Məhkəmə qərarları › İş №2(110)-342/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-342/2025

30.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-342/2025 30.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X5 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi Maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin zalında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Şərur rayon Kürkənd sakini xx.xx.1970ci il təvəllüdlü qardaşı X3 fəaliyyət qəbiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və mülki işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinin tələblərinə uyğun olaraq işin məhkəmədə baxılmağa hazırlanmasına yönəlmiş müvafiq hazırlıq hərəkətləri edilmiş, xx.xx.2025-ci il tarixə məhkəmə hazırlıq iclası təyin olunmuşdur. Mülki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, ərizəçi məhkəmə hazırlıq iclasına gəlmiş, maraqlı şəxsin nümayəndəsi isə gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlı iclasında məhkəməyə ərizə təqdim edərək ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinin mahiyyət və məqsədini nəzərə alaraq belə nəticəyə gəlir ki, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin qaytarılması ərizəçi tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni qaytararkən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən "xxxx" ASCin Şərur Rayon Filialı vasitəsilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən "xxxx" ASCin Şərur Rayon Filialı vasitəsilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Orucəliyev Abil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar