Məhkəmə qərarları › İş №2(110)-365/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-365/2021

02.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-365/2021 02.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur rayon şöbəsinə qarşı "hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması” tələbi barədə ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyə n etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 25.12.2020-ci il tarixli 13/882 saylı Arxiv arayışının ona- Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində xx xxxx 1933-cü il tarixdə Şərur rayonu Vərməziyar kəndində doğulduğunu və 1938-ci ildən 1947-ci ilədək Şərur rayonu Dərvişlər kəndində yaşadığını, 1949-cu ildə Dərvişlər kəndindən Vərməziyar kəndinə, 1950-ci ildə isə oradan Xanlıqlar kəndinə köçdüyünü və hal hazırda Şərur rayonu Xanlıqlar kəndində yaşadığını, 1944-1945-ci illərdə Şərur rayonu Dərvişlər kənd kolxozunda fəhlə işlədiyini, həmin vaxt keçmiş SSRİ X10 Qonçanın Dərvişlər kəndində kolxoz sədri işlədiyini, atası X7 da kolxozda ferma müdiri işlədiyini, 1944-1945-ci illərdə Şərur rayonu Dərvişlər kənd kolxozunda fəhlə işləməyi barədə arxiv arayışı alaraq Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur rayon şöbəsinə ”Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının yenidən hesablanmasını, bir növündən başqa növünə keçirilməsi barədə müraciət etdiyini, Naxçıvan Muxtar Respublikası DSMF publik hüquqi şəxsin Şərur rayon şöbəsinin 08/66 nömrəli 21 yanvar 2021-ci il tarixli məktubunda 1944-1945-ci illərdə Şərur rayonu Dərvişlər kənd kolxozunda fəhlə işləməsi barədə heç bir qeydin olmadığını, bu barədə təqdim etdiyi arxiv arayışında isə ata adının qeyd olunmamasını bildirərək əmək pensiyasının yenidən hesablanması, bir növdən başqa növə keçirilməsindən imtina edildiyi və aidiyyatı üzrə müraciət edilməli olduğunun bildirildiyini, 1944-1945-ci illərə Dərvişlər kənd kolxozunda əmək haqqı cədvəllərində kolxozçuların ata adlarının qeyd edilmədiyini, bunun Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 13/882 saylı Arxiv arayışında da öz əksini tapdığını, onun 1944-1945-ci illərdə əmək haqqı almağı barədə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş əmək haqqı cədvəllərində ata adı qeyd edilmədiyindən həmin illərin stajı onun pensiya stajına daxil edilmədiyini, onun Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsinə müvafiq arayışları təqdim etdiyini lakin həmin illərin stajının onun pensiyasına daxil edilməsindən imtina olunduğunu, 1944-45-ci illər ərzində Dərvişlər kəndində fəhlə işləməsi barədə əmək haqqı cədvəllərində ata adı qeyd olunmadığından əmək haqqı cədvəllərində göstərilən Ərizəçi adının ona məxsus olduğunu başqa yolla sübut edə bilmədiyini, bu səbəbdən də məhkəməyə müraciət etmək zərurətinin yarandığını, onun həmin illərdə Dərvişlər kənd kolxozunda fəhlə kimi işləməyini təstiq edəcək şahidlərin olduğunu 1938-47-ci illərdə həqiqətən Dərvişlər kəndində yaşamağı və 1944-45-ci illərdə Dərvişlər kənd kolxozunda fəhə işləməyini Dərvişlər kənd sakinləri X4 və X3 da təstiq edə biləcəyini qeyd edərək, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 25.12.2020-ci il tarixli 13/882 saylı Arxiv arayışının ona-Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi izahatında ərizədə qeyd etdiyi xüsusatları təkrarlayaraq ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur rayon şöbəsinin nümayəndəsi X5 izahatında Şərur rayonu Xanlıqlar kənd sakini Ərizəçi 19 yanvar 2021-ci il tarixdə 1944-45-ci illərdə Şərur rayon Dərvişlər kolxozunda işlədiyi dövrün iş stajına əlavə edilib əmək pensiyasının yenidən hesablanması üçün ərizə ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsinə müraciət etdiyini, Ərizəçi müraciətinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsində baxıldığını, onun təqdim etdiyi arayışın araşdırıldığını, müraciətinin qanunvericiliyə uyğun olaraq şöbə tərəfindən yazılı olaraq cavablandırıldığını, vətəndaş Ərizəçi ərizəsində Şərur rayon Dərvişlər kolxozunda fəhlə işlədiyini, həmin dövrün əmək stajına əlavə edilməsini tələb etdiyini, Ərizəçi 1944-45-ci illərdə Şərur rayon Dərvişlər kolxozunda işləməsinin əmək kitabçasında qeyd edilmədiyini, vətəndaşın təqdim etdiyi arxiv arayışında isə yalnız soyadının və adının yəni Ərizəçi qeyd edildiyini, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təstiqləndiyi halda həmin qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyasının təyin edildiyini, vətəndaş Ərizəçi təqdim etdiyi arxiv arayışı onunəmək kitabçasında öz əksini tapmadığı üçün həmin dövrün sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 31.2-1-ci maddəsinə zidd olduğunu, Ərizəçi xx xxxx 1933-cü il tarixdə Şərur rayonu Xanlıqlar kəndində anadan olduğunu və hal-hazırda həmin kənddə daimin qeydiyyatda olduğunu və yaşadığını, Ərizəçi ərizəsində tələb etdiyi 1944-45-ci illərdə Şərur rayonu Dərvişlər kolxozunda işlədiyi dövrdə onun 11 yaşının olduğunu, Xanlıqlar kəndi ilə Dərvişlər kəndi arasında olan məsafəni həmin dövrdə nəqliyyat vasitələrinin azlığını və azyaşlı olmasını nəzərə aldıqda Ərizəçi 1944-45-ci illərdə Şərur rayon dərvişlər kolxozunda işləməsinin mümkün olmadığını, ərizəsində göstərdiyi 1938-47-ci illərdə Şərur rayonu Dərvişlər kəndində qeydiyyatda olması və yaşaması barədə heç bir sənəd təqdim etmədiyini, Ərizəçi təqdim etdiyi Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli 13/779nömrəli arxiv arayışları (Şərur rayonu üzrə 1941-45-ci illərdə X11 zamanı arxa cəbhədə “X14” Maxta və Tənənəm kəndində medalla təltif olunmağa görə və arxa cəbhədə 1941-45-ci illərdə kolxozda işləməyi haqqında verilən arayışlar) Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 14 dekabr 2020-ci il tarixli 15/29 nömrəli arayışı ilə etibarsız hesab edildiyini, Ərizəçi Şərur rayonu Dərvişlər kolxozunda işləməsi və əmək haqqı alması barədə təqdim etdiyi sənədlərin etibarsız hesab edildiyi üçün həmin dövrlərin əmək stajına daxil edilə bilməməsinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 14 dekabr 2020-ci il tarixli 15/29 nömrəli arayışından da aydın olduğunu, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilən həmin arayışlarda qeyd olunan Ərizəçi əslində Şərur rayonu Tənənəm kənd sakini olduğu və onun 2010-cu ildə vəfat etdiyini bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/125 nömrəli 03.02.2021-ci il tarixli arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan İliç Rayon Dərvişlər kəndinin 1946-cı ildən yuxarı illərə dair sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət arxivində yoxdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsinin 08/66 nömrəli 21 yanvar 2021-ci il tarixli arayışında Ərizəçi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur rayon şöbəsinə daxil olan 71/07 nömrəli 19 yanvar 2021-ci il tarixli məktubu şöbədə araşdırılmış, onun 1944- 45-ci illərdə Dərvişlər kənd kolxozunda işləməsi ilə bağlı arxiv arayışı təqdim etməsinə baxmayaraq həmin illərdə əmək kitabçasında heç bir qeydin olmadığı, Ərizəçi Şərur rayonu Xanlıqlar kəndində doğulması və həmin kənddə daimi qeydiyyatda olması, Dərvişlər kənd kolxozunda işləməsinə dair təqdim etdiyi arayışda isə ata adının qeyd olunmaması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.2 maddəsinə uyğun olaraq aidiyyatı üzrə müraciət etməsi qeyd olunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 13/882 25.12.2020-ci il tarixli, arayışdan görünür ki, Ərizəçi Şərur Rayon Dərvişlər kənd kolxozunda işləmiş, 1944-cü ilin dekabr ayında 45, 1945-ci ilin dekabrında isə 240 əmək haqqı almış, lakin əmək haqqı cədvəllərində işləyən kolxozçuların ata adı qeyd edilməmişdir. İş materiallarında olan Şərur RPİ tərəfindən 18.09.2004-cü il tarixdə verilmiş AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1933-cü ildə Şərur rayon Vərməziyar kəndində doğulmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli 13/779 nömrəli arxiv arayışının surətindən görünür ki, Şərur rayonu üzrə 1941-45-ci illərdə X11 zamanı arxa cəbhədə “X14” Maxta və Tənənəm kəndində medalla təltif olunların adlı siyahisinda Ərizəçi 179985 nömrəli medalla təltif edilməsi qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 14 dekabr 2020-ci il tarixli 15/29 nömrəli arayışının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli 13/779 nömrəli arayışında Şərur rayonu üzrə 1941-45-ci illərdə X11 zamanı arxa cəbhədə “X14” Maxta və Tənənəm kəndində medalla təltif olunmağınız və arxa cəbhədə 1941-1945-ci illərdə kolxozda işləməyi haqqında verilmiş arayışlar etibarsız hesab edilmiş və əslində həmin adam Ərizəçi olduğundan 2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şərur rayon Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 05 may 2021-ci il tarixli arayışın surətindən görünür ki, Ərizəçi həqiqətəndə 01.08.1933-cü iltarixdə Şərur rayon Xanlıqlar kəndində anadan olub, hal-hazırda qeydiyyatda durur və yaşayır. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsinin 07 may 2021-ci il tarixli, 1219 nömrəli arayışından görünür ki, Ərizəçi 02.02.2010-cu il tarixdə Şərur rayon Tənənəm kəndində qaraciyər serozundan ölmüş və 29.03.2010-cu il tarixdə ölüm haqqında 01 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsinin 07 may 2021-ci il tarixli, 1220 nömrəli arayışından görünür ki, doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq Vəziyyəti aktları” X1 Sisteminə 07.05.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olumamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, məhkəmə qaydasında təsdiq olunması üçün müraciət olunan faktların mövcudluğunu təsbit edən mötəbər sübutlar mövcud deyildir. Belə ki, ərizəçinin məhkəməyə təqdim etdiyi və ona məxsus olması faktının tanınmasını tələb etdiyi arxa cəbhədə 1941-1945-ci illərdə Şərur rayon Dərvişlər kənd kolxozunda işləməsi haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 25.12.2020-ci il tarixli, 13/882 saylı arayışı, eyni zamanda Şərur rayonu üzrə 1941-45-ci illərdə X11 zamanı arxa cəbhədə “X14” Maxta və Tənənəm kəndində medalla təltif olunmağı barədə 03 noyabr 2020-ci il tarixli,13/779 nömrəli arayışı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 14 dekabr 2020-ci il tarixli 15/29 nömrəli arayışı ilə etibarsız hesab edilmiş, həmin şəxsin ərizəçi- Ərizəçi olmadığı qeyd edilmişdir. Bu isə onu deməyə əsas verir ki, ərizəçinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini istədiyi 1944-1945-ci illər ərzində Şərur rayon Dərvişlər kəndində kolxozda işləməsi faktı sübut olunmur. Həmçinin Ərizəçi bu hüquqi əhəmiyyəti olan faktı təsdiq edəcək digər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görədə bu hüquqi əhəmiyyəti olan fakt məhkəmə qaydasında müəyyən edilə bilməz. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə nəticə çıxarmağa əsas verməli, müsbət nəticəyə gəlməkdən ötrü sübutların heç birinin güvənliyi şübhə doğurmamalı, bir-birini təsdiq etməli və tamamlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220-ci, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizəçi Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur rayon şöbəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi rədd edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəkti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar