Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-340/2023 12.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Maraqlı şəxsna qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmasına dair” ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayon Qarahəsənli kənd sakini 20 aprel 1948ci il təvllüdlü Fərzəliyeva Əfruz Əli qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində, bacısı Fərzəliyeva Əfruz Əli qızının 20 aprel 1948-ci ildə Şərur rayon Qarahəsənli kəndində anadan olduğunu, Əfruzun heç zaman ailə qurmadığını və həmişə onun ailəsi ilə birlikdə atalarının himayəsində yaşadığını, son bir neçə ildir ki, onun narahatlıqları ilə əlaqədar onu X1 ümumi müayinədən keçirdiyini, onun orqanlarında ciddi problemin olmadığını, lakin beynində ciddi xəstəliyin olmasını xəstəxanada bildirildiyini və ona müalicə olması üçün dərmanlar yazıldığını, müalicənin Əfruza kömək olmadığını, haliyyədə Əfruzun öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini və hüquqlarını həyata keçirilməsi üçün başqalarının köməyinə ehtiyacının olduğunu, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasının məhkəmə tərəfindən müəyyən olunduğunu, ona görə də məhkəməyə ərizə ilə müraciət etdiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 xx.xx.2023-cü il tarixli 80 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Fərzəliyeva Əfruz Əli qızında “Demensiya” psixi xəstəliyi var. Fərzəliyeva Əfruz Əli qızı öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Fərzəliyeva Əfruz Əli qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Məhkəmə rəydə qeyd olunanlara əsaslanaraq Fərzəliyeva Əfruz Əli qızının məhkəmə iclaslarında iştirak etmək üçün dəvət etməmişdir. Məhkəmə iclasında iştirak edən Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının nümayəndəsi X5 izahatında Şərur rayon Qarahəsənli kənd sakini 20 aprel 1948-ci il təvllüdlü Fərzəliyeva Əfruz Əli qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının heç bir etirazının olmadığını qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarına, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(110)-340/2023 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edildiyindən mülki işin icraatı dayandırılmışdır. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X2 11 aprel 2023-cü il tarixli 80 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Fərzəliyeva Əfruz Əli qızında “Demensiya” psixi xəstəliyi var. Fərzəliyeva Əfruz Əli qızı öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Fərzəliyeva Əfruz Əli qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. - Şərur rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(110)-340/2023 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Ərizəçi bacısı 20 aprel 1948-ci il təvəllüdlü Fərzəliyeva Əfruz Əli qızında “Demensiya” psixi xəstəliyi var, öz hərəkətlərinə rəhbərlik edə bilmir və hər zaman başqasının köməyinə ehtiyacı var. Məhz buna görə də ərizəçi məhkəməyə müraciət edərək 20 aprel 1948-ci il təvəllüdlü Fərzəliyeva Əfruz Əli qızının üzrərində qəyyum təyin olunması üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasını istəyir. Mülki işin məhkəmə araşdırması zamanı şəxsin psixi qüsurlu olub-olmamasını müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir.Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2023-cü il tarixli 80 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində Fərzəliyeva Əfruz Əli qızında qızında “Demensiya” psixi xəstəliyi var. Fərzəliyeva Əfruz Əli qızı öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil psixi xəstəliyi var. Fərzəliyeva Əfruz Əli qızı öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir...; - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir... . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; - 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir...; - 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır; - 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 80 saylı ekspertiza rəyinə əsasən 20 aprel 1948-ci il təvəllüdlü Fərzəliyeva Əfruz Əli qızının öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas verir. Ona görə də ərizə təmin olunmalı, 20 aprel 1948-ci il tarixdə Şərur rayon Qarahəsənli kəndində doğulmuş və Şərur rayon Qarahəsənli kəndində yaşayan Fərzəliyeva Əfruz Əli qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20 aprel 1948-ci il tarixdə Şərur rayon Qarahəsənli kəndində doğulmuş və Şərur rayon Qarahəsənli kəndində yaşayan Fərzəliyeva Əfruz Əli qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-340/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-340/2023
12.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver