 01 nömrəli qərarları əsasında Dərəkənddə 8537,0 m³ həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. 06.07 2010-cu il tarixdə Sədərək Rayon DNK-da qeydiyyata alınan 4-0-99 nömrə alqısatqı müqaviləsi əsasında Cavabdeh2 torpaq sahəsini Cavabdeh3 satmışdır.Torpaq sahəsi xx.xx.2010-cu il tarixdə həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və X25 Dövlət Xidmətinin 03/458 nömrəli, 22 dekabr 2021-ci il tarixli arayışda bildirilir ki, Şərur rayonu Dərəkənd sakını Cavabdeh2 daxil olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinə Şərur rayonu, Dərəkəndində xəritə üzərində JN-137A va JN-137B nömrəli torpaq sahələri qeydə alınmış həyətyanı torpaq sahəsi ödənişdə saxlanıldığından şəhadətnamələr verilməmişdir. Lakin, xəritədə JN-137B nömrə ilə qeyd olunmuş 0.8537 ha həyətyanı torpaq sahəsi, Sədərək rayon DNK-nın xx.xx.2010 cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmış və **********63 reyestr nömrə ilə Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra o, 11 yanvar 2023-cü il tarixdə həmin sahəni Şərur rayonu Notariat Ofisinin 4ə-08 nömrəli alqı satqı müqaviləsi əsasında X14 adına keçirmişdir. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notarial şöbəsinin 17 yanvar 2022-ci il tarixli, 01 nömrəli məktubuna əsasən Cavabdeh1ndə rəsmiləşdirilmiş 06 iyul 2010-cu il tarixli, 4-Ə-99 reyestr nömrəli alqı-satqı müqaviləsinın və ona əlavə olunmuş sənədlər barədə məlumatlar Naxçıvan şəhər Hüquq Məsləhətxanasına göndərilmişdir. Həmin məlumatlarda onun və ailə üzvlərinin razlıqları əsasında Şərur rayonu Dərəkənd kəndində yerlşən həyətyanı torpaq sahəsini X1 qeyd edilir. Halbuki həmin sahənin satılmasından xəbərləri yoxdur və onlar torpaq sahəsinin satılmasına razılıq verməmişdir və həmin ərizələr və imzalar onlara məxsus deyildir. Oğlu İddiaçı2 24 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 29,120,1,29,120.2 2,29,120.2.7,221 3 və 66.3-cü maddələri ilə məhkum olunmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərarı ilə cəza çəkməkdən azad edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyindən alınmış sənədlərdə onun atasının adına olan Dərəkənd kəndində yerləşən torpaq sahəsinin satılmasına razı olduğu qeyd olunur. Halbuki Qadir həmin zaman cəzaçəkmə müəsissəsində cəzasını çəkirdi. Həyat yoldaşı Mikayıl torpaq sahəsini satdığını onlardan gizlətmişdir. Bakı şəhərində yaşadıqlarından bu əməliyyatdan xəbərləri olmamışdır.Torpaq sahəsinin satılmasını 2021-ci ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin notariat arxivinə müraciətləri əsasında onlara verilmiş alqı-satqı ilə bağlı sənədlərin surətlərindən bilmişdir. Bundan başqa o həmin torpaq sahəsinin mülkiyyətçilərindən biridir və birgə nikah dövründə əldə olunmuş torpaq sahəsidir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində qeyd olunanlara əlavə olaraq izahatında hazırkı mübahisəli torpaq sahəisinin satılmasında məlumatının olmadığını, torpaq sahəsi satılan zaman Bakı şəhərində yaşadıqlarını, oğlu Qadirin cəzaçəkmə müəssisəsində olduğunu, həyat yoldaşı Cavabdeh2 qardaşı X15 başqa evlərini Məhərrəm adlı şəxsə satması üçün etibarnamə verdiyini, lakin həmin evdən əlavə olaraq Qafar Əliyevin hazırkı mübahisəli torpaq sahəsini də Cavabdeh3 satdığını, Qadirin cəzadan azad olduqdan sonra 2021-ci ildə sənədlərini düzəltmək üçün Şərura gəldiyini, bu zaman həmin torpaq sahəsinin satıldığını öyrəndiyini, atasına “torpaq sahəsini niyə satmısan?” dediyini, Mikayılın həmin torpaq sahəsini satmadığını, Məhərrəmə satdıqları evin sənədləşdirilməsi üçün etibarnamə verdiyini bildirdiyini, 2010-cu ildən sonra dəfələrlə Dərəkənd kəndinə gəldiyini, lakin baldızının, qardaşının evində 1-2 gün qalıb Bakı şəhərində qayıtdığını, həmin torpaq sahəsi ilə maraqlanmadığını, torpaq sahəsinə Mikayılın qardaşı Qafarın nəzarət etdiyini, torpaq sahəsinin satılmasından məlumatının olmadığını, 2022-ci ilin yanvar ayında həmin ərəfədə torpaq sahəsinin satılmasından məlumatının olduğunu, 2022-ci ildə Şərur rayonuna gələrək torpağın yarısını onlara verməsi qarşılığında Muraza 10000 (on min) manat pul təklif etdiklərini, lakin o, onların təklifini qəbul etmədiyini, daha sonra onu Şərur rayon prokurorluğuna şikayət etdiklərini, prokurorluqda olarkən torpağı qaytaracağı təqdirdə Muraza 20000 manat təklif etdiklərini, Muraz isə onlara torpağın qiymətinin 140000 (bir yüz qırx min) manat olduğunu, həmin pulu verəcəkləri təqdirdə torpağı geri qaytaracağını dediyini, məcbur qalıb torpaq sahəsinə verilmiş çıxarışın ləğv olunması üçün Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etdiklərini, məhkəmə iddianı mümkünzsüz hesab etdiyini, həmin qərardan Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti verdiklərini, lakin Naxçıvan MR İnzibati Məhkəməsinin qərarının orada da qüvvədə qaldığını, haliyədə isə Murazın həmin torpaq sahəsini Cavabdeh5 satdığını, ona görə də torpağın Cavabdeh3 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpağın Cavabdeh5 satılması barədə müqavilənin ləğv edilərək torpaq sahəsinin onların mülkiyyətlərinə qaytarılması barədə Şərur Rayon Məhkəməsinə müraciət etdiklərini bildirərək, məhkəmədən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 iddia ərizəsində qeyd olunanlara əlavə olaraq izahatında 2009-cu ildə cinayət törətdiyi üçün həbs olunduğunu, xx.xx.2020-ci il tarixdə cəzadan azad olunaraq azadlığa buraxıldığını, pandemiya dövrü olduğu üçün Naxçıvana gələ bilmədiyini, xx.xx.2021-ci il tarixdə sənədlərini düzəltmək üçün Naxçıvana gəldiyini, əmisi Qafarın evində olarkən əmisi arvadının ona torpaq sahəsinin Cavabdeh3 satıldığını bildirdiyini, Bakı şəhərinə qayıtdıqdan sonra atasından torpaq sahəsini niyə satdığını soruşduğunu, atasının ona həmin torpaq sahəsini satmadığını, Məhərrəm adlı şəxsə satdıqları evi sənədləşdirməsi üçün Qafar etibarnamə verdiyini, daha sonra atası ilə anasının Şərur Rayon Prokurorluğuna müraciət etdiklərini, prokurorluqda Murazın pulu Qafar əmimə verərək torpaq sahəsini ondan aldığını bildirdiyini, məcbur qalıb torpaq sahəsinə verilmiş çıxarışın ləğv olunması üçün Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etdiklərini, məhkəmə iddianı mümkünzsüz hesab etdiyini, həmin qərardan Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti verdiklərini, lakin Naxçıvan MR İnzibati Məhkəməsinin qərarının orada da qüvvədə qaldığını, haliyədə isə Murazın həmin torpaq sahəsini Cavabdeh5 satdığını, ona görə də torpağın Cavabdeh3 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpağın Cavabdeh5 satılması barədə müqavilənin ləğv edilərək torpaq sahəsinin onların mülkiyyətlərinə qaytarılması barədə Şərur Rayon Məhkəməsinə müraciət etdiklərini bildirərək, məhkəmədən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 izahatında 2010-cu ildə Cavabdeh2 qardaşı Qafar Əliyevin kənddə Mikayılın torpaq sahəsini satmaq istədiyini bildirdiyini, atasının “həmin torpaq sahəsini alaq, 3 qardaşsınız, aranızda bölərsiniz” dediyini, atasının Qafara “Mikayıl gəlsin, rəsmi qaydada alaq” dediyini, Qafarın Mikayılın xəstə olduğunu, gələ bilməyəcəyini bildirdiyini, etibarnamə əsasında alqı-satqını Qafarla etdiklərini, torpaq sahəsini sənədləşdirmək üçün Daşınmaz Əmlak və X25 Dövlət Xidmətinə getdiklərini, həmin torpaq sahəsinin əlavə 4200 m2 zəbti olduğunu bildirdiklərini, bələdiyyənin qərarı əsasında həmin zəbt olunmuş hissəyə dair çıxarış aldıqlarını, həmin torpaq sahəsinə görə Dərəkənd Bələdiyyəsinə 200 ABŞ dolları pul ödədiyini, sonradan həmin torpaq sahəsinin alınması üçün ödədiyi 200 ABŞ dollar pulu Mikayılın qardaşı Əlinin Oğuzkənddə onların qohumları vasitəsilə ona göndərdiyini, Sədərək rayon notarius ofisində Qafarla alqı-satqı müqaviləsi bağlayaraq, həmin torpaq sahəsini aldığını, öz adına sənədləşdirdiyini, 2010-cu ildən bu günədək həmin torpaq sahəsində 2 dəfə meyvə bağı saldığını, torpaq sahəsini aldıqdan sonra İddiaçı1 dəfələrlə kəndə gəldiyini, həmin torpaq sahəsinin ona satılmasından xəbərinin olduğunu, bu müddətdə ondan torpaq tələb etmədiyini, 2022-ci ildə Ceyran xalanın kəndə gəldiyini, qardaşının oğlu vasitəsilə ona həmin torpağın yarısını onlara verməsi qarşılığında 10000 manat pul təklif etdiklərini, lakin onların təklifini qəbul etmədiyini, daha sonra onu Şərur Rayon prokurorluğuna şikayət etdiklərini, prokurorluqda olarkən Mikayılın ona “torpağı sənə ucuz satmışam, 20000 manat verim torpağı geri qaytar” dediyini, cavabında Mikayıla 140000 min manat deyil, 40000 manat verəcəyi təqdirdə torpağı geri qaytaracağını dediyini, lakin aralarında razılaşa bilmədiklərini, qanuni şəkildə həmin torpaq sahəsini aldığını, həmin torpaq sahəsinin halhazırda onun özünün mülkiyyətində olduğunu, həmin torpaq sahəsini Cavabdeh5 satmadığını, Zaminə satılan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu, eyni zamanda Y.Daşarx kəndi ərazisində yerləşdiyini qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı1 əlavə olaraq izahatında həmin torpaq sahəsində onların evlərinin olduğunu, uşaqlarının kiçik toyunu həmin evdə etdiklərini, həmin evdə onların xatirələrinin olduğunu ona görədə haliyədə Cavabdeh3 həmin torpaq sahəsindən 1000 kv.m ona verməsini, buna görə Muraza 5000 manat pul verməyi təklif etdiyini bildirmişdir. Cavabdeh3 əlavə olaraq izahatında İddiaçı1 həmin torpaq sahəsindən 1000 kv.m ona verməsi müqabilində 5000 manat verəcəyi barədə təklifini qəbul etmədiyini, İddiaçı1 halalıq olsun deyə 4000 manat pul verməyi təklif etdiyini bildirmişdir. İddiaçı1 əlavə olaraq izahatında Cavabdeh3 ona halalıq olsun deyə 4000 manat pul verməsi təklif ilə razılaşmadığını, ona pul lazım olmadığını, ona torpaq sahəsinin lazım olduğunu, sökülmüş otağının birini bərpa etmək istədiyini, yay aylarında kəndə gələrkən öz evində qalmaq istədiyini bildirmişdir. Həmçinin Cavabdeh3 Məmmədli oğlunun xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərdiyi iddia tələbinə etiraz məktubunda qeyd olunmuşdur ki, Şərur rayon Dərəkənd kənd sakinləri İddiaçı1 və İddiaçı2 Şərur rayon Məhkəməsinə Şərur rayon Dərəkənd kənd sakinləri cavabdehlər Cavabdeh2, Cavabdeh3, X16 və Sədərək rayon Notariat ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi, torpaq sahəsinin qaytarılması barədə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2010-cu il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında Şərur rayon Dərəkəndində yerləşən, paylı mülkiyyətlərinə verilmiş 0.8537 ha həyətyanı torpaq sahəsi barədə bağlanmış, Sədərək rayon DNK-da qeydiyyata alınmış 4-Ə-99 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına **********63 reyestr nömrə ilə Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydiyyatın ləğv olunması, X23 ilə X3 adına bağlanmış 11 yanvar 2023-cü il tarixli alqı- satqı müqaviləsinin ləğv olunması və torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması barədə qətnamə qəbul edilməsininni xahiş etmişdir. Bildirirəm ki, Şərur rayon X8 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarına və Dərəkənd bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 01 nömrəli qərarlarına əsasən iddia edilən torpaq sahəsi yalnız Cavabdeh2 adına qeydiyyata alınaraq xx.xx.2010-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq va Xəritəçəkmə Komitəsi tərəfindən A006011 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü", xx.xx.2010-cu il tarixdə isə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən yalnız Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən də mübahisəli torpaq sahəsi Cavabdeh2 tərəfindən Sədərək rayon DNK-un xx.xx.2010-cu il tarixli, 4-Ə- 99 nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəfimdən satın alınmış və xx.xx.2010-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənim adıma Hüquqlaarın X13 Daşınmaz Əmlakın Dövlət reyestrindən MH № ******* saylı Çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində iddia müddətləri müəyyən edilmişdir. Həmin Məcəllənin 373.1-ci maddəsində ümumi iddia müddəti 10 (on) il, 373.2-ci maddəsində müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il olduğu müəyyən edilmişdir. Cavabdehlər həmin məcəllədə müəyyən olunmuş iddia müddətini buraxmışlar. İddiaçı1 torpaq sahəsinin satılmasından xəbərləri olmadığını, həyət yoldaşı Cavabdeh2 torpaq sahəsini satmasını onlardan gizlətdiyini, torpaq sahəsinin satılmasını 2021-ci ilin noyabr ayında Naxçıvan MR Ədliyyə Nirliyinin notariat arxivinə müraciətlərindən sonra onlara verilmiş alqı-satqı ilə bağlı sənədlərın surətindən bildiklərini qeyd etməsi tamamı ilə yalan və həqiqətə uyğun deyil. Belə ki, 2009-cü ildə İddiaçı2 cinayət işi ilə əlaqədar onlara pul lazım olduğundan həmin torpaq sahəsini satmaq istədiklərini bildirərək mübahisəli torpaq sahəsinin alqı- satqısını mərhum atam X6 ilə razılaşmışlar, 2010-cu ildə atam vəfat etdikdən sonra isə həmin mübahisəlin torpaq sahəsinin pulunu razılaşma əsasında tərəfimdən nağd şəkildə ödəməklə alqı-satqısını rəsmiləşdirmişik İddiaçı1 2010-cü ildən bu günə kimi dəfələrlə kəndə gəlib getmiş, mübahisəli torpaq sahəsini tərəfimdən satın alındığını və həmin torpaq sahəsində meyvə bağı saldığımı bılırdı və bu müddət ərzində bir dəfə də olsun torpaq sahəsinin geri qaytarılması barədə hər hansı bir fikir bildirməmişdir. İddiaçı2 azadlığa çıxdıqdan sonra da dəfələrlə kəndə gəlib getmiş, o da torpaq sahəsinin geri qaytarılması barədə hər hansı bir fikir bildirməmiş, 2021-ci ildən İddiaçı1 kəndə gələrək məndən ona 1000 kv. metr torpaq sahəsi verməyimi xahiş etdi. Mən ona torpaq sahəsini 2010-cu ildə onlara pulunu nağd şəkildə ödəməklə satın aldığımı və ona 1000 kv. metr torpaq sahəsi verə bilməyəcəyimi bildirdikdən sonra məndən şikayət edəcəyini və torpaq sahəsini mənim əlimdən alacağını bildirdi. Əlavə olaraq bildirirəm ki, iddiaçılaı mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə Şərur rayon Notariat Ofisinin 43-08 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satmağım barədə bildirdikləri tamamı ilə yalandır və həqiqəti əks etdirmir Belə ki, mübahisəli torpaq sahəsi Şərur rayon Dərəkənd ərazisində yerləşən 0.8537 ha həyətyanı torpaq sahəsidir. Cavabdeh5 satdığım torpaq sahəsi isə Şərur rayon Yuxarı Daşarı kəndində yerləşən 0.5925 ha kand təsərrüfatı təyinatlı torpaq sahəsidir. Bildirirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən Bu məcəllənin 347.1-ci maddəsində (vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış aqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər) nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bildirirəm ki, Cavabdeh2 ilə aramızda alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 və ya onun ailə üzvlərinə qarşı hər hansı bir zorakılığa və ya hədəyə yol verilməmiş, Cavabdeh2 tərəfindən öz razılığı ilə notarial qaydada verilmiş etibarnaməyə əsasən alqı-satqı müqaviləsi bağlanmışdır. Əlavə olaraq bildirirəm ki, MM-yə əsasən əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi andan bir il ərzində əqdi mübahisələndirməli olduqları halda iddiaçılar iddia müddətini buraxaraq 2022-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şərur rayon Məhkəməsində mülki işə 2022-ci ildə 2(110)-359/2022 nömrə ilə baxılaraq müvafiq qərar qəbul edilmiş, 2024-cü il tarixdə isə iddiaçılar yenidən eyni tələblə məhkəməyə müraciət etmişlər. Qeyd olunanlara əsasən bildirirəm ki, cavabdehlər İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 345.2 və 373.1-ci maddələri ilə müəyyən edilmiş iddia müddətini buraxmışlar. Ona görə də iddia tələbinin əsasız hesab edirəm və iddia tələbinin rədd edilməsini istəyirəm. Şərur rayon Dərəkənd sakinləri İddiaçı1 və İddiaçı2 iddia tələbləri ilə əlaqədar yuxarıda göstərilənləri nəzərə alaraq iddia müddətini tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq telegramda səhhətimlə əlaqədar olaraq xx.xx.2025-ci il tarixli ilə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəm, işə mənim iştirakım olmadan baxılmasını, məhkəmədən bu işə düzgün şəkildə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh4nə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə idarə heyətinin sədri məhkəməyə ərizə ünvanlayaraq ərizədə sizin 06 sentyabr 2024-ci il tarixli iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs və Cavabdeh5 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və ləğv olunması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi, torpaq sahəsinin qaytarılması tələbi ilə bağlı mülki iş üzrə 2(110)-927/2024 nömrəli məktubunuzla əlaqədar bildirilir ki, işlərimizin çox olduğu üçün nümayəndənin iştirakı olmadan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1nə və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan MR Daşınmaz Əmlak Və X25 Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Şərur rayonu Dərəkənd sakini Cavabdeh2 daxil olmaqla 4 nəfərdən ibarət ailə üzvülərinə Şərur rayonu, Dərəkəndində xəritə üzərində JN- 137A və JN-137B nömrəli torpaq sahələri qeydə alınmış həyətyanı torpaq sahəsi ödənişdə saxlanıldığından şəhadətnamələr verilməmişdir. Lakin, xəritədə JN-137B nömrə ilə qeyd olunmuş 0.8537 ha həyətyanı torpaq sahəsi, Sədərək rayon DNK-nın xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmş və **********63 reyestr nömrə ilə Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak Və X25 Dövlət Xidməti xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına xx.xx.2010-cu il tarixdə Şərur Rayon Aqrar İslahat Komissiyasının 29.06 1999-cu il tarixli 05 nömrəli və Dərəkənd bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 01 nömrəli qərarları əsasında Dərəkənddə 8537,0 m² həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. xx.xx.2010-cu il tarixdə Sədərək Rayon DNK-da qeydiyyata alınan 4-8-99 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 torpaq sahəsini Cavabdeh3 satmışdır. Torpaq sahəsi xx.xx.2010cu il tarixdə həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydiyyata alınmışdır; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak Və X25 Dövlət Xidməti xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz əmlakın dövlət reyestrində Şərur rayon Dərəkənd sakinı Cavabdeh2 adına Şərur rayon X9 29 iyun 1999-cu il tarixli 05 nömrəli və Dərəkənd Bələdiyyəsinin 07 aprel 2010-cu il tarixli 01 nömrəli qərarları əsasında xx.xx.2010-cu il tarixdə 8537 m² həyətyanı torpaq sahesı qeydiyyata alınmışdır. xx.xx.2010-cu il tarixdə Sədərək rayon DNK-da qeydiyyata alınan 4-Ə-99 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 həmin torpaq sahəsinı Cavabdeh3 satmışdır; - xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu, Dərəkənd kəndində yerləşən, 0.8537 ha yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır; - Şərur rayon Dərəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 06 nömrəli, 25 iyun 2010-cu il tarixli arayışdan görünür ki Cavabdeh2 ailə üzvləri aşağıdaki kimidir:

1. Arvadı: İddiaçı1-1963

2. Oğlu: İddiaçı2-1982

3. Qızı: X11-1984

4. Oğlu: X17-1990 - Şərur rayon Siyaqut k-İN tərəfindən verilmiş 17 sentyabr 1981-ci il tarixli Nigahın bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və X12 arasında 17 sentyabr 1981 ci il tarix də 31 nömrə ilə nikah qeydə alınmış və qadına “Əliyeva” soyadı verilmişdir. - VVADQ şöbəsi tərəfindən verilmiş 24 iyun 2010-cu il tarixli arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X5 atası- Cavabdeh2, anası- İddiaçı1dır. - VVADQ şöbəsi tərəfindən verilmiş 24 iyun 2010-cu il tarixli arayışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı2 atası- Cavabdeh2, anası- İddiaçı1dır. - VVADQ şöbəsi tərəfindən verilmiş 24 iyun 2010-cu il tarixli arayışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X7 atası- Cavabdeh2, anası- İddiaçı1dır. - Şərur rayon Dərəkənd Bələdiyyəsi tərəfindən verilmiş arayışta görünür ki, Cavabdeh2 həqiqətən zəbt olunan torpaq sahəsinə borcu qalmayıb, tam ödəniş gedib. - Şərur rayon Dərəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 05 nömrəli, 10 may 2022-ci il tarixli arayışdan görünür ki İddiaçı1 aşağıdaki tərkibdə ailə üzvləri vardır:

1. Yoldaşı: Cavabdeh2 -1960

2. Oğlu: İddiaçı2-1982

3. Qızı: X11-1984

4. nəvəsi: X22-2006

5. nəvəsi: X28-2008 - X24 tərəfindən Sədərək DNK-da verdiyi ərizədən görünür ki, vəkalətnamə ilə ona həvalə edilmiş Cavabdeh2 məxsus olan və Şərur rayon Dərəkənd kəndində yerləşən 0.8537 ha torpaq sahəsini satır; - 06 iyul 2010-cu il tarixli Şərur rayon Dərəkənd kəndində yaşayan vəkalətli nümayəndə X24 və Cavabdeh3 arasında bağlanmış müqavilədə görünür ki, Cavabdeh2 məxsus olan və Şərur rayon Dərəkənd kəndində yerləşən 0.8537 ha torpaq sahəsinə görə vəkalətli nümayəndə X24 torpaq sahəsinə görə alıcı Cavabdeh3 300 (üç yüz) manat almışdır; - xx.xx.2010–cu il tarixli, ******* qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu, Dərəkənd kəndində yerləşən, 0.8537 ha yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X25 Dövlət Xidmətinin Hüquqların X13 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X14 adına Şərur rayon Yuxarı Daşarx kəndində 0.5925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. Beləliklə də, məhkəmə tədqiqatı zamanı iş materialında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak Və X25 Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Şərur rayon Dərəkənd sakinı Cavabdeh2 adına Şərur rayon X9 29 iyun 1999-cu il tarixli 05 nömrəli və Dərəkənd Bələdiyyəsinin 07 aprel 2010-cu il tarixli 01 nömrəli qərarları əsasında xx.xx.2010-cu il tarixdə 8537 m² həyətyanı torpaq sahəsı verilmişdir. Həmçinin xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu, Dərəkənd kəndində yerləşən, 0.8537 ha yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Sonradan xx.xx.2010-cu il tarixdə Sədərək rayon DNK-da qeydiyyata alınan 4-Ə-99 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 nümayəndəsi həmin torpaq sahəsinı Cavabdeh3 satmış, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2010-cu il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Haliyədə isə iddiaçılar sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanan zaman onların xəbərinin alınmadığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; - 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331 - ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; - 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir; -648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə qeyd edir ki, İddiaçı1 iddia tələblərində torpaq sahəsinin satılmasından xəbərsiz olmalarına istinad etsə də, torpağın alqı - satqısından 12 ilə yaxın müddətin keçməsindən sonra bundan xəbər tutması inandırıcı sayıla bilməz. Çünki o, məhkəmə baxışı iclasında verdiyi izahatında Bakı şəhərində yaşadığını, lakin 2010-cu ildən sonra dəfələrlə Dərəkənd kəndinə gəldiyini, baldızının, qardaşının evində 1-2 gün qalıb Bakı şəhərində qayıtdığını, həmin torpaq sahəsi ilə maraqlanmadığını, torpaq sahəsinə Mikayılın qardaşı Qafarın nəzarət etdiyini, torpaq sahəsinin satılmasından məlumatının olmadığını, 2022-ci ilin yanvar ayında həmin ərəfədə torpaq sahəsinin satılmasından məlumatının olduğunu, 2022-ci ildə Şərur rayonuna gələrək torpağın yarısını onlara verməsi qarşılığında Muraza 10000 (on min) manat pul təklif etdiklərini, lakin o, onların təklifini qəbul etmədiyini, daha sonra onu Şərur Rayon prokurorluğuna şikayət etdiklərini, prokurorluqda olarkən torpağı qaytaracağı təqdirdə Muraza 20000 manat təklif etdiklərini, Muraz isə onlara torpağin qiymətinin 140000 (bir yüz qırx min) manat olduğunu, həmin pulu verəcəkləri təqdirdə torpağı geri qaytaracağını, həmçinin məhkəmə baxışı iclasında cavabdehin həmin torpaq sahəsindən 1000 kv.m ona verməsi müqabilində ona 5000 manat pul verməyi təklif etdiyini bildirmişdir. Bu isə həmin torpaq sahəsinin satılmasından onların məlumatlarının olmasına dəlalət edir. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı1 əri Cavabdeh2 qardaşı X15 Şərur rayon Dərəkənd kəndində olan başqa evlərini Məhərrəm adlı şəxsə satması üçün etibarnamə verdiyini qeyd etsədə buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisə predmeti olan torpaq sahəsinin 11 yanvar 2023-cü il tarixdə Şərur rayonu Notariat Ofisinin 4ə-08 nömrəli alqı satqı müqaviləsi əsasında X2 ilə bağlı qeyd edir ki, iddiaçılar bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, lakin Cavabdeh3 məhkəmədə verdiyi izahatından və məhkəməyə təqdim etdiyi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X25 Dövlət Xidmətinin Hüquqların X13 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X14 adına Şərur rayon Yuxarı Daşarx kəndində 0.5925 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; -354.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında da göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddət iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı İddiaçı1 alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2010-cu il tarixdən etibarən həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi halda bu halı mübahisələndirməmiş və qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə də, məhkəmə hesab edir ki iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh2, Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və ləğv olunması, daşınmaz əmlakın lövlət reyestrində qeydiyyat yazısının ləğvi torpaq sahəsinin qaytarılması tələbi barədə” iddiası rədd edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh2, Cavabdeh1nə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və ləğv olunması, daşınmaz əmlakın lövlət reyestrində qeydiyyat yazısının ləğvi torpaq sahəsinin qaytarılması tələbi barədə” iddiası rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar