Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-350/2025 14.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayonu Mahmukənd kənd sakini 10 iyun 1956-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi X2 məhkəməyə ərizə təqdim edərək ərizəsində bildirmişdir ki, məhkəmədə Şərur Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyim “şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması” tələbi barədə iddia qaldırmışam. Hazırda ərizəm və ona əlavə olunmuş sənədləri mənə geri qaytarmağınızı məhkəmədən xahiş edirəm. Maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; - 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq ərizəsi geri qaytarıldığından, ərizəçi X2 tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025ci il tarixli, 14422 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu da ərizəçiyə geri qaytarılmalıdır Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi X1 Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması tələbi” barədə mülki iş üzrə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi X2 tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, 14422 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-350/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-350/2025
14.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver